Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə13/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   9   10   11   12   13   14   15   16   ...   191

 

 

53 



 

Uzun müddət susduq. Otağın küçəyə baxan və 

aĢağı  tərəfindəki  nəfəsliklərini  heç  açmadığımız 

kiçik  pəncərənin  mumlanmıĢ  qumaĢla  basdırdığım 

üst  hissəsindən  içəriyə  eĢiyin  soyuğu  rəngində 

ürpədici iĢıq gəlirdi.  

«Bir nəqqaĢım vardı, – dedim, – PadĢahımızın 

həmin gizli kitabı üçün o biri nəqqaĢlar kimi gizlicə 

yanıma  gəlir,  səhərə  qədər  iĢləyirdik.  Ən  yaxĢı 

təzhibi  o  çəkərdi.  Yazıq  Zərif  əfəndi  bir  gecə 

burаdan  çıxdı,  amma  heç  evinə  çatmayıb.  Usta 

müzəhhibimizin öldürülməsindən qorxuram». 



 

 

downloaded from KitabYurdu.org




 

 

54 



 

6. MƏN ORXANAM 

 

 



         «Öldürüblərmi?» – Qara dedi. 

         Bu Qara uzunboylu, arıq, bir az da zəhmliydi. 

Onlara doğru gedirdim ki, babam: «Öldürüblər»,  – 

dedi və məni gördü. «Sən neyləyirsən burada?» 

         Amma  mənə  elə  baxırdı  ki,  heç  çəkinmədən 

getdim, qucağına çıxıb oturdum, buna baxmayaraq, 

dərhal məni düĢürtdü: 

         «Qaranın əlini öp», – dedi. 

         Əlini öpdüm. Qoxusuzuydu. 

         Qara:  «Çox  sevimlidi»,  –  dedi,  yanağımdan 

öpdü. «Böyüyəndə Ģir kimi oğlan olacaq». 

         «Bu,  Orxandı,  altı  yaĢındadı.  Bir  də  böyüyü 

var, ġövkət, yeddi yaĢındadı. O çox inadkardı». 

         «Ağsaraydakı  küçəyə  getdim»,  –  Qara  dedi. 

«Soyuğuydu,  hər  yer  qar-buz  içindəydi,  amma 

sanki heç bir Ģey dəyiĢməmiĢdi». 

         «Hər  Ģey  dəyiĢdi, pozuldu  hər  Ģey»,  – babam 

dedi.  «Həm  də  çox».  Mənə  sarı  döndü.  «Böyük 

qardaĢın haradadı?» 

         «Ustanın yanında». 

         «Sən niyə buradasan?» 

         «Ustam  mənə:  «Afərin,  sən  daha  get»,  – 

dedi».  

downloaded from KitabYurdu.org




 

 

55 



 

         «Yolu  təkbaĢına  gəldin?»  –  babam  dedi. 

«Səni  böyük  qardaĢın  gətirməlidi».            Sonra 

Qaraya  dedi  ki:  «Həftədə  iki  kərə  Quran 

məktəbindən  sonra  getdikləri  cildçi  dostum  var, 

Ģəyirdlik eləyir, cildçilik öyrənirlər». 

         «Baban kimi naxıĢ çəkməyi də sevirsənmi?» – 

Qara dedi. 

         Susdum. 

«YaxĢı, – babam dedi, – di get indi». 

         Manqaldan  yayılan  istilik  o  qədər  ləzzətliydi 

ki,  yanlarından  heç  ayrılmaq  istəmədim.  Boya  və 

yapıĢqan  qoxusunu  iyləyə-iyləyə  bir  anlığa 

dayandım. Qəhvə də qoxuyurdu. 

         «BaĢqa 

cür  nəqĢ  eləmək  baĢqa  cür 

görməkdimi?»  –  babam  dedi.  «Yazıq  müzəhhibi 

buna görə öldürdülər. Üstəlik o, qədim üsul təzhibi 

eləyərdi. Öldürüldüyünü belə bilmirəm, eləcə yoxa 

çıxıb.  PadĢahımız  üçün ustad  baĢ nəqqaĢ Osmanın 

əmriylə  bunlar  bir  surnamə  rəsm  eləyirlər.  Hamısı 

evlərində  iĢləyir.  Ustad  Osman  nəqqaĢxanadadı. 

Ġstəyirəm əvvəlcə oraya gedib hər Ģeyi öz gözlərinlə 

görəsən. O birilərin öz aralarında çəkiĢib bir-birini 

öldürmələrindən  qorxuram.  Neçə  illər  qabaq 

ustaları  baĢ  nəqqaĢ  Osmanın  verdiyi  qondarma 

adlarla – Kəpənək, Zeytun, Leylək... – onları gedib 

evlərində görərsən...» 

downloaded from KitabYurdu.org



 

 

56 



 

          Pillələrdən  enəndə  dalı-dalı  geri  qayıtdım. 

Xeyriyyənin  gecələr  yatdığı  divarın  içində  dolablı 

otaqdan  taqqıltı  gəlirdi,  ora  girdim.  Ġçəridə 

Xeyriyyə yox, anam varıydı. Məni görəndə utandı. 

Bədəninin yarısı dolabın içindəydi. 

          «Haradaydın sən?» – dedi. 

          Amma  harada  olduğumu  bilirdi.  Dolabın 

içində deĢik var, oradan babamın naxıĢ otağı, onun 

qapısı  açıqdırsa,  dəhliz,  sonra  dəhlizin  o  biri 

tərəfində  babamın  yatdığı  otağın  içi  görünür:  təbii 

ki, həmin otağın da qapısı bağlı deyilsə. 

          «Babamın yanındaydım», – dedim. «Ana, sən 

neyləyirsən burada?»  

          «Sənə demədimmi qonaq var, yanına girmək 

olmaz?»  –  qıĢqırırdı.  Amma  çox  uca  səslə 

qıĢqırmırdı,  istəyirdi  ki,  qonaq  eĢitməsin. 

«Neyləyirdilər?» – sonra Ģirin səsiylə soruĢdu.  

          «Oturublar.  Amma  boyalarla  yox.  Babam 

baĢa salır, o biri qulaq asır». 

          «Necə oturmuĢdu?» 

          Birdən  hop  yerə  oturdum,  qonağı  təqlid 

elədim:  mən  indi  çox  ciddi  bir  adamam,  bax,  ana; 

mən  indi  qaĢlarımı  çatıb,  babama  qulaq  asıram, 

mövlud dinləyən kimi – baĢımı o qonaq kimi avaza 

uyğun ciddi tərzdə tərpədirəm.  

          «Get  aĢağı,  –  anam  dedi,  –  Xeyriyyəni  bura 

çağır. Tez». 

downloaded from KitabYurdu.org



 

 

57 



 

          Oturdu,  qucağına  aldığı  yazı  taxtasının 

üzərindəki kiçik bir kağızda yazmağa baĢladı. 

          «Ana, nə yazırsan sən?» 

          «Tez aĢağı get, Xeyriyyəni çağır, demədimmi 

sənə?» 


          Mətbəxə  getdim.  Böyük  qardaĢım  gəlmiĢdi. 

Xeyriyyə qabağına qonağa biĢirdiyi plovdan bir sini 

qoymuĢdu. 

          «Fırıldaqçı»,  –  böyük  qardaĢım  dedi.  «Məni 

ustayla  tək  qoyub  getdin.  Bütün  döyməni  mən 

elədim. Barmaqlarım döyənək oldu». 

          «Xeyriyyə, anam çağırır». 

          «Yeməyimi  qurtaran  kimi  səni  döyəcəyəm», 

–  böyük  qardaĢım  dedi.            «Tənbəlliyinin, 

bicliyinin cəzasını çəkəcəksən». 

          Xeyriyyə  çıxan  kimi  böyük  qardaĢım 

plovunu  belə  qurtarmadan  qalxıb  üstümə  gəldi. 

Qaçmadım.  Qolumdan  yapıĢdı,  biləyimi  burmağa 

baĢladı. 

          «Eləmə, ġövkət, eləmə, çox ağrıdır». 

          «Bir də iĢi atıb qaçacaqsanmı?» 

          «Qaçmayacağam». 

          «And iç». 

          «And içirəm». 

          «Qurana and iç». 

          «Qurana and içirəm». 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə