144
Beləliklə, hazırda Azərbaycan və Qafqaz ərazilərində ibtidai
insanların 2-2,5 milyon il bundan əvvəl məskunlaşmasını göstərən
maddi mədəniyyət qalıqları Azıx paleolit düşərgəsinin VII-X
təbəqələrindən və Dmanisinin V-VI təbəqələrindən tapılmış
arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılardan ibarətdir.
Beynəlxalq İNTAS-2000 proqramı üzrə Ə.Q.Cəfərovun
Avropa alimləri ilə birgə apardığı elmi tədqiqatlar zamanı Azıxda
aşkar olunmuş Quruçay arxeoloji mədəniyyətinin Azərbaycan və
Qafqazda ən qədim arxeoloji mədəniyyət olması və ibtidai
insanların 2-2,5 milyon ildən artıq bir zamanda burada yaşamağa
başlamaları elmi əsaslarla sübuta yetirilmişdir (Cəfərov, 2006).
VI FƏSĠL
AZƏRBAYCANIN AġEL MƏDƏNĠYYƏTĠ
Aparılan kompleks arxeoloji tədqiqatlar zamanı müəyyən
edilmişdir ki, Azıx qədim insan düşərgəsində Quruçay
mədəniyyəti özünün uzunmüddətli inkişafından sonra Aşel
145
mədəniyyəti ilə əvəz olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit
düşərgəsində qədim Aşel dövrünə aid maddi mədəniyyət qalıqları
VI təbəqədə aparılan arxeoloji qazıntılar zamanı aşkar
olunmuşdur.
Bəşər tarixinin qədim, orta və son Aşel mədəniyyətləri ilk
dəfə Fransanın Sent-Aşel düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı müəyən olunmuşdur. Ona görə də həmin maddi
mədəniyyət qalıqları ilk dəfə tapıldığı yerin adı ilə Aşel
mədəniyyəti adlandırılmışdır. Sonralar arxeoloqların apardıqları
elmi tədqiqat işləri nəticəsində Aşel mədəniyyətinin bəşər
tarixində daha geniş ərazilərə yayılması müəyyən olunmuşdur.
Hazırda qədim, orta və son Aşel mədəniyyətinə aid maddi
mədəniyyət nümunələrinin qalıqları Afrika, Avropa, Asiya və
Qafqaz ərazilərində qeydə alınmışdır (Lübin, 1984; Hüseynov,
1985; Qriqoryev, 1987; Korobkov, 1978; Cəfərov, 1990, 1994,
2004; Lümley, 1969, 1971, 1998).
Aşel mədəniyyəti öz inkişafında bir neçə mərhələdən
keçmişdir. Birinci inkişaf mərhələsində əmək alətləri nisbətən
bəsit formada, qalın qəlpələr üzərində hazırlanmış qaşov tipli
əmək alətləri, kobud əl çapacaqları, çapma alətləri və diskşəkilli
nukleuslarla xarakterizə olunur.
Azərbaycan
Respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar nəticəsində Aşel mədəniyyətinə aid əmək alətləri Azıx
146
mağara düşərgəsinin V və VI təbəqələrində, Qazax rayonunun
Qayalı, Acıdərə, Əlibayramlı və Şişquzey açıq paleolit
düşərgələrindən tapılmışdır. Eyni zamanda, respublikamızın
Lerik, Kəlbəcər və Naxçıvan ərazilərindən də Aşel mədəniyyətinə
aid tək-tək əmək alətləri qeydə alınmışdır (Cəfərov, 2004).
Azərbaycan, o cümlədən bütün Qafqaz və Yaxın Şərq
ərazilərindən ancaq Azıx düşərgəsinin V və VI təbəqələrindən
Aşel mədəniyyətinə aid ən zəngin maddi mədəniyyət nümunələri
aşkar olunmuşdur. Maraqlıdır ki, Azıx mağara düşərgəsinin VI
təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq
mükəmməl işlənmiş əl çapacaqları tapılmışdır. Əl çapacaqlarının
meydana çıxması ibtidai insanların həyatında mühüm rol
oynamışdır. Bununla əlaqədar olaraq ulu sakinlər ovçuluq
təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VI təbəqəsində
aparılan arxeoloji qazıntılar zamanı 2 mindən artıq daş məmulatı
tapılmışdır. Düşərgənin VI təbəqəsindən aşkar olunan daş
məmulatı içərisində 593 əmək aləti qeydə alınmışdır. Daş
məmulatının yerdə qalan hissəsini isə istehsal tullantıları,
nukleuslar və təbii çaydaşıları təşkil edir. Düşərgənin VI
təbəqəsindən əmək alətləri ilə birlikdə istehsal tullantılarının və
nukleusların aşkar olunması qədim Aşel mədəniyyəti dövründə
147
Azıx düşərgəsində qədim insanların əmək alətləri hazırladıqlarını
göstərir.
Azıx qədim insan düşərgəsinin VI təbəqəsində aparılan
arxeoloji qazıntılar zamanı aşkar olunmuş daş məmulatını
aşağıdakı qruplara ayırmaq olar:
1.
Təbii çaydaşıları (37 ədəd). Onların üzərində ikinci dəfə işlənmə
izləri yoxdur. Lakin onların bəziləri üzərində iş zamanı əmələ
gəlmiş qopuq və əzilmələr müəyyən olunur.
2.
Nüvələr (9 ədəd). Onların 4-ü çaxmaqdaşından, 3-ü slanes və 2-si
bazalt daşlarından hazırlanmışdır. Düşərgənin VI təbəqəsindən
qeydə alınmış nüvələri tipoloji cəhətcə bir zərbə səthli nüvələr,
birüzlü diskşəkilli və ikiüzlü nüvələrə bölünür. Təsvir olunan
nüvələrin nümunələri 44-cü şəkildə göstərilmişdir.
3.
Nüvəyə oxşar alətlər (7 ədəd). Onların üzərində ayrı-ayrı
qopuqlar vardır. Ola bilsin ki, həmin daş məmulatı üzərində ikinci
dəfə işlənmə əməliyyatı aparmaq istəmişlər, lakin bu baş
tutmamışdır. Ona görə də qeyd olunan alətlər toxunulmaz
qalmışdır.
DüĢərgənin VI təbəqəsinin daĢ alətlərinin tipoloji
xüsusiyyətləri
Azıx paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı abidənin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən
Dostları ilə paylaş: |