64
epoxası əvəz edir. Pleystosen epoxası üç yerə bölünür: erkən, orta
və üst pleystosen. Azərbaycanda erkən pleystosenə Bakı əsri (700-
400 min il bundan əvvəl), orta pleystosenə alt Xəzər əsri (400-130
min il əvvəl), üst pleystosenə üst Xəzər və erkən Xvalin əsri
müvafiq gəlir. Holosen son 10 min ili əhatə edir (Məmmədov,
1998).
Azərbaycan ərazisində paleolitin ömrü 2,5 milyon ildən
artıq olub, erkən eopleystosendən holosenədək davam edən dövrü
əhatə edir (Cəfərov, 2007).
Çaydaşı mədəniyyətinin sahibləri olan ən qədim ibtidai
insanlar Azərbaycanda alt eopleystosendə (Abşeron əsrində),
erkən Aşel mədəniyyətinin sahibləri erkən Pleystosendə (Bakı
əsrində), orta Aşel mədəniyyətini yaradanlar isə orta Pleystosendə
(alt Xəzər əsri) və üst Pleystosenin əvvəllərində yaşamışlar
(Məmmədov, 1998).
Mustye
və son Paleolit
mədəniyyətinin sahibləri
Azərbaycan
ərazisində
Pleystosen
dövrünün
axırlarında
məskunlaşmışlar. Azərbaycanın və ona qonşu olan Qafqaz və
Yaxın Şərq regionlarının Paleolit düşərgələrindən və IV dövrün
çöküntü qalıqlarından tapılmış bitki və heyvan qalıqlarının
öyrənilməsi bu ərazilərin ibtidai insanlar yaşadığı dövrlərdə
mövcud olmuş təbii şəraitini bərpa etməyə imkan verir.
65
Eopleystosen epoxası – çaydaşı mədəniyyəti dövrü iqlimdə
soyuqlaşma və quraqlaşma prosesinin güclənməsi, vulkanların
fəallaşması, dağların hündürlüyünün artması, dəniz örtən sahələrin
azalması, fauna və flora tərkibinin kasıblaşması, meşə sahələrinin
azalması, açıq və çöl sahələrinin genişlənməsi və ilk dağ-dərə
buzlaqlarının yaranması kimi hadisələrlə səciyyələnir (Əliyev,
Məmmədov, 1998).
Çaydaşı
mədəniyyəti
dövrünün
birinci
yarısında
Azərbaycan ərazisinin əksər hissəsi hələ Xəzər suları altında idi.
Ərazidə Böyük və Kiçik Qafqaz, Talış, Savalan və başqa dağların
zirvələri yüksəlirdi. O nların ən hündürlərinin yüksəkliyi 2000-
3000 m-ə çatırdı. Dağ massivləri vadilər, dərələr və qobulara
parçalanmışdır.
Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum
olmuşdur ki, dövrün iqlimi indikindən isti və rütubətli olmuşdur.
Heyvanat aləmi cənub fili, kərgədan, vəhşi at, dəvə, cüyür, maral,
öküz, qılıncdişli pələng, dəvəquşu və başqalarından ibarət
olmuşdur. Onların içərisində savanna nümayəndələri üstünlük
təşkil edir. Ərazinin bitki aləmi də zəngin tərkibə malik olmuşdur.
Alçaq dağlıq və dağönü rayonlarda orta illik temperatur 13-15
0
C,
yanvarın orta temperaturu 5-6
0
C, iyul ayınınkı 22-23
0
C dərəcəyə
çatmışdır.
66
Çaydaşı mədəniyyəti dövrünün II yarısında təbii şərait
ciddi şəkildə dəyişir. Böyük və Kiçik Qafqaz dağlarının qalxması
sürətlənir. Qarabağ yaylasında və qonşu ərazilərdə (İran, Türkiyə)
vulkanlar canlanır, Xəzərin Kür körfəzi xeyli kiçilir, dağönü
sahələrdə və Kür çökəkliyində düzənlər xeyli genişlənir, çay
vadiləri dərinləşir və uzanır (Məmmədov, 1998).
Dağların qalxması iqlimdə ümumi qlobal soyuqlaşma ilə
yanaşı gedir, bu da Böyük və kiçik Qafqazın yüksək dağlıq
zonalarında buzlaqların yaranmasına səbəb olur (Məmmədov,
1998).
İqlimin soyuqlaşması və atmosferin quraqlaşması isti və
rütubətdən heyvanların və bitkilərin məhv olmasına, yerini
dəyişməsinə səbəb olur. Dağətəyi və düzənlik sahələrdə meşələrin
ərazisi xeyli azalır, seyrək arid meşələr, çöl və yarımsəhra
landşaftlarının sahəsi genişlənir. Aşağı dağlıq qurşaqda
enliyarpaq, əsasən palıd və vələs ağaclarından ibarət işıqlı meşələr
üstünlük təşkil edir. Orta dağlıq qurşaqda enliyarpaq, əsasən palıd,
vələs, fıstıq və digər ağaclardan ibarət qarışıq meşələr çoxluq
təşkil etmişdir. Yuxarı meşə qurşağının iynəyarpaqlı meşələr,
daha yüksəklikləri isə seyrək qoz ağacı meşələri, subalp çəmənləri
tutmuşdur.
Orta və yüksək dağ yamaclarında müvafiq olaraq qara
gülgün və seyrək qoz ağacı meşələri, Quruçay vadisində isə qoz,
67
yalanqoz və digər isti rütubətsevən bitkilər üstünlük təşkil
etmişdir. Dağətəyi sahələrdə seyrək arid meşələri yayılmışdır.
Düzənlərdə onları tuqay meşələri, çöl və yarımçöl landşaftları
əvəz etmişdir. Belə şərait ibtidai insanların müxtəlif heyvanları
ovlaması və yem bitkiləri toplaması üçün əlverişli imkan
yaradırdı. O dövrdə Azıx paleolit düşərgəsi yerləşən ərazidə iqlim
indikindən isti və rütubətli olmuşdur. Yanvarda orta illik
temperatur 4-6
0
C-yə, iyulda 25-28
0
c-yə, illik yağıntının miqdarı
isə 1000-1800 mm-ə çatmışdır.
Çaydaşı mədəniyyəti dövründən erkən Aşel mədəniyyətinə
keçid ərəfəsində, landşaftın regional xüsusiyyətləri saxlanmaqla
yanaşı, qurunun və dənizin yerləşməsində və iqlimdə bəzi
dəyişikliklər getmişdir. Kür körfəzi geri - cənub-şərqi Şirvanadək
çəkilir və bütün Kür-Araz ovalığı Şirvandan qərbə, dəniz
sularından azad olur və düzənliyə çevrilir. İqlim quru və soyuq
olur. İqlimin soyuqlaşması və yüksək dağlıq zonalarda buzlaqların
əmələ gəlməsi nəticəsində meşələrin sürətlə dağ ətəklərinə doğru
enməsi baş verir. Əvvəllər orta və yüksək dağlıq qurşaqları tutan
meşələr indi 1000-1200 m-ə qədər enir və Azıx paleolit
düşərgəsini əhatəyə alır.
Qədim, orta, son Aşel, Mustye və üst Paleolit dövrlərini
əhatə edən pleystosen dövrü Yer kürəsi tarixində buzlaşma kimi
məlumdur. Bu dövrdə Qafqaz və Avrasiya dağlarında üç dəfə
Dostları ilə paylaş: |