Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə48/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   44   45   46   47   48   49   50   51   ...   172

www.vivo-book.com 

 

280 



Qrey  ailəsinin  malikanəsinə  doğru  bahalı  avtomobillər 

zənciri  hərəkət  edir.  Magistrala  çıxıĢ  yolu  uzun,  solğun-

qırmızı rəngli kağız fənərlə bəzədilib. Biz evə yaxınlaĢdıqda 

hər  yerdə  kiçik  fənərləri  görürəm.  Qürub  çağı  onlar  sehrli 

təsir  bağıĢlayır,  sanki  sirli  qəsrə  daxil  oluruq.  Kristiana 

baxıram.  Bütün  bunlar  Ģahzadəmə  necə  də  yaraĢır:  uĢaq 

məftunluğum çiçəklənir və bütün digər hissləri ram edir. 

– Maskaları taxırıq, – Kristian gülümsəyir. 

 

Sadə qara maskada Ģahzadəm daha zülmətli və Ģəhvətli 



təsir  bağıĢlayır.  Ġndi  yalnız  onun  gözəl  dodaqlarını  və 

möhkəm  çənəsini  görürəm.  Məftunluqdan  az  qala  ürəyim 

dayansın. 

Maskanı  üzümə  taxıram  və  bədənimdə  dövran  edən 

yanğıya əhəmiyyət vermirəm. 

Teylor  maĢını  evin  yanında  saxladı.  Nökər  Kristian 

üçün  qapını  açır.  Soyer  maĢından  tez  çölə  atılır  ki,  mənim 

xidmətimdə dursun. 

– Hazırsan? – Kristian soruĢur. 

– HəmiĢəki kimi. 




www.vivo-book.com 

 

281 



–  Çox  gözəl  görünürsən,  АnasteyĢa,  –  əlimi  öpür  və 

maĢından düĢür. 

Tünd-yaĢıl  cığır  fasad  boyu  qazonla  və  evin 

arxasındakı  geniĢ  çəmənliyədək  uzanır.  Kristian  belimdən 

tutub  və  biz  yaĢıl  cığırla  füsunkar  libaslar  geyinmiĢ  və 

çeĢidli  maskalar  taxmıĢ  Sietl  elitasının  arxasınca 

addımlayırıq.  Ġki  fotoqraf  sarmaĢıqlı  köĢkün  fonunda 

qonaqların fotolarını çəkir. 

– Mister Qrey! – deyə onlardan biri haylayır. 

 

Kristian  baĢının  hərəkətiylə  razılıq  verir  və  məni  də 



özüylə dartır. ÇəkiliĢ üçün cəld poz veririk. Onlar Kristianı 

necə tanıdı? Əlbəttə, onun gur kürən kəkilindən. 

– Niyə iki fotoqraf? – soruĢuram. 

–  Biri  ―Sietl  tayms‖dandı,  digəri  xatirə  fotoları  çəkir. 

Sonra fotoları alarıq. 

Оy,  yenə  də  mətbuatda  mənim  fotom  peyda  olacaq. 

Yadıma qəfildən Leyla düĢür. Hə, o məni belə tanıyıb. TəlaĢ 

doğuran  fikirdir,  amma  rahatlanıram  ki,  maska  üzümü 

gizlədib. 



www.vivo-book.com 

 

282 



Cığırın  sonunda  ağ  libaslı  ofisiantların  əllərində 

üstündə Ģampanla dolu qədəhlər olan sinilər var. Kristianın 

uzatdığı  qədəhi  götürürəm  ki,  pis  fikirlərdən  tezliklə 

qurtulum. 

Biz  geniĢ,  ağ  köĢkə  yaxınlaĢırıq,  o  daha  kiçik  kağız 

fənərlərlə  bəzədilib.  Fənərlərin  altında  məhəccərlərlə  əhatə 

olunmuĢ  ağ-qara  rəqs  meydançaları  yerləĢir,  və  üç  giriĢə 

malikdir.  GiriĢlərin  hər  iki  tərəfində  buzdan  iki  qu  quĢu 

qoyulub.  Pavilyonun  dördüncü  tərəfində  səhnə  qurulub: 

simli  alətlər  kvarteti  hansısa  zərif,  tanıĢ  və  asta  melodiyanı 

ifa  edir.  Səhnə  daha  böyük  tərkibli  musiqi  qrupu  üçün 

nəzərdə  tutulub,  amma  hələ  ki  özgə  heç  kim  görünmür. 

Güman  ki,  onlar  sonradan  gəlib  çıxacaq.  Əlimdən  tutaraq 

Kristian  məni  qu  quĢlarının  arasından  rəqs  meydançasına 

aparır,  digər  qonaqlar  da  ora  toplaĢıb.  Əllərində  tutduqları 

qədəhlərlə coĢqulu halda söhbət edirlər. 

Dəniz  sahilinə  yaxın  bir  yerdə  nəhəng  çadır  qurulub. 

Çadırın  içində  səliqəylə  masa  və  stullar  düzülüb.  Necə  də 

çoxdur! 



www.vivo-book.com 

 

283 



–  Qəbula  nə  qədər  adam  gəlir?  –  çadırın  ölçüsündən 

təəccüblənərək Kristiandan soruĢuram. 

–  Məncə,  təxminən  üç  yüz.  Bunu  anam  bilir,  – 

təbəssümlə dedi. 

– Kristian! 

Qələbəlikdən  çıxan  bir  qız  Kristianın  boynuna  atılır. 

Onu dərhal tanıyıram – Mia. Solğun qırmızı rəngli, dar Ģifon 

paltar geyinib. Donun rənginə uyumlu füsunkar, incə naxıĢlı 

Venesiya  maskasında.  Bir  anlıq  onunla  müqayisədə  özümü 

ağ atlı oğlanını tapmıĢ qız sanıram. 

–  Аnа!  Аh,  əzizim,  sən  füsunkar  görünürsən!  –  Mia 

məni qucaqlayır və dərhal da qollarını məndən ayırır. – Sən 

mütləq  rəfiqələrimlə  tanıĢ  olmalısan.  Onlardan  heç  biri 

inanmır ki, Kristian nəhayət ki, özünə sevgili tapıb. 

Kristiana  tərəf  təlaĢla  baxdım,  o  isə  laqeyd  halda 

çiyinlərini çəkdi, yəni ―nə etmək olar, Mia belədi və onunla 

gör neçə ildi ki, bir-birimizə dözürük‖ və Miaya məni bahalı 

libaslar  geymiĢ,  misilsiz  saç  düzümləri  olan  dörd  gənc 

qadının yanına aparmağa icazə verdi. 



www.vivo-book.com 

 

284 



Mia  tələsik  məni  təqdim  eləyir.  Qadınlardan  üçü 

gülərüz  və  ədəbli  idi,  amma  qırmızı  maskalı  rəfiqə  –  Lili 

deyəsən, adı belədir, mənə kinli-kinli baxır. 

– Əlbəttə, biz hamımız elə bilirdik ki, Kristian geydir, – 

deyə  o,  kinayəylə  Ģərh  verir,  həm  də  bu  zaman  saxta 

təbəssümü arxasında riĢxəndini gizlətməyə çalıĢır. 

Mia onu acılayır. 

–  Lili,  nə  danıĢırsan!  Onun  əla  zövqü  var.  Kristian, 

sadəcə,  arzuladığı  qızın  qarĢısına  çıxacağını  gözləyirdi  və 

bu, sən olmadın! 

Lili alıĢıb yandı və maskası ilə eyni rəngə düĢdü. Mən 

də  qızardım.  Bundan  da  pis  duruma  düĢməyi  təsəvvürə 

gətirmək mümkündürmü? 

–  Ledi,  sevgilimi  yanınızdan  apara  bilərəmmi?  – 

Belimi qucaqlayan Kristian məni özünə sarı çəkir. 

 

Dörd  qızın  dördü  də  alıĢıb  yanır,  gülümsəyir  və 



qaynaĢırlar;  Kristianın  füsunkar  təbəssümü  özünə  məxsus 

təsirini  göstərir.  Mia  mənə  baxır  və  gülməli  halda  qaĢlarını 

qaldırır. Ġxtiyarsız gülümsəyirəm. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə