Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə50/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   46   47   48   49   50   51   52   53   ...   172

www.vivo-book.com 

 

290 



Nəzakətli alqıĢlar səslənir və səslərin uğultusu yenidən 

artır.  Mən  Kristianla  babası  arasında  oturmuĢam  və  ağ 

küvert  kart  üzərində  kalliqrafik  xətlə,  gümüĢü  hərflərlə 

yazılmıĢ  adımı  izləyirəm.  Ofisiant  qəndilin  konusĢəkilli 

lampalarını  yandırır.  Karrik  masaya  yaxınlaĢır    və 

təəccübümə səbəb olaraq hər iki yanağımdan öpür. 

–  Sizi  bir  daha  görməyə  çox  Ģadam,  Аnа,  –  deyir. 

Misilsiz qızılı maska onа möhtəĢəmlik görkəmi verir. 

–  Ledi  və  centlmenlər,  zəhmət  olmasa  patnyorunuzu 

seçin! – təĢrifat məmuru qıĢqırır. 

–  Ооо!  Məni,  məni!  –  Mia  dərhal  qıĢqırır  və 

dayanmadan stulundan atılır. 

–  Masanın  ortasında  zərf  tapacaqsınız,  –  mərasimin 

rəhbəri  sözünə  davam  edir.  –  Qoy  hər  biriniz  onu  tapsın, 

xahiĢ  eləsin,  pul  borc  alsın,  ta  ki  ən  böyük  məbləğli  çeki 

oğurlasın,  imkanınız  çatan  qədər.  Üstünə  adınızı  yazın  və 

zərfin içinə qoyun. Bəylər, zəhmət olmasa, bu zərfləri ciddi 

Ģəkildə mühafizə eləyin. Оnlar sonradan bizə lazım olacaq. 

Lənət  olsun!  Özümlə  pul  götürməmiĢəm.  Nə  səfeh  iĢ 

görmüĢəm, axı bu, xeyriyyə balıdır!.. 




www.vivo-book.com 

 

291 



Kristian pulqabısını çıxararaq içindən iki yüz dollarlıq 

çek çıxarır. 

– Al bunu, – mənə deyir. 

Nə? 


– Sonra sənə qaytararam, – pıçıldayıram. 

О,  ağız  büzür,  amma  Ģərh  verməkdən  çəkinir. 

Anlayıram,  narazıdır.  Onun  qələmini  götürürəm,  qapağında 

ağ  çiçək  olan  qara  qələmi  və  öz  adımı  yazıram.  Mia  zərfi 

dairə üzrə bir-bir hamıya ötürür. 

QarĢımda  gümüĢü  kalliqrafik  xətlə  yazılmıĢ  baĢqa  bir 

kart da aĢkarlayıram – menyumuz. 

―BĠR YERDƏ ÖHDƏSĠNDƏN GƏLƏRĠK‖ 

CƏMĠYYƏTĠNĠN ġƏRƏFĠNƏ  

BAL-MASKARAD 

MENYU 

 

Qızıl balıq, qaymaq, xiyar və yağlı ağ bulka tostu ilə 



Olban Eteyt Ruzanna 2006 

Muskuslu ördəyin qızardılmıĢ sinəsi  

Tominamburdan qaymaqlı püre ilə 



www.vivo-book.com 

 

292 



Gilas, kəklikotuyla qızardılmıĢ fua-qra 

ġantonöf-dyu-Pap Vyen Vun 2006/Domen de lya Janas 

 

ġifronlu


5

 biskvit, meyvə və Ģəkər Ģirəsiylə 

Əncir cemi, sabayon

6

, ağcaqayın Ģərbətli dondurma 



Ven de Kostans 2004 Klyayn Konstansiya 

 

Yerli pendir və çörəkdən assorti 



Olban Esteyt QrenaĢ 2006 

 

Qəhvə və ptifur



7

 

 



Hə, indi aydındır, boĢqabımın qarĢısında niyə bu qədər 

müxtəlif ölçülü büllur qədəh var. Ofisiantımız geri dönüb və 

bizə  su,  yaxud  Ģərab  təklif  edir.  Arxamda  çadırın  uclarını 

açaraq,  içəri  girdiyimiz  giriĢi  bağlayırlar.  QarĢıda  isə  iki 

                                                 

5

 nazik ipək və ya pambıq parça 



6

 qəndlə çalınmış yumurta sarısından, çaxır və ədviyyatdan hazırlanan xörək şirəsi 

7

kiçik peçenye 




www.vivo-book.com 

 

293 



adam  örtüyü  aralamıĢdı,  qonaqlar  Sietli  və  Meydenbauer 

körfəzi üzərindən günəĢin qürubunu görə bilirdilər. 

Gözəl  mənzərə  adamı  heyran  edir.  Sakit  körfəzin 

narıncı sularında Sietlin sayrıĢan iĢıqları və opal rəngli səma 

əks olunub. 

Masamıza  əllərində  məcməyi  olan  on  ofisiant 

yaxınlaĢır.  Səssiz  iĢarəylə  onlar  mütləq  Ģəkildə  sinxron 

qaydada  boĢqablarımıza  qəlyanaltı  çəkir  və  yoxa  çıxırlar. 

Qızıl balıq. Hiss eləyirəm ki, yaman acmıĢam. 

–  AcmıĢdınız?  –  Kristian  güclə  eĢidiləcək  tərzdə 

pıçıldayır.  BaĢa  düĢürəm  ki,  o,  yeməkdən  söz  salmır  və 

qarnımın dərinliyindəki əzələlər onun sözlərinə səs verir. 

–  DəhĢətdir,  –  onun  baxıĢını  cəsarətlə  qarĢılayıb 

pıçıldayıram  və  Kristianın  dodaqları  kəsik  tənəffüslə 

aralanır. 

Hа-Hа! Hələ baxarıq bizlərdən kim bu oyunu aparacaq. 

Kristianın  babası  dərhal  mənimlə  söhbətə  baĢlayır. 

Zirək qocadır, о öz qızı və üç nəvəsiylə elə fəxr edir ki! 

Kristianı uĢaq kimi təsəvvür eləmək mənə qəribə gəlir. 

Bədənindəki  yanıq  izləri  o  dəm  ağlıma  gəlir  və  mən  bu 




www.vivo-book.com 

 

294 



fikirləri  baĢımdan  qovuram.  Ġndi  bu  haqda  düĢünmək 

istəmirəm,  halbuki  mahiyyətcə  hazırkı  xeyriyyə  balının 

mənası da elə bundan ibarətdir. 

Heyf  ki,  Keytlə  Eliot  burda  yoxdur.  Оnlar  bu 

mənzərəyə  çox  uyğun  olardılar.  Üstəlik,  masadakı  çoxsaylı 

bıçaq və çəngəllər Keyti hövsələdən çıxarardı. О, hətta Mia 

ilə kimin masabəyi olacağına dair bəhsə də girərdi. Bu fikir 

məndə təbəssüm oyatdı. 

Masa  arxasında  söhbət  öz  axarıyla  gedir.  Mia,  həmiĢə 

olduğu  kimi,  cikkildəyir  və  zavallı  ġonu  tamamilə 

pərdələyib,  ġonsa  mənim  kimi  demək  olar  ki,  susur.  Daha 

çox  nənə  danıĢır.  Onun  zarafatlarında  kinayə  boldur  və 

əsasən,  ərinə  qarĢı  yönəlib.  Tədricən  mister  Trevelyana 

yazığım gəlməyə baĢlayır. 

Kristian  və  Lans  coĢqulu  halda  birincinin  Ģirkətində 

hazırlanan  qurğu  haqda  danıĢırlar,  bu  qurğu  Ernst 

ġumaxerin  ―Balaca  gözəldir‖  prinsipindən  ilhamlanır.  Mən 

çətinliklə  mahiyyəti  qavrayıram.  Deyəsən,  Kristian  bütün 

dünyada yoxsul məhəllələri enerjiylə təmin etmək istəyir və 

bu iĢdə zavod texnologiyalarını tətbiq etməyi nəzərdə tutur: 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə