84
dəfə olaraq Mustye mədəniyyətinə aid daş məmulatı və ovlanmış
heyvan sümükləri tapılmışdır.
İkinci lay gillicə torpaqdan ibarətdir. Layın içərisində
düşərgənin tavanından düşmüş qaya qırıntıları qeydə alınmışdır.
Eyni zamanda layın içərisində bir neçə iri qaya daşı aşkar
olunmuşdur.
Üçüncü lay açıq-boz gillicədən ibarət olub, içərisində qaya
qırıntılarına təsadüf edilmişdir. Layın aşağı hissəsi isə sarı gillicə
torpaq qatından ibarətdir. Maraqlıdır ki, ilk dəfə olaraq 1973-cü
ildə aparılmış arxeoloji qazıntılar zamanı üçüncü təbəqənin aşağı
layından Mustye mədəniyyətinə aid 20 ədəd əl çapacağı
tapılmışdır. Bu tapıntı mustye dövrü üçün çox nadir tapıntılardan
biridir. Çünki, əl çapacaqları Aşel mədəniyyəti üçün xarakterikdir.
Üçüncü təbəqənin ümumi qalınlığı 90-145 sm-ə bərabər olmuşdur.
Dördüncü təbəqə tünd-qonur gillicə torpaq layından
ibarətdir. Təbəqənin içərisində xırda qaya qırıqlarına rast gəlmək
olur. Həmin qırıqlar stalaqmit, stalaktit, stalaqnat parçalardan
ibarətdir. 1973-cü il arxeoloji qazıntılarınadək dördüncü
təbəqədən
heç bir maddi mədəniyyət nümunəsi qeydə
alınmamışdır. Ancaq 1973-cü ildə aparılan arxeoloji qazıntılar
zamanı dördüncü təbəqədən son Aşel mədəniyyətinə aid bir neçə
daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.
Təbəqənin ümumi qalınlığı 1-1,2 m-ə çatır.
85
BeĢinci təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir.
Azıx düşərgəsinin stratiqrafiyasında ən zəngin və möhtəşəm
qalınlığa malik olan çöküntü beşinci təbəqədən ibarətdir. 1963-
1969, 1971-1986-cı illərdə beşinci təbəqədə aparılan arxeoloji
qazıntılar zamanı çoxlu ovlanmış heyvan sümükləri və 300 ədəd
daş məmulatı tapılmışdır. Böyük Qafqaz paleolit düşərgələri
içərisində ən zəngin stratiqrafiyaya malik Azıx düşərgəsinin
beşinci təbəqəsində yuxarıda qeyd olunanlarla yanaşı ocaq yerləri,
ibtidai tikili qurğuları, xüsusi küncdə saxlanılan ayı kəllələri
tapılmışdır. Bütün tədqiqat mövsümündə beşinci təbəqədən
aşağıdakı kiçik laylar qeydə alınmışdır:
Birinci lay tünd-qonur gillicə torpaq layından ibarətdir.
İçərisində arxeoloji tapıntılarla bərabər qaya qırıqları da qeydə
alınmışdır. Layın qalınlığı 30-43 sm-ə bərabərdir.
İkinci lay açıq-qonur gillicə təbəqəsindən ibarətdir.
Təbəqənin içərisindən daş məmulatı və fauna qalıqları tapılmışdır.
Ayrı-ayrı qaya parçalarına da rast gəlmək olur. Layın qalınlığı 28-
44 sm-ə bərabər olmuşdur.
Üçüncü lay açıq sarı gillicə layından ibarətdir. Layın
içərisində ayrı-ayrı qaya qırıqlarına təsadüf hallarda rast gəlinir.
Arxeoloji qazıntılar zamanı daş mənulatı ilə yanaşı çoxlu
ovlanmış heyvan sümükləri də aşkar edilmişdir. Layın qalınlığı
48-62 sm-ə bərabər olmuşdur.
86
Dördüncü lay tünd sarı gillicə torpaq təbəqəsindən
ibarətdir. İçərisində arxeoloji materiallarla yanaşı, xırda qaya
qırıqları da qeydə alınmışdır. Layın qalınlığı 38-44 sm-ə çatır.
Beşinci lay boz-yaşıl gillicə torpaq təbəqəsindən ibarətdir.
Maraqlıdır ki, 1972-ci ildə yayda aparılan arxeoloji qazıntılar
zamanı ocaq yerləri və ibtidai tikili yeri qeydə alınmışdır.
Tədqiqatlar zamanı buradan əmək alətləri ilə bərabər ovlanmış
heyvan sümükləri də aşkar olunmuşdur. Layın qalınlığı 44-56 sm-
ə bərabər olmuşdur.
Altıncı lay tünd-qonur gillicə torpaq layından ibarətdir.
Arxeoloji qazıntılar zamanı altıncı laydan əmək alətləri ilə yanaşı,
çoxlu fauna qalıqları aşkar olunmuşdur. Layın tərkibində
düşərgənin tavanından düşmüş qaya qırıqlarına rast gəlmək olur.
Tədqiq olunan sahədə layın qalınlığı 42-56 sm-ə bərabər
olmuşdur.
Altıncı təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir.
Lakin yuxarıda təsvir olunan təbəqələrdən fərqli olaraq altıncı
təbəqə olduqca çoxlu çay və qaya daşları ilə zəngindir. Altıncı
təbəqə daş məmulatının zəngin olması ilə fərqlənir. Burada
aparılan qazıntılar zamanı 3 mindən artıq daş məmulatı
tapılmışdır. Təbəqənin qalınlığı 55-87 sm-ə bərabər olmuşdur.
Ye ddinci
təbəqə
açıq-göyümsov
gillicə
torpaq
təbəqəsindən ibarətdir. 1974-cü ildə arxeoloji qazıntı işlərinə
87
qədər çap olunmuş Azıx düşərgəsinə aid elmi məqalələrdə
düşərgənin VI təbəqəsindən aşağıda olan təbəqələrdə arxeoloji
materialların olmadığı qeyd olunurdu. Lakin 1974-cü ildə VI
təbəqədən altda olan düşərgənin çöküntülərində aparılan arxeoloji
qazıntılar zamanı dörd arxeoloji təbəqə (VII-X) qeydə alınmış və
həmin
təbəqələrdən
maddi
mədəniyyət
qalıqları aşkar
olunmuşdur. Təbəqənin qalınlığı 82-98 sm-ə bərabər olmuşdur.
Səkkizinci təbəqə nisbətən tünd-göyümsov gillicə torpaq
təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən
maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Eyni zamanda
təbəqənin tərkibində mağaranın tavanından düşmüş tək-tək qaya
parçaları qeydə alınmışdır. Təbəqənin qalınlığı 90-115 sm-ə
bərabər olmuşdur.
Doqquzuncu
təbəqə
açıq-göyümsov gillicə torpaq
təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən
maddi mədəniyyət nümunələri tapılmışdır. Təbəqənin tərkibində
tək-tək qaya qırıntılarına rast gəlmək olur. Təsvir olunan sahədə
təbəqənin qalınlığı 78-84 sm-ə bərabər olmuşdur.
Onuncu təbəqə sarı gillicə, nisbətən daşlı təbəqədən
ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqənin tərkibindən hazır
daş alətlər tapılmışdır. Təbəqə qaya döşəməsi üzərində
yerləşdiyindən olduqca bərkdir. Təbəqənin qalınlığı təsvir olunan
sahədə 78-83 sm-ə bərabər olmuşdur.
Dostları ilə paylaş: |