72
düşərgəsində insanların yaşadığı dövr ərzində üç nisbi istiləşmə
fazası qeyd olunmuşdur. Onlardan biri 64-62 min il, ikincisi 58-56
min il, üçüncüsü isə 58-46 min il əvvəl olmuşdur. Bu
qısamüddətli istiləşmədən sonra iqlimin yeni qlobal soyuqlaşması
dövrü (son vyurum və ya son valday dövrü) başlayır. Şaquli iqlim
və landşaft zonalarının enməsi baş verir. Bu, onunla sübuta
yetirilir ki, yüksək dağ qurşaqlarına xas olan bitki və heyvanların
qalıqları Azərbaycanda, Gürcüstanda və Qafqazın başqa
bölgələrində olan dağ ətəklərində yerləşən üst Paleolit dövrlərinə
aid düşərgələrdən tapılır.
Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer
kürəsində iqlimin qlobal istiləşməsi, dağ və qitə buzlaqlarının
tənəzzülə uğraması ilə xarakterizə olunur. Bu istiləşmə
Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar xəttinin
və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur.
Palinoloji faktlara görə, bu dövrdə meşə qurşaqlarının yuxarı
sərhədi 2400-2500 m yüksəkliyə qalxır, seyrək arid meşələri isə
dağətəyi düzənlikləri basır və Cənub-Şərqi Qafqazda Xəzər dənizi
sahillərinə yaxınlaşır. Bu dövrdə, yəni 9-6 min il əvvəllər Xəzər
dənizinin səviyyəsi indikindən 6-7 m yuxarıda olmuşdur. Bütün
Kür-Araz ovalığı yarımsəhra və səhra landşaftlarına malik
düzənlik olmuşdur. Şimal və cənubdan Kür-Araz ovalığı geniş
çölləri əhatə etmişdir. Açıq sahələrin genişlənməsi ilə əlaqədar
73
olaraq çöl və yarımsəhra sakinlərinin – at, dəvə, öküz, qulan,
ceyran, sayqak və başqa iri məməlilərin sayı artır. Ümumiyyətlə,
holosen dövrünün təbii coğrafi və iqlim şəraiti indiki zamanlardan
az fərqlənirdi (Məmmədov, 1998).
Dünya arxeoloqlarının apardıqları kompleks elmi tədqiqatlar
zamanı məlum olmuşdur ki, planetimizin ilk sakinləri ən qədim
zamanlardan başlayaraq bir yerdə yaşamış, sığınacaq axtarmağa
başlamış, vəhşi heyvanlardan qorunmaq, ilk əmək alətləri, ibtidai
tikili yerləri hazırlamaq və süni od əldə etmək üçün birlikdə
yaşamaq məcburiyyətində qalmışlar. Birgə yaşayış tərzi ulu
sakinlərin qarşısına çıxan çətinlikləri aradan qaldırmağa kömək
etmiş və bu günə qədər gəlib çatmış maddi və mənəvi sərvətlərin
yaradılmasına səbəb olmuşdur.
İstər Afrikada, Avropada, Asiyada, istərsə də Azərbaycanda
aparılmış arxeoloji tədqiqatlar müəyyən etmişdir ki, ilk ibtidai
insanların məskunlaşmasında mühüm amil təbii coğrafi şərait
olmuşdur. Məhz buna görə də ibtidai sakinlər məskunlaşma
ərazilərdən asılı olmayaraq bir məskəndə - təbii karst
mağaralarında yaşamış, yeməkləri də bir növ – mağara ayıları,
nəhəng marallar və təbiətin hazır nemətləri olmuşdur. İbtidai
insanların əmək alətləri çaydaşılarından hazırlanmış, onlar
özlərinin ilk incəsənət əsərlərini də bir yerə - qayalar üzərinə həkk
etmişlər. Afrika, Asiya, Avropa ölkələri ərazilərində qeydə
74
alınmış qayaüstü rəsmlər fikirlərimizi əyani şəkildə təsdiq edir
(Cəfərov, 2004, 2006).
Hazırda planetimizin müxtəlif ərazilərində ayrı-ayrı xalqlar
yaşayır. Onların dilləri,
məşğuliyyətləri,
ictimai- iqtisadi
quruluşları və dinləri müxtəlifdir. Lakin, arxeoloqların apardıqları
kompleks elmi tədqiqatlar göstərir ki, ən ibtidai sakinlərimiz
qədim
Paleolit dövründə əmək
fəaliyyəti,
formalaşma
xüsusiyyətləri, çaydaşılarından hazırladıqları əmək alətləri,
ovladıqları heyvanlar 6 milyon il bundan əvvəldən başlayaraq,
orta Paleolit dövrünə qədər tamamilə bir-birinə yaxın və demək
olar ki, oxşar olmuşdur. Ən qədim ibtidai insanlar ilk zamanlar
çaydaşılarından özlərinə əmək alətləri hazırlamış və bu alətlərdən
özlərinin məşğuliyyəti üçün istifadə etməyə başlamışlar (Lümley,
1998; Cəfərov, 2004, 2006).
İnsanın özünü də məhz əmək yaratmışdır. Əmək fəaliyyəti
nəticəsində ibtidai insanlar heyvanat aləmindən birdəfəlik
ayrılmışlar. Təxminən 6 milyon il bundan əvvəldən başlayaraq
ibtidai insan adi çaydaşını götürüb ondan şüurlu surətdə əmək
alətləri hazırlamağa başlamışdır. İbtidai insanların ilk əmək
alətləri, ibtidai tikili yerləri daşdan olduğu üçün bəşəriyyətin
keçdiyi uzun bir inkişaf dövrü Daş əsri adlanır. İbtidai insanlar
özlərinin istək və arzularını da daşlar üzərinə həkk etmişlər.
Bəşəriyyətin keçdiyi 6 milyonluq bir inkişaf mərhələsi daşlar
75
üzərinə yazılmışdır ki, bu daşları tədqiq edib insanın uzaq keçmişi
haqqında elmi biliklər əldə etmək olur. Ona görə də bu dövrün
tarixi daş alətlər əsasında öyrənilir və aradan çıxmış ictimai-
iqtisadi quruluş haqqında elmi faktlar əldə olunur.
Dünya
arxeoloqlarının
apardıqları
kompleks
elmi
araşdırmalar zamanı məlum olmuşdur ki, insanlığın ilk
vaxtlarında qədim Paleolit dövründə ibtidai insanların
hazırladıqları daş alətlər olduqca kobud və bəsit olmuşdur.
Sonralar, vaxt keçdikcə yeni-yeni əmək alətləri meydana çıxmış,
təkmilləşmiş və inkişaf etməyə başlamışdır. Arxeoloji və
paleoantropoloji elmi tədqiqatlar göstərir ki, çaydaşılarından olan
əmək alətləri öz-özlüyündə inkişaf edə bilməz. Bu inkişaf insan
beyninin
və
onun
təfəkkürünün
inkişaf
məhsuludur.
Çaydaşılarından
hazırlanmış
əmək
alətlərinin
inkişafı,
təkmilləşməsi, yeni-yeni əmək alətlərinin yaranması ibtidai
insanların
inkişaf etməsi və ibtidai icma cəmiyyətinin
formalaşmağa başlamağı ilə əlaqədardır.
Qədim Paleolit dövrünün ən ilkin inkişaf mərhələsində
ibtidai insanlar ancaq təbiətin hazır nemətlərindən istifadə etmiş
və həyatlarını ovçuluqla keçirmişlər. Coğrafi şərait ibtidai
insanların yaranmasında, inkişafı və formalaşması prosesində
mühüm amil olmuşdur. Arxeoloqların aşkar etdikləri paleolit
düşərgələri və oradan tapılmış maddi mədəniyyət qalıqları
Dostları ilə paylaş: |