51
Zuvançay sahillərində aparılan arxeoloji kəşfiyyat işləri
zamanı Daş dövrünə aid düşərgə qeydə alınmış və ona Zuvandçay
mağarası adı verilmişdir. Zuvandçay mağarası Lerik-Zuvand
yolunun 10-cu kilometrliyində olub, Zuvandçayının sol sahilində,
dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşir.
Azərbaycan Respublikası ərazisində Mezolit və Neolit
dövrlərinə aid arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar
Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı əldə
edilmişdir. Qobustanda ilk dəfə arxeoloji tədqiqat işlərini
İ.Cəfərzadə 1939-cu ildə aparmışdır. Sonralar 1940-1965-ci
illərdə İ.Cəfərzadə arxeoloji tədqiqat işlərini davam etdirmiş və
750 daş üzərində 3500-dən artıq qayaüstü təsvir qeydə alıb tədqiq
etmişdir (Cəfərzadə, 1965, 1969, 1973).
1966-cı ildən başlayaraq Qobustanda arxeoloji qazıntı
işləri C.N.Rüstəmov və F.M.Muradova tərəfindən aparılmışdır.
Onların 1966-2005-ci illərdə Qobustan ərazisində apardığı
arxeoloji tədqiqatlar nəticəsində “Ana Zağa”, “O vçular zağası”,
“Firuz”, “Kənizə”, “Şonqar”, “Ceyranlar”, “Qayarası”, “Dairə”,
“Böyükdaş”, “Çapmalı” yaşayış yerləri və 30-dan artıq kurqanlar
qeydə alınıb tədqiq edilmişdir (Rüstəmov, Muradova, 2003).
C.N.Rüstəmov və F.M.Muradovanın Qobustanın yaşayış
düşərgələrində apardıqları arxeoloji qazıntılar zamanı 100 mindən
52
artıq daş məmulatı və ovlanmış heyvan, quş və balıq sümükləri
tapılmışdır.
1972-ci
ildə
C.N.Rüstəmov
və
F.M.Muradovanın
Qobustanın “Firuz” düşərgəsində apardıqları arxeoloji qazıntılar
zamanı Mezolit dövrünə aid qəbir aşkar edilmişdir. Buradan 11
insan skeleti və kəllə qapağı tapılmışdır (Rüstəmov, 1994).
Beləliklə, 1953-2007-ci illərdə Azərbaycan ərazisində Daş
dövrü üzrə aparılan arxeoloji tədqiqat işləri nəticəsində
respublikamızın ərazisində 30-dan artıq paleolit abidəsi qeydə
alınıb tədqiq olunmuşdur. Qeydə alınmış abidələrin 10-u mağara
düşərgəsi, qalanları isə açıq və yerüstü abidələrdən ibarətdir.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Qazax, Fizuli, Şuşa,
Şərur, Kəlbəcər, Lerik, Yardımlı və Qobustan rayonları ərazisində
qədim insan düşərgələri aşkar edilmişdir. Düşərgələrdən tapılmış
maddi mədəniyyət nümunələri əsasında Azərbaycan Respublikası
ərazisində
ibtidai
insanların
yaşaması
sübut olunmuş,
respublikamızın ərazisinin ən qədim insanların uzun müddət
məskən salıb formalaşması üçün əlverişli təbii coğrafi şəraitin
olması və buranın ən qədim sivilizasiya mərkəzlərindən biri
olması kompleks tədqiqatlarla sübuta yetirilmişdir (Cəfərov, 2004,
bax şəkil 1)
Azərbaycan Respublikası ərazisində Daş dövrü üzrə elmi
nailiyyətlərin əldə olunmasında mərhum arxeoloq tarix elmləri
53
doktoru, professor Məmmədəli Hüseynovun xüsusi xidmətləri
olmuşdur.
Məmmədəli Hüseynovun Azərbaycan ərazisində apardığı
arxeoloji tədqiqat işləri nəticəsində respublikamızın ərazisində
Paleolit dövrünün mövcud olması elmi əsaslarla sübuta
yetirilmişdir. Halbuki 1953-cü ilədək ölkəmizin ərazisində
Paleolit dövrünə aid arxeoloji abidələrin olmadığı və burada
insanların
yaşamadığı haqqında yanlış fikir söylənilirdi.
M.Hüseynovun 1953-cü ildən başlayaraq apardığı arxeoloji
tədqiqat işləri nəticəsində Damcılı, Daşsalahlı və dünya şöhrətli
Azıx və Tağlar paleolit düşərgələri kəşf olunmuşdur. Dünya
arxeoloqları M.Hüseynovun rəhbərliyi altında çoxtəbəqəli Azıx
paleolit düşərgəsində aparılmış elmi tədqiqat işlərinə yüksək
qiymət verirlər. 1981-1983-cü illərdə Parisin “İnsan” muzeyində
“Avropanın ilk sakinləri” adlı sərgi təşkil edilmiş və orada Azıx
və Tağlar paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət
qalıqları nümayiş etdirilmişdir.
1971-ci ildə Məmmədəli Hüseynovun əldə etdiyi elmi
nailiyyətlərə əsasən Azərbaycan Elmlər Akademiyasının Rəyasət
Heyəti Daş dövrü arxeologiyası şöbəsinin yaradılması haqqında
qərar qəbul etmişdir.
M.Hüseynovun Daş dövrü şöbəsinə rəhbərlik etdiyi 25 il
ərzində Azərbaycan paleolit məktəbinin əsası qoyulmuşdur.
54
Hazırda dünya arxeoloqları bu məktəbin əldə etdiyi elmi
nailiyyətləri yüksək qiymətləndirirlər.
II FƏSĠL
ANTROPOGENDƏ AZƏRBAYCANIN
TƏBĠĠ COĞRAFĠ ġƏRAĠTĠ
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən
edilmişdir ki, ibtidai insanların həyatında təbii coğrafi şəraitin
mühüm əhəmiyyəti olmuşdur. Alimlər müəyyən etmişlər ki,
ibtidai insanların və ibtidai icma cəmiyyətinin formalaşması və
55
ayrı-ayrı inkişaf mərhələləri təbii coğrafi şəraitin inkişafı ilə
yanaşı qarşılıqlı əlaqədə getmişdir. Aparılan elmi araşdırmalar
zamanı məlum olmuşdur ki, harada əlverişli təbii coğrafi şərait
olmuşsa, məhz, ibtidai insanlar həmin ərazilərdə məskunlaşmışlar
(Məmmədov, 1998, Lümley, 2001, Cəfərov, 2004).
Azərbaycanın tarixi ərazisi Cənubi Qafqaz və İranın şimal-
qərb hissəsində yerləşir. Sahəsi 221,6 min kv.km, əhalisinin sayı
isə 40 milyon nəfərdən artıqdır (Məmmədov, 1998).
Müasir zamanda bu tarixi ərazinin bir hissəsini tutan
Azərbaycan Respublikasının sahəsi 86,6 min kv.km, əhalisi isə 8
milyondan artıqdır. Cənubi Azərbaycanın ərazisi isə 135 min
kv.km, əhalisi isə 30 milyondan artıqdır (Məmmədov, 1998).
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub,
mütləq hündürlüyü 28 m-dən (Xəzər sahili düzənlik) 4821 m-ə
qədərdir (Savalan dağı).
Azərbaycan Respublikasının ərazisi beş vilayətə bölünür:
onlardan dördü ( Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan Muxtar
Respublikası, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi
Aran) ovalıqdır.
Böyük Qafqazın Azərbaycan ərazisi hissəsində iki əsas
dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı 4462 m) və Yan silsilə
(Şahdağ 4450 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron
yarımadası cənub-şərqi Qafqazda yerləşir.
Dostları ilə paylaş: |