Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə35/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

______________Milli Kitabxana_____________ 

 124


falabaxanlar da bəzən uyğun üsullara əl atırlar.  

Qədim İkiçayarasının mühüm dini mərkəzləri məbədlər idi. 

Məbədin xeyli xidmətçisi, qul və azad icmalardan ibarət işçi 

qüvvəsi, kahin və kahinəsi vardı. Məbədlər böyük torpaq 

sahələrinə malik idilər. Burada sənətkarlıq emalatxanaları 

işləyirdi. Məbəd iqtisadi cəhətdən qüdrətli təşkilat idi. Məbəd 

müstəqil qaydada ticarət və  sələmçilikdə  məşğul olurdu. 

İkiçayarası  məbəd təsərrüfatı hökmdarın qayğısı sayəsində 

əhalinin nəzir-qurbanı hesabına əlavə qazanca sahib olurdu. Eyni 

zamanda məbəd təhsil mərkəzi olmaqla elmi biliklərin 

yayılmasına imkan yaradırdı. Məbədlər müxtəlif bayram şənlikləri 

təşkil edirdi. Burada yeni il bayramı xüsusi təntənə ilə keçirilirdi. 

Yeni il əkin işlərinin başlanması dövrünə, bahar aylarına düşürdü. 

Müasir bahar bayramları qədim əkinçilərin yazda keçirdikləri yeni 

il  şənlikləri ilə tarixi köklərlə bağlıdır. Bayram ziyafəti allah 

Marduka həsr edilirdi. Adətə uyğun olaraq bayram şənliyi 

hökmdarın və kahinənin nikahı ilə başa çatırdı. Yay və  qış 

gündönümü zamanı (22 iyun və 22 dekabr) ölən və dirilən allah 

Dumuzinin şərəfinə də bayram ziyafəti keçirilirdi. 

İkiçayarası  əfsanələri  şifahi xalq yaradıcılığı  məhsulu 

olmaqla  şumerlər və akkadlar tərəfindən yazıya köçürülmüşdür. 

Şumer və Akkad əsatirlərində dünyanın və insanın yaranması 

əfsanəsi, bununla əlaqədar allahların əməlləri əks olunmuşdur. 

Əfsanələrdən biri dünyanın yaradılmasını ali allah Enlilin 

əməli kimi şərh etmişdir. Guya o, biri-birinə bitişik yaşayan  ər-

arvad An və Ki allahlarını ayırmış, bununla da Göyü və Yeri 

yaratmışdır. Sonra o, Nippur şəhərini inşa etmiş və allahları orada 

məskunlaşdırmışdı. Müdrik Enki torpaqları suvarmış, hər yerdə ot 

və  ağaclar göyərmişdi. Lakin dünyada nə heyvan, nə  də insan 

varmış. Allahlar yoxsul həyat sürürmüşlər, çörəyin dadını belə 

bilmirmişlər. Belə halda allahlar ilahi Laharı  və  Aşnanı gildən 

yoğurub yaradırlar. Lahar qoyun-quzu saxlayırmış, Aşnan isə taxıl 

becərərmiş. Enki Aşnan üçün toxa icad etmiş, o da yeri şumlayıb, 

arpa və buğda əkərmiş. Sonra isə Enki xış düzəltmişdi. Aşnan ilk 

məhsuldan allahlar üçün kökələr bişirirmiş. Lahar isə allahları 

süd, ət və yunla təmin edirmiş. Lakin buna baxmayaraq göydə və 




______________Milli Kitabxana_____________ 

 125


yer altında allahların sayı getdikcə artırmış, ərzaq isə çatışmırmış. 

Allahlar nə süddən, nə  də çörəkdən doyunca yeyə bilmirmişlər. 

Allahlar müdrik Enkiyə müraciət edirlər ki, vəziyyətdən çıxmaq 

üçün tədbir görsün. İlahə Nammu ona deyir: «Allahlardan zəif və 

onlar üçün səbirlə  işləyən insanları yarat!». Enki ulu ana 

Nammunun çağırışına qulaq asıb işə başlayır. Enki böyük ana 

Ninhursaqdan xahiş edir ki, dulusçular gil hazırladıqca, o 

yaradacağı məxluqa allahın görkəmini versin. Gil hazır olduqdan 

sonra Ninmah birinci insanı yoğurdu, alınmadı, ikincisini yapdı, 

bu da alınmadı. Bunlar ilk sonsuz kişi və qadın imişlər. Belə halda 

Enki özü gildən allahlara oxşar güclü və  ağıllı kişi və qadın 

yaratdı. Lakin onlara əbədi həyat vermədi.  İnsanlar qurban 

kəsməklə allahları yeməklə təmin etməli və daim onların itaətində 

durmalı idilər.  İnsanların müstəqil hərəkətini, arzularını  və 

etirazını allahlar ram edirdilər. 

Əfsanə sinfi cəmiyyətdə formalaşmışdı.  İnsan cəmiyyətinə 

xas olan qaydalar əsatirlərdə də əks olunurdu. 

Babil rəvayətinə görə, dünyanı  və insanları allah Marduk 

xəlq etmişdir. Sonsuz Kainat okeanında bədheybət  əjdahalara 

qarşı mübarizədə, guya allahlar aciz imişlər. Onlara bədheybət 

dəniz ilahəsi Tiamat başçılıq edirmiş. Allahların heç biri cürət 

edib Tiamata qarşı  çıxa bilmirdi. Tiamat isə allahların qurduğu 

qanun-qaydaları  məhv edir, dünyada qarmaqarışıqlıq yaradırdı. 

Kiçik allah cərgəsində olan Marduk Tiamata qarşı çıxmağa razılıq 

verdi.  Əvəzində allahlar ona ali hakimiyyət vəd edirlər. Marduk 

Tiamata qalib gəlir. Onu parçalayır, bir hissəsindən göyü, digər 

hissəsindən yeri yaradır, planet və ulduzları yerbəyer edir, Sin 

(«Ay») və  Şamaş («Şəms, Günəş») arasında gecə  və gündüzü 

bölüşdürür. O, sonra yer üzündə bitki və heyvanları yayır. 

Tiamatın sərkərdəsi (digər rəvayətə görə  əri) Kinqunu öldürüb, 

onun qanını gilə qatır, bundan insan düzəldir, lakin onların həyat 

müddətini məhdudlaşdırır. 

Dünyanın və insanların yaranma əfsanəsi, demək olar ki, 

cüzi dəyişikliklə  əvvəl Tövratda, sonra isə Quranda əks 

olunmuşdur. 

Qədim İkiçayarasının ideologiyasında ölən və dirilən təbiətə 




______________Milli Kitabxana_____________ 

 126


ibadət mühüm yer tuturdu. Təbiətdə mövsümlərin dəyişilməsi dini 

təsəvvürlər əsasında izah olunurdu. Bu, İnanna (akkadlarda - İştar) 

və Dumuzi əfsanəsində öz əksini tapmışdı.  Əfsanənin  Şumer 

variantına görə, məhəbbət ilahəsi  İnanna ilahi mənşəli çoban 

Dumuziyə  ərə gedir. Sonra o, ölüləri diriltmək üçün axirət 

dünyasına yollanır. Burada onun bacısı Ereşkiqal hökmranlıq 

edirmiş.  İnanna o dünyaya yola düşməzdən  əvvəl köməkçisi 

Ninşubura müəyyən göstərişlər verir. O, axirət dünyasının yeddi 

qapısını keçməli olur. Hər qapı ağzında onun paltarını soyundurur 

və  bəzək  əşyalarını  əlindən alırdılar. Sonuncu qapıdan o, çılpaq 

halda yeraltı aləmə qədəm qoyanda Ereşkiqal və anunnaklarla üz-

üzə  gəlir. Onların dəhşətli və  zəhmli baxışı  İnannanı öldürür. 

Ninşubur görür ki, üç gün, üç gecə keçdi, lakin İnanna qayıtmadı. 

İnannanın tapşırığını yadına salır, allahlardan onu diriltmək üçün 

kömək diləyir. Enlil və Nanna imtina edirlər, yalnnız Enki ona 

köməklik əlini uzadır. O, vücudlar yaradır, onlara «dirilik yemi» 

və «dirilik suyu» verib o dünyaya göndərir. Bu vücudlar İnannanı 

dirildirlər. Lakin axirət dünyasının qayda-qanununa görə, oraya 

gedən işıqlı dünyaya qayıda bilməzdi, işıqlı dünyaya qayıtmaq 

istəyən adam özünə əvəz verməli idi. İnanna da bu qaydaya riayət 

etməli idi. Bu şərtlə  İnanna zalım iblislərin müşayiəti ilə  işıqlı 

dünyaya qayıdır. Çox gəzdikdən sonra İnanna Uruk şəhərinin 

Kullab məhəlləsinə  gəlib çatır. Bu şəhərin hökmdarı onun əri 

Dumuzi imiş. İnanna görür ki, Dumuzi arvadının taleyinə ağlamaq 

əvəzinə şadlanır, gününü eyş-işrətlə keçirir. İnanna ona öldürücü 

nəzər salır və  ərini amansız iblislərə  təhvil verir. Dumuzi 

qorxusundan ağappaq olur, dərdini bacısı Geştinannaya danışır. 

Geştinanna ona gizlənməyi məsləhət görür. İblislər Geştinannanı 

tutub, ona əzab-əziyyət verirlər və ondan Dumuzinin yerini xəbər 

alırlar. Bacısını ölümdən xilas etmək üçün Dumuzi üzə  çıxır. 

İblislər onun əl-qolunu bağlayıb, o dünyaya aparmaq istəyirlər. 

Dumuzi arvadının qardaşı Utudan onu ceyran görkəminə 

salmasını xahiş edir. Ceyran görkəminə düşmüş Dumuzi qaçıb bir 

müddət gizlənə bilir. İblislər onu tapırlar və döyə-döyə öldürürlər. 

Lakin bitki ilahəsi Geştinanna qardaşının daima o dünyada 

yaşamasına razı olmur. İlin yarısını qardaşının yerinə o dünyada 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə