88
2.Tağlar paleolit düĢərgəsinin stratiqrafiyası
Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı
düşərgənin D-M sahəsində 6 mədəni təbəqə qeydə alınmışdır.
Aşağıda həmin sahədə müəyyən olunmuş arxeoloji təbəqələrin
təsviri verilir (bax şəkil 19).
Birinci təbəqə qara çürüntülü torpaq təbəqəsindən ibarətdir.
Tədqiq olunan sahədə təbəqənin qalınlığı 6-10 sm-ə bərabər
olmuşdur. 1963-1965-ci illərdə aparılan arxeoloji qazıntılar
zamanı düşərgənin qeyd olunan təbəqəsindən Eneolit, Tunc və
Orta əsrlərə aid maddi mədəniyyət qalıqları aşkar olunmuşd ur
(Hüseynov, İsmayılov, 1967).
Ġkinci təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir.
Birinci təbəqədən fərqli olaraq ikinci təbəqənin tərkibində
mağaranın tavanından düşmüş qaya qırıqları, suyun və əhəngin
qarışığından əmələ gəlmiş stalaktit və stalaqmit hissələri qeydə
alınmışdır. Sonuncular təbəqənin içərisində əmələ gəlmişdir. Bu
da mağaranın tavanından düşən su damcıları vasitəsilə əmələ
gəlmişdir ki, geoloji ədəbiyyatda bunlar stalaktit və stalaqmitlər
adlandırılır. Maraqlıdır ki, əvvəlki tədqiqat illərindən fərqli olaraq
1973-cü ildə Tağlar düşərgəsinin D-M sahəsində aparılan
arxeoloji qazıntılar zamnı II təbəqənin tərkibində qaya daşlarının
89
sayının olduqca az olması müşahidə olunmuşdur. Qazıntı aparılan
sahədə ikinci təbəqənin qalınlığı 28-44 sm-ə bərabər olmuşdur.
Üçüncü təbəqə açıq-sarı rəngli gillicə torpaq təbəqəsindən
ibarətdir. İkinci təbəqədə olduğu kimi burada da qaya qırıqları
olduqca azdır. İkinci təbəqənin tərkibində tək-tək stalaktit və
stalaqmit hissələri qeydə alınmışdır. Təsvir olunan sahədə
təbəqənin qalınlığı 38-52 sm-ə çatır.
Dördüncü təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir.
Təbəqənin içərisində kiçik qaya daşlarının qırıqları qeydə
alınmışdır. Maraqlıdır ki, dördüncü təbəqənin içərisində bir neçə
ocaq layı qeydə alınmışdır. Əvvəlki tədqiqat illərində də dördüncü
təbəqədən ocaq layları qeydə alınmışdır. Lakin bu ilki tədqiqatlar
zamanı təsvir olunan sahədə dördüncü təbəqə nisbətən nazik
olmuşdur. Yeni tədqiqat sahəsində təbəqənin qalınlığı 65-80 sm-ə
bərabər olmuşdur. Lakin 1973-cü ildə düşərgənin IV təbəqəsində
aparılan qazıntılar zamanı maddi mədəniyyət qalıqlarının
zənginliyinə və təbəqənin rənginə görə iki hissəyə 4a və 4b
təbəqələrinə ayrılmışdır. 1973-cü il tədqiqatlar zamanı D-M
sahəsində dördüncü təbəqənin qalınlığı 0,8 – 1,2 m olmuşdur.
BeĢinci
təbəqə
nisbətən
açıq-sarı
gillicə torpaq
təbəqəsindən ibarətdir. Tədqiqatlar zamanı təbəqədən çoxlu maddi
mədəniyyət qalıqları, ocaq layları qeyd ə alınmışdır. Ocaq layları
əsasən təbəqənin yuxarı hissəsində qeydə alınmışdır. Maraqlıdır
90
ki, beşinci təbəqənin içərisindən üç kiçik lay qeydə alınmışdır.
Həmin layların ümumi qalınlığı 3-5 sm, 5-7 sm və 7-12 sm-ə
bərabər olmuşdur. Bu layların içərisindən arxeoloji tapıntı qeydə
alınmamışdır. Təsvir olunan sahədə beşinci təbəqənin ümumi
qalınlığı 45-85 sm-ə bərabər olmuşdur.
Altıncı təbəqə tünd gillicə torpaq təbəqəsindən ibarətdir.
Arxeoloji qazıntılar zamanı təbəqədən tək-tək qaya qırıqları qeydə
alınmışdır. Altıncı təbəqədə bir neçə ocaq layları da qeydə
alınmışdır. Tədqiq olunan sahədə altıncı təbəqənin qalınlığı 54-59
sm olmuşdur.
Tağlar mustye düşərgəsində aparılan arxeoloji tədqiqatlar
nəticəsində düşərgənin stratiqrafiyasının olduqca zəngin olduğu
müəyyən edilmişdir. Düşərgənin bütün təbəqələrindən zəngin
maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tağlar mustye
düşərgəsinin D-F kəsiyində çöküntünün qalınlığı 9 m-dən bir
qədər artıq olmuşdur. Tağlar mustye düşərgəsi nəinki bütün
Qafqazda, eyni zamanda Yaxın Şərq ərazisində özünün
stratiqrafiyası və maddi mədəniyyət nümunələrinin zənginliyinə
görə ən möhtəşəm bir tarixi abidədir (Cəfərov, 1983, 1999, 2004).
3. DaĢsalahlı mustye düĢərgəsinin stratiqrafiyası
91
1958-ci ildə M.M.Hüseynovun rəhbərliyi altında Daşsalahlı
mustye düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı
mağaranın çöküntülərində iki təbəqə qeydə alınmışdır:
Birinci təbəqə qara çürüntülü, bəzən də sarıya bənzər gilli
torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı
təbəqədən Orta əsrlər və Tunc dövrlərinə aid gil qab qırıqları
tapılmışdır. Təsvir olunan birinci təbəqənin qalınlığı 1,15-1,30 m
qalınlığında müəyyən edilmişdir.
Ġkinci təbəqə sarı gilli torpaq təbəqəsindən ibarətdir.
Daşsalahlı mustye düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.
Düşərgədə qeydə alınmış ikinci təbəqənin qalınlığı 30 sm-ə
bərabərdir. Arxeoloji qazıntılar zamanı Daşsalahlı düşərgəsinin
ikinci təbəqəsindən tapılmış əmək alətləri əsasən itiuclular, qaşov
tipli alətlər, bıçaqlar, qəlpələr və nüvələrdən ibarətdir.
4.Qazma mustye düĢərgəsinin stratiqrafiyası
Qazma mustye düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı 6 təbəqə qeydə alınaraq tədqiq edilmişdir. Düşərgənin
çöküntülərində qeydə alınmış təbəqələr aşağıdakılardan ibarətdir
(yuxarıdan aşağıya doğru):
Dostları ilə paylaş: |