Palmer myths



Yüklə 253,2 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix06.05.2018
ölçüsü253,2 Kb.
#42705
1   2   3   4   5   6   7   8   9

 

18

və  beləliklə,  bu  adamlar  öz  evlərində  qalıb  sahibkarlıq  bacarıqlarını  işlətməklə  öz 



qonşularını və dostlarını zənginləşdirə bilmirlər.  

 

Ümumiyyətlə,  azad  bazarlar  olan  ölkələrdə  yaradılmış  bolluq  heç  də  varlıların 



tələbatlarını ödəmək üçün deyil, daha aşağı sinfin arzularını ödəməyə xidmət edir. “Ford 

Motors“dan tutmuş “Sony”yə, “Wal-mart”adək zəngin sərvət yaradan şirkətlər varlıların 

deyil, aşağı və orta siniflərin zövqünü oxşamağa meyllidirlər.   

 

Azad bazarlar heç kimə yer zəmanəti verməyən, yaxud kimsənin təsadüfi doğulması ilə 



girişə  qadağan  qoymayan  “elitaların  dövriyyəsi”  kimi  xarakterizə  olunmağa  meyillidir. 

“Varlı daha varlı, yoxsul isə daha yoxsul olur” ifadəsi azad bazarlara deyil, merkantilizm 

və  siyasi  himayədarlığa,  yəni  sərvəti  hakimiyyətə  yaxınlığın  müəyyənləşdirdiyi 

sistemlərə  xasdır.  Bazarlar  sistemində  ümumi  praktika  bundan  ibarətdir  ki,  varlı  daha 

yaxşı imkana malik olur (lakin öz cəmiyyətlərinin standartlarına görə varlı kimi qalmaya 

da bilər), yoxsul isə varlanır və bir çoxu da orta və yaxud yuxarı sinfə keçir. Hər hansı bir 

anda  tərifə  görə  əhalinin  20%-i  gəlirin  ən  aşağı  kvintilində,  20%-i  isə  ən  yüksək 

kvintilində  olacaq.  Lakin  bu  o  demək  deyil  ki,  həmin  kvintillər  eyni  miqdarda  olan 

gəlirləri  müəyyənləşdirəcək  (çünki  bütün  gəlir  qruplarının  gəliri  iqtisadiyyat 

genişləndikcə artır), yaxud gəlir kateqoriyaları həmişə eyni adamlar tərəfindən tutulacaq. 

Kateqoriyalar  bir  qədər  otel  otaqlarına,  yaxud  avtobus  oturacaqlarına  bənzəyir,  onlar 

kimsə  tərəfindən  tutulur,  lakin  bunlar  həmişə  eyni  şəxslər  olmur.  Bazar  yönümlü 

cəmiyyətlərdəki  gəlir  bölgüsünü  tədqiq  edərkən,  gəlir  bölgüsündəki  səviyyələri  yuxarı 

qalxan və aşağı düşən çoxlu sayda adamlarla birgə böyük gəlir mobilliyi üzə çıxır. Lakin 

ə

n  əhəmiyyətli  olan budur ki,  zəngin  bazar iqtisadiyyatı bütün gəlirlərin  ən  aşağıdan  ən 



yuxarıyadək artmasını düşünür.  

 

17.  Qiymətlər  liberallaşdırıldıqda  və  bazar  qüvvələrinin  öhdəsinə  buraxıldıqda,  onlar 



məhz yuxarı qalxır 

 

Fakt  budur  ki,  qiymətlər  hökumət  nəzarəti  olmadan  bazar  qüvvələrinin  ixtiyarına 



buraxılanda  onlar  qalxır,  deməli,  insanların  alıcılıq  qabiliyyəti  azalır.  Azad  bazar 

qiymətləri yüksək qiymətlərin sadəcə olaraq başqa adıdır.  

 

Bazar səviyyəsindən aşağıda qalması üçün nəzarət olunan qiymətlər azad buraxılan kimi, 



ə

n  azı,  qısa  vaxt  üçün  artmağa  meylli  olur.  Lakin  məsələnin  başqa  tərəfi  də  var.  Bəzi 

nəzarət  olunan  qiymətlər  bazar  səviyyəsindən  yüksək  saxlanılır  və  azad  olduqda, 

düşməyə  başlayır.  Bundan  başqa,  dövlət  tərəfindən  nəzarət  edilən  pul  dəyərlərinə  nəzər 

saldıqda  xatırlamaq  zəruridir  ki,  əldən-ələ  keçən  pullar  uğurla  mal  alanların  ödədiyi 

yeganə xərc deyil. Əgər məhsul növbədə durmaqla alınırsa, onda növbədə itirilən vaxt da 

mal  üçün  ödənilən  dəyərə  əlavə  olunur.  (Qeyd  etmək  lazımdır  ki,  gözləmə  vaxtı  əsl 

itkidir, çünki bu heç də istehsalçıları tələbatı ödəmək məqsədilə daha çox məhsul istehsal 

etməyə  həvəsləndirmək  üçün  ötürülən  vaxt  deyil).  Əgər  korrupsioner  rəsmilər  əllərini 

açarsa, bu o deməkdir ki, stolun üzərinə qoyulmaqla ödənilən rəsmi pula əlavə olunacaq 

stolaltı  məbləğ  də  var.  Dövlət  tərəfindən  mallara  və  xidmətlərə  görə  maksimum  qiymət 

müəyyən  edildiyi  zaman,  qanuni  şəkildə  ödənilmiş  məbləğ,  qeyri-qanuni  rüşvət  və 

növbələrdə itirilmiş vaxtın cəmi  adamların bazar vasitəsilə razılaşdıracağı qiymətlərdən 



 

19

xeyli  yüksəkdir.  Bundan  əlavə,  rüşvət  şəklində  sərf  edilən  pullar,  növbədə  itirilən  vaxt 



hədər  gedir  –  onlar  istehlakçılar  tərəfindən  sərf  edilir,  lakin  istehsalçılara  çatmır. 

Beləliklə,  onlar  istehsalçıları  daha  çox  istehsal  etməyə  stimullaşdırmır  və  qiymət 

nəzarətinin nəticəsində yaranmış qıtlığı yüngülləşdirir.  

 

Qiymətlər  liberallaşdırılan  zaman  qısa  vaxt  üçün  qiymətlər  qalxarkən,  nəticə  istehsalı 



genişləndirmək  və  hədər  yerə  sərf  edilən  normalaşdırmanı  və  korrupsiyanı  azaltmaqdır 

ki, bununla da əsas istehlak malları və insan əməyinin vaxtı ilə ifadə olunan ümumi real 

qiymətlər  aşağı  düşür.  1800-cü  ildə  hər  hansı  bir  insanın  bir  kömbə  çörək  puluna  sərf 

etdiyi vaxt onun əmək gününün ciddi bir hissəsi idisə, əməkhaqlarının mütəmadi olaraq 

qalxması  ilə  bir  kömbə  çörək  puluna  sərf  edilən  iş  vaxtı  varlı  ölkələrdə  artıq  bir  neçə 

dəqiqəyə  düşmüşdür.  Əmək  nöqteyi-nəzərindən  ölçülərkən,  yalnız  bir  şeydən-əməyin 

özündən  başqa  bütün  məhsulların  qiyməti  kəskin  surətdə  aşağı  düşmüşdür.  Əmək 

məhsuldarlığı  və  maaşlar  qalxdığı  üçün  insan  əməyinin  alınması  bahalaşır.  Belə  ki, 

yoxsul  ölkələrdə  sadəcə  bir  az  varlı  olan  insanlar  özlərinə  qulluqçu  tutur,  lakin  varlı 

ölkələrdə  ən  zəngin  adamlar  belə,  ucuz  başa  gəlsin  deyə,  öz  paltar  və  qab-qacaqlarını 

yumaq  üçün  maşın  almağa  üstünlük  verirlər.  Azad  bazarların  nəticəsi  insan  zəhməti  ilə 

müqayisədə  hər  şeyin  qiymətinin  düşməsi  və  hər  şeylə  müqayisədə  insan  əməyinin 

qiymətinin qalxmasıdır.  

 

18.  Özəlləşdirmə  və  bazar  iqtisadiyyatına  keçid  post-kommunist  ölkələrində  korrupsiya 



yaratdı, bu da onu göstərir ki, bazarlar korrupsiyaya aparır 

 

Özəlləşdirmə  kampaniyaları,  demək  olar  ki,  həmişə  saxtalaşdırılır.  Bu,  ən  qəddar  və 

şvətxor  opportunistlərə  ən  yaxşı  dövlət  mülkiyyətlərini  hədiyyə  edən  oyundur.  Bütün 

özəlləşdirmə  və  bazar  iqtisadiyyatı  çirkli  oyun  olmaqla,  xalqdan  oğurluqdan  başqa  bir 

ş

ey deyildir. 

  

Keçmiş  sosialist  ölkələrində  aparılmış  müxtəlif  özəlləşdirmə  kampaniyaları  müxtəlif 



nəticələr  vermişdir.  Bəziləri  tam  uğurlu  bazar  qayda-qanunları  yaratmışlar.  Digərləri 

geriyə, avtoritarizmə doğru atılmış addım olmaqla, “özəlləşmə” proseslərinin nəticəsində 

həm dövlət, həm də özəl biznes üzərində nəzarəti ələ almış yeni elitaların peyda olması 

ilə  nəticələnmişdir.  Rusiyada  bərqərar  olan  “Siloviki”  sistemi  buna  misaldır.  Saxta 

özəlləşmə  sistemlərindən  bəhrələnən  çirkli  əllərin  çirkliliyi  bazar  təsisatlarının,  xüsusən 

də,  bazarın  özülü  sayılan  qanun  aliliyinin  mövcud  olmamasının  nəticəsidir.  Həmin 

təsisatların  yaradılması  asan  iş  deyil  və  bütün  hallar  üçün  yarayan  və  tətbiqi  hər  zaman 

mümkün  sayılan  texnikanın  olmaması  bu  tapşırığı  daha  da  çətinləşdirir.  Lakin  qanunun 

aliliyini təmin edən institutların bəzi hallarda uğursuzluğu heç də buna cəhd etməməyin 

səbəbi  ola  bilməz.  Hətta  Rusiyanın  timsalında  yararsız  özəlləşdirmə  yolları  belə  ondan 

ə

vvəl  mövcud  olan  və  öz  ədalətsizliyi  və  qeyri-effektivliyi  ucbatından  məhv  olan 



birpartiyalı tirançılığa nisbətən irəliyə atılmış addım idi.  

 

Funksional  hüquqi  sistem  olmadan,  sadəcə  “özəlləşdirmə”  prosesinin  aparılması  heç  də 



bazar  yaratmaq  demək  deyildir.  Bazarlar  qanuni  əsaslara  söykənməlidir:  uğursuz 

özəlləşdirmə bazarın uğursuzluğu olmayıb, dövlətin bazarlar üçün hüquqi əsaslar yarada 

bilməməsinin nəticəsidir.  



 

20

 



 

Həddən artıq coşğun müdafiə 

 

19.  nsanlar arasındakı bütün əlaqələr bazar əlaqələrinədək məhdudlaşdırıla bilər 



 

Bütün  fəaliyyətlər  ona  görə  baş  verir  ki,  iştirakçılar  öz  faydalılıqlarını  həddən  artıq 

ş

işirdirlər.  Hətta  başqa  adamlara  kömək  etmək  belə,  özünə  mənfəət  qazandırmaqdır, 



yoxsa heç kim bunu etməzdi. Dostluq və məhəbbət, lap kartof kisələrinin mübadiləsində 

olduğu  kimi,  qarşılıqlı  mənfəət  üçün  xidmətlər  mübadiləsini  təmsil  edir.  Bundan  başqa, 

mənfəət  vədləri  əvəzinə  seçici  səslərinin  mübadilə  edildiyi  siyasət,  hətta  geniş  yayılmış 

“ya pulun, ya da həyatın” misalı ilə cinayətkar və qurban arasındakı mübadilə də daxil 

olmaqla,  insanların qarşılıqlı  əlaqələrinin  bütün  formaları bazar  şərtləri  daxilində  dərk 

edilə bilər.  

 

Bütün  hərəkətləri  yalnız  bir  stimul  səviyyəsinədək  məhdudlaşdırmaq  cəhdi  insan 



təcrübəsini  saxtalaşdırır.  Valideynlər  övladlarına  görə  nəyisə  qurban  verdikdə,  yaxud 

təhlükədə olanda onları xilas etməyə can atdıqda, heç də mənfəət haqqında düşünmürlər. 

Adamlar  xilas  üçün,  yaxud  mənəvi  təmizlik  üçün  dua  edərkən  onların  stimulu  paltar 

alarkən  olduğu  kimi  olmur.  Onları  birləşdirən  ümumi  cəhət  ondan  ibarətdir  ki,  belə 

insanların  hərəkətləri  məqsədyönlü  olur,  yəni  onlar  məqsədlərinə  çatmağa  təşəbbüs 

göstərirlər.  Lakin  buradan  məntiqlə  belə  nəticə  çıxarmaq  olmaz  ki,  onların  əldə  etməyə 

can  atdıqları  məqsədlər  eyni  bir  cismin  proporsional  hissəciklərinə  qədər  kiçilə  bilər. 

Bizim məqsəd və stimullarımız müxtəlif ola bilər: biz çəkic almaq üçün bazara gedəndə, 

incəsənət  muzeyinə  daxil  olanda  və  körpə  uşağın  beşiyini  yırğalayanda  elə  fərqli 

məqsədləri  reallaşdırırıq  ki,  onların  heç  də  hamısı  bazarda  alqı-satqı  şərtləri  ilə  ifadə 

olunmur.  

 

Bu,  bir  həqiqətdir  ki,  intellektual  konstruksiyalar  və  vasitələr  müxtəlif  növlü  qarşılıqlı 



ə

laqələrin  variantlarını  başa  düşməyə  və  aydınlaşdırmağa  kömək  edə  bilər.  Bazar 

mübadilələrini  anlamağa  kömək  edən  iqtisadi  konsepsiyalardan  siyasət  elmini  və  hətta 

dini başa düşmək üçün də istifadə etmək olar. Biznes seçimləri kimi, siyasi seçimlərin də 

hesablana bilən xərcləri və mənfəətləri ola bilər; siyasi partiyaları və mafiya kartellərini 

bazardakı  firmalarla  müqayisə  etmək  olar.  Lakin  konsepsiyaların  belə  tətbiqindən  elə 

nəticə  çıxarmaq  olmaz  ki,  guya  bu  iki  seçim  halı  mənəvi  və  hüquqi  cəhətdən 

ekvivalentdir. Sizə pulunuz və ya həyatınız arasında seçim etməyi təklif edən cinayətkarı 

heç  də  pulunuzu  saxlamaq  və  onu  əmtəə  almağa  sərf  etmək  təklifi  verən  sahibkar  ilə 

eyniləşdirmək  olmaz.  Sadə  bir  səbəbə  görə  ki,  cinayətkar  sizi  hər  ikisinə  mənəvi  və 

hüquqi  haqqınız  olan  iki  şey  arasından  seçim  aparmağa  məcbur  edir.  Sahibkar  isə  sizə 

birinin  üzərində  özünün,  ikincisinin  üzərində  isə  sizin  hüququnuz  olan  iki  şey  arasında 

seçim etməyi təklif edir. Hər iki halda siz seçim edir və məqsədyönlü hərəkət edirsiniz, 

lakin birinci halda kriminal sizi seçməyə məcbur edir, ikinci halda isə sahibkar sizə seçim 

təklif edir; birincisi sizin hüququnuzu azaldır, ikincisi isə sizə malik olduğunuz, lakin az 

dəyərləndirdiyiniz  predmetə  görə  malik  olmadığınız  və  daha  çox  dəyərləndirdiyinizi 

təklif  etməklə  hüququnuzu  genişləndirməyi  təklif  edir.  Heç  də  bütün  insan  əlaqələrini 

bazar  səviyyəsinə  kimi  məhdudlaşdırmaq  mümkün  deyil;  ən  azı  ona  görə  ki,  könülsüz 




 

21

mübadiləyə  cəlb  edilmiş  şeylər  kəskin  surətdə  fərqlidir,  çünkü  onlar  qazanmaq 



imkanlarından daha çox imkan və dəyərlərin itkilərini təmsil edir.  

 

20. Bazarlar bütün problemlərini hökümətin müdaxiləsi olmadan da həll edə bilərlər 



 

Hökumət  elə  səriştəsizdir  ki,  o  heç  nəyi  düzgün  edə  bilməz.  Bazarın  əsas  dərsi  ondan 

ibarətdir  ki,  hökumət  sadəcə  bazara  əks  olduğundan,  o  daim  zəiflədilməlidir.  Hökumə

idarəçiliyi az olduqca, bazar daha çox olur. 

  

Bazarın  verəcəyi  mənfəət  haqqında  məlumatlı  olanlar  etiraf  etməlidir  ki,  dünyanın  çox 



hissəsində, bəlkə də hər yerində əsas problem yalnız hökumətin çox və ya həddən artıq az 

iş  görməsindən  ibarət  deyil.  Sonuncu  kateqoriya  –  hökumətlərin  görməli  olmadığı  işlər 

aşağıdakılardan ibarətdir, a) məsələn “etnik təmizləmə”, torpaq oğurluğu və elitalar üçün 

xüsusi  hüquqi  güzəştlərin  yaradılması  kimi  heç  kimin  yerinə  yetirməyəcəyi  fəaliyyətlər 

və  b)  bazarlarda  firma  və  sahibkarların  könüllü  qarşılıqlı  əlaqələri  vasitəsilə  görə 

bildikləri və görməli olduqları işlər, məsələn avtomobillərin istehsalı, qəzetlərin nəşri və 

restoranların  idarə  edilməsi.  Hökumətlər  bütün  belə  işləri  görməməlidirlər.  Lakin  onlar 

etməli  olmadıqları  işlərin  görülməsini  dayandırdıqda,  hökumət  problemləri  həll  etmək 

üçün  ədalət  və  könüllü  qarşılıqlı  əlaqələr  yaratmaq  naminə  bəzi  işlərin  icrasına 

başlamalıdır.  Əslində,  hər  ikisinin  arasında  əlaqə  vardır:  hökumətlərin  bəzisi  öz 

resurslarını  maşın  fabriklərinin  idarə  edilməsinə,  yaxud  qəzetlərin  nəşrinə  və  ya  daha 

betər – mülkiyyətləri müsadirə etməyə, azlıqlar üçün hüquqi güzəştlər yaratmağa sərf edir 

–  hər  iki  halda  hökumətlərin  dəyərli  xidmətlər  təmin  etmək  qabiliyyəti  aşağı  düşür  və 

azalır.  Məsələn,  kasıb  ölkələrdə  hökumətlər  nadir  hallarda  aydın  hüquqi  bazanı  təmin 

etmək  üçün  yararlı  iş  görürlər,  mülkiyyətin  müsadirə  edilməsi  təhlükəsindən  danışmağa 

belə  dəyməz.  Hüquqi  sistemlər  tez-tez  effektsiz,  rabitəsiz  olmaqla,  könüllü 

sövdələşmələrin  baş  tutmasını  asanlaşdırmaq  üçün  zəruri  müstəqilliyə  və  bitərəfliyə 

malik olmurlar.  

 

Bazarların  sosial  koordinasiya,  mülkiyyət  və  müqavilələr  üçün  struktur  təmin  etməyə 



qadir  olması  qanunla  yaxşı  təsbit  olunmalıdır.  Belə  ictimai  mənfəətləri  təmin  edə 

bilməyən  hökumətlər  bazarların  fəaliyyətini  də  təmin  edə  bilmirlər.  Hökumətlər  zəif 

olmaqla  deyil,  hüquqi  cəhətdən  nüfuzlu  və  eyni  zamanda,  məhdud  gücə  malik  olmaqla 

qanun  və  ədalət  yaradaraq  ictimai  marağa  xidmət  edə  bilər.  Zəif  və  qeyri-məhdud  gücə 

malik  hökumətlər  çox  qorxulu  ola  bilərlər.  Belə  ki,  bu  hökumətlər  görməli  olmadıqları 

işləri görür, lakin ədalətli davranış qanunlarını həyata keçirə bilmir, azadlıq və azad bazar 

mübadilələri  üçün  zəruri  olan  həyat,  azadlıq  və  mülkiyyətin  təhlükəsizliyini  təmin  edə 

bilmirlər.  Azad  bazarların  mövcudluğu  hökumətin  tam  yoxluğu  demək  deyil.  Heç  də 

bütün  anarxiyalar  cəlbedici  deyillər.  Azad  bazarların  yaranması  ədalətli  davranış 

qaydalarını  obyektivliklə  həyata  keçirən  məhdud  hökümətlərin  effektiv  idarəçiliyi 

hesabına mümkün olmuşdur. 

  

Bunu  da  xatırlamaq  əhəmiyyətlidir  ki,  şüurlu  surətdə  həll  edilməli  olan  xeyli  problem 



mövcuddur:  bütün  problemlərin  təmənnasız  bazar  prosesləri  vasitəsilə  həll  olunacağını 

düşünmək  kifayət  deyil.  Əslində  Nobel  mükafatı  laureati  iqtisadçı  Ronald  Koas  özünün 

bazar  və  firmalara  həsr  etdiyi  mühüm  əsərində  göstərir  ki,  firmalar  adətən  ümumi 



 

22

məqsədlərinə  nail  olmaq  üçün  daim  bazar  mübadiləsinə  istiqamətlənməkdənsə,  şüurlu 



planlaşdırma  və koordinasiyaya arxalanır,  cünki bazara getmək  çox xərc  tələb  edir.  Hər 

yeni  müqavilə  üçün  danışıqlar  aparmaq  baha  başa  gəlir,  məsələn,  müqavilə  xərclərini 

azaltmaq  üçün  uzunmüddətli  müqavilələrdən  istifadə  olunur.  Firmalarda  uzunmüddətli 

müqavilələr  nağd  mübadilələri  əvəz  edir,  özündə  komanda  işi  və  sağlam  istiqamətdən 

ibarət  olan    əmək  əlaqələrini  ehtiva  edir.  Kollektiv  əməyin  və  planlaşdırmanın  kiçik 

adaları olan firmalar uğur qazanmağa qadirdir, çünki onlar bazar mübadilələri vasitəsilə 

spontan  nizamın  geniş  okeanı  içərisində  hərəkət  etməyi  bacarırlar.  (Sosialistlərin  böyük 

səhvi  bütün  iqtisadiyyatı  vahid  bir  firma  kimi  idarə  etmək  cəhdləri  idi:  bazarın  geniş 

spontan  nizamı  daxilində  şüurlu  idarəetmənin  və  kollektiv  əməyin  məhdud  rolunu 

tanımamaq  eyni  səhv  idi).  Bazarlar  ədalətli  davranış  sisteminin  yaradılmasını  və  həyata 

keçirilməsini təmin etdiyi qədər, azad bazar tərəfdarları da məhz bunu təşviq etməlidirlər. 

Özəl  təhlükəsizlik  firmaları  çox  vaxt  dövlət  polisindən  yaxşıdır  (və  daha  az  zorakıdır, 

cünki  dövlət  istisna  olmaqla,  zorakılıq  xərclərini  üçüncü  tərəfin  boynuna  qoymaq  çətin 

olur); könüllü arbitraj çox vaxt dövlət məhkəmələrindən daha yaxşı işləyir. Lakin bu cür 

düşünmək  istər  bazar,  istərsə  də  hökumət  tərəfindən  bazarların  yaradılmasında,  ədalətli 

və  effektiv  zəminin  təmin  edilməsində  qaydaların  əsas  rol  oynadığını  qəbul  etməyə 

gətirib.  

 

Nəhayət,  yadda  saxlamaq  lazımdır  ki,  mülkiyyət  və  bazar  mübadiləsi  öz-özünə  bütün 



problemləri  həll  edə  bilməz.  Məsələn,  əgər  qlobal  istiləşmə  bütün  planetin  həyatını 

təhlükə altında qoyursa, yaxud ozon qatına zərər dəyməsi həyatın məhv olmasına gətirib 

çıxara  bilərsə,  bu  cür  təhlükələri  sovuşdurmaq  üçün  koordinasiya  olunmuş  dövlət 

qərarları  ən  yaxşı,  bəlkə  də  yeganə  çıxış  yoludur.  Şübhəsiz,  bu  o  demək  deyil  ki,  bazar 

heç bir rol oynamayacaq; karbon dioksid emissiyalarına hüquq verən bazarların mövcud 

olması,  məsələn,  asan  tənzimləməyə  yardım  edə  bilər,  lakin  həmin  bazar  dövlətlər 

arasında  koordinasiya  yolu  ilə  yaradılmalıdır.  Bir  şeyi  yadda  saxlamaq  lazımdır  ki,  hər 

hansı  bir  vasitə  müəyyən  bir  problemin  həllinə  yaramırsa,  bu  hələ  onun  digər 

problemlərin  həlli  üçün  də  yaramaması  demək  deyildir.  Həmin  vasitə  bir  çox 

problemlərin həllində yararlı ola bilər. Mülkiyyət və bazarlar bir çox problemləri həll edir 

və onlara belə də inam olmalıdır; əgər onlar hər şeyi həll edə bilmirsə, bu hələ həlli üçün 

effektli  və  ədalətli  təkliflər  verdikləri  problemlərə  görə  onlardan  imtina  etməyə  səbəb 

sayıla bilməz.  

 

Azad  bazarlar  bəşəriyyətin  üzləşdiyi  bütün  mümkün  problemləri  həll  edə  bilməz.  Lakin 



onlar azadlıq və çiçəklənmə yarada bilər və yaradır ki, bu haqda danışmağa dəyər.  

 

 



 

Yüklə 253,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə