60
kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur.
Dağarası çökəkliklərdə və maili düzənliklərdə quru çöl və
yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ
silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və
friqonoid bitkilərdən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin
sahili boyu III dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və
bu kimi relikt bitkilərdən ibarət subtropik meşələri inkişaf
etmişdir.
Yüksək dağlığın qayalıq hissələrində bezuar keçiləri,
muflonlar məskunlaşıb. Dağ-meşə qurşağında daşlıq dələsi, meşə
dələsi, ayı, vaşaq, meşə pişiyi, bəbir, muflon (dağ qoyunu), cüyür,
çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və başqaları vardır.
Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, qunduz,
gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar
yaşayır (Əliyev, Məmmədov, 1998).
Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında
yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi
komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir
nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır.
Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın
subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı
vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı
çəmən-çöl, orta dağlığın dağ-kserofit landşaftları mövcuddur. Dağ
61
ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quruçöl və
arid meşə alçaq dağlığın çöl və yarımsəhra landşafları geniş
sahəni əhatə edir (Məmmədov, 1998).
Dünyanın müxtəlif ərazilərində qeydə alınmış paleolit
düşərgələrinin elmi tədqiqi nəticəsində təbiətin, ibtidai insanın və
onun maddi mədəniyyətinin inkişafında müşahidə olunan əsas
hadisələr arasında sıx qarşılıqlı əlaqələrin mövcud olması
müəyyən edilmişdir. Təbiət ibtidai insanların məskəni və qida
mənbəyi olmaqla bərabər, demək olar ki, onların bütün həyat
sahələrinə, hətta antropogenez prosesinə, yayılmasına, təsərrüfat
xüsusiyyətlərinə, məişətinə, əmək alətləri hazırlamasına və
geyiminə belə ciddi təsir göstərmişdir. Antropogenezdə təbiətin
rolu əsasən hominidlərin bioloji potensialına stimulvermə və
seleksiyaetmə təsirindən ibarət olmuşdur.
Alimlərin kompleks elmi tədqiqatları zamanı müəyyən
edilmişdir ki, ibtidai icma cəmiyyətinin başlanğıc mərhələsində
təbii amillərin insanlara təsiri daha güclü olmuşdur. Təbiətlə
insanlar arasında qarşılıqlı münasibətlərin inkişafı təbiətin ibtidai
cəmiyyətin inkişafına təsirinin tədricən zəifləməsi istiqamətində
getmişdir. Sosial inkişaf nəticəsində insanın təbiətə təcavüzü
tədricən artmış, mütərəqqi hal almış və mürəkkəbləşmişdir
(Məmmədov, Ələsgərov, 1988).
62
Planetimizin digər bölgələrində olduğu kimi, Azərbaycan
ərazisində də təbii coğrafi şərait sabit qalmamışdır. Xüsusilə,
ibtidai insanların yaşadığı dövrdə - Paleolit dövründə təbiət
dəyişmələri daha kəskin xarakter almışdır.
Qərbi Azərbaycanın üst miosen – erkən pliosen yaşlı
çöküntü qatlarında tapılmış fauna və flora qalıqları göstərir ki,
həmin geoloji dövrlərdə (7 milyon il bundan əvvəldən 3,2 il
bundan qabaqlaradək) ərazidə isti iqlim şəraiti hökm sürmüşdür.
Burada savanna tipli meşə-çöl landşaftı olmuşdur. Böyük və Kiçik
Qafqaz dağlarının yamacları həmişəyaşıl ağaclarla, zəngin
enliyarpaqlı meşələrlə örtülü olmuşdur. Ərazinin heyvanat aləmi
də olduqca zəngin olmuşdur. Dağətəyi və düzənlik ərazilərdə
insanabənzər meymun, kərgədan, zürafə, dəvəquşu və digər tropik
və subtropik iqlim şəraitinə xas olan heyvan sürüləri mövcud
olmuşdur. Meşələrdə müasir dövrdə yaşayan ağac növlərilə
yanaşı, həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə, maqnoliya,
həmişəyaşıl palıd, azat, darçın ağacı, nissa, araliya və s. geniş
yayılmışdır. Bu da həmin dövrlərdə iqlimin kifayət dərəcədə isti
və rütubətli olduğunu olduğunu göstərir. Elmi tədqiqatlara əsasən
dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19
0
C, yanvar
ayının temperaturu 6-8
0
C, iyul ayınınkı 26-28
0
C, yağıntının
miqdarı isə 1100-1200 mm təşkil etmişdir.
63
3,2 milyon il bundan əvvəldən 0,7 milyon il bundan
əvvələdək olan dövrə aid təbəqələrdən tapılmış heyvan və bitki
qalıqları bu dövrdə Azərbaycanda və qonşu ərazilərdə iqlimin
xeyli soyuqlaşmasını və quraqlaşmasını göstərir. Düzən və
dağətəyi ərazilərdə meşə sahələri xeyli azalır, həmişəyaşıl
bitkilərin bir çoxu məhv olur, açıq sahələr genişlənir. Heyvanat
aləminin növ tərkibi kasıblaşır. Ərazidə hipparion fauna üstünlük
təşkil edir. Bununla belə bitki tərkibində rütubətli subtropik
şəraitdə yaşayan həmişəyaşıl və yayda yaşıl bitki növlərinin,
gərməşov, çiyələk, darçın ağacı, həmişəyaşıl palıd və s.
heyvanlardan isə dəvəquşu, kərgədan və fillərin azalması göstərir
ki, iqlim sərt olmamışdır. Belə vəziyyət Azərbaycan ərazisində
ibtidai insanın meydana gəlməsi və yaşaması üçün əlverişli şərait
yaratmışdır (Hacıyev, 1991).
Azərbaycan ərazisində bütün IV dövrü əhatə edən və
bəşəriyyətin bütün əsas inkişaf mərhələlərini səciyyələndirən
maddi mədəniyyət qalıqları aşkar edilmişdir.
Ümumi qəbul olunmuş geoxronoloji bölgüyə əsasən IV
dövr üç epoxaya: eopleystosen, pleystosen və holosen epoxalarına
bölünür (Məmmədov, 1998).
Azərbaycan ərazilərində eopleystosen epoxası 1,8 milyon
il bundan əvvəl başlanan Abşeron əsrinə müvafiq gəlir. Təxminən
700 min il əvvəl eopleystosen epoxası başa çatır, onu pleystosen
Dostları ilə paylaş: |