39
Naxçıvan Muxtar Respublikası ərazisində kəşfiyyat işləri
aparmışdır (Hüseynov, Cəfərov, 1986).
Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı
rayonlardan biri də Naxçıvan Muxtar Respublikasının ərazisidir.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu ərazi öz
təbii coğrafi şəraitinə görə respublikamızın başqa yerlərindən
kəskin surətdə fərqlənir. Bu fərq özünü karst relyef formasında
göstərir. Ərazidə qeydə alınan karst mağaraları müasir təbii
coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim
şəraitinin
təsiri
nəticəsində
formalaşmışdır.
Aparılan
paleogeomorfoloji və paleogeoloji elmi tədqiqatlar zamanı məlum
olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi III geoloji
dövrünün sonlarından başlayaraq, intensiv tektonik qalxma
hərəkətlərinə və dağəmələgəlmə prosesinə məruz qalıb, miosenin
axırlarından isə birdəfəlik dəniz sularından azad olmuşdur. Bu
dövrdən başlayaraq, başqa ekzogen relyef əmələgətirici
proseslərlə yanaşı, karst prosesləri də əlverişli iqlim şəraitində
inkişaf etmişdir (Antonov, 1973; Məmmədov,1998).
Naxçıvan ərazisində karstlaşma üçün əlverişli süxurlar,
əsasən perm (Paleozoy) yaşlı əhəngdaşı və tabaşirə (mezozoy)
məxsus dolomit və dolomitləşmış əhəngdaşılarından ibarətdir.
Lakin Naxçıvan Muxtar Respublikasının ərazisində elə sahələr
vardır ki, orada karstlaşma prosesi olmamışdır (Antonov, 1973).
40
1983-cü ilin yayında Paleolit arxeoloji ekspedisiyasının
Naxçıvanın Ordubad və Şərur rayonları ərazisində apardığı
kəşfiyyat işləri zamanı bir neçə mağara qeydə alınmışdır (Cəfərov,
1990). Ordubad rayonu ərazisində aparılan kəşfiyyat işləri zamanı
Araz çayının sol sahilində Kilit mağarası qeydə alınmışdır.
Mağaranın içərisi torpaq çöküntüsü ilə doludur (Cəfərov,1990,
1994).
1983-cü ildə Şərur rayonu ərazisində aparılan arxeoloji
kəşfiyyat işləri zamanı Qazma dərəsində daş dövrünə aid düşərgə
qeydə alınmışdır. Düşərgəyə Qazma adı verilmiş və orada ilkin
axtarış qazıntısı aparılmışdır. Qazma mağarası Şərur rayonu
ərazisində olub, Tənənəm kəndindən 3 km şimal-şərq hissədə,
Araz çayından 17 km aralıda, Arpaçaydan isə 14,5 km uzaqlıqda,
dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. İlkin kəşfiyyat
qazıntısı zamanı Qazma mağarasının çöküntülərində 4 mədəni
təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə aparılan arxeoloji
qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil
qablar, III-IV təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan
sümükləri tapılmışdır. Qazma mağara düşərgəsindən 1983-cü ildə
tapılmış daş məmulatının texniki və tipoloji tədqiqi zamanı
onların Mustye mədəniyyəti dövründə hazırlandıqları müəyyən
edilmişdir.
41
1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında
Paleolit arxeoloji ekspedisiyası Qazma mağara düşərgəsində
arxeoloji qazıntılar aparmışdır. Aparılan arxeoloji qazıntılar
zamanı Qazma mağara düşərgəsinin çöküntülərində altı təbəqə
qeydə alınmışdır. I və II təbəqələrində aparılan arxeoloji qazıntılar
zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qab
qırıqları, III təbəqədən ovlanmış heyvan sümükləri tapılmışdır.
Düşərgənin IV-VI təbəqələrində aparılan arxeoloji qazıntılar
zamanı isə minlərlə ovlanmış heyvan sümükləri və yüzlərlə daş
məmulatı aşkar edilmişdir. Daş məmulatı içərisində levallua
itiucluları, bir işlək ağızlı qaşovlar, bıçaqlar və digər alətlər qeydə
alınmışdır. Qazma mağara düşərgəsindən 1987-1990-cı illərdə
tapılmış daş məmulatının texniki və tipoloji tədqiqi zamanı
müəyyən edilmişdir ki, düşərgə sakinləri alətləri Mustye
mədəniyyəti dövründə hazırlamış və burada məskunlaşmışlar
(Cəfərov, 1992, 1999, 2004).
Qazax arxeoloji ekspedisiyası 1982, 1985 və 1987-ci
illərdə F.M.Muradovanın rəhbərliyi altında Qazax və Ağstafa
rayonları ərazilərində arxeoloji tədqiqatlar aparmışdır. Aparılan
arxeoloji axtarışlar zamanı Molla Nağı təpəsini qeydə alaraq,
orada arxeoloji qazıntılar aparmışdır (Rüstəmov, 1997).
Molla Nağı təpəsi Ağstafa rayonu ərazisində olub,
Köçəsgər kəndindən şərqdə, Haçadağından cənub-şərq tərəfdə,
42
Bakı-Tbilisi şose yolunun keçdiyi körpüdən 1000-1500 m şimal-
qərbdə, Acıdərədən isə 50-60 m şimalda yerləşir (Rüstəmov,
1997). Molla Nağı təpəsi Köçəsgər kəndinin üzüm plantasiyaları
arsında olub, diametri 60 m, hündürlüyü 2 m olan təpədən
ibarətdir. Molla Nağı təpəsində aparılan arxeoloji tədqiqatlar
zamanı 307 ədəd daş məmulatı tapılmışdır. Onlardan 123 ədədi
təpənin üstündə açılmış qazıntıdan, 184 ədədi isə təpənin şimal-
şərq ətəyində üzə çıxmış açıq düşərgə qalığından tapılmışdır.
Həmin daş məmulatını tədqiq edən C.N.Rüstəmov onları iki qrupa
bölür: birinci qrupa təpənin üstündən tapılmış 123 ədəd daş
məmulatını, ikinci qrupa isə təpənin şimal-şərq tərəfində qeydə
alınmış 184 ədəd daş məmulatını daxil edir (Rüstəmov, 1997).
C.N.Rüstəmov birinci qrupa daxil edilmiş daş məmulatının
texniki və tipoloji xüsusiyyətlərinə görə şərti olaraq Neolit
mədəniyyətinin sonu və Eneolit mədəniyyətinin əvvəllərinə aid
edir (Rüstəmov, 1997). C.N.Rüstəmov Molla Nağı təpəsinin ikinci
qrup daş məmulatını isə üst Paleolit mədəniyyətinin əvvəllərinə
aid edir (Rüstəmov, 1997). Molla Nağı təpəsinin ikinci qrup daş
məmulatı çaxmaq (31 ədəd), andezit (80 ədəd) və digər
çaydaşılarından hazırlanmışdır. Həmin daş məmulatı içərisində
nüvələr, qaşov tipli alətlər, bıçaqlar, kəsici alətlər, biz və digər
alətlər qeydə alınmışdır (Rüstəmiov, 1997).
Dostları ilə paylaş: |