Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə23/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   19   20   21   22   23   24   25   26   ...   191

 

 

98 



 

ağlayar,  Ģam  iĢığında  mənə  baxardı.  Kədərdən 

dözməyib öləndə onun mallarını satdılar. Məni alan 

ustad  məddahın  sayəsində  Ġstanbula  gəlib  çıxdım. 

Ġndi  çox  xoĢbəxtəm,  bu  gecə  burаda,  Osmanlı 

padĢahının  siz  möcüzə  əlli,  qartalgözlü,  möhkəm 

iradəli,  zərif  biləkli,  həssas  ruhlu  nəqqaĢları  və 

xəttatları arasında olmaqdan Ģərəf duyuram, Allahı 

sevərsiniz,  sizə  yalvarıram,  bir  ustad  nəqqaĢın 

divardan asılmaq üçün məni pis kağızda necə gəldi 

cızdığını söyləyənlərə inanmayın. 

Görün özgə nə yalanlar, nə iftiralar, nə abırsız 

yaraĢdırmalar  var!  Dünən  gecə  ustadım  yenə 

buradan, divardan it rəsmi asıb, həm həmin ədəbsiz 

itin  sərgüzəĢtlərini  nağıl  eləmiĢdi,  həm  də 

ərzurumlu 

Nüsrət 

Xocanın 


sərgüzəĢtlərini 

danıĢmıĢdı  axı!  Ġndi  Ərzurumi  Nüsrət  Xoca 

həzrətlərini sevənlər bunu səhv baĢa düĢüblər: guya 

biz ona böhtan atırıqmıĢ. Biz böyük vaiz əfəndimiz 

həzrətlərinə  atasından  bixəbər  deyə  bilərikmi? 

Qətiyyən!  Heç  ağlımızdan  keçərmi?  Bu  necə  fitnə 

törətmək,  nə  ədəbsiz  böhtandır!  Madam  ki, 

ərzurumlu  Nüsrət  Ərzurumi  Nüsrətlə  qarıĢır,  mən 

sizə  sivaslı  ÇaĢ  Nedrət  Xocanın  ağac  hekayəsini 

danıĢım. 

Həmin  sivaslı  ÇaĢ  Nedrət  Xoca  da  gözəl 

oğlanları  sevmək  və  nəqĢ  eləməyi  lənətləməkdən 

baĢqa,  qəhvənin  Ģeytan  iĢi  olduğunu,  içənin 

downloaded from KitabYurdu.org




 

 

99 



 

cəhənnəmə  gedəcəyini  deyirmiĢ.  Ay  sivaslı,  sən 

mənim  bu  yoğun  budağımın  necə  əyildiyini 

unutdunmu?  Sizə  danıĢım,  amma  kimsəyə 

deməyəcəyinizə and için, çünki Allah quru iftiradan 

saxlasın.  Bir  də  gördüm,  bir  səhər  yuxarıda  adı 

çəkilən, maĢallah, minarə boylu, aslan pəncəli, div 

kimi  bir  adamla  mənim  bu  budağıma  çıxıb,  sıx 

yarpaqlarımın  arasında  gizləniblər,  bağıĢlayın, 

taqqataqla iĢ görürlər. Sonra Ģeytan olduğunu baĢa 

düĢdüyüm  div  bizimkini  becərəndə  gözəl 

qulağından  həm  Ģəfqətlə  öpür,  həm  də  içinə: 

«Qəhvə  haramdır;  qəhvə  günahdır...»  –  pıçıldayır. 

Ona görə qəhvənin zərərinə inanan gözəl dinimizin 

buyruqlarına yox, Ģeytana inanır. 

Bir  də  axırda  firəng  nəqqaĢlarından  söz 

açacağam ki, onlara can atan əsil-nəcabətsiz varsa, 

ibrət  alsın.  Ġndi  həmin  firəng  nəqqaĢları  kralların, 

keĢiĢlərin,  bəylərin,  hətta  xanımların  üzlərini  elə 

nəqĢ  eləyirlər  ki,  o  adamın  rəsminə  baxıb  küçədə 

tanıya bilirsən. Bunların arvadları onsuz da küçədə 

sərbəst gəzir, artıq gerisini siz fikirləĢin. Amma bu 

da  bəs  eləməyib,  iĢləri  daha  da  irəli  aparıblar. 

Dəllallıqda yox, naxıĢda deyirəm. 

Bir böyük ustad firəng nəqqaĢı və baĢqa böyük 

nəqĢ  ustası  firəng  çəmənliyində  gedir,  ustalıq  və 

sənət  barədə  danıĢırlarmıĢ.  QarĢılarına  bir  meĢə 

çıxıb.  Daha  usta  olanı  o  birinə:  «Yeni  üsullarla 

downloaded from KitabYurdu.org



 

 

100 



 

çəkmək elə bir bacarıq tələb eləyir ki, – deyib, – bu 

meĢədəki  ağacların  birini  çəkdinmi,  rəsmə  baxan 

həvəskar bura gəlib, istəyərsə, o ağacı digərlərindən 

ayırd eləyib tapır». 

Mən  fağır,  gördüyünüz  ağac  rəsmi  belə  bir 

ağılla  çəkilmədiyimdən  Allahıma  Ģükür  eləyirəm. 

Firəng  üsullarıyla  rəsm  edilsəydim,  məni  həqiqi 

ağac  sayan  Ġstanbulun  bütün  itlərinin  üstümə 

iĢəyəcəyindən  qorxduğuma  görə  naĢükür  də 

deyiləm.  Mən  ağacın  özü  deyil,  mənası  olmaq 

istəyirəm. 



 

 

 

 

 

11. MƏNİM ADIM QARADI 

 

Gecədən  xeyli  keçəndən  sonra  baĢlayan  qar 



səhərə  qədər  yağdı.  ġəkurənin  məktubunu  bütün 

gecəni  dönə-dönə  oxudum.  BoĢ  evin  boĢ  otağında 

aĢağı-yuxarı  hirsli-hirsli  gedib-gələndə  Ģamdana 

yaxınlaĢır,  solğun  Ģamın  titrəyən  iĢığında 

sevgilimin  acıqlı  hərflərinin  əsəbi  titrəyiĢlərinə, 

mənə yalan demək üçün elədiyi tənələrinə, sağdan-

sola  qıvrıla-qıvrıla  baĢ  alıb  getmələrinə  tamaĢa 

eləyirdim.  Bəzən  gözümün  qabağına  pərdənin 

downloaded from KitabYurdu.org



 

 

101 



 

qəfildən  açılması,  sevgilimin  qarĢımda  peyda  olan 

üzü  və  kədərli  təbəssümü  gəlirdi.  Son  altı-yeddi 

ildə  beynimdə  «ġəkurədir»  deyib,  dəyiĢdirə-

dəyiĢdirə  gəzdirdiyim,  viĢnə  rəngindəki  ağızları 

getdikcə  geniĢlənən  üzlərin  hamısını  onun  gerçək 

üzünü görən kimi unutmuĢdum. 

Gecənin  bir  məqamında  özümü  evlilik 

düĢüncələrimin  ixtiyarına  verdim.  Xəyalımda 

eĢqimə  də,  eĢqimin  qarĢılıqlı  olduğuna  da  heç 

Ģübhəm  yox  idi.  Beləcə,  biz  böyük  xoĢbəxtlik 

içində 


evlənirdik, 

amma 


pilləkənli 

evdə 


xəyallarımdakı  xoĢbəxtlik  alt-üst  olurdu:  doğru-

dürüst  bir  iĢ  tapammır,  arvadımla  dalaĢır,  sözümü 

yeridə bilmirdim. 

Bu  tutqun  xəyalları  Ərəbistandakı  subay 

gecələrim  vaxtı  oxuduğum  Qəzzalinin  «Ġhya-i 

Ġlum»unun 

evliliyin 

zərərləri 

hissəsindən 

götürdüyümü baĢa düĢəndə ağlıma eyni səhifələrdə 

evliliyin  faydaları  barədə  daha  artıq  söz  açıldığı 

gəldi.  Amma  özümü  bu  qədər  məcbur  eləməyimə 

baxmayaraq, neçə kərə oxuduğum həmin faydaların 

yalnız  ikisini  xatırlayırdım.  KiĢi  evlənən  kimi  ev 

iĢlərini nizama salırdı, amma xəyalımdakı pilləkənli 

evdə  heç  bir  nizam  yox  idi.  Ġkincisi,  suçlu-suçlu 

özümü  rahatlamaqdan,  daha  böyük  günah  içində 

qaranlıq dalda küçələrdə dəllalların arxasınca fahiĢə 

dalınca sürünməkdən qurtulurdum. 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə