136
Azıx düşərgəsində qədim Aşel dövrünün ibtidai insanları isə
pitikantrop, sinantrop və azıxantrop tipli adamlardan ibarət
olmuşlar.
Quruçay mədəniyyətinə aid olan madi mədəniyyət
qalıqlarının elmi tədqiqi zamanı müəyyən edilmiş maraqlı
xüsusiyyətlərdən biri də əmək alətlərinin inkişafında baş verən
inkişafın izlənməsi ilə yanaşı bu mədəniyyətə xas olan texniki-
tipoloji ənənələrin sonrakı dövrlərdə saxlanmasının müşahidə
edilməsidir
(Hüseynov, 1981, 1985). Əmək alətlərinin
hazırlanmasında texniki inkişaf heç də əvvəlki ənənələri aradan
qaldırmamışdır. Əmək alətlərinin hazırlanmasında olan ən qədim
ənənə sonrakı inkişaf mərhələlərində də qalmaqda davam
etmişdir. Əmək alətlərinin hazırlanmasında əsas texniki ənənələrin
qalması göstərir ki, Quruçay arxeoloji mədəniyyəti burada inkişaf
etmiş olan sonrakı mədəniyyətlərin əsasını təşkil etmişdir.
Aparılan kompleks elmi tədqiqatlar göstərir ki, nəinki
Azərbaycanda, eyni zamanda Qafqaz və Yaxın Şərqdə Q uruçay
arxeoloji mədəniyyəti qədim paleolitin ən ilkin mədəniyyəti
olmaqla yanaşı onun özülünü təşkil edir.
Son 10 ildə Azıx paleolit düşərgəsinin daş məmulatının və
Dmanisi paleolit abidələrində aparılan kompleks elmi tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, bu ərazilərdə ibtidai insanlar –
Homo erektus tipli insanlar 2-2,5 milyon il bundan əvvəllərdən
137
məskunlaşmağa başlamışlar. Azərbaycan, Dmanisi, Kudaro I, III,
Soni və digər paleolit düşərgələrindən tapılmış ayrı-ayrı arxeoloji
mədəniyyətlərin maddi mədəniyyət qalıqlarının tədqiqi bu
arxeoloji mədəniyyətlər arasında varisliyin olduğunu söyləməyə
imkan verir. Həmçinin, iki milyon il bundan əvvəllərdən başlamış
Homo erektus tipli insanların inkişaf edib, Azərbaycan və
Qafqazın digər ərazilərində kamil insanlara – Homo sapiens tipli
insanlara çevrilməsinin baş verdiyini arxeoloji və paleoantropoloji
tapıntılar əsasında sübuta yetirir. Aparılan kompleks arxeoloji
tədqiqatlar zamanı qədim, orta və üst Paleolit dövrlərinin bütün
inkişaf mərhələlərinə aid çoxtəbəqəli düşərgələr qeydə alınmış və
arxeologiyanın müasir metodları əsasında tədqiq olunmuşdur
(Lümley, Lordkipanidze və b. 1998)
Aparılan kompleks elmi tədqiqatlar göstərir ki, qədim
Paleolit dövründə ibtidai insanların çaydaşılarından hazırladıqları
əmək alətləri olduqca bəsit və primitiv olmuşdur. Bu ibtidai
insanların inkişaf səviyyəsi ilə əlaqədar idi. Zaman keçdikcə
ibtidai insanların hazırladıqları əmək alətləri təkmillləşməyə
başlamış və yeni-yeni çaydaşılarından hazırlanmış alətlər
meydana gəlmişdir. Çaydaşılarından olan əmək alətləri öz-
özlüyündə inkişaf edə bilməz. İbtidai insanların şüuru, təfəkkürü
inkişaf
etdikcə,
bu
inkişaf
özünü
əmək
alətlərinin
təkmilləşdirilməsində göstərmişdir.
138
Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum
olmuşdur ki, bəşər tarixində qədim paleolit olduqca uzun bir
inkişaf dövrü keçmişdir. Eyni zamanda, bu inkişafla yanaşı,
ibtidai insanların da təkamül inkişafı getmişdir. 1994-cü ildən
başlayaraq Şərqi Afrikanın Tanzaniya, Keniya və Efiopiya
ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı yaşı 6
milyon ilə bərabər olan arxeoloji, paleontoloji və paleoantropoloji
tapıntılar aşkar edilmişdir (Lümley, 2003; Cəfərov, 2004).
2003-cü il fevralın 21-23-də Fransanın Totavel şəhərində
keçirilən beynəlxalq elmi konfransda Şərqi Afrika ərazisində
tapılmış yeni arxeoloji tapıntılar geniş müzakirə olunmuş və
ibtidai insanların bəşər tarixində ilk dəfə olaraq çaydaşılarından
məhz bu ərazidə əmək alətləri hazırlamaları yekdilliklə təsdiq
edilmişdir. Beynəlxalq elmi konfransda Fransa, İtaliya, İspaniya,
Hollandiya, Almaniya, Rusiya, Gürcüstan, Tanzaniya, Keniya və
digər
ölkələrin
arxeoloqları,
paleontoloqları
və
paleoantropoloqları və digər elm sahələrinin mütəxəssisləri iştirak
etmişlər. Professor Anri dö Lümleyin sədrliyi altında keçən
beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Ə.Q.Cəfərov
da iştirak etmişdir. Elmi konfrans iştirakçılarının Keniyanın
Türkanə gölü ətrafında tapılmış arxeoloji, paleontoloji və
139
paleoantropoloji tapıntılar xüsusi marağına səbəb olmuşdur
(Cəfərov, 2004, 2006).
Azərbaycan və Qafqaz ərazilərində hazırda ibtidai
insanların qədim Paleolit dövründə məskunlaşmasına aid maddi
mədəniyyət
qalıqları Azıx paleolit düşərgəsinin VII-X
təbəqələrindən və Dmanisi paleolit abidəsindən tapılmışdır. Ona
görə də bu gün dünyanın arxeoloq, paleontoloq, paleoantropoloq,
paleogeoloq, paleogeomorfoloq və digər alimlərinin diqqəti Azıx
və
Dmanisidən
tapılmış maddi mədəniyyət qalıqlarına
yönəlmişdir.
Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji tədqiqat
işlərini iki mərhələyə ayırmaq olar: birinci mərhələdəki arxeoloji
qazıntı işləri 1982-1990-cı illəri əhatə edir. 1982-ci ilə qədər
aparılan arxeoloji qazıntılar zamanı isə Dmanisi arxeologiya
elminə orta əsr şəhər yeri kimi məlum olmuş və tədqiqatlar
zamanı orta əsrlərə aid qala divarları, saxsı qab nümunələri və
digər maddi mədəniyyət nümunələri tapılmışdır. 1982-ci ildə
Gürcüstan arxeoloqları Dmanisi orta əsr şəhər yerində olan taxıl
saxlanılan çalada apardıqları arxeoloji qazıntılar zamanı
pleystosen çöküntüsünə rast gəlmiş və oradan heyvan sümükləri
tapmışlar. Aparılan paleontoloji tədqiqatlar zamanı həmin
sümüklərin cənub fili, etrus kərgədanı və ən qədim ata aid olması
müəyyən edilmişdir (Vekua, 1991). İlk vaxtlar bu tapıntı yerini
Dostları ilə paylaş: |