124
maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti
adı verilmişdir (Hüseynov, Cəfərov, 1986).
Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən tapılmış
daş məmulatının elmi tədqiqi ilə M.M.Hüseynov və
Ə.Q.Cəfərov məşğul olmuşlar. Onların apardıqları elmi
araşdırmalar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf
mərhələsi müəyyən edilmişdir. Aparılan elmi tədqiqatlar
zamanı məlum olmuşdur ki, Quruçay arxeoloji mədəniyyətinin
ilkin inkişaf mərhələsində çaydaşılarından hazırlanmış əmək
alətləri olduqca kobud və primitiv hazırlandığı halda, sonrakı
inkişaf mərhələlərdə isə əmək alətlərinin hazırlanma texnikası
təkmilləşmiş və yeni- yeni əmək alətləri hazırlanıb istifadə
olunmağa başlanmışdır (Hüseynov, Cəfərov, 1986).
Quruçay arxeoloji mədəniyyətinə aid daş məmulatının
elmi tədqiqi zamanı məlum olmuşdur ki, əmək alətlərinin
əksəriyyəti mağara düşərgəsindən kənarda hazırlanmış və
sonradan Azıx paleolit düşərgəsinə gətirilmişdir. Çünki
düşərgənin VII-X təbəqələrindən əsasən ancaq hazır əmək
alətləri tapılmışdır. Aşağı təbəqələrin daş məmulatı arasında
istehsal tullantıları olduqca az sayda qeydə alınmışdır.
Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, bir əmək aləti
hazırlayarkən 5-7 tullantı əmələ gəlir. Deməli, qədim Azıx
düşərgəsinin sakinləri mağarada məskunlaşmamışdan çox-çox
125
əvvəllər Quruçay vadisində yaşayıb fəaliyyət göstərmiş,
burada çaydaşılarından əmək alətləri hazırlamış və müəyyən
vaxtdan sonra Azıx düşərgəsində yaşamağa başlamışlar. Bu
səbəbdən də VII-X təbəqələrin daş məmulatları arasında
istehsal tullantıları olduqca azdır.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin X təbəqəsində
aparılan arxeoloji qazıntılar zamanı tapılmış daş məmulatını
aşağıdakı tiplərə ayırmaq olar:
1.
Kobud çapma alətləri – 3 ədəd
2.
Limaca bənzər alət – 1 ədəd
3.
Qaşov tipli alət – 3 ədəd
4.
Üzərində ikinci işlənmə izi olmayan qəlpələr – 3 ədəd
5.
İstehsal tullantıları – 4 ədəd
6.
Çaydaşıları – 3 ədəd
Azıx düşərgəsinin X təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı 17 ədəd daş məmulatı tapılmışdır. Onların
nümunələri şəkil 20-də göstərilmişdir.
Azıx mağarasının X təbəqəsindən aşkar olunmuş arxeoloji
maddi mədəniyyət nümunələri düşərgənin ilk sakinlərinin
əmək alətləridir. Geoloji tarix nöqteyi-nəzərindən X təbəqə
düşərgənin ən qədim təbəqəsi olub, düşərgənin ilk
məskunlaşma tarixini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə
malikdir. Eyni zamanda, Azıx düşərgəsinin X təbəqəsindən
126
aşkar olunmuş daş məmulatı qədim sakinlərin əmək alətlərinin
bir hissəsini abidədə, digər hissəsini isə düşərgədən kənarda
hazırladıqlarını göstərir. X təbəqənin daş məmulatı həmçinin
düşərgədə və Quruçay sahillərində qədim insanların
məskunlaşma tarixini müəyyən etməyə imkan verir. Lakin,
hələlik Azıx düşərgəsinin X təbəqəsindən ancaq daş məmulatı
əldə olunmuş və onların əsasında burada ibtidai insanların
məskunlaşma tarixi müəyyən edilmişdir. Daş məmulatı texniki
və tipoloji cəhətcə çaydaşı alətləri mədəniyyətinə aid olunur.
Maraqlıdır ki, X təbəqənin kobud çapma alətləri çaydaşıları
üzərində hazırlanmışdır. Təbəqədən kobud çapma alətləri ilə
yanaşı, kobud qəlpələr üzərində hazırlanmış qaşov tipli alətlər
də tapılmışdır. Məhz bu cəhət X təbəqənin daş məmulatını
çaydaşı mədəniyyətindən fərqləndirir. Bu fərqləndirici cəhət X
təbəqənin daş məmulatının yeni arxeoloji mədəniyyətə aid
olması fikrini söyləməyə əsas vermiş və nəticədə X təbəqənin
daş məmulatının Quruçay mədəniyyətinə aid olması müəyyən
olunmuşdur. X təbəqənin sakinləri əmək alətləri hazırlamaq
üçün çaydaşılarının müəyyən hissəsini Quruçay dərəsindən
toplayıb Azıx düşərgəsinə gətirmişlər.
Azıx paleolit düşərgəsinin IX təbəqəsində aparılmış
arxeoloji qazıntılar zamanı 90 ədəd daş məmulatı tapılmışdır.
Onları aşağıdakı qruplara ayırmaq olar:
127
1.
Kobud çapma alətləri – 8 ədəd
2.
Kubşəkilli alətlər – 5 ədəd
3.
Nüvəşəkilli alətlər- 5 ədəd
4.
Limasşəkilli alətlər- 1 ədəd
5.
Qaşov tipli alətlər- 18 ədəd
6.
Qəlpələr – 11 ədəd
7.
İstehsal tullantıları – 8 ədəd
8.
Çaydaşıları – 31 ədəd
9.
Gəzli alətlər – 3 ədəd
Düşərgənin IX təbəqəsindən tapılmış əmək alətlərinin
nümunələri şəkil 22-23-də təsvir olunmuşdur. IX təbəqədən
aşkar olunmuş kobud çapma alətləri çaydaşılarından
hazırlanmışdır. Təbəqənin daş məmulatı içərisində kobud
çapma alətləri nisbətən çoxluq təşkil edir. X təbəqənin kobud
çapma alətlərindən fərqli olaraq IX təbəqənin kobud çapma
alətləri daha mükəmməl hazırlanmışdır.
IX təbəqənin daş məmulatı arasında qaşov tipli alətlər daha
çox diqqəti cəlb edir. Tipoloji cəhətcə qaşov tipli alətləri bir
neçə qrupa ayırmaq olur. Onların içərisində bir və iki işlək
ağıza malik olanlar çoxluq təşkil edir.
IX təbəqədən tapılmış qəlpələrin üzərində zərbə düyünü və
zərbə səthi olduqca yaxşı saxlanmışdır (bax şəkil 22, 1-2).
Dostları ilə paylaş: |