Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə20/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   16   17   18   19   20   21   22   23   ...   191

 

 

85 



 

         Bəlkə  sezmisiniz,  atam  məni  çox  sevir. 

Məndən  əvvəl  üç  oğlu  olub,  amma  Allah  onların 

canını  bircə-bircə  alıb,  mən  qıza  da  toxunmayıb. 

Atam  üstümdə  əsirdi,  amma  mən  onun  seçdiyi 

adamla  evlənmədim,  özüm  görüb,  bəyəndiyim 

sipahiyə getdim. Atama qalsa, məni verəcəyi adam 

həm ən böyük alim olacaq, həm nəqĢdən, sənətdən 

baĢ  çıxaracaq,  həm  güc,  iqtidar  sahibi,  həm  də 

Harun  kimi  varlı  olacaqdı  ki,  bu  cür  adamın  onun 

kitablarında  belə  olmayacağına  görə  mən  illərlə 

evdə  oturub  gözləyəcəkdim.  Ərimin  yar-yaraĢığı 

dillərdə  dastan  idi,  özünü  də  vasitəçilərlə  xəbər 

göndərib,  fürsət  tapıb,  hamamdan  qayıdanbaĢ 

qarĢıma çıxanda gördüm; gözlərindən od tökülürdü, 

dərhal  aĢiq  oldum.  Əsmərdi,  dümağ  dərili, 

yaĢılgözlü  gözəldi,  güclü  qolları  vardı,  amma, 

əslində, yatıb qalmıĢ uĢaq kimi çox məsum və sakit 

idi. Bəlkə də bütün gücünü savaĢlarda adam öldürə-

öldürə,  qənimət  toplaya-toplaya  tükətdiyindən 

mənə  elə  gəlirdi  ki,  o,  açıq-aĢkar  qan  qoxuyur. 

Amma  evdə  xanım  təki  yumĢaq  və  sakit  dururdu. 

Atamın  «yoxsul  savaĢçıdı»  deyə  əvvəl  istəmədiyi, 

məni  «özümü  öldürəcəyəm»  dediyimə  görə 

verməyə  razı  olduğu  həmin  adam  savaĢdan  savaĢa 

qəhrəmancasına  gedib,  ən  böyük  igidlikləri 

göstərib,  on  iki  min  ağcalıq  mülk  sahibi 

olduğundan hamı bizi qısqanırdı. 

downloaded from KitabYurdu.org



 

 

86 



 

        Dörd  il  qabaq  Səfəvilərlə  savaĢdan  qayıdan 

orduyla  birgə  geri  dönməməsinə  fikir  vermədim. 

Çünki  savaĢdıqca  ustalaĢır,  özbaĢına  iĢlər  görür, 

daha  böyük  qənimətlər  gətirir,  daha  böyük 

basqınlara  gedir,  daha  çox  əsgər  yetiĢdirirdi. 

Ordunun  hərəkətdə  olan  qolundan  ayrılıb,  öz 

adamlarıyla birgə dağlara doğru getdiyini söyləyən 

Ģahidlər  də  vardı.  Əvvəllər  hey  ümid  elədim  ki, 

«indi  qayıdacaq»,  amma  iki  ildə  yavaĢ-yavaĢ 

yoxluğuna alıĢdım, Ġstanbulda mənim kimi əri yoxa 

çıxan  nə  qədər  çox  savaĢçı  arvadı  olduğunu  baĢa 

düĢəndə vəziyyətimlə barıĢdım. 

        Gecələr  yatağımızda  uĢaqlarla  bir-birimizi 

qucaqlayıb  ağlaĢırdıq.  AğlaĢmasınlar  deyə  onlara 

yalan  söyləyərdim:  məsələn,  filankəs  deyib  ki, 

sübutu var, atanız baharacan qayıdacaq. Daha sonra 

mənim  yalanım  onların  ağzından  baĢqalarının 

qulağına  da  çataraq  aləmi  dolaĢıb,  mənim  üstümə 

«müjdə  ver»lə  geri  gələndə  hamıdan  qabaq  özüm 

inanırdım. 

        Ərimin  gün  görməmiĢ,  amma  nəcib  ruhlu 

abaza  atası  və  onun  kimi  yaĢılgözlü  qardaĢıyla 

birgə ÇarĢıqapıdakı kirayə evində yaĢayırdıq. Evin 

dayağı olan ərim yoxa çıxan kimi sıxıntılar baĢladı. 

Qayınatam  o  yaĢdan  sonra  böyük  oğlunun  savaĢa-

savaĢa  varlanması  üzündən  atdığı  güzgü  düzəltmə 

iĢinə  geri  qayıtdı.  Ərimin  gömrükdə  iĢləyən  subay 

downloaded from KitabYurdu.org



 

 

87 



 

qardaĢı  Hasan  gətirib  evə  qoyduğu  pul  çoxaldıqca 

kiĢilik göstərməyə baĢladı. Ev iĢlərini görən cariyə 

qızı kirayəni verə bilməməkdən qorxduqları bir qıĢ 

tələm-tələsik Əsir bazarına aparıb satdılar, məndən 

onun  gördüyü  mətbəx  iĢlərini  görməyi,  camaĢırı 

yumağı, hətta çarĢı-bazara çıxıb alıĢ-veriĢlə məĢğul 

olmağı  tələb  elədilər.  «Mən  bu  iĢləri  görəsi 

qadınammı?»  –demədim,  ürəyimə  daĢ  basıb 

hamısını  gördüm.  Amma  artıq  gecələr  otağına 

aparılmalı  cariyəsi  olmayan  qaynım  Hasan  mənim 

qapımı  itələməyə  baĢlayanda  neyləyəcəyimi 

bilmədim. 

         Əlbəttə,  dərhal  bura  –  atam  evinə  qayıda 

bilərdim.  Ancaq  qazıya  görə,  ərim  hüquqən 

yaĢadığından,  onları  acıqlandırsam,  məni  uĢaqlarla 

birgə zorla qaynımın yanına, yəni ərimin evinə geri 

aparmaqla kifayətlənməz, bu zaman məni də, mənə 

qahmar  çıxan  atamı  da  cəzalandırıb  təhqir  eləyə 

bilərdilər.  Əslinə qalsa,  ərimdən də insanpərvər və 

ağıllı  saydığım,  təbii  ki,  mənə  əməlli-baĢlı  aĢiq 

olduğunu sezdiyim Hasanla seviĢə bilərdim. Amma 

bunu  düĢüncəsizcəsinə  eləmək  axırda  məni  onun 

arvadı  yox,  Allah  eləməsin,  cariyəsi  olmağa 

aparardı.  Çünki  mirasdan  payımı  istəmək  fikrinə 

düĢəcəyimdən,  hətta  bəlkə  də  onları  atıb  atamın 

yanına  qayıdacağımdan  qorxduqlarından  ərimin 

qazının  nəzərində  öldüyünü  heç  onlar  da  qəbul 

downloaded from KitabYurdu.org



 

 

88 



 

eləməyə  razı  deyildilər.  Ərim,  qazıya  görə, 

ölməyibsə,  təbii  ki,  Hasanla  evlənməzdim.  Amma 

baĢqa  adamla  da  evlənə  bilməyəcəyimə,  bu 

vəziyyətin  məni  o  evə  və  o  evliliyə  bağladığına 

görə  ərimin  «yox»  olmasıyla  baĢlayıb  davam 

eləyən  belə  qeyri-müəyyən  vəziyyət  onlardan  ötrü 

aradan  qaldırılası  məsələydi.  Çünki  unutmayın, 

onların ev iĢlərini, yeməklərindən camaĢırlarınacan 

hər  iĢlərini  görürdüm,  biri  də  mənə  dəli  kimi  aĢiq 

idi. 

         Qayınatam  və  Hasandan  ötrü  ən  yaxĢı  çıxıĢ 



yolum Hasanla evlənməyim idi, amma onda bunun 

üçün  əvvəlcə  Ģahidləri  tapmaq,  sonra  kəbini  ləğv 

eləmək  lazım  gəlirdi.  Onda  itkin  düĢən  ərimin  ən 

yaxınları  olan  atası  və  qardaĢı  da  razı  olduqlarına 

görə  onun  artıq  ölmüĢ  sayılmasına  qarĢı  bir  kəs 

qalmırdı. Qazı da «biz bu adamın savaĢda öldüyünü 

gördük»  deyən  yalançı  Ģahidlərə  üç-beĢ  ağca 

müqabilində  bu  iĢə  guya  inanacaqdı.  Ən  böyük 

müĢkül  onu  dul  qalandan  sonra  evdən  çıxıb 

getməyəcəyimə, miras haqqı, ya da evlənmək üçün 

pul  istəməyəcəyimə,  daha  vacibi,  öz  istəyimlə 

Hasana  ərə  gedəcəyimə  inandırmaq  idi.  Bu 

məsələdə əmin eləmək üçün onunla seviĢməli, həm 

də bunu boĢanmaq üçün yox (inandırıcı görünəcək 

tərzdə), ona aĢiq olduğuma görə eləməli olduğumu, 

əlbəttə, baĢa düĢmüĢdüm.  

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə