Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

12

Çox  adam  elə  düşünür  ki,  yumurtaların  hamısını  eyni  səbətə  qoymaq  ağılsızlıqdır. 



Ehtiyatlı  investorlar  öz  sərmayə  portfellərini  diversifikasiya  etməklə  müxtəlif 

əssisələrə  qoyurlar,  bu  da  diversifikasiya  edilmiş  “siyasət  portfeli”  qədə

ağlabatandır və sosializm və bazarların qarışığı deməkdir. 

 

Ehtiyatlı investorlar daxili informasiyaya malik olmadıqda, həqiqətən də risklərə qarşı öz 



sərmayə  portfellərini  diversifikasiya  edirlər.  Əgər  bir  fond  birjasında  qiymətlər  düşərsə, 

digərində qalxa bilər, beləliklə, bir axşamda həm itki, həm də qazanc yarana bilər. Uzun 

bir  müddət  ərzində  uyğun  surətdə  diversifikasiya  edilmiş  investisiya  portfeli  artım 

verəcək. Lakin siyasətlər belə deyildir. Bəziləri zaman-zaman yaranan gəlirlərin itməsini, 

digərləri  isə  müvəffəqiyyət  nümayiş  etdirir.  flasa  uğraması  və  ya  müvəffəqiyyət 

qazanacağı  bəlli  olan  firmaların  qiymətli  kağızlarından  ibarət  olan  “diversifikasiya 

edilmiş investisiya portfelinin” heç bir əhəmiyyəti olmazdı; diversifikasiyanın əsas səbəbi 

hansı firmanın mənfəətli, hansının isə məfəətsiz olacağı haqqında xüsusi biliklərə malik 

olmamaqdır. 

 

Kanadanın  Freyzer  nstitutu  və  dünyanın  digər  tədqiqat  institutlarının  geniş  şəbəkəsinin 



hər  il  apardığı  iqtisadi  məlumatların  öyrənilməsi  göstərir  ki,  bazarlara  davamlı  və  geniş 

surətdə arxalanma əhalinin hər nəfərinə düşən gəlirin artmasına, sürətli iqtisadi inkişafa, 

aşağı işsizlik səviyyəsinə, uzunömürlülüyə, uşaq olümünün azalmasına, uşaq əməyindən 

istifadənin  səviyyəsinin  aşağı  düşməsinə,  təmiz  suya  olan  tələbatın  daha  çox 

ödənilməsinə, səhiyyənin inkişafına və təmiz ətraf mühit və mükəmməl idarəçilik (rəsmi 

korrupsiyanın  aşağı  hədləri  və  daha  demokratik  məsuliyyət)  də  daxil  olmaqla,  müasir 

həyatın digər sahələrinin inkişafına gətirib-çıxarır. Azad bazarlar yaxşı nəticələr doğurur. 

 

Buna baxmayaraq, bu yolun “yaxşı balanslaşdırılmış”orta variantı yoxdur. Bazara dövlət 



müdaxiləsi  adətən  təhriflərə,  hətta  böhranlara  gətirib  çıxarır  və  bu  da  yeni  müdaxilələr 

üçün  bəhanələrə  çevrilir.  Beləliklə,  siyasət  gah  bu,  gah  da  digər  istiqamətə  yönəldilir. 

Məsələn, iqtisadi inkişafdan daha sürətlə artan valyuta təklifi yaradan  ehtiyatsız valyuta 

siyasətinin də daxil olduğu “portfel siyasəti ”qiymətlərin artımına aparır. Tarix dəfələrlə 

nümayiş etdirib ki, siyasətçilər öz yarıtmaz siyasətlərini pisləməklə deyil, təqsiri “həddən 

artıq  inkişaf  edən  iqtisadiyyatın”,  yaxud  “qeyri-vətənpərvər  spekulyatorların”  üstünə 

yıxmaqla  və  qiymətlər  üzərinə  nəzarət  qoymaqla  cavab  verməyə  meyllidirlər. 

Qiymətlərin  tələb  və  təklif  vasitəsilə  təshihi  mümkün  olmadıqda  (belə  halda,  pula  olan 

təklifin  artması  istehlak  mallarında  ifadə  olunan  pulun  dəyərini  aşağı  salır),  nəticədə 

məhsul  və  xidmət  qıtlığı  yaranır.  Çünki  adamların  çoxu  məhdud  təchizat  mallarını 

istehsalçıların  satmaq  istəmədikləri  aşağı  bazar  qiymətləri  ilə  almağa  can  atırlar. 

Həmçinin,  azad  bazarların  olmaması  insanları  qara  bazarlara,  rəsmilərə  rüşvət  verməyə 

və  digər  qanundankənar  vasitələrə  üz  tutmağa  vadar  edir.  Qıtlıq  və  korrupsiya 

qarışığından  ibarət  nəticə  hakimiyyətin  daha  çox  avtoritar  güc  əldə  etməsinə  gətirib 

çıxarır.  Özündə  bu  cür  yanlış  siyasətləri  ehtiva  edən  “portfel  siyasəti”nin  effekti 

iqtisadiyyatın  rolunu  azaltmaqdan,  korrupsiya  yaratmaqdan  və  hətta  konstitusion 

demokratiyanın əsaslarını zəiflətməkdən ibarətdir. 

 

 



 


 

13

 Hibrid Etik/ qtisadi Tənqid 



 

12. Bazarlar qeyri-bazar proseslərindən daha çox qeyri-bərabərliyə aparır 

 

Tərifə görə, bazarlar istehlakçıların istəklərini  qarşılamaq bacarığını mükafatlandırır və 

belə  ki,  bacarıqlar  müxtəlif  olduğundan,  gəlirlər  də  müxtəlifdir.    Bundan  əlavə,  tərifə 

görə,  sosializm  bərabərlik  vəziyyətidir.  Beləliklə,  sosializmə  doğru  hər  hansı  addım, 

bərabərliyə doğru atılmış addımdır. 

 

Biz siyasət və nəticələr arasındakı əlaqəni dərk etmək istəyiriksə, yadda saxlamalıyıq ki, 

mülkiyyət hüquqi, sərvət isə iqtisadi anlayışdır. Bu iki anlayış tez-tez səhv salınır, lakin 

onlar bir-birindən fərqləndirilməlidir. Bazar prosesləri müntəzəm surətdə sərvətləri böyük 

miqyaslarda  yenidən  bölüşdürür.  Bunun  əksinə  olaraq,  mülkiyyətin  istəmədən  yenidən 

bölüşdürülməsi  (ayrı-ayrı  vətəndaşlar  tərəfindən  həyata  keçirildikdə,  “oğurluq”  kimi 

qiymətləndirilir)  mülkiyyətin  müəyyənləşdirilməsini  və  qanunla  qorunmasını  tələb  edən 

azad  bazarları  idarə  edən  qanunlar  tərəfindən  qadağan  olunur.  Bazarlar  hətta  mülkiyyət 

hüquqları eyni əllərdə qaldıqda belə, sərvəti yenidən bölməyə qadirdir. Hər dəfə (sahibin 

mülkiyyət hüququnun mövcud olduğu) əmlakın dəyəri dəyişir, bununla, əmlak sahibinin 

sərvəti də dəyişir. Dünən 600 avroya olan əmlak, ola bilər ki, bu gün 400 avroya olsun. 

Bu,  sərvətin  200  avrosunun  bazar  vasitəsilə  yenidən  bölüşdürülməsidir,  baxmayaraq  ki, 

bu  zaman  mülkiyyətin  yenidən  bölüşdürülməsi  baş  verməmişdir.  Beləliklə,  bazar 

müntəzəm olaraq sərvəti yenidən bölüşdürür və bu prosesin nəticəsində əmlak sahiblərinə 

öz sərvətlərinin dəyərini  artırmaq və ya bunu  edə  biləcək  adamlara  vermək  üçün stimul 

yaradır.  Ümumi  dəyəri  artırmaq  stimuluna  əsaslanan  bu  cür  müntəzəm  yenidən 

bölüşdürmə, bir çox siyasətçilərin belə təsəvvür edə bilməyəcəkləri ağlasığmaz miqyasda 

sərvətin ötürülməsi formasında təzahür edir. Bunun əksinə olaraq, bazar prosesləri sərvəti 

yenidən bölüşdürərkən, siyasi proseslər mülkiyyəti birindən alıb digərinə verməklə bölür; 

nəticədə  mülkiyyət  daha  az  etibarlı  və  daha  az  dəyərli  olur  ki,  bu  da  sərvəti  dağıdır. 

Yenidən  bölməni  proqnozlaşdırmaq  çətin  olduqca,  mülkiyyətin  yenidən  bölüşdürülməsi 

təhlükəsindən yaranan sərvət itkisinin miqdarı da böyük olur.  

 

Bərabərlik  elə  səciyyəvi  xüsusiyyətdir  ki,  bir  çox  fərqli  kateqoriyalarda,  adətən  onların 



hamısını  əhatə  etmədən  reallaşa  bilər.  Məsələn,  insanların  hamısı  qanun  qarşısında 

bərabər  ola  bilər,  lakin  belə  olduğu  halda,  onların  hamısının  siyasətdə  bərabər  təsirə 

malik olması ehtimalı real deyil. Söz azadlığı haqqındakı hüququndan istifadə edənlərdən 

bəziləri  digərlərinə  nisbətən  daha  enerjili  və  bəlağətli  nitqə  malik  və  beləliklə,  daha 

nüfuzlu  olacaqlar.  Analoji  olaraq,  azad  bazarlarda  məhsul  və  xidmətlər  təklif  etməyə 

bərabər  hüquqların  olması  heç  də  bərabər  gəlirlərin  olacağı  demək  deyildir;  belə  ki, 

bəziləri    digərlərinə  nisbətən  daha  çox  və  daha  gərgin  işləyə  bilər  (çünki  onlar  gəliri 

istirahətdən  üstün  tuturlar),  yaxud  bəzilərinin  elə  bacarığı  ola  bilər  ki,  buna  görə  əlavə 

ödəniş  əldə  etsin.  Digər  tərəfdən,  məcburiyyət  vasitəsilə  nüfuz  bərabərliyi  və  gəlir 

bərabərliyi cəhdi bəzilərinin digərləri üzərində daha çox səlahiyyətə, yaxud belə nəticələr 

ə

ldə etmək üçün zəruri siyasi gücə malik olmasına gətirib çıxara bilər. Nəticələrin xüsusi 



nümunələrini reallaşdırmaq üçün kimsə, yaxud hansısa qrup “ lahi gözə” malik olmalıdır 

ki,  nəticələri  yenidən  bölüşdürsün,  yəni  çatışmazlığı  və  artığı  görə  bilsin  və  beləliklə, 

onları  çox  olan  yerdən  az  olan  yerə  hərəkət  etdirsin.  Bərabər  nəticələr  yaratmaq  gücü 



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə