Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə47/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

______________Milli Kitabxana_____________ 

 168


 

 



______________Milli Kitabxana_____________ 

 169


QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 

Assuriya dövləti  İkiçayarasının  şimal hissəsində,  İraqın 

ərazisində mövcud olmuşdur. Assuriyanın  ərazisi  əsasən dağlıq 

olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. 

Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır. 

Assuriya  əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. 

Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər. 

Dəclə çayı sahilində  Aşşur (indiki Kilat-Şerkət)  şəhəri 

salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. 

Aşşur allah adı  və Assuriya ölkə adı bu şəhərin adından  əmələ 

gəlmişdir. Assuriya əvvəlcə  Cənubi Mesopotamiyadan asılı idi, 

e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin 

başlanğıcında Ön Asiyada dəmirdən istifadə  təsərrüfatla yanaşı, 

hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar 

bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər 

qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən 

qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 min 

nəfərə çatırdı. Qoşun piyada, atlı  və döyüş arabalarından ibarət 

idi. Assur çarlarını mühafizə edən daimi “çar cangüdənlər dəstəsi” 

var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla 

silahlanırdılar. Dağları  aşmaq üçün kəndir, çaylardan keçmək 

üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş 

tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə 

xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar 

var idi. Onların ordusunda xüsusi “mühəndislər” dəstəsi fəaliyyət 

göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar 

üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan 

(mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.  

Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar 

yuvası” adlanırdı. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və 

Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.  

E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya 

ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub 

dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını  ələ keçirdilər. 

Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil 

padşahlıqları arasında bölüşdürüldü.  




______________Milli Kitabxana_____________ 

 170


Qədim Assuriyanın  ərazisində icmalar mövcud olmuşdur. 

Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi 

əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş  

ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə 

əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq 

sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması 

sənətkarlıq  əşyaları  və müxtəlif metallardan ibarət xammal ilə 

alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son 

məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan 

ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun 

əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli  əhali mal 

mübadiləsi və alış-veriş edirdi. Aşşur  şimala və  şərqə gedən 

ticarət yollarını da nəzarətdə saxlayırdı. 

Assuriyanın ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud 

idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması 

mövqe qazanmışdı.  İcmalar arasında  əmək bölgüsü vardı. 

Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış 

ticarət icmaları  fəaliyyət göstərirdi.  İxtisaslaşmış ticarət icmaları 

bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar 

ticarət münasibətlərinin inkişafını ləngidirdi. 

Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında 

torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı  və yoxsul ailələr 

meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara 

malik idi. Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin qədim 

və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, çünki bu 

zaman müharibələr Assuriyanın dövlət, məbəd və  fərdi 

təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz yeni Assur 

dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. 

Bununla yanaşı  işğal olunmuş  ərazinin  əhalisinin Assuriyaya 

köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul əməyinə 

tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. 

Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən 

müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı 

verilmişdi. Müstəqil becərmək üçün ona torpaq sahəsi ayrılırdı. 

Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və 

əmlakı  ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə 




______________Milli Kitabxana_____________ 

 171


birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş 

adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti 

assuriyada geniş  tətbiq olunurdu. Borclu borcunu vaxtında 

qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında 

işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi 

onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət 

ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq 

sahəsi ilə birlikdə  də satılırdılar. Orta dövr assur qanunları ev 

köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə 

tutmuşdular. Ev sahibəsinin qul və  kəniz ilə münasibəti 

maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz 

azad adamın  əlindən bir şey qəbul edərsə, onda həmin qul və 

kənizin burnu və qulağı  kəsilməli, oğurlanmış  şey isə 

qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, 

arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və 

kənizin qulağı  həmçinin kəsilməməli və onlar oğurlanmış  şeyi 

qaytarmamalıdırlar». 

Assur qanunlarından belə  nəticə  əldə etmək olur ki, ailədə 

qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin 

nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev 

əşyası verə bilməzdi, yəni heç kəsə  əl tutmamalı idi. Ailə 

əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam 

hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş  əşya 

oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə 

deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun 

arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər 

hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini 

qəbul edənlər öldürülməlidirlər. 

Əgər azad adamın arvadı  əri sağ olarkən  ər evindən nə isə 

oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, 

onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və 

ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul 

etmiş  şəxs isə malı qaytarmalıdır.  Ər arvadına verdiyi cəzanı 

(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir". 

Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. 

Qadının  şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə