68
buzlaşma gedir. Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii
şərait hələ pleystosenin başlanğıcında Aşel mədəniyyəti dövründə
saxlanmaqda davam etmişdir (Məmmədov, 1998).
Erkən Aşel mədəniyyəti dövründə (700-400 min il bundan
əvvəl) iqlimin istiləşməsi, Şərqi Avropa düzənliyi və Qafqaz
buzlaqlarının əriməsi nəticəsində Xəzər dənizinin səviyyəsi qalxır
və yenidən K ür-Araz çökəkliyi Gəncə meridianınadək su altında
qalır. Çaydaşı mədəniyyətinin isti dövründə olduğu kimi, landşaft
qurşaqları öz əvvəlki vəziyyətini bərpa edir. Dağ ətəklərində və
sahilyanı düzənliklərdə yenidən çöl və yarımsəhra landşaftları
hakim olur. Düzənliklərin çaykənarı sahələrində tuqay tipli
meşələr yerləşir. Aşağı və orta dağlıq qurşaqlarda enliyarpaqlı
meşələr üstün mövqe tutur. Bu dövrdə Azıx paleolit düşərgəsi
enliyarpaqlı meşələrin əhatəsində yerləşmişdir. Yanvarda
temperatur 4-7
0
C, iyulda 22-25
0
C, illik yağıntı 1200-1600 mm
olmuşdur (Məmmədov, 1998).
Erkən aşeldən orta aşelə keçid dövründə yenidən soyuq
iqlim düşür. Talış, Böyük və Kiçik Qafqaz dağ massivlərində
qalxma sürətlənir. Onların ən yüksək silsilələri buzlaşmaya məruz
qalır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşür və sahəsi kiçilir.
Kür-Araz ovalığı yenidən quruya, hamar düzənliyə çevrilir.
İqlimin soyuması dağlarda meşələrin yuxarı sərhədlərinin aşağı
düşməsi ilə müşayiət olunur. Azıx mağarası yerləşən ərazidə meşə
69
qurşağının yuxarı sahəsi 1000-1200 m aşağı enir, bu da orta illik
temperaturun 5-6
0
C aşağı düşməsinə səbəb olur. Göstərmək
lazımdır ki, Azıx mağara düşərgəsində oddan istifadə olunmasını
göstərən elmi faktlar (ocaq yerləri, kömür qalıqları, yanmış
heyvan sümükləri) qədim və orta Aşel mədəniyyətinə aid
təbəqələrdən aşkar olunmuşdur (Hüseynov, 1985). Qədim Azıx
düşərgəsi sakinlərinin oddan istifadə etmələri, şübhəsiz, iqlimin
soyuqlaşması ilə əlaqədardır. Düşərgədən tapılmış heyvan
sümüklərinə, əsasən Azıx düşərgəsinin ərazisində Paleolit
dövründə meşə heyvanlarından mağara ayısı, Qafqaz bəbiri,
maral, qaban, vaşaq, çöl və meşəçöl heyvanlarından, at,
uzunqulaq, kərgədan, uzunbuynuzlu öküz və başqaları yaşamışdır
(Hacıyev, Əliyev, 1970).
Orta Aşel dövrünün əvvəllərində (erkən Xəzər əsrinin
birinci yarısı) iqlimdə yenidən istiləşmə prosesi gedir. Qitə və dağ
buzlaqlarının əriməsi nəticəsində Xəzər dənizinin səviyyəsi
yenidən qalxır və dəniz indiki Mingəçevir şəhərinə qədər bütün
Kür-Araz ovalığını tutur. Araz sahili düzündə yarımsəhra
landşaftı, dağətəyi sahələrdə çöl və seyrək meşələr, aşağı orta
dağlıq qurşaqlarda palıq, vələs, fıstıq və digər enliyarpaqlı
ağaclardan ibarət meşələr üstünlük təşkil edirdi, yüksək dağlıq
hissələr isə alp və subalp çəmənlikləri ilə örtülü idi.
70
Azıx paleolit düşərgəsinin orta aşel təbəqəsindən əldə edilən
zəngin fauna qalıqlarının öyrənilməsi ətraf ərazidə müxtəlif növ
heyvanların, o cümlədən cüyürün, xallı maralın, nəhəng maralın,
qabanın, vaşaqın, ayının, qamışlıq pişiyinin, kərgədanın, ibtidai
öküzün, atın, uzunqulağın və s. heyvanların yaşadığını göstərir.
Bitki qalıqlarına əsasən aparılmış hesablamalar dövrün iqliminə
aid aşağıdakı göstəriciləri verir: yanvarın orta temperaturu 4-5
0
C,
iyulun orta temperaturu 20-23
0
C, yağıntının miqdarı 1000-1200
mm olmuşdur.
Son Aşel mədəniyyəti dövrünün (orta pleystosenin II yarısı)
əvvəllərində iqlim yenidən soyuqlaşır. Məhz belə vəziyyət Azıx
paleolit düşərgə sakinlərinin mağaranı müvəqqəti olaraq tərk
etməsinə səbəb olur. Məhz buna görə də Azıx mağara
düşərgəsinin IV təbəqəsində maddi mədəniyyət qalıqları
tapılmamışdır (Hüseynov, 1975).
Bu tarixi mərhələdən sonra gələn erkən Mustye dövrü (Orta
Paleolit) iqlimin xeyli istiləşməsinə səbəb olur (üst Xəzər əsri).
Bu dövrdə Azıx paleolit düşərgəsinin yuxarı sərhədi 2200-
2300 mm mütləq yüksəklikdə yerləşən meşə qurşağının ətəyində
yerləşmişdi. Bu meşə qurşağı zəngin heyvanat aləminə (cüyür,
maral, dağ keçisi, mağara ayısı, qonur ayı və s.) malik olmuşdur
(Əliyev, 1969).
71
Mustye dövrünün (erkən Xvalin əsri) ikinci yarısında geniş
miqdarda soyuqlaşma (vyurum buzlaşma dövrü) ilə əlaqədar
olaraq Azərbaycan ərazisində, o cümlədən dağlıq bölgələrdə iqlim
sərtləşir, əvvəlki dövrə nisbətən kəskin soyuq və quru iqlim
vəziyyəti yaranır. Bu dövrün təbii coğrafi şəraiti son Aşel
dövründən fərqlənmirdi. Lakin, iqlimin arid olması ilə əlaqədar
buzlaqların ölçüsü orta pleystosenin axırlarındakı səviyyəyə
çatmır. Əgər dağ ətəklərində və düzənliklərdə çöl və yarımsəhra
landşaftlarının sahəsinin xeyli genişlənməsini nəzərə almasaq,
bütövlükdə landşaft qurşaqlarının və zonalarının yayılması son
aşeldə olan vəziyyəti təkrar edir. Bu dövrün ən əlamətdar hadisəsi
insanın Azıx paleolit düşərgəsindən 150-160 m aşağıda və 3 km
aralıda Quruçay sahilində yerləşən Tağlar düşərgəsinə köçüb
məskunlaşması olmuşdur. İbtidai insanların Tağlar düşərgəsində
120 min il bundan əvvəldən başlayıb, 30 min il bundan
qabaqlaradək yaşaması kompleks elmi tədqiqatlar əsasında
müəyyən edilmişdir. Düşərgədə aparılmış kompleks arxeoloji
qazıntılar zamanı bitki qalıqlarına görə, bu dövrdə düşərgə
ətrafındakı dağ yamacları palıddan, vələsdən və cökə ağaclarından
ibarət olan meşələrlə örtülü olmuşdur. Meşə qurşağınınn yuxarı
hissəsində qara gülgün və seyrək qoz ağacı meşələri mövcud
olmuşdur. Bu dövrdə meşə qurşağının yuxarı sərhədi indikinə
nisbətən 700-800 m aşağıda yerləşirdi.
Tağlar paleolit
Dostları ilə paylaş: |