Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə18/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   14   15   16   17   18   19   20   21   ...   359
İrakli Qaribaşvili
hazırkı geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi 
sahəsindəki aktual məsələlərin həlli baxımından şaxələndirmənin vacibliyinə diqqət çəkdi. Baş nazir vurğuladı 
ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində 
strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla ölkələrimiz yaşıl enerji sahəsində sıx əməkdaşlıq etməyə hazır 
olduqlarını təsdiqlədi. 
Rumıniyanın Baş naziri 
Nikolae Çuke
dünyada baş verən hazırkı böhran şəraitində həmrəylik nümayiş 
etdirməyin və ehtiyatları bir araya gətirməyin vacibliyini qeyd etdi. Baş nazir strateji tərəfdaşlıq haqqında Sazişi 
enerji sahəsində uzunmüddətli qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi 
dəyərləndirərək dedi: “Mən 2023-cü ilin əvvəlindən başlayaraq Azərbaycan qazının Rumıniyaya çatdırılması ilə 
bağlı razılığa gəlinməsi istiqamətində irəliləyişi alqışlamaq istəyirəm. Bu, çox gözəl xəbərdir, çünki Rumıniyanın 
enerji təhlükəsizliyi baxımından əlavə bir müdafiəsi olacaqdır. Bir tərəfdən Azərbaycan Respublikası və 
Gürcüstan Respublikası arasında, digər tərəfdən isə Avropa arasında yaşıl enerji ticarətinin inkişafını nəzərə 
alaraq, bərpaolunan enerjinin generasiyası üzrə mövcud potensialdan faydalanmaq bu gün heç vaxt olmadığı 
qədər mühüm əhəmiyyət kəsb edir”. 
Çıxışlardan sonra yekun iclas keçirildi. 
 
AZƏRTAC 
2022, 17 dekabr 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
13 
Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə
görüşü keçirilib 
Bakı şəhəri, 
14 dekabr 2022-ci il 
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə 
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 
geniş tərkibdə görüşü olub. 
AZƏRTAC xəbər verir ki, görüşü giriş sözü ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov açdı 
və çıxış etdi. 
Sonra dövlətimizin başçısı çıxış etdi. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə