Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

4

qtisadi tənqid 

 

3. 


Bazarlar monopoliyaya aparır 

 

Dövlət müdaxiləsi olmasaydı, azad bazarlara arxalanma həşeyin bir neçə böyük şirkə



tərəfindən  satılmasına  aparıb  çıxaracaqdı.  Bazarlar  təbii  olaraq  monopoliya  yaradır, 

belə  ki,  kiçik  istehsalçılar  yalnız  öz  mənfəətlərini  güdən  firmalar  tərəfindən  sıxışdırılıb 

çıxarılır. Lakin dövlət ictimai maraqları güddüyündən, monopoliyaları məhdudlaşdırmaq 

üçün fəaliyyət göstərir. 

 

Hökumətlər  adətən  monopoliyanı onlara  sərf  edən  fərdlərə,  yaxud qruplara verə bilərlər 



və  tez-tez  də  verirlər;  belə  ki,  onlar  digər  qrupların  bazara  girməsinə  və  müştərilərin 

sifarişləri  uğrunda  rəqabətə  qoşulmasına  qadağa  qoyurlar.  Monopoliya  da  məhz  budur. 

Monopoliya  hər  hansı  dövlət  agentliyinə  (məsələn,  bir  çox  olkələrdə  monopoliya 

olunmuş poçt xidmətləri kimi), yaxud üstün hesab olunan firmaya, ailəyə və ya şəxsə də 

verilə bilər.  

 

Azad bazarlar monopoliyanı təşviq edirmi? Bunun belə olduğunu düşünməyə demək olar 



ki,  heç  bir  kiçik  və  ya  yaxşı  səbəb  yoxdur,  əksini  düşünmək  üçünsə  səbəblərin  sayı  lap 

çoxdur. Azad bazarlar insanların bazara daxil olmaq, bazardan çıxmaq, istədiyi adamdan 

istədiyini  alıb-satmaq  azadlığına  əsaslanır.  Əgər  bazara  sərbəst  girən  firmalar  orta 

səviyyədən  yuxarı  mənfəət  əldə  edə  bilirsə,  həmin  mənfəət  rəqibləri  cəlb  edir,  onlar  da 

həmin  mənfəət  uğrunda  rəqabətə  girişirlər.  Bəzi  iqtisadi  ədəbiyyat  elə  hipotetik 

situasiyaların  təsvirini  təqdim  edir  ki,  burada  müəyyən  bazar  şərtləri  daimi  “rentalar”a, 

yəni resursların başqa cür istifadəsindən qazanma kimi müəyyən edilən alternativ xərcdən 

(eng. opportunity cost) artıq gəlirlərə gətirib-çıxara bilər. Buna konkret nümunə gətirmək 

çox çətindir, lakin nadir resurslara sahiblik (məsələn, Rembrantın əsərləri) kimi nisbətən 

az  maraqlı  halları  göstərmək  olar.  Bunun  əksinə  olaraq,  tarixdə  hökumətlərin  öz 

tərəfdarlarına xüsusi imtiyazlar verməsi halları çoxdur. 

 

Bazara  girmək  və  kimdən  almaq  istədiyini  seçmək  azadlığı  həmin  müvəqqəti  rentaları 



yaxşı mal,  yaxud yaxşı xidmət təklif etmək hesabına yox etməklə istehlakçı maraqlarını 

təşviq  edir.  Bunun  əksinə  olaraq,  hökumətlərə  kimin  mal  və  ya  xidmət  təklif  edib-edə 

bilməməsini  müəyyən  etmək  səlahiyyətinin  verilməsi  tarixən  mövcudluğu  müşahidə 

olunan  monopoliyalar  yaradır  ki,  bu  monopoliyalar  istehlakçılara  ziyan  vurur  və  insan 

rifahının  əsaslandığı  məhsuldar  qüvvələrin  gücünü  məhdudlaşdırır.  Əgər  bazarlar 

monopoliyaların  yaranmasına  səbəb  olardısa,  onda  bir  çox  adamın  öz  zəif  rəqibləri  və 

müştəriləri  hesabına  monopoliya  alması  üçün  hökumətə  müraciət  etməsinin  şahidi 

olmazdıq. Onlar, bunun əvəzinə, monopoliyalarını bazardan əldə edə bilərdilər. 

 

Xatırlamağa dəyər ki, hökumət ozü monopoliya səlahiyyətlərini həyata keçirmək istəyir. 



Hökumətin  klassik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  verilmiş  coğrafi  ərazidə  gücün 

hesabına  monopoliya  səlahiyyətlərini  həyata  keçirir.  Niyə  biz  belə  monopoliyanın 

rəqabətə-rəqabət  azadlığı  ilə  müəyyənləşən  bazardan  daha  dost  mövqedə  dayanmasını 

gözləməliyik? 

 



 

5

4.  Bazarlar  elə  mükəmməl  informasiyalardan  asılıdır  ki,  onlara  çıxış  dövlət 



tənizimlənməsini tələb edir 

 

Bazarların  effektiv  olması  üçün  bütün  bazar  iştirakçıları  öz  fəaliyyətlərinin  dəyəri 



haqqında  tam  informasiyaya  malik  olmalıdırlar.  Əgər  bəziləri  digərlərindən  daha  çox 

informasiyaya  malik  olarsa,  belə  assimetriyalar  qeyri-effektiv  və  ədalətsiz  nəticələrə 

gətirib çıxara bilər. Hökumət bazarlardakı informasiya çatışmazlığını təmin etmək üçün 

müdaxilə etməli və həm effektli, həm də ədalətli nəticələr yaratmalıdır. 

 

nformasiya  istifadə  etdiyimiz  digər  predmetlər  kimi  həmişə  dəyərə  malikdir,  yəni  onu 



daha  çox  əldə  etmək  üçün  nəsə  ödəməliyik.  nformasiyanın  özu  bazarda  mübadilə 

məhsuludur;  məsələn,  biz  informasiyalarla  dolu  kitablar  alırıq,  ona  görə  ki,  bizim  üçün 

kitabdakı informasiyalar onun üçün sərf etdiyimiz qiymətdən daha dəyərlidir. Bazarlar öz 

fəaliyyəti  üçün  bitkin  informasiyanı  demokratiyaların  tələb  etdiyindən  artıq  tələb  etmir. 

nformasiyanın  yalnız  bazar  iştirakçıları  üçün  bahalı,  siyasi  iştirakçılar  üçün  isə  pulsuz 

olması  fərziyyəsi  həddən  artıq  destruktiv  dərəcədə  qeyri-realdır.  Nə  siyasətçilər,  nə  də 

seçicilər mükəmməl informasiyaya malik olurlar. Əslində, seçici və siyasətçilərin lazımi 

miqdarda informasiya əldə etmək stimulu bazar iştirakçılarından daha azdır, çünki onlar 

öz pullarını xərcləmirlər. Məsələn, ictimai fonddan pul xərcləyən siyasətçilər öz pullarını 

xərcləyən  adamlar  qədər  ehtiyatlanmaqda,  yaxud  mümkün  qədər  daha  çox  informasiya 

ə

ldə etməkdə maraqlı olmurlar. 



 

Dövlət  müdaxiləsi  lehinə  dair  ümumi  arqument  istehlakçılarla  ixtisaslaşmış  xidmət 

təchizatçıları  arasındakı  informatik  assimmetriyalardan  irəli  gəlir.  Məsələn,  həkimlər 

həmişə  tibbi  məsələlər  haqqında  xəstələrdən  daha  çox  məlumatlı  olurlar,  buna  görə  də, 

biz  özümüzü  müalicə  etmək  əvəzinə,  həkimə  gedirik.  Bu  səbəbdən  iddia  edilir  ki, 

istehlakçıların  hansı  həkimin  daha  peşəkar  olduğunu,  onların  düzgün  müalicə  alıb-

almadığını,  yaxud  onların  çox  pul  verib-vermədiyini  bilməyə  imkanları  olmur.  Dövlət 

tərəfindən  lisenziyalaşdırma  buna  cavab  kimi  təklif  edilə  bilər;  lisenziya    olduqda, 

insanlar  inanırlar  ki,  həkim  ixtisaslı,  səlahiyyətli  və  vicdanlıdır.  Tibb  və  digər  peşələr 

sahəsində  lisenziyalaşdırma  faktlarını  öyrənərkən  bunun  əksini  müşahidə  edirik. 

Bazarların  pilləli  sertifikatlaşdırmaya  meylli  olmasına  baxmayaraq,  lisenziyalaşdırma 

ikili  xarakter  daşıyır;  lisenziya  var,  yaxud  yoxdur.  Bundan  əlavə,  lisenziyalaşdırılmış 

ixtisaslar üçün ümumi olan peşəkarın “qeyri-peşəkar davranışa” görə lisenziyasının ləğv 

edilməsidir  ki,  bu  da  çox  zaman  reklam  kimi  müəyyən  edilir.  Lakin  reklam  bazarların 

məhsul  və  xidmətlərin  mövcud  olması,  nisbi  keyfiyyətlər  və  qiymətlər  barədə 

informasiya  təqdim  etməsi  üçün  vasitələrdən  biridir.  Lisenziyalaşdırma  informasiya 

assimmetriyası halları üçün həll deyil, onların səbəbidir. 

 

5. 



Bazarlar  yalnız  bitkin  informasiyaya  malik  saysız-hesabsız  insanın  eyni  çeşidli 

istehlak malları ilə ticarəti zamanı fəaliyyət gostərir 

 

stehsalın artması və mənfəətin azalması ilə xarakterizə edilən bazarın effektivliyi onunla 

ölçülür  ki,  heç  kimin  qiymət  müəyyənləşdirməsi  tələb  olunmur,  yəni  nə  alıcının,  nə  də 

satıcının  bazara  giriş-  çixışı  qiymətə  təsir  edə  bilmir.  Mükəmməl  rəqabətli  bazarda  heç 

bir  fərdi  alıcı,  yaxud  satıcı  qiymətlərə  təsir  etmək  iqtidarında  deyil.  Bütün  məhsullar 



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə