Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə12/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   8   9   10   11   12   13   14   15   ...   191

 

 

49 



 

istəyirdim.  Amma  bunlar  venesiyalıların  çəkdikləri 

kimi malın-mülkün deyil, təbii ki, iç zənginliyinin, 

PadĢahımızın 

aləmindəki 

sevinclərinin 

və 

qorxularının  rəsmi  olacaqdı.  Pulu  çəkdirməyim 



ehtiyat  üçündür,  Ģeytanı  və  ölümü  qorxuduruq»,  – 

deyib  izah  elədim.  «Bilmirəm  dedi-qodular  nə 

deyir.  Ġstədim  ki,  ağaclarının  ədəbiliyi,  atlarının 

yorğunluğu, 

itlərinin 

arsızlığı 

PadĢahımız 

həzrətlərini  və  onun  aləmini  əks  etdirsin.  Leylək, 

Zeytun,  Zərif  və  Kəpənək  kimi  qondarma  adlı 

nəqqaĢların  da  kefləri  istəyən  mövzu  seçmələrini 

istədim.  Ən  soyuq,  ən  uğursuz  qıĢ  gecələri  belə 

PadĢahımın  nəqqaĢlarından  biri  kitab  üçün  rəsm 

elədiyi  Ģeyi  göstərmək  məqsədilə  gizlincə  yanıma 

gəlirdi. 

Necə rəsmlər çəkirdik, niyə belə çəkirdik, onu 

indi  yerli-yataqlı  söyləyə  bilmərəm.  Səndən  ona 

görə 

gizlətmirəm 



ki, 

söyləyə 


bilmərəm, 

gizlətməyimin səbəbi rəsmlərin nədən söz açdığını 

sanki  mənim  də  doğru-dürüst  bilməməyimdi. 

Amma onların necə rəsmlər olacağını bilirəm».  

Qaranın  mənim  məktubumdan  dörd  ay  sonra 

Ġstanbula  qayıtdığını  köhnə  evimiz  yerləĢən 

küçədəki  bərbərdən  eĢitmiĢ,  onu  evə  mən 

çağırmıĢdım. 

Hekayəmdə 

bizi 


bir-birimizə 

bağlayacaq  dərd  və  xoĢbəxtlik  vədi  olduğunu 

bilirdim.  

downloaded from KitabYurdu.org




 

 

50 



 

«Hər  rəsm  bir  hekayə  danıĢır»,  –  dedim.  

«Oxuduğumuz  kitabı  gözəlləĢdirmək  üçün  nəqqaĢ 

hekayənin  ən  gözəl  məclisini  çəkir.  AĢiqlərin  bir-

birini ilk dəfə görməsi, qəhrəman Rüstəmin Ģeytani 

canavarın baĢını kəsməsi, öldürdüyü yad adamın öz 

oğlu  olduğunu  baĢa  düĢən  Rüstəmin  kədəri; 

eĢqindən  ağlını  itirən  Məcnun  insan  yaĢamayan, 

vəhĢi  təbiətin  qoynunda,  aslanlar,  qaplanlar, 

marallar,  çaqqallar  arasında;  Ġsgəndərin  savaĢdan 

qabaq  quĢlardan  gələcəyi  öyrənmək  üçün  getdiyi 

meĢədə  öz  Ģahininin  qoca  bir  qartal  tərəfindən 

parçalandığını  görəndə  qəmə  batması...  Əgər 

hekayədə 

ağlımızın 

və 


xəyal 

gücümüzün 

canlandırmaqda çətinlik çəkdiyi bir Ģey varsa, rəsm 

dərhal  imdada  yetiĢir.  Rəsm  hekayənin  rənglərlə 

çiçəklənməsidir.  Kimsə  hekayəsi  olmayan  rəsm 

fikirləşə bilməz». 

«FikirləĢə  bilməyəcəyini  güman  eləyirdim,  – 

sanki  peĢmanlıqla  dilləndim,  –  amma  bu  ola 

bilərmiĢ.  Ġki  il  qabaq  PadĢahımızın  elçisi  kimi 

növbəti kərə  Venesiyaya  getmiĢdim.  Orаda  italyan 

ustadlarının  çəkdikləri  üz  rəsmlərinə  baxırdım. 

Rəsm  edilənin  hansı  hekayənin  hansı  məclisi 

olduğunu bilmirdim, amma dərk eləməyə, hekayəni 

qurmağa çalıĢırdım. Günün birində saray divarında 

bir rəsmlə qarĢılaĢanda tutulub qaldım. 

downloaded from KitabYurdu.org



 

 

51 



 

Rəsm, hər Ģeydən çox, bir adamın, mənim təki 

bir nəfərin  rəsmi  idi.  Kafir  idi,  əlbəttə,  bizim  kimi 

adam deyildi. Amma baxdıqca ona oxĢadığımı hiss 

eləyirdim.  Üstəlik  mənə  qətiyyən  oxĢamırdı. 

Sümüksüz,  yumru  üzü  var  idi,  almacıq  sümükləri 

heç sezmirdi, bunun əvəzində mənim iri çənəmdən 

onda  qəti  yox  idi.  Mənə  heç  oxĢamırdı,  amma 

nədənsə  baxdıqca  elə  bilirdim  ki,  mənim 

rəsmimdir, ürəyimi oynadır». 

«Məni  sarayda  gəzdirən  venesiyalı  bəydən 

divardakı rəsmin onun dostunun, özü kimi bir əsil-

nəcabətli  bəyin  rəsmi  olduğunu  öyrəndim. 

Həyatında  özü  üçün  vacib  nə  varsa,  hamısını  öz 

rəsminə  qoydurmuĢdu:  arxadakı  açıq  pəncərədən 

görünən  mənzərədəki  tarla,  kənd  və  rəngləri  bir-

birinə qarıĢıb həqiqiyə oxĢayan meĢə. Qabağındakı 

masanın  üstündəki  saat,  kitablar,  zaman,  pislik, 

həyat, qələm, xəritə, kompas, qutular, onların içində 

qızıl pullar, baĢqa Ģeylər, xırda-xuruĢ, kim bilir, bir 

çox  rəsmdə  olduğu  kimi  baĢa  düĢmədiyim  və 

sezdiyim  Ģeylər...  Cinin,  Ģeytanın  kölgəsi  və  sonra 

atasının yanında gözəllər gözəli, yuxu kimi bir qız. 

Bu 


rəsm 

hansı 


hekayəni 

bəzəmək, 

tamamlamaq üçün çəkilmiĢdi? Rəsmə baxanda baĢa 

düĢürdüm  ki,  o  rəsmin  hekayəsi  özüdür.  Rəsm  bir 

hekayənin ardı da deyildi, özü üçün bir Ģey idi. 

downloaded from KitabYurdu.org




 

 

52 



 

QarĢısında  bu  cür  çaĢıb-qaldığım  rəsm  heç 

ağlımdan  getmədi.  Saraydan  çıxıb  qonaq  qaldığım 

evə  qayıtdım,  bütün  gecəni  həmin  rəsm  barədə 

fikirləĢdim.  Mən  də  elə  rəsm  çəkmək  istərdim. 

Xeyr,  mənim  həddim  deyil,  PadĢahımız  elə  rəsm 

edilməlidir!  PadĢahımızı  sahib  olduğu  Ģeylərlə, 

aləmini  göstərən  və  açan  hər  Ģeylə  birgə 

çəkməliyəm.  Bu  fikirlə  bir  kitab  rəsm  eləməyin 

mümkünlüyü haqda fikirləĢdim. 

Ġtalyan  ustadı  venesiyalı  bəyin  rəsmini  elə 

Ģəkildə  çəkmiĢdi  ki,  həmin  rəsmin  o  bəyin  rəsmi 

olduğunu  dərhal  baĢa  düĢürdüm.  O  adamı  heç 

görməmisən,  tünlük  içindən  həmin  adamı  tap 

desələr, minlərlə adam arasından o rəsm sayəsində 

onu tapıb çıxara bilərdin. Ġtalyan ustadları hər hansı 

adamın  birini  digərindən  qiyafələri  və  niĢanlarıyla 

deyil,  üzünün  Ģəkliylə  ayıracaq  tərzdə  rəsm 

eləməyin  üsullarını  və  qüvvəsini  tapıblar.  Portret 

dedikləri şey budur. 

Üzün bircə kərə də rəsm edilibsə, artıq heç kəs 

səni  unutdura  bilməz.  Sən  çox  uzaqlarda  olanda 

belə  rəsminə  bir  dəfə  baxan  elə  hesab  eləyir  ki, 

sanki  yanındasan.  Həyatında  səni heç görməyənlər 

belə  sənin  ölümündən  illər  keçəndən  sonra  elə  bil 

qarĢılarında  olan  kimi  gözlərini  sənin  gözlərinə 

zilləyə bilirlər». 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə