Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

43 
Cyberbullying   
Kiberzorakılıq – başqa insanlara düşünülmüş şəkildə dəfələrlə zərər 
vurmaq  və  ya  təqib  etmək  üçün  informasiya  texnologiyalarından 
istifadə edilməsi. 
 
Cyberpunk 
Kiberpank  – 
hərfən  “cyber”  və  “punk”  sözlərinin  birləşməsindən 
əmələ gəlmişdir, ilk dəfə Bruce Bethke-nin “Cyberpunk” adlı qısa 
hekayəsinin  adında  meydana  çıxmışdı.  Hekayə  1983-ci  ildə 
“Amazing” 
fantastik  hekayələr  jurnalında  nəşr  edilmişdi.  Bu  qısa 
hekayə  etik  qüsurları  olan  bir  qrup  yeniyetmə  kreker  haqqında 
yüks
ək  texnologiyalar  sahəsində  elmi-fantastik hekayə  idi.  Bethke 
bildirir  ki,  bu  sözü  “pank  münasibətləri”  və  “yüksək  texnologiya” 
anlayışlarını birləşdirən söz axtararkən tapmışdı.   
 
Cyberocracy   
Kiberokratiya  – 
informasiyanın  effektiv  istifadəsi  ilə  idarə  edilən 
hökumət və ya hökumət elementinin formasını təsvir edir. 
 
Cyberstalking  
Kiber-
təqib – fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək 
üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi. 
 
Cyberwar  
Kibermüharibə – ölkələr arasında kibermünaqişə; fiziki vasitələrlə 
deyil, 
daha  çox  elektron  vasitələrlə  kompüter  və  İnternetdə  baş 
verən müharibə formasıdır. 
 
 


44 
D 
 
Daemons 
Demonlar  –  b
aşqa  kompüter  proqramları  üçün  bəzi xidmətləri 
yerin
ə  yetirən  fon  prosesi  kimi  işləyən  kompüter  proqramı.  Tipik 
demonlar e-poçt, FTP, çap, telnet v
ə veb xidmətlərini təmin edir. Bu 
termin 
əsasən  UNİX  və  Linux sistemlərində  istifadə  edilir. 
Windows sisteml
ərində demonları "servislər" adlandırırlar. 
 
Daisy chain   
Zəncirvari şəbəkə – kompüter qurğularının, periferiya qurğularının 
və  ya  şəbəkə  qovşaqlarının  bir-birinin  ardınca  qarşılıqlı 
qoşulmasıdır.  
 
Data authentication 
Veril
ənlərin  autentifikasiyası  –  verilənlərin  tamlığını  yoxlamaq 
üçün istifad
ə edilən proses. 
 
Data corruption 
Veril
ənlərin  korlanması  –  verilənlərin  tamlığının  təsadüfi və  ya 
bil
ərəkdən pozulması. 
 
Data custodian   
Veril
ənlərin qoruyucusu  –  təşkilatın  təhlükəsizlik siyasəti və 
yaxud  standart  İT  təcrübələri ilə  müəyyən  olunmuş  məlumatların 
qorunduğu  halda,  təşkilatın  sənədlərinə  və  ya elektron  fayllarına 
çıxış verən məsuliyyətli şəxs və yaxud inzibati nəzarətə malik şəxs. 
 
Data diddling   
Verilənlərin təhrifi – kompüter sisteminə girişdən əvvəl və ya giriş 
zamanı verilənlərin şifrlənməsi. 
 
Data Encryption Standard (DES) 
Veril
ənləri şifrləmə standartı –  ABŞ hökuməti tərəfindən 1977-ci 
ild
ə  qəbul  edilmiş  simmetrik  şifrləmə  standartı;  kommersiya və 


45 
mülki hökum
ət  təşkilatları  tərəfindən  istifadə  üçün nəzərdə 
tutulmuşdu. 2000-ci ildə AES standartı ilə əvəzlənmişdir. 
 
Data exfiltration  
Veril
ənlərin eks-filtrasiyası  –  verilənlərin kompüter və  serverdə 
icaz
əsiz  axtarılması,  kopyalanması  və  ya ötürülməsidir. 
Kibercinay
ətkarlar tərəfindən Internet və ya digər şəbəkə üzərindən 
müxt
əlif üsullarla yerinə  yetirilən bədniyyətli fəaliyyətdir. 
Veril
ənlərin  eks-filtrasiyası  üçün ingilis dilində    “data extrusion”, 
“data exportation” or “data theft” terminl
əri də işlədilir. 
 
Data Integrity 
Veril
ənlərin  tamlığı  −  verilənlərin  əvvəlcədən müəyyən  edilmiş 
şəkil və keyfiyyətini saxlaması xassəsi. 
 
Data protection 
Veril
ənlərin  qorunması  –  verilənlərə  icazəsiz  girişlərin  qarşısını 
almaq üçün inzibati, texniki v
ə  ya fiziki tədbirlərin 
gerç
əkləşdirilməsi. 
 
Data reconstitution 
Veril
ənlərin  bərpası  –  alternativ mənbələrin  istifadəsi mümkün 
olan komponentl
ərindən verilənlərin toplanması yolu ilə verilənlərin 
b
ərpası.  
 
Data restoration 
Veril
ənlərin bərpası – itirilmiş və ya yoluxmuş verilənlərin yenidən 
yaradılması. 
 
Data security 
Veril
ənlərin təhlükəsizliy  −  verilənlərin icazəsiz (təsadüfi və  ya 
bil
ərəkdən) modifikasiyalardan, məhv edilmək və  açıqlanmaqdan 
mühafiz
əsi. 
 
 


46 
Data validation 
Veril
ənlərin doğrulanması – verilənlərin doğru və tam olduğunun 
v
ə  ya göstərilən meyarlara cavab verdiyinin  müəyyənləşdirilməsi 
prosesi. 
 
DDoS (Distributed Denial of Service) attack 
Xidm
ətdən  paylanmış  imtina  hücumu  –  çox sayda kompüterdən 
eyni anda h
əyata keçirilən xidmətdən imtina (DoShücumu.  
 
Deep Packet Inspection (DPIcomplete packet inspection 
və ya 
Information eXtraction (IX
də adlanır)   
Dərin  Paket  Təftişi  (
paketin  tam  təftişi  və  informasiyanın 
çıxarılması  da  adlanır)  –  şəbəkə  paketlərinin  süzülməsinin  bir 
formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və 
ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud 
başqa  məntəqəyə  yönləndirilməli  olduğuna  qərar  vermək,  yaxud 
statistik  məlumatlar  toplamaq  üçün protokollara  uyğunsuzluq, 
viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar 
yoxlan
ır.  
 
Deep Web  (Deepnet,  Invisible Web  v
ə  ya  Hidden Web  də 
adlanır)    
Dərin  veb  –  World Wide Web-in standart  axtarış  maşınları 
tərəfindən indekslənən hissəsinə (ing. Surface Web) daxil olmayan 
kontentidir. 
 
Defense-in-breadth   
Eninə  müdafiə  –  sistem,  şəbəkə  və  ya  altkomponentin  həyat 
dövrünün  hər  bir  mərhələsində  (sistemin,  şəbəkənin  və  yaxud 
məhsulun  dizaynı  və  hazırlanması;  istehsalı;  qablaşdırılması; 
yığılması;  sistemlərin  inteqrasiyası;  distribusiya;  əməliyyatlar; 
texniki  dəstək  və  demontaj  edilməsi)  boşluqların  müəyyən 
edilməsinə,  idarə  edilməsinə  və  mövcud  risklərin  azaldılmasına 
xidmət  edən  planlaşdırılmış,  sistemli,  multi-disiplinar  fəaliyyətlər 
toplusudur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə