Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   2   3   4   5   6   7   8   9   ...   42


bir  sıra  ali  məktəblərdə  informasiya təhlükəsizliyinin müxtəlif 
istiqam
ətləri üzrə  mühazirələr və  seminar məşğələləri  aparırlar. 
Az
ərbaycan dilində  informasiya təhlükəsizliyinin müxtəlif 
istiqam
ətləri üzrə ona yaxın kitab nəşr olunmuşdur. Sadalanan bütün 
prosesl
ərdə  müzakirələr azərbaycan dilində  aparılmışdır  və  bunlar 
informasiya t
əhlükəsizliyi üzrə  terminlərin  formalaşmasında 
əhəmiyyətli rol oynamışdır. 
Qeyd etm
ək  lazımdır  ki,  Rabitə  və  Yüksək Texnologiyalar 
Nazirliyind
ə  (RYTN) fəaliyyət göstərən  Standartlaşdırma  üzrə 
“İnformasiya-kommunikasiya  texnologiyaları”  Texniki  Komitəsi 
(TK 05) t
ərəfindən mövcud beynəlxalq standartlar əsasında bir sıra 
informasiya t
əhlükəsizliyi  standartları  işlənmişdir  və  bu 
standartlarda  da 
bir  sıra  informasiya təhlükəsizliyi terminlərinə 
t
əriflər verilir.  
T
əqdim olunan vəsaitdə  informasiya təhlükəsizliyi üzrə  elmi və 
kütl
əvi  ədəbiyyatda rast gəlinən 600-dən çox ingilis dilli termin 
toplanmışdır  və  onların  azərbaycan dilində  tərcüməsi  variantı 
verilm
işdir.  Terminlər informasiya təhlükəsizliyi üzrə  elmi və 
praktiki f
əaliyyətin  əsas istiqamətlərini  əhatə  edir.  Aydındır  ki,  bu 
v
əsait çərçivəsində informasiya təhlükəsizliyi üzrə terminlərin kiçik 
bir hiss
əsini əhatə etmək mümkün olmuşdur.
 



A  
 
A3 
GSM  (Global System for Mobile Communications
əvvəllər 
Groupe Spécial Mobile)  standart
lı  mobil rabitə  şəbəkəsində 
abonentin autentifikasiyası üçün kriptoqrafik alqoritm. 
 
A5  
GSM standartl
ı mobil rabitə şəbəkələrində mobil terminal ilə baza 
stansiyası arasında ötürülən trafikin mühafizəsi üçün istifadə edilən 
axın şifri üçün Avropa standartıdır. Kriptoqrafik açarın uzunluğu 64 
bitdir. Kriptoqrafik m
əhsulların ixracına olan məhdudiyyətlərə görə 
A5/1 v
ə A5/2 (zəiflədilmiş) kimi iki variantı mövcuddur. 
 
A8  
A5 
axın  şifri  üçün  seans  açarının  generasiyası  alqoritmi.  A3/A8-i 
real
laşdırmaq üçün COMP 128 heş-funksiyası istifadə edilir. 
 
Acceptable Internet Use Policy (AUP) 
İnternetdən  münasib  istifadə  siyasəti  −  İnternetdən istifadə 
müdd
ətlərini və  şərtlərini, o cümlədən, onlayn  davranış  və  giriş 
imtiyazlarını  təsvir edən  yazılı  müqavilə.  Bu siyasət  istifadəçilər 
t
ərəfindən imzalanır. 
 
Access 
G
iriş    subyekt  və  obyekt  arasında  qarşılıqlı  təsir  nəticəsində 
onların birindən digərinə informasiya axını yaranır. 
 
Access category 
Giriş  kateqoriyası    digər  obyektlərin  paylaşa  bildiyi,  baxılan 
obyekti istifad
ə  etməyə  səlahiyyət  verildiyi  resurslara  əsaslanan 
kateqoriya. 
 
 
 



Access control 
G
irişin  idarə  edilməsi  (girişə  nəzarət)  −  sistemin  resurslarına 
girişin  məhdudlaşdırılması  prosesidir,  yalnız  icazə  verilmiş 
proqramlara, prosesl
ərə  və  ya  başqa  sistemlərə  (şəbəkədə)  girişə 
imkan verilir. 
 
Access control mechanism 
G
irişin idarə edilməsi mexanizmi − avtomatlaşdırılmış sistemlərdə 
icaz
əsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə 
ver
ən  avadanlıq  və  ya proqram təminatı,  sistem  proseduru, 
administrator proseduru v
ə onların müxtəlif kombinasiyalarıdır. 
 
Access level 
G
iriş  səviyyəsi  −  təhlükəsizlik səviyyəsi  nişanının  verilənlərin 
kritikliyinin v
ə  ya subyektlərin  şəffaflığının  identifikasiyası  üçün 
istifad
ə  edilən iyerarxik hissəsidir.  Giriş  səviyyəsi qeyri-iyerarxik 
kateqoriyalarla birlikd
ə təhlükəsizlik səviyyəsini təşkil edir.  
 
Access period 
Giriş  müddəti  –  göstərilən  giriş  hüquqlarının  qüvvədə  olduğu 
zaman müdd
əti. 
 
Access permission 
Giriş icazəsi – subyektin müəyyən obyektlə əlaqəli olan bütün giriş 
hüquqları. 
 
Access right 
Giriş hüququ – konkret obyektə giriş üçün spesifik əməliyyat tipinə 
gör
ə subyektə verilən icazə. 
 
Access type 
Giriş  növü  −  müəyyən  qurğuya,  proqrama, fayla və  s.  giriş 
hüququnun mahiyy
əti (adətən,  oxumaq,  yazmaq,  yerinə  yetirmək, 
əlavə etmək, modifikasiya etmək, silmək).  
 



Accountability 
Hesabat
lılıq  −  müəyyən hərəkətlərə  görə  cavabdehliyi müəyyən 
etm
ək üçün sistemin subyektlərinin fəaliyyətini qeyd etməyə  və 
onları  fərdi identifikatorlarla əlaqələndirməyə  imkan verən  sistem 
xass
əsi. 
 
Account harvesting  
Hesab  toplayan  –  çox vaxt e-
poçt  reklamı  vasitəsilə  başqalarına 
nəyisə  satmağa  və  ya  onları  aldatmağa  çalışan  kompüter 
spamçılarını, fərdləri göstərmək üçün istifadə edilir. 
 
Accreditation 
Akkreditasiya  –  t
əhlükəsizlik tədbirlərinin  müəyyən  edilmiş 
çoxluğunun  həyata keçirilməsinə  əsaslanaraq informasiya 
sisteminin 
əməliyyatlarına  icazə  verilməsi  və  təşkilatın 
əməliyyatlarına  (məqsədlər,  funksiyalar,  imic  və  ya  nüfuz  daxil 
olmaqla),  t
əşkilatın  aktivlərinə  və  ya  əməkdaşlarına  olan  riskin 
q
əbul edilməsi  haqqında  səlahiyyətli  təşkilatın  rəsmisi  tərəfindən 
verilmiş rəsmi qərar. 
 
Active threat 
Aktiv t
əhdid – verilənlərin emalı sisteminin vəziyyətinə bilərəkdən 
h
ər hansı icazəsiz dəyişiklik etmək təhlükəsi. 
 
Active wiretapping 
Aktiv dinl
əmə – telefon danışıqlarının verilənləri dəyişdirmək və ya 
daxil etm
ək məqsədilə dinlənilməsi. 
 
Advanced Encryption Standard (AES) 
Qabaqcıl şifrləmə standartı – elektron məlumatları qorumaq üçün 
istifad
ə  edilən,  ABŞ  hökuməti tərəfindən bəyənilmiş  şifrləmə 
alqoritmini mü
əyyən edir  (2000-ci ildən qüvvədədir). AES 
alqoritmi  informasiyanın  şifrlənməsi  və  deşifrlənməsi üçün 
simmetrik blok şifridir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə