Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

10

şə



kildə  idarə  oluna  bilərdi.  Lakin  sosial  əlaqələr  mürəkkəbləşdikcə,  könüllü  bazar 

mübadiləsi  daha  çox  əhəmiyyətli  olur.  Mürəkkəb  sosial  sistem  bir  şəxsin,  yaxud  bir 

qrupun  öhdəsindən  gələ  biləcəyindən  daha  çox  informasiyanın  əlaqələndirilməsini  tələb 

edir.  Bazarlar  informasiyaları  nisbətən  aşağı  xərclərlə  ötürən  mexanizmləri  inkişaf 

etdirib;  qiymətlər  tələb  və  təklif  haqqında  informasiyanı  müxtəlif  mal  və  xidmətlər 

arasında  müqayisə  aparmağa  imkan  verən  elə  yığcam  şəkildə  ifadə  edir  ki,  dövlətin 

bürokrat məmurları bunu cild-cild hesabatlarla edə bilmir. Bundan əlavə, qiymətlər dillər, 

sosial adətlər, etnik və dini fərqlərə baxmayaraq, minlərlə mil uzaqlıqda olan və heç vaxt 

hər  hansı  əlaqələri  olmayacaq  naməlum  insanların  biliklərindən  yararlanmaq  imkanları 

yaradır.  Cəmiyyət  və  iqtisadiyyat  mürəkkəbləşdikcə,  bazar  mexanizmlərinə  arxalanmaq 

daha vacib olur. 

 

9. Bazarlar inkişaf etməkdə olan ölkələrdə işləmir 



 

Bazarlar  yaxşı  infrastruktura  və  hüquqi  sistemlərə  malik  ölkələrdə  yaxşı  işləyir.  Lakin 

bunlar olmadıqda, bazarlar inkişaf etmiş ölkələr üçün çıxış yolu ola bilmir. Belə hallarda 

ə

n azı bazarların fəaliyyət göstərməsi üçün zəruri olan yüksək inkişaf etmiş infrastruktur 



və hüquqi sistemlər yaradılanadək, dövlət tənzimlənməsi tələb olunur. 

 

Ümumiyyətlə,  infrastrukturun  inkişafı  bazar  mövcudluğunun  şərti  olmayıb,  bazar 



vasitəsilə toplanan sərvətin göstəricisidir, hüquqi sistemin zəifliyi isə məhz bazarın yaxşı 

inkişaf etməməsinin səbəbidir. Lakin bu zəiflik hüquqi sistemdə islahatları və bazarların 

inkişafını  təxirə salmaq üçün deyil,  bazarların fəaliyyətini təmin edəcək zəruri zəminin 

yaradılması  üçün  həmin  hüquqi  sistemdə  islahatların  aparılması  lehinə  tutarlı  səbəbdir. 

nkişaf  etmiş  ölkələrin  sərvətini  qazanmağın  yeganə  yolu  bazarlar  üçün  hüquqi  və 

institusional  bazislərin  yaradılmasıdır  ki,  bunun  nəticəsində  sahibkarlar,  istehlakçılar, 

investorlar və işçilər azad surətdə sərvət yaratmaq üçün əməkdaşlıq edə bilsinlər. 

 

Hazırkı vaxtda mövcud olan bütün varlı ölkələr nə vaxtsa,  bəziləri lap bu yaxınlaradək, 



yoxsul  olmuşdur.  Lakin  izaha  ehtiyacı  olan,  bəşəriyyətin  təbii  vəziyyəti  hesab  olunan 

yoxsulluq  deyil,  sərvətdir.  Sərvət  yaradılmalıdır  və  onun  yaradılmasının  ən  yaxşı  yolu 

onu  yaradan  insanların  həvəsləndirilməsidir.  Mübadilənin  təşviq  edilməsində  yaxşı 

müəyyən olunmuş və hüquqi cəhətdən qorunan mülkiyyət hüquqları və hüquqi təsisatlara 

ə

saslanan azad bazardan yaxşı heç bir sistem, sərvət yaratmaq üçün stimullar təqdim edə 



bilməz.  Yoxsulluqdan  xilasın  bircə  yolu  var,  bu  da  azad  bazar  vasitəsilə  sərvət 

yaratmaqdır. 

 

“ nkişaf  etməkdə  olan  dövlət”  termini  hökumətləri  mərkəzi  planlaşdırma,  dövlət 



mülkiyyəti, merkantilizm, proteksionizm və xüsusi imtiyazlar xeyrinə bazarlardan imtina 

etmiş  dövlətlərə  (millətlərə)  tez-tez  səhvən  şamil  edilir.  Belə  dövlətlər  heç  də  inkişaf 

etməkdə  olan  dövlətlər  deyildir.  stər  nisbətən  varlı,  istərsə  də  nisbətən  kasıb 

mövqelərdən  fəaliyyətə  başlamasından  asılı  olmayaraq,  mülkiyyət  və  müqavilə  kimi 

hüquqi  təsisatlar  yaradan,  bazarları  azad  edən  və  gücü,  büdcəni  və  dövlət  gücünün 

miqyasını məhdudlaşdıran ölkələr inkişaf etməkdə olan ölkələr hesab edilirlər.   

 

 



 

11

10. Bazar fəlakətli iqtisadi dövrlərə, məsələn Böyük Tənəzzülə aparır 



 

Bazar qüvvələrinə arxalanma “bum və iflas” dövrlərinə aparır, belə ki, investorun ozünə 

güvənməsi investisiyada kütləvi bumlar, mütləq istehsalın azalması, işsizliyin yaranması 

və ümumi iqtisadi vəziyyətin pisləşməsi ilə sonuclanır. 

 

qtisadi  dövrlər  olan  “bum  və  iflas”  bəzən  bazara  arxalanmanın  fəsadları  hesab  olunur. 



Sübut ondan ibarətdir ki, ümumiləşmiş şəkildə məhsulun izafi istehsalı bazar xüsusiyyəti 

deyildir;  xidmət  və  məhsullar  izafi  istehsal  edildikdə,  qiymətlər  tənzimlənir  və  nəticədə 

“iflas”  deyil,  ümumi  bolluq  yaranır.  Bu  və  ya  digər  sənaye  sahəsi  bazarın  mənfəəti 

qorumaq qabiliyyətindən artıq genişləndikdə, özünü-təshih prosesi  işə düşür  və  mənfəət 

siqnalları  resursları  digər  fəaliyyət  sahələrinə  yönəldir.  Bazarlarda  belə  düzəlişin 

sənayenin bütün sahələrinə tətbiqi üçün ayrılmaz səbəb mövcud deyildir; əslində, bu özü-

özünə  ziddiyyət  təşkil  edir  (əgər  investisiya  bütün  sahələrdən  geri  alınarsa  və  bütün 

sahələrə yönəldilərsə, onda bu, birincilərdən alınmış kimi hesab olunmayacaqdır). 

 

Bununla belə, davamlı işsizlik dövrlərinin mövcudluğu o vaxt mümkündür ki, hökumətlər 



valyuta  sisteminin  ağılsız  manipulyasiyaları  vasitəsilə  qiymət  siyasətini  təhrif  etsin.  Bu 

elə  bir  yanlış  siyasətdir  ki,  adətən  sənayelərə  verilən  subsidiyalar  və  bazar 

tənzimlənməsinin qarşısını  alan  əməkhaqqı və qiymət nəzarəti  ilə bağlı olur  və  bununla 

da  işsizliyin  davam  etməsinə  gətirib  çıxarır.  Məhz  1929-cu  ildən  2-ci  Dünya 

müharibəsinin  sonunadək  davam  etmiş  Böyük  Tənəzzül  dövründə  də  belə  olmuşdur. 

qtisadçılar  (o  cümlədən  Nobel  mükafatı  laureatı  Milton  Fridman)  göstərmişlər  ki, 

depressiyaya  səbəb  valyuta  təchizatının  kütləvi  sürətdə  və  gözlənilmədən  ABŞ  Federal 

Ehtiyatlar  sistemi  tərəfindən  azaldılması  olmuşdur.  Bu  da  siyasi  məqsədlər  güdürdü. 

Ümumi  azalma  proteksionizmin  güclənməsi  ilə  daha  da  dərinləşərək  ümumdünya 

fəlakətinə çevrildi və məqsədi (çoxlu miqdarda kənd təsərrüfatı məhsullarını məhv etmək 

və təklifi azaltmaq) kənd təsərrüfatı məhsullarının qiymətlərini yüksək saxlamağa xidmət 

edən  Milli  Bərpa  Aktı  kimi  və  bazar  güclərini  hökumətin  yanlış  siyasətinin  fəlakətli 

təsirlərini təshih etməkdən uzaqlaşdırmağa xidmət göstərən digər “Yeni razılaşma” kimi 

proqramların  tətbiqi  nəticəsində  davam  etdi.  1977-ci  ildə  baş  vermiş  Asiya  maliyyə 

böhranına  səbəb  investorlara  yönəlmiş  siqnalları  təhrif  edən  ehtiyatsız  valyuta  və 

mübadilə tarif siyasəti olmuşdur. Bazar qüvvələri hökumət siyasətinin səhvlərini düzəltdi, 

lakin proses çətinlik törətmədən ötüşmədi; çətinliyin səbəbi heç də xəstəliyi müalicə edən 

dərmanda deyildi, buna əvvəlcədən səbəb olmuş hökumətin uğursuz valyuta və mübadilə 

məzənnəsi siyasəti idi. 

 

Dövlət valyuta orqanları tərəfindən daha ehtiyatlı valyuta siyasəti qəbul edilməsi ilə belə 



silsilələr  artıq  aradan  qalxmaqdadır.  Bazarın  tənzimlənməsi  proseslərinə  daha  böyük 

inamla  qoşulan  zaman,  nəticə  iqtisadi  dövrlərin  tezliyinin  və  kəskinliyinin  azalması  və 

ticarət azadlığı, büdcənin məhdudlaşdırılması və qanunun aliliyi siyasətini həyata keçirən 

ölkələrdə uzunmüddətli və dayanıqlı inkişaf olmuşdur. 

 

11. Bazarlara həddən artıq arxalanma sosializmə hədsiz arxalanma qədər gülüncdür. Ən 



yaxşısı rəngarəng iqtisadiyyatdır. 

 



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə