Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

57 
buraxma
sı  ehtimalı.  Bu  əmsal hesablanarkən  güman edilir ki
basqasının adını mənimsəyən şəxs passiv cəhdlər edir. 
 
False negative 
Yalan  m
ənfi  –  IDS-in  bədniyyətli fəaliyyət  baş  verdiyi  halda 
həyəcan siqnalı verməməsi halı. 
 
False positive 
Yalan müsb
ət – IDS-in bədniyyətli fəaliyyətin baş vermədiyi halda 
səhvən həyəcan siqnalı verməsi. 
 
False Rejection Rate (FRR) 
Səhv  imtina  əmsalı  –  biometrik sistemin istifadəçinin  kimliyini 

əyyən edə  bilməməsi və  ya qanuni istifadəçinin  kimliyini 
yoxlayanda s
əhv etməsi ehtimalı. 
 
Fault tolerance 
İmtinalara  dayanıqlıq  –  səhvlər və  ya imtinalar olduqda sistemin 
v
ə ya proqramın düzgün işləməsini saxlaması xassəsi. 
 
Fast flux  
Sürətli  axın  –  proksi  kimi  çıxış  edən  yoluxmuş  hostların  daim 
dəyişən  şəbəkəsidir,  botnetlər  tərəfindən  fişinq  və  zərərli  proqram 
təminatı yayan saytları gizlətmək üçün istifadə edilən üsuldur. 
 
FedCIRC (Federal Computer Incident Response Capability) 
FedCIRC  –  1996-
cı  ildə  ABŞ-da  NIST, CERT/CC və  CIAC-ın 
iştirakı  ilə  yaradılmış  təşkilat.  Bu  mərkəz qeyri-hərbi federal 
hakimiyy
ət  orqanlarını  müvafiq  informasiya  ilə  təmin edir. 
FedCIRC-
in ünvanı http://csrc.nist.gov/fedcirc/. 
 
Federal Information Processing Standard (FIPS) 
Federal  informasiya 
emalı  standartı  –  ABŞ  federal agentlikləri 
t
ərəfindən istifadə  üçün qəbul olunmuş  standart.  ABŞ  Ticarət 


58 
Nazirliyinə  tabe  olan  Milli  Texnologiyalar  və  Standartlar  İnstitutu 
t
ərəfindən nəşr edilir. 
 
File Integrity Checker 
Fayl
ın  tamlığına  nəzarətçi  –  fayllarda dəyişiklikləri  aşkarlamaq 
üçün 
onların heş kodlarını hesablayan, saxlayan və müqayisə edən 
proqram t
əminatı. 
 
FIREFLY 
FIREFLY  – 
açıq  açarlı  kriptoqrafiya  əsasında  açarların  idarə 
edilməsi protokolu. 
 
Firewall  
Şəbəkələrarası  ekran  və  ya  şəbəkə  ekranı  –  verilmiş  qaydalara 
uyğun  olaraq  OSI  modelinin  müxtəlif  səviyyələrində  şəbəkə 
paketlərinə  nəzarəti  həyata  keçirən  aparat  və/və  ya  proqram 
vasitələri kompleksidir. 
Şəbəkələrarası  ekranın  əsas  vəzifəsi  kompüter  şəbəkələrinin  və  ya 
ayrıca qovşaqların icazəsiz girişlərdən qorunmasıdır. Şəbəkələrarası 
ekranları  çox  vaxt  süzgəc  də  adlandırırlar,  çünki  onların  əsas 
vəzifəsi  –  konfiqurasiyada müəyyən  edilmiş  meyarlara  uyğun 
gəlməyən paketləri buraxmamaqdır (süzməkdir). 
Şəbəkələrarası ekranlar həm də xarici mühitə yönələn informasiya 
axınına nəzarət edir və beləliklə, daxildə konfidensiallığı təmin edir. 
 
Firmware 
Proqramlaşdırılan  avadanlıq  –  kriptoqrafik modulun aparat 
təminatında  saxlanan və  icra  zamanı  dinamik yazmaq  və  ya 
d
əyişdirmək mümkün olmayan proqramlar  və  məlumat 
komponentl
əri. 
 
FIRST (Forum of  Incident Response and Security Teams) 
İnsidentlərin  emalı  və  təhlükəsizlik  komandalarının  beynəlxalq 
forumu  (http: //www.first.org). 1990-
cı ildə 11 iştirakçının dəstəyi 
il
ə (CERT/CC, CIAC və s.) yaradılmışdı. Hazırda FIRST tərkibinə 


59 
dünyanın  müxtəlif ölkələrindən  200-dən çox CERT-komandası 
daxildir. 
FIRST illik Computer Security Incident Handling Workshop 
simpoziumunun t
əşkilatçısıdır.  Bu  simpoziumda  təkcə  FIRST 
iştirakçıları deyil, bütün arzu edənlər iştirak edə bilər. FIRST yalnız 
öz iştirakçıları üçün ildə 2-3 dəfə qapalı kollokviumlar təşkil edir. 
CERT-komanda
larının  əlaqələndiricisi olan FIRST forumu 
kompüter  sisteml
ərində  boşluqlar  və  onlara  hücumlar  haqqında 
m
əlumat nəşr etmir. 
 
Flaw 
Defekt  – 
informasiya  sistemində  təhlükəsizlik  mexanizmlərindən 
yan keçm
əyə  və  ya  onların  söndürülməsinə  imkan verən səhv
gözd
ən qaçırma və ya səhlənkarlıq. 
 
Flooding  
Daşqın  –  1)  daxil  olan  hər  bir  paketi  öz  ünvanı  istisna  olmaqla 
bütün çıxış ünvanlarına göndərən sadə marşrutlaşdırma alqoritmi.  
2)  xidm
ətdən imtina ilə  nəticələnən, böyük həcmdə 
veril
ənlərin təsadüfi və ya bilərəkdən daxil edilməsi. 
 
Footprinting  
Ayaq  izinın  alınması  –  kompüter  sistemləri  və  onların  mənsub 
olduqları təşkilatlar və ya şəxslər haqqında məlumatların toplanması. 
Müxtəlif  kompüter  təhlükəsizliyi  üsulları  tətbiq  etməklə  həyata 
keçirilir. 
 
Formal security policy model 
T
əhlükəsizlik siyasətinin formal modeli − təhlükəsizlik siyasətinin 
ciddi riyazi t
əsviri.  Sistemin  başlanğıc  vəziyyətinin təsvirini, 
sistemin bir v
əziyyətdən  digərinə  keçid  üsullarını,  həmçinin 
t
əhlükəsiz vəziyyətin müəyyən edilməsini nəzərdə  tutur.  Etibarlı 
hesablama  bazasının  əsası  kimi  qəbul edilməsi üçün modeldə 
aşağıdakı müddəaların formal isbatı olmalıdır: 

 
sistem
in başlanğıc vəziyyəti təhlükəsizdir;  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə