47
hazırladıqları İNTAS-2000 adlı proqram qəbul edilmişdir. Həmin
beynəlxalq elmi konfransda Ə.Q.Cəfərov Azərbaycan üzrə
əlaqələndirici seçilmişdir.
Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq son 50
ildə Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və
Qafqaz ərazilərində olan paleolit düşərgələrindən aşkar olunmuş
maddi mədəniyyət qalıqları arxeologiya elminin son nailiyyətləri
əsasında tədqiq edilmiş, Mustye dövründə yaşamış ibtidai
insanların yaşayış düşərgələrinin xarakterik xüsusiyyətləri
müəyyən edilmiş, neandertal tipli insanların inkişaf edib Homo
sapiens, yəni kamil insanlara çevrilməsinin əsas xüsusiyyətləri
müəyyənləşdirilmişdir. Eyni zamanda Mustye mədəniyyəti
dövründə yaşamış insanların həyat tərzi, ovçuluq təsərrüfatı tədqiq
olunmuşdur. Bundan başqa Azərbaycan, Fransa, İtaliya, İspaniya,
Rusiya, Gürcüstan və Qafqaz ərazilərində yaşamış neandertal tipli
insanların
hazırladıqları əmək alətlərinin
texniki- tipoloji
xüsusiyyətləri öyrənilmiş və Avropa ölkələrində məskunlaşmış
müasir xalqların Mustye mədəniyyəti dövründə anatomik
baxımından oxşar və fərqli xüsusiyyətləri tədqiq olunmuşdur.
Beynəlxalq İN TAS-2000 proqramına uyğun olaraq
Ə.Q.Cəfərov 2001-2003-cü illərdə 3 ay ərzində Fransanın Paris,
Nis, Kənson, Perpinyan və Totavel şəhərlərində olan laboratoriya
və muzeylərində saxlanılan Paleolit, Mezolit, Neolit və Eneolit
48
dövrlərinə aid maddi mədəniyyət qalıqları ilə tanış olmuş və orada
elmi tədqiqat işləri aparmışdır (Cəfərov, 2004, 2006).
Ə.Q.Cəfərov Fransanın İnsan, Senjermen, Milli Təbiət
tarixi muzeylərində, İnsan Paleontologiya İnstitutunda və
Totavelin Avropa arxeoloji tədqiqatlar mərkəzində saxlanılan
arxeoloji materialların elmi tədqiqi ilə məşğul olmuş
“Azərbaycanın paleolit düşərgələrinin maddi mədəniyyət
qalıqları” adlı elmi məruzə ilə çıxış etmişdir (Cəfərov, 2004,
2006).
Son 50 ildə Fransa ərazisində professor Anri dö Lümleyin
rəhbərliyi altında aparılan kompleks arxeoloji tədqiqatlar zamanı
Paleolit, Mezolit və Neolit dövrlərinə aid arxeoloji materiallar
aşkar edilmişdir. Həmin maddi mədəniyyət qalıqları əsasında
Fransanın, Paris, Nis, Kənson, Totavel və digər şəhərlərində
“Avropanın ilk sakinləri” adlı sərgilər və arxeoloji muzeylər təşkil
olunmuşdur.
Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq 2002-
ci il sentyabrın 7-dən oktyabrın 1-dək Fransa, İtaliya, İspaniya,
Rusiya,
Azərbaycan,
Gürcüstan və Hollandiya alimləri
Ə.Q.Cəfərovun dəvətilə Bakıya gələrək Azıx, Tağlar, Qazma,
Buzeyir, Daşsalahlı, Damcılı və digər paleolit düşərgələrinin
arxeoloji və paleontoloji materialları ilə yaxından tanış olmuşlar.
Avropa alimlərindən Anri dö Lümley, Mariya Antuanetta dö
49
Lümley, Sala, Ciakobini, Karbonelli, D.Yordkipanidze, A.Vekua,
M.Nioradze Azərbaycanda Daş dövrü üzrə aparılan elmi tədqiqat
işlərinə yüksək qiymət vermiş və buradan tapılmış maddi
mədəniyyət qalıqlarının mühüm elmi əhəmiyyətə malik olmasını
yekdilliklə qeyd etmişlər.
2001-2005-ci illərdə Ə.Q.Cəfərovun Beynəlxalq İNTAS-
2000 proqramı əsasında Avropa alimləri ilə birgə apardığı elmi
tədqiqatlar nəticəsində Azıx paleolit düşərgəsində ibtidai
insanların 2,5 milyon il əvvəl məskunlaşması elmi surətdə sübuta
yetirilmişdir. Əgər çoxtəbəqəli paleolit düşərgəsində aparılan
kompleks elmi tədqiqatlar respublikamızın ərazisində ibtidai
insanların Quruçay mədəniyyəti dövründə məskunlaşmasını
göstərdisə, çoxtəbəqəli Tağlar paleolit düşərgəsində aparılan elmi
araşdırmalar isə bu ərazidə neandertal tipli insanların inkişaf edib,
Homo sapiens – kamil insanlara çevrilməsini arxeoloji materiallar
əsasında sübuta yetirdi. (Cəfərov, 2004, 2006).
Beynəlxalq İNTAS-2000 proqramı üzrə aparılan elmi
tədqiqat işləri eyni zamanda Azərbaycan ərazisində Mustye
mədəniyyətinin Yaxın Şərq və Qafqaz ərazisində ən qədim
arxeoloji mədəniyyət olmasını və bu mədəniyyətin 120 il bundan
qabaq başlayıb, 35 min il əvvəl sona çatmasını müəyyən etmişdir
(Cəfərov, 2006).
50
2004-cü il avqustun 9-dan sentyabrın 8-dək AMEA
Arxeologiya
və
Etnoqrafiya İnstitutunun Ə.Q.Cəfərovun
rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Masallı rayonu
ərazisində axan Viləş çayının vadisində arxeoloji kəşfiyyat işləri
aparmışdır. Ərazinin Qodman, Qəriblər, Ərkivan kəndləri
ətrafında aparılan arxeoloji kəşfiyyat işləri zamanı 11 ədəd daş
məmulatı tapılmışdır. Onların 8 ədədi çaxmaq, 3 ədədi isə
dəvəgözü
daşından hazırlanmışdır. Aşkar olunmuş daş
məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə bunların
Mustyenin sonu və üst Paleolit dövrlərinə aid olduğunu söyləmək
olur (Cəfərov, 2005).
2005-ci ilin sentyabr ayında Azərbaycan və Rusiya Elmlər
Akademiyasının arxeoloji ekspedisiyası respublikamızın Böyük
Qafqaz ərazisində - Qəbələ, Quba və Xaçmaz ərazilərində
kəşfiyyat işləri aparmışdır və 20-yə qədər daş məmulatı
tapılmışdır (Mənsurov, Zeynalov, 2007).
2007-ci ilin iyul- avqust aylarında AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyası Lerik rayonu ərazisində arxeoloji
qazıntıları bərpa etmiş və Zuvandçay sahillərində kəşfiyyat işləri
aparmışdır. Buzeyir düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.
Dostları ilə paylaş: |