140
arxeoloqlar eopleystosenin axırı - ən qədim Pleystosen dövrünə
aid heyvan sümüklərinin tapıldığı yer kimi göstərmişlər. Lakin bir
neçə ildən sonra aparılan arxeoloji qazıntılar zamanı heyvan
sümükləri ilə bərabər Paleolit dövrünə aid daş alətlər də tapılmağa
başlamışdır (Lübin, 1998; Lübin, Belyayeva, 2006).
1991-ci ildən başlayaraq Gürcüstan, Almaniya və digər
Avropa alimlərinin arxeoloqları Dmanisi paleolit düşərgəsində
yaxşı təşkil olunmuş arxeoloji qazıntı işlərinə başlamışlar ki,
bununla da düşərgədə elmi tədqiqatların II mərhələsinin təməli
qoyulmuşdur. 1991-ci il sentyabrın 24-də Dmanisi paleolit
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı ibtidai insana
məxsus olan alt çənə tapılmışdır. Bununla əlaqədar olaraq
Dmanisi paleolit düşərgəsinin maddi mədəniyyət qalıqları
arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislərin
diqqətini cəlb etmişdir. 1991-ci ildə tapılmış çənə üzərində
aparılan elmi tədqiqatlar zamanı onun Homo erektus tipli ibtidai
insana məxsus olması müəyyən edilmişdir (Vişnyavski, 2002).
Homo erektusa məxsus olan çənə Dmanisi paleolit düşərgəsinin V
təbəqəsində tapılmışdır. Bu tapıntı paleoantropoloqlar tərəfindən
bütün Avrasiya məkanında mühüm elmi tapıntı kimi
qiymətləndirilmişdir (Qobunya, 1991). Bu tapıntıya qədər Homo
erektus tipli ibtidai insan qalıqları Şərqi Afrikanın Olduvay
141
düşərgəsində tapılmış və onun mütləq yaşı 1,8 milyon ilə bərabər
olması müəyyən edilmişdir (Lübin, Belyayeva, 2006).
1991-2007-ci illərdə Dmanisi paleolit düşərgəsində
kompleks şəkildə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə, bu
vaxta qədər düşərgənin 400 kv.m sahəsi qazılıb tədqiq olunmuşdur
(Nioradze, Lübin, 1998). Dmanisi paleolit düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı 6 təbəqə müəyyən edilmişdir.
Düşərgədə çöküntünün ümumi qalınlığı 4 m-dən bir qədər artıqdır
(Lordkipanidze, 1998). Ən aşağı təbəqə olan VI təbəqə vulkan
külündən ibarətdir. Aparılan arxeoloji qazıntılar zamanı arxeoloji
və paleontoloji tapıntılar düşərgənin II, III və V təbəqələrindən
əldə olunmuşdur. İbtidai insanlara məxsus kəllə qalıqları, çənələr
və dişlər isə V təbəqədən tapılmışdır. Dmanisi paleolit
düşərgəsində ibtidai insanların məskunlaşdıqları ərazinin sahəsi 5
min kv.m-dən bir qədər artıq olmuşdur (Lübin, Belyayeva, 2006).
Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı 6 ibtidai insana məxsus kəllə, 4 alt çənə, 12 diş və digər
sümük qalıqları tapılmışdır (Lübin, Belyayeva, 2006).
Paleoantropoloji tapıntılar Qobunya tərəfindən təyin olunmuşdur.
Gürcü antropoloqu Qobunyanın fikrinə görə, Dmanisidən
tapılmış qədim insana məxsus kəllə və çənələr analoji cəhətcə
Şərqi Afrikanın Olduvay dərəsindən tapılmış Homo habilis tipli
insanlara yaxınlıq təşkil edir. Antropoloq Qobunyaya görə
142
Dmanisinin paleoantropoloji tapıntıları Homo habilisdən Homo
erektus tipli insanlara keçid mərhələsindədir. Dmanisi paleolit
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı minlərlə daş
məmulatı və fauna qalıqları tapılmışdır.
Fauna qalıqları Dmanisi düşərgəsinin IV və V təbəqələrində
daha çox tapılmışdır. Sümük məmulatı içərisində əsas yeri heyvan
kəllələri, çənələri, dişləri və ayaq sümükləri təşkil edir. Dmanisi
paleolit düşərgəsinin fauna qalıqlarının elmi tədqiqi ilə
A.K.Vekua məşğul olmuşdur. Onun təyinatına görə, düşərgənin
sümük məmulatı içərisində əsas yeri cənub fili, etrus kərgədanı və
maral sümüklərinin qalıqları təşkil edir (Qobunya, Vekua, 1993,
1998, 2001).
1991-2007-ci illərdə Dmanisi paleolit düşərgəsində
aparılan arxeoloji qazıntılar zamanı minlərlə daş məmulatı
tapılmışdır. Düşərgənin daş məmulatı, əsasən, kvars, kvarsit, tuf
və digər daşlardan hazırlanmışdır. Daş məmulatı içərisində əsas
yeri çaydaşılarından hazırlanmış kobud çapma alətləri, bəsit
qəlpələr, üzərində qopuq izləri olan çaydaşıları, nüvələr və digər
alətlər təşkil edir (Lübin, 1998; Lübin, Belyayeva, 2006).
Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin II təbəqəsinin
alt qatından, IV və V təbəqələrdən daha çox daş məmulatı
tapılmışdır.
143
Dmanisi paleolit düşərgəsinin daş məmulatının elmi
tədqiqi ilə məşğul olan M.Nioradze və Lübinin mülahizələrinə
görə, düşərgənin daş məmulatı qədim Aşeldən çox əvvəl
hazırlanmasını qeyd edirlər. Lakin, Fransa arxeoloqları Anri dö
Lümley başda olmaqla qeyd edirlər ki, Dmanisi paleolit
düşərgəsinin daş məmulatını Şərqi Afrikanın Keniya və Efiopiya
ərazilərindəın tapılmış Olduvay mədəniyyətinə aid əmək alətləri
ilə müqayisə oluna bilər. Çünki Dmanisinin əmək alətləri
içərisində Olduvay mədəniyyətinə oxşar alətlər qeydə alınmışdır
(Lümley, 2002). Keniya və Efiopiya ərazilərində olan paleolit
düşərgələrində tapılmış əmək alətlərinin hazırlanma tarixi 2
milyon ilə bərabərdir.
Dmanisi paleolit düşərgəsinin V-VI təbəqələrindən
tapılmış kobud çapma alətləri daş məmulatı içərisində çoxluq
təşkil edir. Lakin düşərgənin II təbəqəsindən tapılmış alətlər
nisbətən inkişaf etmiş texniki üsullarla hazırlanmışdır. Eyni
zamanda II təbəqənin daş məmulatı içərisində qəlpələrdən kiçik
alətlər də hazırlanmışdır. Onların içərisində qaşovlar, qaşovcuqlar
və gəzli alətlər çoxluq təşkil edir (Lübin, 1998). Dmanisi paleolit
düşərgəsində təbəqədən-təbəqəyə əmək alətlərinin inkişaf
texnikası və tipologiyasının dəyişməsi burada ibtidai insanların
uzun müddət yaşadıqlarını göstərir.
Dostları ilə paylaş: |