Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə74/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   70   71   72   73   74   75   76   77   ...   141
2017-1715

Günəş altında qurudulma
. Bu qurutmanın əsas üstünlüyü on-
dadır ki, onun üçün böyük vəsait tələb edən binalar və yanacaq 
sərfi lazım deyildir. Ona görə belə qurutma istənilən təsərrüfatlar-
da birbaşa tətbiq oluna bilər. Belə qurutmada quru meyvələrin 


194 
keyfiyyəti süni qurutmaya nisbətən aşağı olur. Lakin bu yolla qu-
rudulmuş məhsulun quruducu zavodlarda sonrakı işlənməsi onun 
keyfiyyətini xeyli yüksəldir. 
Günəş altında qurutmaq üçün təsərrüfatlarda xüsusi qurutma 
məntəqələr yaradılır. Həmin məntəqələr bağ və üzümlüklərin ya-
xınlığında, yaxud onların ərazisində, yollardan uzaq olmalıdır. 
Qurutma meydançaları qrunt suları üzdə olmayan, sıx möhkəm-
ləndirilmiş və yaxşı günəş işığı düşən sahələrdə yaradılmalıdır. O, 
düz səthli, yaxud cənuba bir qədər mailli olmaqla, asfaltla və ya 
samanlı palçıqla örtülməlidir. Burada su mənbəyi, xammalın yu-
yulması, tərəcə və podnosların qoyulması üçün yer, xammalın qə-
bulu və müvəqqəti saxlanması üçün örtülü çardaq, meyvə və gilə-
meyvələri qurutmaya hazırlamaq üçün stol, pörtülmə üçün qazan-
lar və sulfit anhidridi ilə işləmək üçün kamera, həmçinin hazır 
məhsulu saxlamaq üçün anbar olmalıdır. 
Meydançanın böyüklüyü 1 m
2
-ə düşən xammal hesabı ilə mü-
əyyən olunur. Çəyirdəkli ərik və şaftalı, yarıya bölünmüş armud, 
üzüm - 10-12 kq, yarıya bölünmüş ərik və şaftalı – 6-8, bütöv ar-
mud və gavalı – 14-16, alma - 3-5, gilas və albalı – 8-10 kq. Bir 
mövsümə 25-30 t miqdarında müxtəlif meyvələri emal etmək 
üçün 1000-1200 m
2
meydança tələb olunur. 
Qurutma ağac və faner tərəcələrdə, yaxud podnoslarda aparılır. 
Podnoslar 90x60 sm ölçüdə və 5 sm yüksəklikdə hazırlanır. Əsas 
çatışmazlığı dibi və iki tərəfinin bütöv taxta plankalardan hazır-
lanmasıdır. Hava ancaq üst və iki açıq tərəfdən daxil ola bildiyin-
dən, podnoslarda xammalın quruması nisbətən uzun müddət tələb 
edir. Podnos əvəzinə tordan (tərəcə) istifadə etdikdə məhsulun qu-
ruma müddəti 25-30% qısalır. 
Tor və podnosları düzmək üçün dayaqlara bərkidilmiş stellajlar-
dan istifadə olunur. Dayaqlar arasında uzununa məsafə 2,5 m, eninə 
1 m-ə qədər olmalıdır. Stellajların ümumi uzunluğu 10-15 metrdir. 
Podnosların cənuba doğru mailliyə malik olması üçün stellajların 
cənub dayaqlarını 40-50 sm, şimalı 60-70 sm hündürlükdə hazırla-
yırlar. Günəş altında qurutmada meyvə və üzümün sulfit anhidridi 


195 
ilə işlənməsi geniş tətbiq olunur. Xammala verilən tələb süni qurut-
mada olduğu kimidir. Meyvə və giləmeyvələrin hazırlanması üzrə 
aparılan ümumi əməliyyatlar hər ikisində eynidir. 
Quru meyvələrin zavod emalı. Günəş altında qurutma zamanı 
hazır məhsula toz və digər qarışıqlar düşür. Ona görə də keyfiyyə-
tini və ərzaqlıq xüsusiyyətini yüksəltmək üçün quru meyvələr za-
vodda xüsusi axın xətlərində işlənir. Daxil olan quru meyvələr çə-
kilir, keyfiyyəti müəyyən olunur, anbar zərərvericilərindən təmiz-
lənir. Meyvələr keyfiyyət və rənginə görə çeşidlənir və sortlaşdırı-
lır. Sortlaşdırıldıqdan sonra ərik barabanlı yuyucularda yuyulub, 
sulfit anhidridi ilə 2 saat müddətində işlənir. Sonra 60
0
S tempera-
turda tunel tipli quruducularda 1-2 saat, yaxud buxarla işləyən 
tentli quruducularda 10 dəqiqə müddətində 18-19% nəmliyə qədər 
qurudulur. Qurudulmuş məhsul yoxlanır, sortu müəyyən olunmaq-
la qutulara yığılır. 
Qurudulmuş üzüm daraq ayıran və təmizləyici barabandan ke-
çirilməklə, daraq qalığı və meyvə saplağı təmizlənir. Silkələyici 
torda çeşidlənir, keyfiyyəti yoxlanır, lentli quruducularda 75-80
0

temperaturda 5 saat müddətində 12% nəmliyə qədər qurudulur. 
Quturduqdan sonra meyvə saplaq qalıqlarından təmizlənib, kon-
veyrdə isti hava cərəyanı ilə qurudulur. Hazır məhsul doldurulma-
ğa və bükülməyə verilir. 
Qurudulmuş gavalı saplaqdan və qarışıqlardan təmizlənir, lentli 
nəql etdiricidə qeyri-standart meyvələr kənar olunur, yuyulmaq 
üçün ventilyatorlu yuma maşınına verilir, 98-100
0
C temperatura 
malik suda 1-6 dəqiqə pörtülür, artıq nəmliyi kənar etmək üçün 
80
0
C temperaturda tunel tipli quruducularda 8 saat müddətinə qu-
rudulur. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə