43
1985-ci ildə Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyası Lənkəran, Lerik və Masallı rayonları
ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır (Cəfərov, 1987).
Arxeoloji kəşfiyyat işləri zamanı Lerik rayonu ərazisində Daş
dövrünə aid mağara düşərgəsi qeydə alınmışdır. Lerik rayonu
ərazisinin İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda
Peştəsər silsiləsi, daha sonra isə silsilələr arasında Zuvand
çökəkliyi yerləşir. Ən yüksək zirvələri Çömürgöy və Qızyurdudur
(2433 m) (Antonov, 1973).
Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları
bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Lakin Kiçik Qafqaz
dağlarından fərqli olaraq, Talış dağlarında vulkanik proseslər daha
kəskin olmuş və bu ərazidəki mağaralar məhz vulkanik yolla
əmələ gəlmişlər (Əyyubov, 1972).
Arxeoloji kəşfiyyat işləri zamanı Lerik rayonunun Buzeyir
kəndi yaxınlığında mağara düşərgəsi qeydə alınmışdır. Yeni
qeydə
alınmış
mağara
Lerik-Buzeyir
yolunun
10-cu
kilometrliyində olub, Zuvandçayının sol sahilində olan Dəlikli-
Daş zirvəsində, Buzeyir kəndindən 3 km şərqdə yerləşir. Mağara
düşərgəsi Buzeyir kəndinin yaxınlığında olduğu üçün ona Buzeyir
adı verilmişdir. Buzeyir kəndi dağın döşündə, mağara isə Talış
dağlarının ən yüksək zirvəsində, dəniz səviyyəsindən 1640 m
yüksəklikdə yerləşir.
44
1985-ci ildə Buzeyir mağara düşərgəsində aparılan
kəşfiyyat qazıntısı zamanı düşərgənin çöküntülərindən Paleolit
dövrünə aid daş məmulatı və ovlanmış heyvan sümükləri
tapılmışdır (Cəfərov, 1990).
1990-cı ilin iyun- iyul aylarında Ə.Q.Cəfərovun rəhbərliyi
altında Paleolit arxeoloji ekspedisiyası Buzeyir mağara
düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır. Əgər 1985-ci ilin
kəşfiyyat qazıntısı zamanı Buzeyir mağarasının çöküntülərində 5
təbəqə qeydə alınmışdısa, 1990-cı ildə aparılan arxeoloji
tədqiqatlar zamanı isə 6 mədəni təbəqə qeydə alınıb tədqiq
olunmuşdur. Buzeyir mağara düşərgəsinin I və II təbəqələrində
aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit
dövrlərinə aid gil qab qırıqları qeydə alınmışdır. III təbəqədə
aparılan tədqiqatlar zamanı ovlanmış heyvan sümükləri və 4 ədəd
daş məmulatı tapılmışdır (Cəfərov, 1999). Düşərgənin IV-VI
təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə çoxlu
ovlanmış heyvan sümükləri və 50-yə yaxın daş məmulatı aşkar
edilmişdir (Cəfərov, 2004).
Buzeyir düşərgəsindən tapılmış daş məmulatı içərisindən
itiuclular, qaşov tipli alətlər və bıçaqlar qeydə alınmışdır.
Buzeyir mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar
zamanı tapılmış daş məmulatının texniki və tipoloji
45
xüsusiyyətlərinə əsasən onların Mustye mədəniyyəti dövründə
hazırlanmasını söyləmək olar (Cəfərov, 1999, 2004).
Buzeyir mağara düşərgəsi Azərbaycanın cənub zonasında
Paleolit dövrünə aid tapılmış ilk qədim insan düşərgəsidir. Əgər
indiyə qədər bu ərazidə qədim insanalrın məskunlaşma tarixi 10-
15 min il bundan əvvələ aid edilirdisə, yeni tapıntı isə bizə elmi
əsas verir ki, Paleolit dövrü adamlarının hələ Azərbaycanın cənub
bölgəsində 120 min il bundan əvvəl yaşamasını söyləyək.
1986-1990-cı illərdə M.M.Mənsurovun rəhbərlik etdiyi
paleolit dəstəsi Ceyrançöl ərazisində apardığı arxeoloji kəşfiyyat
işləri zamanı orta Paleolit dövrünə aid Qaragöz, Qarabığ və
Sarıburun abidələrini qeydə almışdır (Mənsurov, 2003).
1993-cü ilin iyulunda Azərbaycan Respublikası Elmlər
Akademiyası Arxeologiya İnstitutunun Paleolit arxeoloji
ekspedisiyası Ə.Q.Cəfərovun rəhbərliyi altında Yardımlı rayonu
ərazisində apardığı kəşfiyyat işləri zamanı Alar mağarasını qeydə
almışdır. Alar mağarası Yardımlı rayonu ərazisində olub, Viləş
çayının sol sahilində, dəniz səviyyəsindən 1500 m yüksəklikdə
yerləşir. Mağarada aparılan ilkin kəşfiyyat işləri zamanı 9 ədəd
daş məmulatı tapılmışdır. Alar mağarasından tapılmış daş
məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə onların orta
Paleolit dövründə hazırlanmasını söyləmək olur (Cəfərov, 2004).
46
2001-ci ilin yay mövsümündə M.M.Mənsurov və
İ.Əliyevin Abşeron yarımadasının Suraxanı ərazisində apardıqları
arxeoloji kəşfiyyat işləri zamanı Suraxanı qəsəbəsinin cənub
hissəsindən 20 ədəd daş məmulatı aşkar edilmişdir. Daş məmulatı
çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Daş məmulatı
içərisində nüvə, itiuclu, qaşovcuq, ucluq və digər alətlər qeydə
alınmışdır. Yeni Suraxanı ərazisindən tapılmış daş məmulatının
texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların üst Paleolit
dövründə
hazırlanmasını
söyləmək
mümkün
olmuşdur
(Mənsurov, Əliyev, 2003).
2001-ci ildən başlayaraq Azərbaycan və Avropanın
paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının
tədqiq olunması beynəlxalq xarakter almışdır. Çünki bu ölkələrin
ərazisində olan paleolit abidələrinin çöküntülərində təbəqələr
tarixi ardıcıllıqla əmələ gəlmiş və arxeoloji tapıntıların biri
digərini əvəz etmişdir. Bu da ibtidai insanların həyat tərzini,
onların inkişaf xüsusiyyətlərini və Daş dövrünün təbii coğrafi
şəraitini, heyvanat aləmini və həmçinin ovçuluq təsərrüfatını
tədqiq
etmək
üçün zəngin arxeoloji, paleontoloji və
paleoantropoloji materiallara malikdirlər.
2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində
keçirilən beynəlxalq elmi konfransda Fransa, İtaliya, İspaniya,
Azərbaycan, Rusiya, Gürcüstan və Hollandiya alimlərinin
Dostları ilə paylaş: |