Основные термины информационной безопасности


Clonebot, Clonies, or Bot



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

30 
Clonebot, Clonies, or Bot 
Klonbot,  Klonlar  v
ə  ya  Bot  –  özünü  şəbəkədə  kritik  həcmdə 
replikasiya etmək üçün nəzərdə tutulur. Klonbot şəbəkədə bir neçə 
agent kimi 
meydana çıxır və sonra şəbəkədə digər istifadəçiyə qarşı 
daşqın [flooding] eksploytunu yerinə yetirir. 
 
Closed-security environment 
Q
apalı təhlükəsizlik mühiti – verilənləri və resursları təsadüfi və ya 
b
ədniyylətli  əməllərdən qorumaq üçün (səlahiyyət  vermək 
formalarında,  təhlükəsizlik  hüquqlarında,  konfiqurasiya  idarə 
elementl
ərində) xüsusi diqqət verilən mühit. 
 
Clone phishing  
Klon  fişinqi  –  fişinq  yayanlar  həqiqi  mənbələrdən  göndərilən 
məktublara tam oxşayan elektron məktub yaradırlar. 
 
Code 
Kod
1. Açıq mətn elementlərinin (hərflər, hərf birləşmələri, sözlər 
v
ə  s.)  qrup  şəklində  simvola çevrilmələri  çoxluğu.  Şifrin  xüsusi 
növüdür. 
2.  M
əlumat itkisi olmadan bir əlifbada olan məlumatın  digər 
əlifbadakı məlumata çevrilməsi qaydası. 
 
Code Red I and II Worm 
I  v
ə II Qırmızı kod soxulcanları – 16 iyul 2001-ci ildə Windows 
IIS Serverind
əki  boşluqlardan istifadə  edərək  I  Qırmızı  Kod  və 
sonra 
II  Qırmızı  Kod  soxulcanları  saatlar  ərzində  çoxalaraq  və 
İnternetdəki  hər  bir  müdafiəsiz  kompüteri  yoluxduraraq  İnternetdə 
sür
ətlə yayılmışdı. 
 
Coding 
Kodlaşdırma  –  ilkin  əlifbadakı  məlumatın  digər  əlifbadakı 
m
əlumata çevrilməsi. 
 
 


31 
Cold site 
Soyuq sayt  –  veril
ənlərin ehtiyat emalı sisteminin quraşdırılmasını 
v
ə fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan zəruri avadanlığı 
olan vasit
ə. 
 
Collision 
Kolliziya  –  müxt
əlif məlumatların  heş-qiymətlərinin üst-üstə 
düşməsi hadisəsi. 
 
Common Attack Pattern Enumeration and Classification 
(CAPEC) 
Hücum  şablonlarının  ümumi  siyahısı  və  təsnifatı  –  hücum 
şablonlarının,  hücum  sxemlərinin  və  hücum  siniflərinin  açıq 
kataloqu. MITRE 
korporasiyası tərəfindən ABŞ Milli Təhlükəsizlik 
Nazirliyi (Department of Homeland Security, DHS) üçün 
işlənmişdir. 
 
Common Platform Enumeration (CPE) 
Platformaların  ümumi  siyahısı  –  təşkilatın  hesablama  texnikası 
vasitələrində  təmsil  olunmuş  əməliyyat  sistemlərinin,  tətbiqi 
proqramların  və  aparat  qurğularının  siniflərinin  identifikasiyası  və 
təsviri  üçün  strukturlaşdırılmış  metod. CPE bu  vasitələr  barəsində 
məsələn, informasiya təhlükəsizliyi siyasətinin yerinə yetirilməsini 
yoxlamaq məqsədilə informasiya mənbəyi kimi istifadə edilə bilər. 
 
Common Vulnerabilities and Exposures (CVE)  
Boşluqların  ümumi  tezaurusu  –  bütün  məlum  informasiya 
təhlükəsizliyi  boşluqları  üçün  vahid  tezaurus  təqdim  edir  və 
boşluqların adlandırılmasının vahid qaydalarını müəyyən edir. 
 
Common Weakness Enumeration (CWE) 
Boşluqların  ümumi  siyahısı  –  proqram təminatı  məhsullarının 
m
əlum boşluqlarının siyahısı. 
 
 


32 
Communications security 
Kommunikasiya t
əhlükəsizliyi  –  verilənlərin ötürülməsinə  tətbiq 
edil
ən kompüter təhlükəsizliyi   
 
COMP 128 
Girişi  256  bit  və  çıxışı  128  bit  olan  heş-funksiya. GSM standartlı 
mobil rabit
ə  şəbəkələrində  A3/A8-in realizəsi  üçün  istifadə  edilir. 
Tam  sındırılmışdır,  müəyyən  girişlər üçün generasiya edilən  heş-
qiym
ətlərdən girişin bir hissəsini bərpa etmək mümkündür. 
 
Compartmentalization 
Parsell
əmə  –  riski azaltmaq məqsədilə  ayrı-ayrı  təhlükəsizlik 
elementl
əri ilə verilənlərin təcrid olunmuş bloklara bölünməsi. 
 
Compromise 
Nüfuzdansalma – informasiya t
əhlükəsizliyinin proqramların və ya 
veril
ənlərin modifikasiyası, məhv  edilməsi  və  ya səlahiyyətsiz 
subyektl
ər tərəfindən istifadəsinin mümkün edilməsi yolu ilə 
pozulması. 
 
Compromising emanation 
Nüfuzdansalma  emanasiyası  –  qeyri-ixtiyari  olaraq  buraxılan  və 
ələ  keçirilib analiz edilərsə, emal edilən və  ya ötürülən mühüm 
informasiyanı aşkarlaya bilən siqnallar. 
 
Computer crime 
Kompüter  cinay
ətkarlığı  –  verilənlərin  emalı  sisteminin  və  ya 
kompüter 
şəbəkəsinin köməyilə və ya onların birbaşa cəlb edilməsi 
il
ə törədilən cinayət. 
 
Computer Emergency Response Team/Coordinating Center 
(CERT/CC) 
Kompüter  T
əhlükəsizliyi  İnsidentlərini Operativ  Cavablandırma 
Q
rupu/Əlaqələndirmə  Mərkəzi  –  Karnegi-Mellon Universitetinin 
Proqram Müh
əndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. 


33 
CERT/CC 
PMİ-də işlənən Networked Systems Survivability (NSS) 
proqramının  bir  hissəsidir.  Bu  proqramın  əsas məqsədi  müvafiq 
texnologiyaların  və  sistemin idarə  edilməsi  metodlarının 
qurulmasını  elə  şəkildə  təmin etməkdir  ki,  hücumların  maksimal 
s
əmərəli  qarşısı  alınsın,  ziyan  minimumlaşdırılsın  və  hətta 
hücumların  həyata keçirilməsi  uğurlu  halında  da  sistemin  fasiləsiz 
i
şi təmin edilsin.  
CERT/CC 
əlaqələndirmə  mərkəzinin vəzifələri  aşağıdakı 
m
əsələlərin həll edilməsidir: 
CERT/CC  laboratoriyalarında  (tədqiqat) proqram və  aparat 
t
əminatının  aşkarlanmış  boşluqları  haqqında  istifadəçiləri 
m
əlumatlandırmaq  üçün  veb-serverdə  (http://www.cert.org), ftp-
serverd
ə 
(ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet 
telekonfransında 
(comp.security.announce) 
və 
gönd
əriş 
siyahılarında  boşluqların  təsviri və  onların  aradan  qaldırılması 
üsulları  –  Advisories nəşr  olunur.  Təhlükəsizlik problemləri və 
onların  həlli  haqqında  istehsalçı  firmalardan  alınmış  məlumatlar 
xüsusi informasiya bülletenl
ərində (Vendor-Initiated Bulletins) nəşr 
olunur, onlar da Advisories kimi h
əmin kanallarla yayılır. 
 
Computer forensics 
Kompüter  kriminalistikas
ı – təhqiqat məqsədləri üçün verilənlərin 
tamlığını  saxlamaqla  kompüterlə  əlaqədar  verilənlərin  toplanması, 
saxlanması və analizi praktikası. 
 
Computer fraud 
Kompüter d
ələduzluğu  –  verilənlərin  emalı  sisteminin  və  ya 
kompüter şəbəkəsinin köməyilə və ya onların birbaşa cəlb edilməsi 
il
ə edilən dələduzluq. 
 
Computer Incident Advicory Capability (CIAC) 
Kompüter 
İnsidentləri  üzrə  Məsləhət  Mərkəzi  –  ABŞ  Energetika 
Nazirliyi yanında 1989-cu ildə yaradılmışdı və Lawrence Livermore 
Milli Laboratoriyasında yerləşir. Mərkəzin əsas məqsədi Energetika 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə