Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə15/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   11   12   13   14   15   16   17   18   ...   191

 

 

63 



 

hazırladıb  dəyərləndirməsi,  əlbəttə,  qoca  ustad  baĢ 

nəqqaĢ Osmanla aralarını pozacaqdı. 

         UĢaqlığımı  xatırlayıb  diqqətimi  evin  içindəki 

əĢyalara  verdim.  Yerdəki  mavi  Kula  kilimini,  mis 

sürahini,  qəhvə  sinisini  və  qəhvədanı,  ta  Çindən, 

Portəgizdən keçib gəldiyini rəhmətlik xalamın neçə 

kərə  iftixarla  söylədiyi  qəhvə  fincanlarını  on  iki  il 

əvvəldən  də  xatırlayırdım.  Bu  əĢyalar  eynilə 

qıraqdakı  sədəf  naxıĢlı  rəhlə,  divardakı  rəflər, 

yumĢaqlığını  xatırlayıb,  toxunduğum  məxmər 

yastıq  kimi  ġəkurəylə  uĢaqlığımızı  keçirdiyimiz 

Ağsaraydakı  evdən  qalmaydı,  o  evdəki  xoĢbəxtlik 

və  rəsm  günlərinin  iĢıltısından  hələ  bəzi  Ģeylər 

saxlayırdılar. 

Xoşbəxtlik  və  rəsm.  Ġstəyirəm  ki,  hekayəmə  və 

kədərimə  diqqət  göstərəcək  sevgili  oxucularım 

bunları  mənim  aləmimin  başlanğıc  nöqtəsi  kimi 

həmiĢə  yadında  saxlasın.  Bir  vaxtlar  burada 

kitablar, 

qələmlər, 

rəsmlər 

arasında 

çox 

xoĢbəxtiydim.  Sonra  aĢiq  oldum  və  bu  cənnətdən 



qovuldum.  Gəncliyimdə  həyatı,  dünyanı  tamam-

kamal  mənimsəmədiyimdən  eĢq  sürgünlüyü 

keçirdiyim illərdə ġəkurəyə və ona olan eĢqimə çox 

Ģey  borclu  olduğum  barədə  xeyli  fikirləĢmiĢəm. 

UĢaq  sadəlövhlüyü  ilə  onu  alacağıma  Ģübhəm 

olmadığıma  görə  həddən  artıq  arxayınıydım, 

dünyanı  da  arxayınlıqla  qəbul  eləyib  gözəl  bir  yer 

downloaded from KitabYurdu.org




 

 

64 



 

sayırdım.  Kitabları,  əniĢtəmin  o  vaxtlar  mənə  dərs 

dediyi  Ģeyləri,  mədrəsədə  öyrədilənləri,  nəqĢi  və 

rəsm  eləməyi  elə  həmin  arxayınlıqla  mənimsəyib 

sevdim.  Təhsilimin  iĢıqlı,  sevincli  bu  ilk,  zəngin 

yarısını  ġəkurəyə  duyduğum  eĢqə  borclu  olduğum 

qədər, onu bərbad eləyən tutqun biliklərimi də rədd 

eləməyə 


borcluyam: 

buz 


kimi 

gecələrdə 

karvansaray  otaqlarında  ocağın  sönən  alovuyla 

birgə  yox  olub  getmək  istəyim,  seviĢəndən  sonra 

yuxularımda tez-tez yanımdakı qadınla birgə dibsiz 

uçuruma  düĢdüyümü  görməyim,  «beĢ  qəpiyə 

dəyməz  hərifin  biriyəm»  fikri  ġəkurədən  mənə 

miras idi. 

         «Ölümdən  sonra,  –  əniĢtəm  xeyli  sonra  dedi, 

– ruhlarımızın bu dünyada yataqlarında mıĢıl-mıĢıl 

yatmaqda 

olanların 

ruhlarıyla 

qovuĢacağını 

bilirdinmi?» 

         «Bilmirdim». 

         «Ölümdən sonra uzun səfər var, buna görə də 

ölməkdən  qorxmuram.  Qorxduğum  PadĢahımızın 

kitabını bitirmədən ölməkdir». 

         Ağlımın  bir  tərəfi  özümü  əniĢtəmə  görə  daha 

güclü,  daha  ağlı  baĢında  və  sağlam  sayanda,  digər 

yanı da on iki il əvvəl qızının mənimlə evlənməsinə 

izin  verməyən  bu  adamın  yanına  gələndə  aldığım 

kaftanın bahalığına, pilləkəndən indi enib, axurdan 

downloaded from KitabYurdu.org



 

 

65 



 

çıxarıb minəcəyim atın gümüĢ üzəngisinə, iĢləməli 

yəhər dəstinə getmiĢdi. 

         NəqqaĢlar  arasında  öyrəndiyim  hər  Ģeyi  ona 

çatdıracağımı  dedim.  Əlini  öpdüm,  pilləkəndən 

endim, həyətə çıxdım, qar-soyuğu üz-gözümdə hiss 

elədim,  nə  uĢaq,  nə  də  yaĢlı  adam  olduğumu 

xatırladım: 

dünyanı 

xoĢbəxtliklə 

canımda 

duyurdum.  Axurun  qapısını  örtəndə  külək  əsdi. 

DaĢlıqdan  həyətə  keçəndə  qantarğasından  tutub 

çəkdiyim ağ atım mənimlə birgə diksindi: onun iri 

damarlı  güclü  ayaqlarını,  səbirsizliyini,  çətin  ram 

edilən  vəziyyətini  özümünkü  saydım.  Küçəyə 

çıxar-çıxmaz  elə  bir  həmlədə  atımın  belinə  atılıb, 

bir  daha  bura  qəti  qayıtmayacağını  söyləyən 

nağılvarı atlı kimi dar küçələrdən yox olacaqdım ki, 

haradan  çıxdığını  heç  baĢa  düĢmədiyim  gonbul 

qadın, baĢdan-ayağa qara geymiĢ bir yəhudi əlində 

boğçası  üstümə  gəldi.  O  qədər  yekəpər  və  enliydi 

ki,  dolaba  oxĢayırdı.  Amma  qıvraq,  canlı,  hətta 

üstəlik iĢvəliydi. 

         «Aslanım, 

dəliqanlım, 

sən, 

həqiqətən, 



dedikləri 

qədər 


yaraĢıqlısanmıĢ», 

– 

dedi. 



«Evlisənmi,  subaysanmı,  gizli  sevgilin  üçün 

Ġstanbulun ən birinci boğçaçısı Esterdən ipək yaylıq 

alarsanmı?» 

         «Yox». 

         «Atlazdan qızılı qurĢaq?» 

downloaded from KitabYurdu.org




 

 

66 



 

         «Yox». 

         «Yox,  yox,  demə,  baxarıq!  Çətin  ki,  sənin 

kimi  bir  aslanın  niĢanlısı,  gizli  sevgilisi  heç 

olmasın!  Neçə  gözüyaĢlı  qız  sənin  üçün  korun-

korun yanır, kim bilir?» 

         Bir  anda  bədəni  canbazın  zərif  bədəni  kimi 

uzanıb  heyrət  doğuran  çevikliklə  mənə  yanaĢdı. 

Eyni  anda  yoxdan  var  eləyən  hoqqabazın 

bacarığıyla  əlində  məktub  peyda  oldu.  Məktubu 

qaĢla  göz  arasında  qapdım,  illər  boyu  bu  an  üçün 

hazırlaĢan  kimi  cəld  qurĢağımın  altına  soxdum. 

Qalın  məktub  idi,  qurĢağımın  altında,  belimlə 

göbəyimin  arasında,  buz  kimi  bədənimin  üstündə 

indidən onu atəĢ təki hiss eləyirdim. 

         «Atına  min,  onu  rəvan  sür»,  –  boğçaçı  Ester 

dedi. «Bu divar boyunca sağ küçəyə dön, kefini heç 

pozmadan  get,  amma  nar  ağacının  yanına  çatanda 

dön, çıxdığın evin qarĢındakı pəncərəsinə bax...» 

          Yoluna davam eləyib bir anda yox oldu. Ata 

mindim:  amma  həyatında  ilk  dəfə  ata  minən  naĢı 

kimi.  Ürəyim  elə  döyünürdü,  elə  bil  yerindən 

oynayacaqdı,  ağlım  təlaĢa  düĢmüĢdü,  əllərim  atın 

yüyənini  necə  tutacağını  unutmuĢdu,  amma 

ayaqlarım atın gövdəsini möhkəm sıxanda atıma və 

mənə sağlam ağıl hakim oldu, Esterin dediyi kimi, 

ağıllı  atım  lap  eləcə  rəvan  yeridi.  Kef  içində  sağ 

küçəyə döndük! 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə