1. EKOLOJİ MONİTORİNQİN ƏSASLARI
1.1. Ekoloji monitorinq anlayışı
“Monitorinq” termini latın sözü “monitor” sözündən
əmələ gəlib, müşahidə edən, xəbərdaredici (paruslu gəmidə
irəliyə baxan matros belə adlandırılırdı) deməkdir. İnsanı əhatə
edən təbii mühitin qlobal monitorinq ideyası və “monitorinq”
termininin özü 1971-ci ildə BMT-nin ətraf mühit üzrə
Stokholm konfransının keçirilməsinin (1972) hazırlığı ilə
əlaqədar olaraq yaranmışdır. Belə bir sistemin işlənməsi üzrə
ilk təkliflər ətraf mühitin problemləri üzrə Elmi komitə
tərəfindən irəli sürülmüşdür (SKOPE).
1973-cü ildə professor R. Menn məsələnin qoyuluşu
aspektində monitorinq konsepsiyasını ifadə etmiş və bu
monitorinq üzrə birinci hökumətlərarası iclasda müzakirə
edilmişdir (Nayrobi, 1979-cu ilin fevralı). R. Menn təklif
etmişdir ki, ətraf təbii mühitin bir və ya daha çox elementinin
əvvəlcədən müəyyən məqsədlərlə hazırlanmış proqram üzrə
məkan və zamana görə təkrar surətdə aparılmış müşahidələr
sistemi monitorinq adlandırılsın.
Hal-hazırda “ekoloji monitorinq” termini dedikdə ətraf
təbii mühitin vəziyyətinin müşahidə, nəzarət, qiymətləndirilmə
sistemi, proqnozu və idarəedici məsələlərin həllinin hazırlığı və
qəbulunun informasiya təminatı başa düşülür (şək. 1).
Ekoloji monitorinqin məqsədi – təbiəti mühafizə
fəaliyyətinin idarə edilməsinin və ekoloji təhlükəsizliyin
informasiya təminatının təmin edilməsidir (şək. 2).
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün hökmən
aşağıdakı suallara cavab vermək lazımdır:
• təbii mühitin əvvəlki texnogenez vəziyyətilə (nisbi və
ya mütləq formada) müqayisədə nəzərdən keçirilən zaman
kəsiyində vəziyyəti necədir və proqnoz edilən zaman ərzində
təbii mühitdə hansı dəyişikliklər (müsbət, mənfi) gözlənilir;
• baş vermiş dəyişikliklərin və gələcəkdə baş verə biləcək
dəyişikliklərin səbəbləri nədir (o cümlədən arzuedilməz,
məhvedici, böhran) və bu dəyişikliklərin mənbəyi nə olub,
nədir və nə ola bilər (bir qayda olaraq zərərli texnogen təsirlər);
Şək. 1.1. Ekoloji monitorinqin blok-sxemi
• baxılan lokal təbii mühitə, verilmiş hal üçün işlənmiş
“faydalılıq – zərərlilik” funksiyasının qiymətləndirilməsinin
meyarı əsasında müəyyən edilmiş hansı təsirlər ziyanlıdır
(arzuedilməz və ya icazəverilməz);
• texnogen təsirlərin hansı səviyyəsi, o cümlədən baxılan
təbii mühitdə baş verən təbii və ya təbii-fəlakət prosesləri və
təsirləri birlikdə, təbii mühit və onun ayrı-ayrı komponentləri
və ya kompleksləri (senoz) üçün icazə veriləndir və ilkin
adekvat ekoloji balans vəziyyətinin özünü bərpa etməsi üçün
təbii mühitin hansı ehtiyatları mövcuddur;
• təbii mühitə, onların ayrı-ayrı komponentləri və ya
komplekslərinə texnogen təsirlərin hansı səviyyəsi icazə
verilməz və ya böhran hal sayılır ki, bundan sonra təbii mühitin
Müşahidələr
Faktiki
vəziyyətin
qiymətləndirilmə
Mühitin
keyfiyyətinin
tənzimlənməsi
Vəziyyətin
proqnozu
Proqnozlaşdırıla
n vəziyyətin
qiymətləndirilmə
si
ekoloji balans səviyyəsinə kimi bərpa edilməsi mümkün
deyildir.
Alınmış informasiyanın toplanması və emal edilməsi
səviyyəsinə görə qlobal, milli, regional və lokal monitorinqlər
fərqləndirilir.
Qlobal (biosfer) monitorinq beynəlxalq əməkdaşlıq
əsasında yerinə yetirilir, Yerin müasir təbii sisteminin
vəziyyətini qiymətləndirməyə imkan verir. Müşahidələri
planetin müxtəlif regionlarında baza stansiyaları həyata
keçirirlər (30 - 40 yerüstü və 10-dan artıq okean). Çox vaxt
onlar bioloji qoruqlarda yerləşirlər.
Milli monitorinq dövlət sərhədləri daxilində xüsusi
yaradılmış orqanlar tərəfindən yerinə yetirilir.
Regional monitorinq xalq təsərrüfatı tərəfindən intensiv
şəkildə mənimsənilən və deməli, antropogen təsirə məruz
qalmış iri rayon hüdudlarından informasiya daxil olan sistemin
stansiyaları hesabına yerinə yetirilir.
Lokal monitorinqə şəhərin müxtəlif zonalarının, sənaye
və kənd təsərrüfatı rayonlarının və ayrı-ayrı müəssisələrin hava
mühitinin müşahidələri aid edilir.
Lokal monitorinq stasionar, daşınan və ya məşəlaltı
məntəqələr vasitəsilə yerinə yetirilir. Belə sistem ölkənin əksər
rayonlarında vardır.
Ekoloji monitorinqi müşahidə obyektlərinə görə geofiziki
və bioloji monitorinqə bölmək olar.
Geofiziki monitorinq geofiziki mühitin (yerin müəyyən
sahəsinin fiziki proses və xüsusiyyətlərinin məcmusu kimi)
müşahidəsini,
nəzarətini,
vəziyyətin
proqnozunu
və
dəyişikliklərin elementlərini özündə cəmləşdirir, yəni biosferin
həm mikro, həm də makromiqyasda baş verən abiotik
toplananının dəyişmələrini, həmçinin hava və iqlim kimi iri
sistemlərin reaksiyalarını əhatə edir.
Bioloji monitorinqin əsas məsələləri biosferin biotik
toplananının
vəziyyətinin,
onun
antropogen
təsirə
Dostları ilə paylaş: |