76
göstərir ki, ibtidai insanların yaşaması üçün əlverişli təbii coğrafi
şərait hansı ərazidə olmuşdursa, məhz həmin ərazilərdə ibtidai
insanlar əmək fəaliyyətinə başlamış, oralarda məskunlaşaraq
bütün inkişaf və formalaşma mərhələlərini keçmişlər.
Planetimizin ilk ibtidai sakinləri yaşayış üçün əlverişli olan
yerlərdə - təbii mağaralarda, qaya sığınacaqlarında, yerüstü
yaşayış düşərgələrində və dərələrdə olan çay kənarlarında
məskunlaşmışlar. İlk vaxtlar ibtidai insanlara təbiətdə baş verən
hər hansı hadisə - göyün guruldaması, ildırım çaxması, şiddətli
küləklərin əsməsi, zəlzələlərin baş verməsi və s. tamamilə
qaranlıq və möcüzəli görünürdü. İbtidai insanlar təbiət
hadisələrinə qeyri-adi baxır və bunların baş vermə səbəblərini
dərk edə bilmir və bu hadisələr barədə düşünməyə məcbur
olurdular.
Qədim paleolitin əvvəllərində coğrafi şərait olduqca təmiz,
mənzərəli və rəngarəng idi. Sanki təbiət cənnət guşəsini
xatırladırdı. Hər tərəf yamyaşıl idi, dağların ətəklərində ceyran,
cüyür, dağ keçisi, ibtidai öküz, maral və digər heyvanlar yaşayırdı.
Meşələrdə isə quşların səsi ibtidai sakinləri valeh edirdi.
Dərələrdən axan çayların səsi, bulaqların şırıltısı ətrafa
yayılırdı. Qədim Daş dövrünün əvvəllərindən etibarən su insanlar
üçün həyat mənbəyi olmuşdu. Buna görə də ulu sakinlər əsasən,
77
çay kənarlarında olan mağaralarda məskən salır, əmək alətləri
hazırlamaq üçün çaydaşılarından istifadə etməyə başlamışlar.
Qədim daş dövrü sakinləri iqtisadi tələbatlarını ödəmək,
vəhşi heyvanlardan qorunmaq və özlərinin təhlükəsiz yaşamasını
təmin etmək üçün çıxış yolları axtarmaq məcburiyyətində
qalmışlar. Minilliklər ötür, planetimizin qədim sakinləri isə axtarış
yollarında addımlayırdılar. Uzun zamanlar ərzindəki axtarışlardan
sonra qədim Daş dövrü sakinləri təbii mağaralar tapır və burada
məskunlaşmağa başlayırlar. Müəyyən vaxt keçdikdən sonra ibtidai
insanlar yenidən çay kənarlarına qayıdır, orada çaydaşılarını seçib,
ondan necə istifadə etməyi düşünürdülər. Təbiətdə ilk dəfə olaraq
çaydaşılarından əmək alətləri hazırlayıb, ondan öz tələbatları üçün
istifadə etməyə çalışan insanlar çaydaşılarının sirlərini öyrənmiş
və uzun zaman ərzində çaydaşılarından əmək alətləri hazırlayıb
istifadə etmişlər. Dünya arxeoloqlarının son illərdə apardıqları
kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, bu tarixi
hadisə 6 milyon il bundan əvvəl baş vermişdir. Məhz bu tarixi
vaxtdan başlayaraq qədim Daş dövrü insanları əmək fəaliyyətinə
başlamış və tələbatlarını ödəmək üçün ovçuluğa başlamaq
məqsədilə təbii çaydaşılarını seçir, əllərində yaxşı tutub istifadə
etmək, yararlı formaya salmaq üçün onu qəlpələməyə başlamışlar.
Bu dövrdən başlayaraq ibtidai insanlar ictimai əməyin təsiri
altında inkişaf edir və formalaşır. İbtidai insanların əmək
78
fəaliyyətinin başlamasından etibarən insanlığın tarixi, artıq təbiət
tarixi ilə deyil, ilk dəfə olaraq şüurlu surətdə hazırlanmış çaydaşı
alətlərinin
inkişaf tarixi ilə başlanmışdır (Lümley,1998;
Boriskovski, 1979; Cəfərov, 2004).
1994-2006-cı illərdə Şərqi Afrikanın Keniya ərazisində olan
Türkanə gölü ətrafında aparılan arxeoloji qazıntılar zamanı
tapılmış arxeoloji və paleoantropoloji tapıntıların yaşının 6 milyon
ilə bərabər olması müəyyən edilmişdir. İbtidai insanların
çaydaşılarından ilk əmək alətləri hazırlaması və onların
təkmilləşib yeni- yeni alətlərin meydana gəlməsi üçün milyon illər
lazım olmuşdur (Boriskovski, 1979; Lümley, 1998; Cəfərov, 2004,
2006).
Qədim Paleolit dövrü insanlarının çaydaşılarından əmək
alətləri hazırlamağa başlamaları onların dünyagörüşünə də
mühüm təsir etmişdir. Məhz bu vaxtdan etibarən ibtidai insanlar
təbiətdə baş verən hadisələrin sirlərini öyrənməyə, bu sahədə
təcrübə toplamağa başlamışlar. İlk zamanlar, xüsusilə qədim
Paleolit dövrünün ilkin inkişaf mərhələlərində təbiətin hazır
məhsulları ibtidai insanların tələbatını ödəyirdi. Lakin, müəyyən
vaxt keçdikdən sonra, ibtidai insanların sayı artır və bu da onların
iqtisadi tələbatlarını ödəməyi çətinləşdirirdi Çünki təbiətin hazır
məhsulları onların yeməyə olan ehtiyaclarını ödəyə bilmirdi. Bu
vəziyyətdən çıxış yolunu ibtidai insanlar çaydaşılarından
79
hazırlanmış əmək alətlərini təkmilləşdirməkdə görürlər. Bunun
üçün qədim Aşel mədəniyyəti dövründə ilk dəfə olaraq kobud
çapacaq hazırlanmağa başlanır. Kobud çapacaq hazırlamaqla
ibtidai insanlar özlərinin həyat fəaliyyətlərini yaxşılaşdırmağa,
iqtisadi tələbatlarını ödəmək məqsədilə intensiv olaraq ovçuluğa
başlayırlar. Bu dövrdə təbii coğrafi şərait də olduqca sərt idi.
Ovçuluğun meydana çıxması ibtidai insanların ayrı-ayrı qruplarda
yaşamasına səbəb olur və bu qrupları bir-birinə yaxınlaşdırır.
Bundan başqa qida əldə etmək, vəhşi heyvanların hücumlarından
qorunmaq, təbiətdə baş verən hadisələrin sirlərini öyrənmək
məcburiyyəti də ibtidai insanların qrup halında yaşamasını zəruri
edir. Qədim Daş dövründə məskunlaşmış ibtidai insanların
iqtisadi tələbatı həmişə təbiətin dərk edilməsini sürətləndirən
başlıca amil olmuşdur və minilliklər keçdikcə bu amilin
əhəmiyyəti daha da artmışdır. Qədim Paleolit dövründən
başlayaraq, insanlar təbiəti onun qeyri-adi görünən möcüzəli
sirlərini məhz həyat fəaliyyəti nəticəsində dərk etməyə və
anlamağa başlamışlar.
Coğrafi aləmdə baş verən hadisələrin sirlərini öyrənmək,
onlardan öz mənafeləri üçün istifadə etməkdən ötrü çəkilən əzab
və əziyyətlər nə qədər ağır olsa da, bu yolda atılan hər bir addım
ibtidai insanların məşğuliyyətində əsas rol oynamış və onların
təbiətə qarşı mübarizəsində mühüm vasitə olmuşdur. Zaman
Dostları ilə paylaş: |