80
keçdikcə ibtidai insanların əmək fəaliyyəti daha geniş vüsət almış
və özünə coğrafi aləmdə daimi məskunlaşmaq üçün mağara
düşərgələri axtarmağa başlamışdır. Çünki, artıq daimi yaşayış
məskəni olmadan əmək alətləri hazırlamaq və ovçuluqla məşğul
olmaq mümkün deyildi. Ona görə də ibtidai sakinlər çay
kənarlarına yaxın olan mağaraları özlərinə daimi məskən seçmiş
və məskunlaşmağa başlamışlar.
Azərbaycan Respublikası ərazisində Daş dövrü düşərgələri
əsasən Kiçik Qafqazda, Qarabağda, Qazax, Naxçıvan, Kəlbəcər,
Lerik, Yardımlı, Tovuz və Qobustan ərazilərində qeydə alınmış
və tədqiq olunmuşdur.
III FƏSĠL
DAġ DÖVRÜ DÜġƏRGƏLƏRĠNĠN
STRATĠQRAFĠYASI
1. Azıx paleolit düşərgəsi
2. Tağlar paleolit düşərgəsi
3. Daşsalahlı mustye düşərgəsi
4. Qazma mustye düşərgəsi
5. Şuşa paleolit düşərgəsi
6. Damcılı mağarası
81
7. Buzeyir paleolit düşərgəsi
1.Çoxtəbəqəli Azıx paleolit düĢərgəsinin stratiqrafiyası
1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx
paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda
aparılan arxeoloji qazıntılar
zamanı
Azıx
mağarasının
çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir.
Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 km aralıda
olub, Quruçayın müasir yatağından 200-250 m yüksəklikdə
yerləşir. (bax şəkil 2-6) (Hüseynov, 1975). Mağara Azıx və
Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 m
yüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə
Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan
ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə
birlikdə uzunluğu 600 m-ə bərabərdir (bax şəkil 17).
Azıx mağarasında arxeoloji qazıntı işləri düşərgənin hər iki
giriş yolunda aparılmışdır. Düşərgənin şimal tərəfdən giriş
yolunda aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət
qalıqları qeydə alınmamışdır. Mağaranın şimal hissəsində
çöküntünün ümumi qalınlığı 0,5 m-dən 1,2 m-ə qədər olmuşdur
(Hüseynov, 1975).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda
və birinci salonunda aparılmış kompleks arxeoloji qazıntılar
82
zamanı burada çöküntünün ümumi qalınlığı 14 m-ə bərabər
olması müəyyən edilmişdir (bax şəkil 7). Azıx paleolit
düşərgəsinin cənub giriş yolunun 8-ci kv.m-dən başlayaraq 27-ci
kv.m-ə qədər çöküntünün qalınlığının 13-14 m-ə bərabər olması
qeydə alınmışdır. Lakin 17-ci kv.m-dən başlayaraq mağaranın
içərisinə doğru getdikcə düşərgədə olan çöküntülərin qalınlığı
azalmağa başlayır. Bu fakt 1973-1976-cı illərdə Azıx paleolit
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır
(Cəfərov, 2004).
M.M.Hüseynovun rəhbərliyi altında aparılan kompleks
tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin cənub giriş yolunda
və birinci salonunda arxeoloji, paleontoloji tapıntıların sayı yüz
minlərlədir. Bu sahədə çöküntünün stratiqrafik mənzərəsi olduqca
zəngindir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960-cı ildən
1987-ci ilədək aparılmış arxeoloji qazıntılar zamanı müəyyən
edilmiş arxeoloji təbəqələr illik hesabatlar və Azıx düşərgəsinin
stratiqrafiyası haqqında çap edilmiş əsərlər əsasında təhlil
edilmişdir (Hüseynov, 1964, 1969, 1973, 1985, 1988).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960-1986-cı
illərdə aparılan arxeoloji qazıntılar zamanı 10 təbəqə qeydə
alınaraq tədqiq olunmuşdur. Yaxın Şərq və Qafqaz ərazisində ən
zəngin stratiqrafiyaya malik Azıx paleolit düşərgəsində qeydə
alınmış arxeoloji təbəqələrin ümumi qalınlığı 14 m-ə bərabərdir.
83
Aparılan arxeoloji qazıntılar zamanı Azıx paleolit düşərgəsində
qeydə alınmış arxeoloji təbəqələr aşağıdakılardan ibarətdir (bax
şəkil 7):
Birinci təbəqə qara çöküntülü, bəzən isə sarı qarışıq
torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı tək-tək
orta əsrlərə aid gil qab qırıqlarına rast gəlinir. 1962-1965-ci illərdə
aparılan arxeoloji qazıntılar zamanı təbəqədən Orta əsrlər, Tunc
və Eneolit dövrlərinə aid gil qab qırıqları aşkar olunmuşdur. Lakin,
sonrakı illərdə aparılan arxeoloji qazıntılar zamanı Eneolit
dövrünə aid maddi mədəniyyət qalıqları qeydə alınmamışdır.
Təbəqənin ümumi qalınlığı 77-125 sm-ə bərabər olmuşdur.
Ġkinci təbəqə açıq-sarımtıl gillicə torpaqdan ibarətdir.
Arxeoloji tədqiqatlar zamanı təbəqənin içərisində tək-tək qaya
qırıntıları və gil qab parçaları qeydə alınmışdır. Gil qab qırıqları
əsasən Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid olmuşdur.
Təbəqənin ümumi qalınlığı 90-180 sm olmuşdur.
Üçüncü təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir.
Ayrı-ayrı əlamətlərə görə üçüncü təbəqənin tərkibində 1973-1974-
cü illərdə aparılan arxeoloji qazıntılar zamanı üç lay müəyyən
edilmişdir:
Birinci lay tünd-boz gillicə torpaqdan ibarətdir. Təbəqənin
tərkibində xırda qaya qırıntıları da qeydə alınmışdır. Bu laydan ilk
Dostları ilə paylaş: |