Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə34/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

______________Milli Kitabxana_____________ 

 121


tayfalarının və  şumerlərin nailiyyətləri  əsasında yaranmışdır. Bu 

mədəniyyət müstəqil inkişaf yolu keçmiş, Yaxın  Şərqin bir çox 

xalqlarının mədəniyyətinə müəyyən təsir göstərmişdi. İkiçayarası 

xalqlarının memarlıq, incəsənət,  ədəbiyyat, yazı, elmi biliklər 

sahəsində  əldə etdikləri nailiyyətlər Qədim  Şərqin bir sıra 

ölkələrinin mədəni həyatında öz əksini tapmışdı. 

Qədim cəmiyyətlərin ideologiyasının 

əsasını dini 

təsəvvürlər təşkil edirdi. Dini təsəvvürlərin totemizm, animizm və 

fetişizm növləri hələ erkən  əkinçi tayfalarının həyatında mühüm 

yer tuturdu. Yer və göy təbii hadisələri, insan taleyi və güzəranı 

qeyri-təbii qüvvələrin əməlləri ilə bağlanılırdı. Tədricən belə təbii 

qüvvələrə adlar verilmiş, bu və ya digər təbii hadisəni onların adı 

ilə bağlamışdılar.  İkiçayarasının erkən  əkinçi icmaları ayrı-

ayrılıqda bu və ya digər allaha sitayiş edirdilər. Bu icmaların dini 

təsəvvürlərini bərəkət və məhsuldarlıq bildirən ilahə təşkil edirdi. 

Erkən dövrdə allah və ilahələr heyvan görkəmində  təsvir 

olunurdular. Təbiət qüvvələri ilahiləşdirilirdi. Hər bir icma özünün 

himayəçi allahına sitayiş edirdi. Erkən  əkinçilərin etiqadı üçün 

politeizm, yəni çoxallahlılıq səciyyəvi idi. Bu hal ilkin sinifli 

cəmiyyətdə öz varlığını saxlayırdı  və  İkiçayarasında vahid 

dövlətin meydana gəlməsi nəticəsində dini ibadətlərin 

birləşdirilməsi zərurətini ortaya atmışdı.  İkiçayarasında bütün 

allahları və ibadətləri birləşdirən ümum Şumer panteonu yaradıldı. 

Şumer  əsatirləri  İkiçayarasının dini və allahları barədə 

məlumat saxlamışdır. Qaynaqlarda e.ə. III minillik üçün bir neçə 

yüz allahın adı  çəkilir.  Şumerlərin təsəvvürünə görə, ilk əvvəl 

bütün dünya başdan-başa suya qərq olmuşdu. Okean suyunun 

dərinliyində bütün varlığın «böyük anası» ilahə Nammu 

yaşayırmış. Nammunun bətnindən yarımkürə  şəkilli dağ 

qalxıbmış. Dağın başında «böyük ata» allah An, dənizdə yastıvarı 

lövhə üzərində ilahə Ki yaşayırmış. Hər iki ilahi qüvvə bir-birinə 

bitişik imiş. Bu iki allahın nikahından allah Enlil (Ellil) dünyaya 

gəlmişdi. Onun ardınca bu cüt allah xeyli uşaq törətmişdi. Onların 

içərisində yalnız yeddi allah öz qüdrəti və müdrikliyi ilə 

fərqlənirmiş. Bunlar allahların  şurasını  təşkil etməklə bütün 

dünyanı idarə edirmişlər. Enlil allahların başçısı  və  ağsaqqalı 



______________Milli Kitabxana_____________ 

 122


hesab edilirdi. O, allahlar şurasının üzvləri Nuskunu və Enkini 

özünə ən yaxın köməkçi təyin etmişdi. Nusku odu və qızmar istini 

təmsil edirdi. Enki su və müdriklik allahı hesab olunurdu. Səma 

allahı An, habelə Enlil və Enki şumer panteonunda allahların ali 

üçlüyünü təşkil edirdilər. Onların xidmətində kiçik allahlar 

dayanırdılar. Bunlar Anennak və  İqiqi adlanırdılar. «Anunnak» 

Anu allahının adından  əmələ  gəlmişdir. Anunnaklar Anunun 

törəməsi kimi yer üzünün ruhları olmaqla allahların tapşırıqlarını 

yerinə yetirirmişlər.  İqiqilər göy üzünün ruhları idilər və eyni 

vəzifəni icra edirdilər. 

Şumer panteonunda hava allahı Enlil mühüm yer tuturdu. O, 

allahların atası, göy və yerin hökmdarı, bütün dünyanın hökmdarı 

adlandırılırdı. Göyün yerdən ayrılması onun əməli kimi qələmə 

verilirdi.  Əsatir bu əməli belə  şərh etmişdi: «Allahlar ailəsi 

getdikcə çoxalırdı. Bir nəslin ardınca o birisi gəlirdi. Allah və 

ilahələr böyüyür, nikah bağlayır, uşaq doğurdular. Onlar göyün 

atası Anın və Yerin anası Kinin darısqal ağuşunda sıxılırdılar və 

sərbəstliyə can atırdılar. Onlar böyük qardaşları Enlildən kömək 

diləyirdilər. Enlil günlə yox, saatla böyüyür, daha da zorbalaşır və 

ipə-sapa yatmırdı. Enlil böyük bir əməli həyata keçirməyə cəsarət 

etdi. O, mis bıçaqla göy qübbəsinin qırağını kəsdi. Səma allahı An 

zarıya-zarıya yer ilahəsi, arvadı Kidən qopdu. Dünyəvi böyük 

yastı lövhə onun qıraqlarını  əhatə edən ibtidai okeanın səthində 

qaldı, dünyanın  əzəmətli yarımkürə örtüyü havada asılı qaldı». 

İbtidai təfəkkür dünyanın  əmələ  gəlməsini qeyri-təbii qüvvələrin 

əməli ilə bağlayırdı. 

Eyni zamanda şumerlər insan cəmiyyətində mövcud olan 

nikahı, doğum-görümü və  həyat tərzini allahlara da şamil 

edirdilər. 

Ninhursaq (yaxud Ninmah, Nintu) Şumer panteonuna yer 

səthi, məhəbbət və  məhsuldarlıq ilahəsi kimi daxil olmuşdu. 

Nanna (yaxud Nannar) ay allahı, Utu - günəş allahı,  İnanna - 

məhsuldarlıq və  məhəbbət ilahəsi, onun əri Dumuzi (Tövratda 

Tammuz) çoban allahı, Nerqal - yeraltı dünyanın allahı, onun 

arvadı Ereşkiqal - yeraltı dünyanın ilahə hökmdarı, Ninurta - 

cənub küləyi və müharibə allahı, Martu - köçərilər allahı  və 




______________Milli Kitabxana_____________ 

 123


sairələrin adları  şumer  əsatirlərində  çəkilmişdir. Bunlar ümum 

şumer allahları  cərgəsinə daxil idilər. Bundan başqa  şumer 

şəhərlərinin ayrıca himayəçi allah və ilahələri vardı. Laqaş 

şəhərinin himayəçi ilahəsi Ninqirsu olmuşdu. Enlil, arvadı Ninlil 

və oğlu Ninurta Nippur şəhərinin havadarları hesab olunurdular. 

Şumerlər yeraltı, axirət dünyası haqqında təsəvvürlər 

yaratmışdılar. O «geniş ölkə», yaxud «geriyə yol olmayan ölkə» 

adlanırdı.  Şumerlərə görə, axirət dünyası zülmət idi, orada insan 

bədəni torpağa dönür, onun başını qurd-böcək çeynəyir, o, daima 

susuz və yeməksiz qalır. Bunlar olmasın deyə qurban kəsilməli 

idi. Buranın hökmdarı ilahə Ereşkiqal idi, onun əri isə müharibə 

allahı Nerqal idi. Müxtəlif ruhlar, o cümlədən taun allahı İrra öz 

növbəsində onlara xidmət edirdilər.  

Akkadlar, amorilər, aramilər, haldeylər və başqa qədim 

xalqlar  şumer dininin bir çox əlamətlərini mənimsəmişdilər. 

Adətən, sami tayfaları himayəçi allahı Bel, «ağa» adlandırırdılar. 

İcmanın ilahəsi isə  İştar adını daşıyırdı.  Şumer və Akkad allah 

anlayışları qovuşan zaman, akkadlar Enlilə Bel deyirdilər, sonralar 

bu adı Babil allahı Marduka şamil etmişdilər. Tədricən  şumer 

ilahə adları An akkadlıların Anu, Nammu-Tiamat, Ki-Kinqu, 

Enki-Ea, Utu-Şamaş, Nannar-Sin, İşkur-Adad,  İnanna-İştar,  İrra-

Namtar, Neunuqal-Nerqal ilə  əvəz edilmişdi. Tədricən Babil 

panteonunda ali allah yerini Marduk, Assur panteonunda isə Aşşur 

tutmuşdu. 

İkiçayarası  əhalisi qədim totem təsəvvürlərini, yəni 

heyvanlara sitayişi saxlamışdı. Allahları da müxtəlif heyvan 

görkəmində təsvir edirdilər. Allah Ea bəzən balıq quyruqlu, yaxud 

tısbağa şəklində təsvir olunurdu. Marduk əfsanəvi əjdaha, qrifon, 

təbabət ilahəsi Qula - it, himayəçi xeyirxah ruhlardan Şedu və 

Lamassu qanadlı öküz, yaxud insan başlı  şir kimi təsəvvür 

olunurdu. Misirdə olduğu kimi, şumer allahları da ibadətləri ilə 

bağlı olan heyvanların üstündə təsvir edilirdilər. 

Qədim  İkiçayarası xalqları  qədim ovsun formalarını 

saxlamışdılar. Guya ovsun vasitəsilə adamı  xəstəlikdən, 

bədbəxtlikdən xilas etmək olarmış. Müxtəlif falabaxma növləri 

mövcud idi. Heyvan içalatı, xüsusilə ciyərlə fal açırdılar. Müasir 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə