128
Maraqlıdır ki, IX təbəqənin daş məmulatı içərisində ən çox
təbii çay daşları qeydə alınmışdır (31 ədəd). Onların
bəzilərində iş zamanı meydana gəlmiş əzilmələr aydın
görünür. Düşərgənin IX təbəqəsindən tapılmış çaydaşılarının
hamısı Quruçaydan toplanmış və düşərgəyə gətirilmişdir. IX
təbəqənin daş məmulatının bəzi özünəməxsus xüsusiyyətləri
də müəyyən edilmişdir.
Düşərgənin VIII təbəqəsində aparılan arxeoloji qazıntılar
zamanı 60 ədəd daş məmulatı aşkar olunmuşdur. Həmin daş
məmulatını aşağıdakı qruplara ayırmaq olar:
1.
Kobud çapma alətləri – 8 ədəd
2.
Çoppinq-qiqantollit – 3 ədəd
3.
Nüvəşəkilli alətlər – 5 ədəd
4.
Qaşov tipli alətlər – 3 ədəd
5.
Qəlpələr- 9 ədəd
6.
İstehsal tullantıları – 11 ədəd
7.
Təbii çaydaşıları – 15 ədəd
8.
Kubşəkilli alətlər – 6 ədəd
IX-X təbəqələrdən aşkar olunmuş kobud çapma
alətlərinə nisbətən VIII təbəqənin həmin qrupuna aid olan alətləri
daha mükəmməl hazırlanmışdır. VIII təbəqənin kobud çapma
alətlərinin nümunələri şəkil 24, 25, 26-da göstərilmişdir. Tipoloji
cəhətcə VIII təbəqədən aşkar olunmuş kobud çapma alətlərini üç
129
qrupa ayırmaq olur. Ən maraqlı cəhətlərdən biri təbəqədə bir neçə
ədəd iki əllə yaxşı tutub istifadə etmək üçün çoppinq tipli alətlərin
qeydə alınmasıdır. Həmin alətlərə 1976-cı ildə Leninqrad
şəhərində yerləşən Arxeologiya İstitutunun arxeoloji-texnoloji
laboratoriyasında professor S.A.Semyonov xüsusi diqqət yetirmiş
və Paleolit dövrü üçün ən nadir və maraqlı əmək alətləri olmasını
qeyd etmişdir. Maraqlıdır ki, Azıx düşərgəsinin ən aşağı
təbəqələrindən hələlik 3 ədəd çoppinq - qiqantollit tipli alətlər
aşkar olunmuşdur. Onların
nümunələri şəkil 25-26-da
göstərilmişdir.
VIII təbəqənin daş məmulatı içərisində 5 ədəd nüvəşəkilli
alətlər qeydə alınmışdır. O nların əksəriyyəti çaydaşı üzərində
hazırlanmışdır.
VIII təbəqənin qaşov tipli alətləri kvarsit daşından
hazırlanmışdır. Tipoloji cəhətcə onların içərisində bir işlək ağızlı
və iki işlək ağızlı alətlər müəyyən olunmuşdur.
Azıx düşərgəsinin VIII təbəqəsindən 9 ədəd qəlpə qeydə
alınmışdır. Onların üzərində zərbə səthi və zərbə düyünü yaxşı
saxlanmışdır.
Düşərgənin VIII təbəqəsindən əmək alətləri ilə yanaşı
üzərində işlənmə izi olmayan 15 ədəd çaydaşı tapılmışdır. Həmin
çaydaşılarını qədim sakinlər Quruçay vadisindən toplayıb
düşərgəyə gətirmişlər.
130
Azıx düşərgəsinin VII təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı 45 ədəd daş məmulatı tapılmışdır. Onları
aşağıdakı qruplara ayırmaq olar:
1.
Kobud çapma alətləri – 2 ədəd
2.
Çoppinq - iki tərəfdən işlənmiş kobud çapma alətləri – 4
ədəd
3.
Kubşəkilli alətlər – 2 ədəd
4.
Nüvəşəkilli alətlər – 8 ədəd
5.
Qaşov tipli alətlər – 4 ədəd
6.
Qəlpələr – 8 ədəd
7.
İstehsal tullantıları – 9 ədəd
8.
Təbii çaydaşı – 8 ədəd
VII
təbəqənin
daş
məmulatı
düşərgənin
Q uruçay
mədəniyyətinə
aid
ən
sonuncu
təbəqəsinin
arxeoloji
materiallarıdır.
Azıx mağarasının VII təbəqəsindən aşkar olunmuş kobud
çapma alətləri, istər çopper, istərsə də çoppinq tipli alətlər olduqca
klassik üsulda hazırlanmışdır. Bir neçəsinin düz işlək ağzı vardır.
Eyni zamanda tutacaq hissəsi olduqca əlverişli formaya salınmış
və əldə yaxşı tutub istifadə etmək üçün yararlıdır. Təsvir olunan
kobud çapma alətlərinin nümunələri şəkil 27, 7, 8, 29, 3-də
göstərilmişdir.
131
VII təbəqədən aşkar olunmuş kub və nüvəşəkilli alətlər
əsasən kvars və kvarsit daşlarından hazırlanmışdır. Həmin
alətlərin bir hissəsi birüzlü, digər hissəsi isə ikiüzlü işlənmişdir.
VII təbəqədən qeydə alınmış qaşov tipli alətlər bir neçə
tipə bölünür. Onların içərisində sadə birağızlı, iki işlək ağızlı və
gəzli qaşovlar müəyyən olunmuşdur.
VII təbəqədən tapılmış qəlpələr kvars və kvarsit
daşlarından hazırlanmışdır. Onların üzərində zərbə səthi və zərbə
düyünü yaxşı saxlanmışdır.
Azıx düşərgəsinin VII təbəqəsindən 8 ədəd təbii
çaydaşıları qeydə alınmışdır. Onların üzərində qopuq izləri
yoxdur. Quruçay sahillərindən toplanıb Azıx düşərgəsinə
gətirilmişdir.
VII təbəqədən aşkar olunmuş daş məmulatının texniki və
topoloji cəhətcə təhlil olunarkən onların VIII-X təbəqələrin daş
məmulatına nisbətən daha təkmilləşmiş və yeni tipli əmək
alətlərinin meydana çıxması müəyyən olunmuşdur. Hətta VII
təbəqənin əmək alətləri içərisindən qədim Aşel dövrü üçün
xarakterik olan bir neçə alətlər qeydə alınmışdır.
Cədvəl 1-dən aydın olur ki, Azıx paleolit düşərgəsinin VII-
X təbəqələrinin daş məmulatı içərisində əsas yeri kobud çapma
alətlər – çopper və çoppinqlər (29 ədəd), qaşov tipli alətlər (28
ədəd), nukleus şəkilli alətlər ( 21 ədəd) və kubşəkilli alətlər tutur
Dostları ilə paylaş: |