104
qalıqlarının növləri qədim Aşelə nisbətən 4 dəfə artıq müəyyən
olunmuşdur (Hüseynov, 1975, 1981, 1985).
Azıx düşərgəsinin qədim Aşel mədəniyyətinə aid olan VI
təbəqədə aparılan arxeoloji qazıntılar zamanı zəngin daş məmulatı
ilə birlikdə heyvan sümükləri, ocaq və kömür qalıqları tapılmışdır.
Azıx düşərgəsinin qədim Aşel mədəniyyətinə aid olan VI
təbəqədən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının
zənginliyi göstərir ki, qədim Aşel dövründə düşərgədə uzun
müddət məskunlaşmış qədim insanlar ovçuluq və yığıcılıqla
məşğul olmuşlar.
Azıx paleolit düşərgəsində ibtidai insanların ovçuluq
təsərrüfatı ilə məşğul olmasını əks etdirən daş alətlərlə yanaşı,
müxtəlif heyvanlara aid olan zəngin sümük məmulatının tapılması
göstərir. Qədim Aşel mədəniyyətinə aid olan sümük məmulatının
bəziləri daşlaşmış vəziyyətdədir. Qədim Aşel mədəniyyətinə aid
təbəqədən 100 mindən artıq 11 heyvan növünə məxsus olan
sümük məmulatı tapılmışdır. Sümük məmulatının əksəriyyəti
çapılıb doğranmış vəziyyətdədir. Fauna qalıqlarının bəziləri odda
yandırılmışdır (Hüseynov, Cəfərov, 1986).
Qədim aşel dövründə Azıx düşərgəsində aşağıda qeyd
olunmuş heyvanlar ovlanmışdır:
1)
mağara ayısı; 2) qonur ayı; 3) qaban; 4) ibtidai at; 5)
merka kərgədanı; 6) nəhəng maral; 7) Qafqaz maralı; 8)
105
Mesopotamiya maralı; 9) mağara kaftarı; 10) Ekyus
hidrintinus və müxtəlif quş sümükləri.
Düşərgənin qədim Aşel dövrünə aid təbəqəsindən tapılmış
fauna qalıqlarından aydın olur ki, həmin dövrdə Azərbaycan
ərazisində qədim insanların yaşaması üçün əlverişli təbii coğrafi
şərait olmuşdur. Məhz, təbii coğrafi iqlim şəraitinə uyğun olaraq,
respublikamızın ərazisində qədim insanlar məskunlaşmışlar
(Məmmədov, 1998).
Azıx paleolit düşərgəsinin VI təbəqəsindən tapılmış zəngin
fauna qalıqları, ocaq, yanmış vəziyyətdə kömür və sümük
məmulatı onu göstərir ki, burada qədim mağara sakinləri daimi
yaşamış və ovçuluqla məşğul olmuşlar. Eyni zamanda qədim aşel
adamlarının iri və nəhəng heyvanları ovlamaq üçün geniş
imkanlara malik olmalarını göstərir. Ovçuluq cəmiyyəti nəinki
yeməklə təmin edirdi, həm də təbiətin müxtəlif dəhşətli iqlim
şəraitində soyuqdan qorunmaq üçün insana şərait yaradırdı. Eyni
zamanda qədim insanları daha sıx kollektivlər halında birləşməyə
sövq edirdi və buna görə də qədim Azıx sakinləri kollektivdə
birləşərək ovçuluqla məşğul olmuşlar.
Çoxtəbəqəli
Azıx
paleolit
düşərgəsinin
orta
Aşel
mədəniyyətinə aid olan V təbəqəsində aparılan arxeoloji qazıntılar
zamanı daş məmulatı ilə yanaşı, yüz minlərlə heyvan sümükləri də
aşkar olunmuşdur. Orta Aşel təbəqəsindən də 101 ədəd quş və
106
heyvan sümükləri tapılmışdır. Həmin quş sümüklərinin təyini
zamanı onların 21 quş növünə aid olması müəyyən edilmişdir
(Burçak Abramoviç, Əliyev, 1990).
Azıx düşərgəsinin V təbəqəsindən tapılmış fauna qalıqları
içərisində aşağıdakı heyvan növləri müəyyən edilmişdir:
1)
yaşıl qurbağa; 2) yunan tısbağası; 3) adi kirpi; 4)
nalburun meqeli yarasası; 5) böyük nalburun; 6) şiş
qulaq bayquş; 7) adi uzunqulaq bayquş; 8) canavar; 9)
çaqqal; 10) tülkü; 11) porsuq; 12) dələ; 13)mağara
kaftarı; 14) qamışlıq pişiyi; 15) vaşaq; 16) bəbir; 17)
mağara ayısı; 18) qonur ayı; 19) Himalay ayısı; 20) çöl
donuzu; 21) cüyür; 22) Mesopotamiya maralı; 23)
nəhəng maral; 24) Qafqaz maralı; 25) ceyran; 26) dağ
keçisi; 27) bizon; 28) vəhşi at; 29) vəhşi uzunqulaq;
30) merka kərgədanı; 31) dovşan-rusak; 32) pişşux;
33) pişşux-Arəpi; 34) oxlu kirpi; 35) adi taxıl siçanı.
Yuxarıda göstərilmiş fauna növlərindən aydın olur ki, orta
Aşel mədəniyyəti zamanı qədim insanların həyatında ovçuluq
daha üstün yer tutmuşdur. Fauna qalıqları içərisində mağara
ayıları və maral sümüklərinin qalıqları çoxluq təşkil edir (Hacıyev,
Əliyev, 1978).
Aşkar edilmiş sümük məmulatı içərisində odda yanmış
sümük qalıqları da qeydə alınmışdır. İstər qədim, istərsə də orta
107
Aşel mədəniyyətinə aid olan təbəqələrdə bir neçə ocaq yeri aşkar
olunmuşdur. Məhz həmin ocaqlarda da yanmış sümük qalıqları
qeydə alınmışdır.
Azıx paleolit düşərgəsinin V təbəqəsində yanmış heyvan
sümüklərinin qeydə alınması, Aşel mədəniyyəti dövründə ibtidai
sakinlərin ovladıqları heyvanların ətini ocaqda bişirdiklərini
göstərir.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin III təbəqəsində
aparılan arxeoloji qazıntılar zamanı Mustye mədəniyyətinə aid
yüz minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır.
Aparılan kompleks arxeoloji tədqiqatlar zamanı məlum
olmuşdur ki, orta Paleolit dövründə də ibtidai insanların həyatında
ovçuluq əsas yer tutmuşdur. Dediklərimizi Azıx düşərgəsinin orta
Paleolit dövrünə aid təbəqəsindən tapılmış çoxlu miqdarda
ovlanmış heyvan sümükləri təsdiq edir. Çoxtəbəqəli Azıx
düşərgəsinin orta Paleolit dövrünə aid təbəqəsindən tapılmış
heyvan sümüklərinin əksəriyyəti xırda hissələrə doğranıb
parçalanmış vəziyyətdədir.
Professor D.V.Hacıyevin rəhbərliyi altında aparılan elmi
tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, orta Paleolit
dövründə yaşayan neandertal tipli insanlar Azıx paleolit
düşərgəsində 10, çoxtəbəqəli Tağlar paleolit düşərgəsində 20,
Daşsalahlı mustye düşərgəsində 14, Damcılı mağarasında 11,
Dostları ilə paylaş: |