100
gəmirici çənələri qeydə alınmış və məhz onların əsasında sümük
qırıqlarının hansı heyvan və quşlara aid olmasını professor
D.Hacıyev təyin etmişdir. Professor D.Hacıyev nəinki Azərbaycan
və Qafqaz, eyni zamanda Yaxın Şərqin paleolit düşərgələrində
tapılmış fauna qalıqlarının elmi tədqiqi ilə məşğul olaraq,
Azərbaycan Dövlət Tibb Universitetinin tibbi biologiya
kafedrasında paleontologiya muzeyi təşkil etmişdir (Hacıyev,
1976, 1991).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin qədim Aşel
mədəniyyətinə aid təbəqəsindən daş məmulatı ilə birlikdə külli
miqdarda ovlanmış heyvan sümüklərinin tapılması qədim Azıx
sakinlərinin ovçuluqla məşğul olduqlarını göstərir. Azıx paleolit
düşərgəsinin aşağı təbəqəsindən tapılmış fauna qalıqları yalnız
düşərgənin ən qədim sakinlərinin ovçuluq təsərrüfatını müəyyən
etməyə şərait yaratmaqla yanaşı, həmin ərazinin qədim Aşel
mədəniyyəti zamanı mövcud olmuş iqlim şəraitini, ibtidai
insanların məskunlaşdığı dövrlərdə yerin üst quruluşunu, landşaft
müxtəlifliyini tədqiq etməyə imkan vermişdir. Azıx mağara
düşərgəsindən tapılmış fauna qalıqları vasitəsilə həmçinin qədim
Aşel dövrünün heyvanat aləmini və stratiqrafik cəhətdən
düşərgənin yaşının müəyyən edilməsinə zəmin yaratmışdır
(Hacıyev və b. 1985).
101
Çoxtəbəqəli Azıx düşərgəsindən tapılmış ovlanmış heyvan
sümüklərinin elmi tədqiqi ilə Azərbaycan Milli Elmlər
akademiyasının müxbir üzvü, professor D.Hacıyevin rəhbərliyi
altında Tibb Universitetinin tibbi biologiya kafedrasında məşğul
olmuşlar. Burada D.Hacıyevin rəhbərliyi altında N.Ələkbərova,
S.Zahidova, E.Nərimanov və başqaları nəinki Azərbaycan, eyni
zamanda Qafqazın əsas paleolit düşərgələrindən tapılmış fauna
qalıqlarının elmi tədqiqi ilə məşğul olmuşlar. Hazırda çoxtəbəqəli
Azıx paleolit düşərgəsindən tapılmış fauna qalıqları özünün
zənginliyinə görə təkcə Yaxın Şərq və Qafqazda deyil, eyni
zamanda dünyada yeganə Daş dövrü abidəsidir (Hüseynov, 1985;
Cəfərov, 2004).
Azıx paleolit düşərgəsindən aşkar olunmuş heyvanat
aləminin tərkib və növcə müxtəlifliyi, onların müxtəlif iqlim
zonalarında yaşadıqlarını göstərir. Onlardan bəziləri səhralıqlarda
– isti iqlimdə, bəziləri düzən və dağ ətəklərində, göl və bataqlıqlar
arasında, bəziləri çılpaq qayalarda, yarım meşə örtüklərində,
digərləri isə ancaq dağlıq meşəliklərdə yaşamışlar (Ə liyev, 1969).
Merka kərgədanı və nəhəng maral Azərbaycanda, əsasən
Abşeron-Bakı ərazisində yaşamışdır. Lakin bunların ən nadir
tapıntıları ilk dəfə Azıx paleolit düşərgəsinin qədim Aşel
təbəqəsində daş məmulatı ilə birlikdə aşkar edilmişdir. Həmin
sümük qalıqlarının qeyd olunan fauna dövrünün tədqiq
102
edilməsində müstəsna elmi əhəmiyyəti vardır. Çoxtəbəqəli Azıx
düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış daş və
fauna qalıqlarının zənginliyi, düşərgədə daimi yaşayış mərkəzi
kimi, qədim Aşel dövründə insanların məskunlaşdığını söyləməyə
imkan verir (Hüseynov, 1985).
Azıx paleolit düşərgəsinin qədim Aşel mədəniyyətinə aid VI
təbəqəsindən tapılmış ovlanmış heyvan sümükləri çapılıb
doğranmış vəziyyətdədir. Ovlanmış heyvan sümüklərinin bu
vəziyyətə salınması mağarada məskunlaşmış ibtidai insanların
geniş miqyasda ovçuluqla məşğul olduqlarını göstərir. Nəhəng və
qorxulu heyvanlardan mağara ayısını, mağara kaftarını, merka
kərgədanını, yaxud nəhəng maralları ovlamaq çox da asan bir
məşğuliyyət deyildir. Görünür, qədim Azıx sakinləri ov etdikləri
vaxt nəhəng əl çapacaqları, qaya daşları ilə yanaşı, ağac
süngülərdən də istifadə etmişlər. Lakin ağac süngüləri torpaq
çöküntülərində uzun minilliklər ərzində qalarkən çürüdüyündən
arxeoloji qazıntılar zamanı qeydə alınmamışdır. Buna baxmayaraq
ağac süngülərinin qalıqları Avropanın məşhur qədim Aşel
dövrünə aid paleolit düşərgəsindən olan Abservatoriya, Kondel-
Araqo, K lekton və digər abidələrindən tapılmışdır (Hüseynov,
1975; Lümley, 1969, 1998).
Azərbaycan ərazisində aparılmış kompleks elmi tədqiqat
işləri zamanı məlum olmuşdur ki, antropogenin əvvəllərindən bu
103
günə qədər respublikamızın iqliminin əlverişli olmasına Xəzər
dənizi həmişə təsir etmişdir. Xəzər dənizində suyun səviyyəsinin
qalxması və enməsi Azərbaycan ərazisində relyefin dəyişməsinə
səbəb olmuşdur. Buna uyğun olaraq fauna və floranın
rayonlaşmasına şərait yaranmışdır.
Qeyd olunan əlverişli şərait qədim və orta Aşel
mədəniyyətləri zamanı özünü daha çox göstərmişdir. Çoxtəbəqəli
Azıx paleolit düşərgəsinin qədim və orta Aşel mədəniyyətinə aid
təbəqələrindən tapılmış 36 növ iri heyvan sümükləri və çoxlu quş
sümük qalıqları dediklərimizi təsdiq edir. Bu dövrdə merka
kərgədanı, nəhəng maral, qədim at, mağara ayısı, mağara kaftarı
və sair ilə birlikdə xortumlulardan cənub filləri də yaşamışdır.
Qeyd etmək lazımdır ki, Azıx düşərgəsində cənub fili qalığına rast
gəlinməmişdir. Filin düşərgədə olmaması, yalnız relyef ilə
əlaqədar ola bilər. Azıx düşərgəsində aşkar olunmuş fauna
qalıqlarının növcə zənginliyindən məlum olur ki, qədim və orta
Aşel mədəniyyətləri zamanı heyvanat aləminin tərkibində azalma
olmamışdır. Əksinə, Azərbaycanın təbii coğrafi şəraitində
bunların növcə tərkibi daha da artmışdır. Azıx paleolit
düşərgəsinin qədim Aşel mədəniyyətinə aid olan VI təbəqəsindən
aşkar olunmuş fauna qalıqları 11 növdən ibarət olduğu halda, orta
Aşel mədəniyyətinə aid V təbəqəsindən tapılmış fauna
Dostları ilə paylaş: |