Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

6

həmcinsdir  və  məhsul  və  qiymətlər  haqqında  informasiyalar  pulsuzdur.  Lakin  real 



bazarlar  mükəmməl  surətdə  rəqabətli  olmadığından,  hökumətin  müdaxiləsi  və  bəzi 

ş

eylərə düzəliş verməsi tələb olunur. 

 

qtisadi  qarşılıqlı  fəaliyyətin  abstrakt  modelləri  faydalı  ola  bilər,  lakin  nəzəri 



abstraksiyalara  normativ  yüklü  terminlərin,  məsələn  “mükəmməl”  sözünün  əlavə 

edilməsi çox böyük ziyan vura bilər. Əgər bazarın müəyyən şəraiti “mükəmməl” rəqabət 

kimi  qiymətləndirilirsə,  onda  digər  bir  şey  “qeyri-mükəmməl”dir  və  ehtimal  olunur  ki, 

bazardan kənarda olan bir qurum  tərəfindən  təkmilləşdirilməlidir. Əslində  “mükəmməl” 

rəqabət  sadəcə  əqli  modeldir  və  biz  buradan,  məsələn,  resursların  idarə  edilməsində 

mənfəətin  rolu  (onlar  orta  səviyyədən  yüksək  olduqda,  rəqiblər  təchizatı  artırmaq, 

qiymətləri salmaq və mənfəəti azaltmaq məqsədilə resursları dəyişəcəklər) və nağd pulu 

saxlamaq ehtiyacının yaranmasında qeyri-müəyyənliyin rolu (informasiya pulsuz olsaydı, 

hamı öz pulunu sərmayəyə yatırardı və yalnız yeni sərmayə yatırmaq lazım gəldikdə, onu 

nağd  formaya  çevirərdi.  Buradan  belə  nəticəyə  gələ  bilərik  ki,  pulun  nağd  şəkildə 

mövcudluğu  informasiyanın  olmamasının  nəticəsidir)  kimi  maraqlı  faktları  öyrənə 

bilərik. “Mükəmməl” rəqabət bazarı necə inkişaf etdirmək üçün bələdçi deyil; o, rəqabət 

şə

rtlərini real dünyadan təcrid edən bazar proseslərinin əqli modeli üçün seçilmiş zəif bir 



termindir. 

 

Dövləti  bazarları  “mükəmməl”  səviyyəyə  apara  biləcək  subyekt  kimi  təsəvvür  etmək 



üçün  onun  elə  bir  “kamil”  demokratik  siyasətin  məhsulu  olması  vacibdir  ki,  burada 

saysız-hesabsız  seçicilər  və  namizədlər  fərdi  şəkildə  siyasətə  təsir  edə  bilməsin,  bütün 

siyasət yekcins və siyasətin qiymət və mənfəəti haqqındakı informasiyalar pulsuz  olsun. 

Lakin bu heç vaxt belə olmur. 

 

Siyasi variantlar arasından seçmənin elmi metodu tələb edir ki, seçim həqiqətən əl çatan 



variantların  arasından  aparılsın.  Yuxarıda  müəyyənləşdirilmiş  üsullarla  aparılan  həm 

siyasi,  həm  də  bazar  seçimləri  heç  vaxt  “mükəmməl”  olmayacaq,  çünki  seçim 

“mükəmməl”  deyil,  yalnız  real  bazar  proseslərinin  və  siyasi  proseslərin  müqayisəsi 

ə

asında aparılmalıdır. 



 

Həqiqi  bazar  öz  iştirakçıları  arasında  informasiya  təminatı  və  qarşılıqlı  mənfəətli 

ə

məkdaşlıq üçün xeyli üsullar yaradır. Bazarlar insanları, əməkdaşlıq formaları da daxil 



olmaqla,  informasiya  əldə  etmək  üçün  sistemlə  təmin  edir.  Reklam,  kredit  büroları, 

reputasiya,  əmtəə  birjaları,  fond  birjaları,  sertifikatlaşdırma  şuraları  və  digər  bu  kimi 

təsisatlar  bazarlar  daxilində  qarşılıqlı  mənfəətli  əməkdaşlıq  yaratmaq  məqsədinə  xidmət 

edir.  Qeyri-kamil  olduqlarına  görə  bazarlardan  imtina  etməkdənsə,  insanların  qeyri-

qənaətbəxş  rifahını  yaxşılaşdırmaq  məqsədilə  bazarlardan  daha  yaxşı  istifadə  üsullarını 

aramalıyıq. 

 

Nəhayət, rəqabət bazarın vəziyyəti kimi deyil, rəqabətli davranış prosesi kimi daha yaxşı 



başa  düşülər.  Sahibkarlar  digərləri  ilə  rəqabət  aparmaq  üçün  azad  surətdə  bazara  girə 

bilirsə  və  istehlakçılar  istehsalçıların  arasında  seçim  etməkdə  sərbəstdirsə,  onda 

istehlakçıların  sifarişləri  uğrunda  istehsalçılar  arasındakı  rəqabət  həmin  müştərilərin 

xeyrinə olan davranış tərzinə gətirib çıxarır. 




 

7

 



6. 

Bazarlar, ola bilər ki, ictimai (kollektiv) istehlak malları istehsal edə bilmir 

 

Ə

gər  mən  alma  yeyirəmsə,  sən  alma  yeyə  bilməzsən;  almanın  istehlakı  sırf  rəqabətli 



prosesdir.  Əgər  mən  kino  göstərirəmsə  və  başqalarının  baxmasını  istəmirəmsə,  pul 

ödəməyənləri içəri almamaq üçün  pul xərcləyib hasar ucaltmalıyam.  stehlakı rəqabətsiz 

olan  və  istisnalığı  baha  başa  gələn  bəzi  məhsullar  bazarda  istehsal  oluna  bilmir  ki, 

hamının onların başqaları tərəfindən istehsal olunmasını gözləməyə meyli olur. Əgər sə

cihaz istehsal edirsənsə, mən ancaq onu istehlak edirəm və onu istehsal etməyə marağım 

olmur.  Eyni  şey  sənə  də  xasdır



Belə  məhsulların  ictimailiyi  onların  yeganə  təchizat 

vasitəsi  olan  dövlət  tərəfindən  təchizatını  tələb  edir.  Belə  məhsullara  yalnız  müdafiə  və 

hüquq  sistemini  təmin  edən  mallar  deyil,  həm  də  təhsil,  nəqliyyat  və  səhiyyə  kimi  digə

sahələr daxildir. Belə məhsulların istehsalını heç vaxt bazara etibar etmək olmaz, çünki 

pul  ödəməyənlər  bunlardan  müftəxorcasına  istifadə  edəcəklər  və  hamı  da  belə  etməyə 

çalışğından,  heç  kim  pul  ödəməyəcək.  Beləliklə,  bu  məhsulları  ancaq  dövlət  istehsal 

etməlidir. 

 

Dövlət  tərəfindən  ictimai  məhsulların  istehsalı  bəhanəsi  ən  çox  sui-istifadə  olunan 



iqtisadi  arqumentlərdəndir.  Məhsulların  istehlakının  rəqabətli  olub-olmaması  adətən 

məhsula yarandığı andan xas olan bir xüsusiyyət deyil, istehlakı rəqabətli edən əsas cəhət 

istehlakçı  qrupun  say  olçüsüdür.  Üzgüçülük  hovuzu  iki  nəfər  üçün  rəqabət  obyekti 

olmaya bilər, lakin iki yüz nəfər üçün əsl  rəqabətdir. Yasaqlarla bağlı xərclər isə bütün 

məhsullara,  istər  ictimai,  istərsə  də  özəl,  şamil  olunur:  əgər  sənin  mənim  almalarımı 

yeməyinin  qarşısını  almaq  istəyirəmsə,  nəsə  etməliyəm,  məsələn  hasar  çəkməliyəm. 

stehlak üçün rəqabətli olmayan bəzi məhsullar, məsələn, peşəkar futbol oyunu (əgər sən 

ona baxırsansa, bu o demək deyil ki, mən baxa bilmərəm) yalnız ona görə istehsal olunur 

ki, sahibkarlar pul ödəməyənləri kənarlaşdırma vasitələrinə kapital qoyurlar. 

 

Bəzi  məhsulların  bəhanə  olunan  ictimailiyi,  məhsulların  ayrılmaz  əlaməti  olmamaqdan 



ə

lavə,  həmin  məhsulların  istisnasız  və  hətta  dəyərsiz  əsasda  belə  mövcud  olması  üçün  

verilmış  siyasi  qərarın  bir  xüsusiyyətidir.  Əgər  dövlət  “azad  yollar”  (yəni  pulsuz 

nəqliyyat) istehsal edirsə, özəl müəssisələrin də bunu yaradacağını və rəqabət aparacağını 

gözləmək çətindir. Lakin qeyd edək ki, “azad yollar” həqiqətdə heç də azad deyil, çünki 

(həbsxana  adlanan  xüsusilə  kəskin  formalı  qadağaya  malik  olan)  vergilər  hesabına 

formalaşır və həmçinin qiymətləndirmənin olmaması qeyri-effektiv istifadənin (məsələn, 

tıxacların  olması)  birinci  şərtidir.  Bu  da  öz  növbəsində,  nadir  resursların  (nəqliyyat 

zamanı  boş  sahələr)  öz  yüksək  dəyərinə  uyğun  istifadə  olunması  üçün  təyinat 

mexanizmlərinin  olmamasını  əks  etdirir.  Həqiqətən,  bütün  dünyada  yolların  odənişli 

olması meyli var ki, bu da yolların dövlət təchizatı kimi ictimai məhsul arqumentinə aid 

olmasını şübhə altına alır. 

 

Bazarlarda  təchizatı  mümkünsüz  hesab  olunan  bir  çox  məhsullar  hal-hazırda  elə  bazar 



mexanizmləri  vasitəsilə  təmin  edilməkdədir.  Mayaklardan  tutmuş,  təhsilə,  ictimai 

asayişin qorunmasına, nəqliyyata kimi bütün məhsullar bir daha göstərir ki,  məhsulların 

ictimai xüsusiyyətinə istinadən səslənən çağırışlar əsassızdır və yaxud çox şişirdilmişdir.  



Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə