Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə52/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   48   49   50   51   52   53   54   55   ...   172

www.vivo-book.com 

 

301 



içimdə hirslənir və əl çalıram, lazım gəldikdə, axı hər bir lot 

fantastik məbləğə satılır. 

Aspenə  yollayıĢ,  Kristianın  ianəsi  iyirmi  min  dollara 

dəyərləndirilir. 

– Ġyirmi min – bir, iyirmi min – iki, – aparıcı elan edir. 

Bilmirəm  məni  nə  vadar  elədi,  amma  qəfildən 

hərracdakı uğultunu boğan öz səsimi eĢidirəm: 

– Ġyirmi dörd min dollar! 

Masa  arxasındakı  maskaların  hamısı  lal  iĢarəylə  mənə 

sarı  çönür,  amma  ən  güclü  reaksiya  yanımdakı  adamdan 

duyuram.  Onun  öz  tənəffüsünü  kəskin  Ģəkildə  necə 

dayandırdığını  eĢidirəm,  Kristianın  qəzəbi  dəniz  dalğası 

kimi məni bələyir. 

–  Ġyirmi  dörd  min  dollar,  gümüĢü  maskalı  füsunkar 

ledi. Bir… iki… Satıldı! 

 

 



 

 

 




www.vivo-book.com 

 

302 



7-ci fəsil 

 

Lənət, doğrudanmı mən bu addımı atdım? Ola bilsin ki, 



alkoqolun təsiridir. Bir qədəh Ģampan, üstəgəl dörd qədəh də 

baĢqa  Ģərablardan  içmiĢəm.  Oğrun-oğrun  mənə  əl  çalan 

Kristiana baxıram. 

Ġlahi, indi o, hirslənəcək, halbuki hər Ģey  elə yaxĢı idi 

ki! TəhtəlĢüurum nəhayət ki, özünü tanıtmaq qərarına gəlir, 

üzünə Edvard Munkun ―QıĢqırıq‖ maskasını taxıb. 

Kristian  təbəssümlə  mənə  sarı  əyilir,  geniĢ  və  saxta 

təbəssümlə.  Yanağımdan  öpür,  sonra  qulağıma  buz  kimi 

soyuq və təmkinli səslə pıçıldayır: 

–  Bilmirəm  ehtiramla  sənə  baĢ  əyim,  yoxsa  yaxĢıca 

Ģapalaqlayım və bu səfehliyi baĢından çıxarım. 

Amma  mən  indi  nə  istədiyimi  bilirəm.  Maska 

arxasından baxıram. Kristianın gözlərindəki ifadəni oxumaq 

istəyirəm. 

–  Mən  ikinci  variantı  seçərdim,  –  alqıĢlar  bitdikdə 

coĢquyla pıçıldayıram. 

 



www.vivo-book.com 

 

303 



O, ağzını açır və kəskin halda havanı içinə alır. Аh, bu 

naxıĢlı  dodaqlar,  onlara  necə  də  təslim  olmaq  istəyirəm! 

Mən dəhĢətli dərəcədə onu istəyirəm. Kristian mənə səmimi, 

bərq vuran təbəssümlə cavab verir, havam çatmır. 

–  Əzabı  seçirsən?  YaxĢı,  baxarıq  görək  bunu  necə 

təĢkil eləmək olar … – Barmağını yanağımda gəzdirir. 

Onun toxunuĢu içimin dərinliyində əks-səda verir, ağrı 

və istək intizarının axıb yayıldığı yerdə. Elə burdaca üstünə 

atılmaq istəyirəm, dərhal, amma bunun yerinə biz oturur və 

növbəti lotun necə satılmasına tamaĢa edirik. 

Yerimdə  güclə  otururam.  Kristian  çiynimi  qucaqlayıb, 

onun  böyük  barmağı  ritmik  Ģəkildə  kürəyimi  sığallayır, 

onurğam boyu bədənim ürpəĢir. O biri əliylə əlimi sıxır, onu 

dodağına yaxınlaĢdırır, öz dizinin üstünə qoyur. 

Kristian  bunu  tələsmədən  eləyir,  mən  bu  oyunu 

anlamıram, gecə yarını keçənədək: Kristian əlimi dizinə elə 

qoyur  ki,  onun  ereksiyasını  duyuram.  Diksinirəm,  təlaĢla 

masa  arxasında  oturanlara  nəzər  yetirirəm,  amma  onların 

diqqəti səhnədədir. Nə yaxĢı ki, üzümdə maska var… 



www.vivo-book.com 

 

304 



Fürsətdən  istifadə  edərək  onu  sığallayıram,  onu 

sığallayır və istəklərimin buxovlarını açıram. Kristian əliylə 

əlimin üstünü qapadır, cəsarətli barmaqlarımı gizlədir, o biri 

əliyləsə  arxamı  qıdıqlayır.  Dodaqları  kipləĢib,  kəsik-kəsik 

nəfəs  alır  və  bu  mənim  sadəlövh  toxunuĢlarıma  yeganə 

reaksiyadır.  Amma  mənimçün  bunun  mənası  çoxdur.  O 

məni  arzulayır.  Spazma  qarnıma  yayılır.  Durum  dözülməz 

hala çatır. 

Montanadakı Adriana gölündə bir həftə – hərracın final 

lotu.  Əlbəttə,  mister  Qrey  və  onun xanımının orda  evi  var; 

qiymət  sürətlə  artır,  artıq  artımı  izləmək  gücündə  deyiləm. 

Barmaqlarımın  altında  nəyinsə  kəskin  Ģəkildə  böyüdüyünü 

duyuram və hakimiyyətimin duyumundan baĢım hərlənir. 

 

–  Yüz  on  min  dollara  satıldı!  –  təĢrifat  məmuru 



təntənəylə elan eləyir. 

Gurultulu  alqıĢlar.  Həvəssiz  olaraq  mən  də  buna 

qoĢuluram, elə Kristian da. Həzz korlanıb. 

О, üzünü mənə sarı çevirir və dodaqlarının tərpəniĢiylə 

soruĢur: 



www.vivo-book.com 

 

305 



– Hazırsan? 

BaĢımın hərəkətiylə təsdiqləyirəm. 

– Аnа! – Mia çağırır. – Vaxtdır! 

Nə?.. Yox… Lazım deyil!.. 

– Nəyin vaxtıdı? 

– Ġlk rəqs hərracı. Gedək! – Mia ayağa qalxır və əlini 

mənə uzadır. 

Özümü  itirmiĢ  halda  Kristiana  baxıram;  o  hirslənir, 

mənsə  bilmirəm  gülüm,  yoxsa  ağlayım;  gülüĢ  qalib  gəlir. 

GülüĢ tutmamı boğuram, belə bir Ģey ancaq ciddi bir dərsdə 

məktəbli  qızın  baĢına  gələ  bilər.  Planlarımız  yenə  tar-mar, 

xurd-xəĢil  oldu,  Mia  Qrey  adlı  qırmızı  tankın  tırtılları 

altında. Kristian mənə baxır və onun dodaqlarında təbəssüm 

kabusu peyda olur. 

–  Ġlk  rəqs  mənimlədi,  eləmi?  Həm  də  rəqs 

meydançasında yox, – Kristian ehtirasla qulağıma pıçıldayır. 

 

Artıq  gülürəm,  intizar  yenə  də  içimdə  ehtiras  odu 



yandırıb. Həəə!.. Daxili ilahəm misilsiz Ģəkildə üç dəfə salto 

vururdu. 




www.vivo-book.com 

 

306 



–  Gözləyəcəm,  –  mən  incə tərzdə onun dodaqlarından 

öpürəm.  Ətrafa  boylanaraq  qonaqların  simasında  heyrət 

ifadəsi  görürəm.  Əlbəttə,  onlar  hələ  bir  dəfə  də  olsun 

Kristianı sevgilisiylə birgə görməyiblər. 

Kristianın  dodaqları  geniĢ  təbəssümlə  qaçır.  Və… 

xoĢbəxt görünür. 

– Gedək, Аnа, – Mia tələsdirir. 

 

Mianın  əlindən  tutaraq  ardınca  səhnəyə  gedirəm,  orda 



artıq  on  qız  dayanıb.  Bulanıq  DolaĢıq  ürpəntiylə  onların 

arasında Lilini görürəm. 

– Centlemenlər, axĢamın ən maraqlı hissəsi baĢlayır! – 

təĢkilatçı 

elan  eləyir  və  qələbəliyin  haray-həĢirini 

sakitləĢdirir. – Bu anı hamınız çoxdan gözləyirsiniz! On iki 

füsunkar  ledi  hərraca  özlərinin  ilk  rəqslərini  çıxarıb,  o  ən 

yüksək qiymət təklif eləmiĢ adamlara nəsib olacaq! 

 

 

Оy, yox! Mən təpədən-dırnağacan qızarıram. Ġndiyəcən 



bu hərracın mənasını anlamırdım. Bu ki aĢağılanmadır! 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə