Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə21/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   17   18   19   20   21   22   23   24   ...   359
AZƏRTAC 
2022, 14 dekabr 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
15 
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə
görüşü olub 
Bakı şəhəri, 
14 dekabr 2022-ci il 
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan 
Qurbanqulu 
Berdiməhəmmədov
dedi: 
- Hörmətli qardaşım İlham Heydər oğlu, Sizi qonaqpərvər Türkmənistanda, xüsusən böyük Xəzərin 
sahilində salamlamağa çox şadam. Bu gün dost, qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında 
ilk dəfə Zirvə Görüşü keçirilir. Hesab edirəm ki, bu Zirvə Görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında 
mühüm rol oynayacaq və səmərəsini verəcək. 
Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən 
bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından 
əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat 
əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə 
dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım 
İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm. 
 
x x x
 
Prezident İlham Əliyev
dedi: 
- Sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç. Yenidən Sizinlə görüşməyimə çox şadam. Mən artıq 
ikinci dəfədir ki, bu il qardaş Türkmənistana səfər edirəm və Sizinlə görüşmək hər zaman çox xoşdur. Biz Sizinlə 
uzun illər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmışıq və bu gün iki 
qardaş ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri 
özünü göstərir. Biz həm siyasi sahədə strateji tərəfdaşıq, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza 
atmışıq, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük 
irəliləyiş var. 
Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan öz 
münasibətlərini bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz, eyni zamanda, bölgə üçün çox önəmlidir və bu 
gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bu da əcdadlarımızın ruhunu 
şad edən bir hadisədir. Çünki bu, təbiidir, belə də olmalıdır, qardaş xalqlar bir yerdə olmalıdırlar. 
Fürsətdən istifadə edərək burada gördüklərimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurduğunuz çox 
gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir, həm səliqə-sahman, həm 
gözəllik, həm də yaşıllıq. Xəzər dənizinin sahillərində belə möhtəşəm mərkəzin yaradılması şəxsən Sizin böyük 
nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş türkmən xalqını təbrik edirəm. Dəvətə görə bir daha təşəkkür 
edirəm. 
 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə