Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə54/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   50   51   52   53   54   55   56   57   ...   172

www.vivo-book.com 

 

312 



tamamlaya  bilmir,  çünki  sözünü  Kristian  kəsir,  maska 

altındakı gözləri iĢıldayır: 

– On min dollar. – Arxamda dayanmıĢ Lilinin inamsız 

halda necə köks ötürdüyünü eĢidirəm. 

ĠĢə bir bax! 

– On beĢ. 

Nə?  Hamımız  çevrilir  və  ucaboy,  zövqlə  geyinmiĢ 

kiĢiyə  baxırıq.  О,  səhnədən  solda  dayanıb.  Özümü  itirmiĢ 

halda  Kristiana  baxıram.  Bu  nə  deməkdir?  Amma  Kristian 

çənəsini  qaĢıyır  və  rəqibinə  baxaraq  kinyəli  Ģəkildə 

gülümsəyir.  Deyəsən,  onlar  tanıĢdır.  Ucaboy  kiĢi  ehtiramla 

Kristianı baĢının hərəkətiylə salamlayır. 

–  Hə,  centlmenlər!  Bu  gün  qiymətlər  yüksəkdir,  – 

aparıcı  özünün  Arlekin  maskası  altında  vəcdə  gəlir.  О, 

Kristiana sarı çönür. ġou maraqlıdır, amma təəssüf ki, mənə 

görə. Hönkürüb ağlamağa hazıram. 

– Ġyirmi, – Kristian sakitcə elan edir. 

Qələbəlik  səsini  boğub.  Hamı  gözünü  mənə,  Kristiana 

və naməlum adama zilləyib. 

– Ġyirmi beĢ, – ucaboy kiĢi deyir. 




www.vivo-book.com 

 

313 



Bundan da pis aĢağılanma mümkündürmü? 

Kristian  laqeyd  halda  ona  baxır,  özü  də  yamanca 

nəĢələnib.  Nə  qərar  qəbul  edəcək?  Ürəyim  gup-gup 

döyünür. Həyəcandan baĢım fırlanır. 

–  Yüz  min  dollar,  –  Kristian  deyir;  onun  səsi  çadırda 

aydın və ucadan yayılır. 

– Paho… – arxamda dayanmıĢ Lili fısıldayır; adamların 

arasında  təəccüb  və  narazılıq  dalğası  yarandı.  Naməlum 

adam  təslim  olma  əlaməti  olaraq  əllərini  havaya  qaldırır  və 

gülür.  Kristian  da  ona  baxaraq  gülümsəyir.  Gözucu 

sevincindən Mianın necə atılıb-düĢdüyünü görürəm. 

–  Füsunkar  Ana  üçün  yüz  min  dollar!  Yüz  min  bir… 

yüz min iki… – TəĢrifat məmuru susur və naməlum adama 

baxır. Adam zarafatcıl təəssüflə baĢını yelləyir və ehtiramla 

təzim eləyir. 

– Satıldı! – təĢrifat məmuru təntənəylə elan edir. 

Qulaqbatırıcı  alqıĢ  tufanı  və  Ģadyanalıq.  Kristian  irəli 

çıxır və əlini mənə uzadaraq səhnədən enməyə kömək edir. 

Səhnədən  enənə  qədər  Kristian  mənə  baxır,  təəccüblü 



www.vivo-book.com 

 

314 



təbəssümlə,  sonra  əlimi  öpür  və  çadırın  çıxıĢına  doğru 

aparır. 


– O kim idi? – soruĢuram. 

О, üzünü mənə sarı çevirir. 

– Onunla sonradan tanıĢ olarsan. Ġndisə sənə baĢqa bir 

Ģey  göstərmək  istəyirəm.  Hərracın  sonuna  hələ  yarım  saat 

var.  Sonra  rəqs  meydançasına  qayıtmalıyıq  ki,  pulunu 

ödədiyim rəqsin dadını çıxarım. 

– Çox bahalı rəqsdi, – narazı halda donquldanıram. 

–  ġübhə  etmirəm  ki,  bu,  verdiyim  pullara  dəyər,  – 

Kristian  bic-bic  güldü.  Аh,  onun  təbəssümündəki  Ģəhvani 

intizar yerinə qayıtdı və bədənimi bürüdü. 

Biz çəmənliyə çıxmıĢıq. Mənsə elə bilirdim ki, o məni 

qayıq  anbarına  aparacaq,  amma  təəssüf  ki,  biz  rəqs 

meydançasına sarı gedirik, musiqiçilər artıq ordakı yerlərini 

tutublar. Sayları iyirmidən az olmaz. Ətrafda bir neçə qonaq 

veyllənir,  gizlicə  Ģəkillər  çəkilirdi,  amma  əsas  hadisələr 

çadırda  cərəyan  elədiyindən  kimsənin  diqqətini  cəlb 

eləmirik. 



www.vivo-book.com 

 

315 



Kristian  məni  evin  arxa  hissəsinə  aparır  və  fransız 

pəncərəsini açır, buradan komfortlu qonaq otağına yol açılır, 

mən  oranı  hələ  görməmiĢəm.  Biz  boĢ  zaldan  keçirik  və 

dolama,  cilalı  ağacdan  düzəldilmiĢ  pilləkənlə  yuxarı 

qalxırıq.  Əlimdən  tutaraq  Kristian  məni  ikinci  mərtəbəyə, 

sonra  üçüncüyə  aparır.  Ağ  rəngli  qapını  açaraq  yataq 

otağının içinə itələyir. 

–  Bu,  mənim  otağımdı,  –  sakitcə  məlumat  verir  və 

qapını içəridən bağlayır. 

Otaq  geniĢ,  divarlar  ağdır.  Mebel  azdır,  o  da  ağ 

rəngdədir: ikinəfərlik çarpayı, yazı masası və stullar, kitabla 

və  müxtəlif  mükafatlarla  (deyəsən,  kikboksinq  üzrə)  dolu 

rəflər.  Divarlarda  filmlərin  plakatları:  ―Matriks‖,  ―DöyüĢ 

klubu‖,  ―Trumanın  Ģousu‖,  eyni  zamanda  kikboksçuların 

posterləri.  Birinin  adı  Cüzeppe  de  Nataledir  –  adını  heç 

eĢitməmiĢəm. 

Amma  məni  masanın  üstündəki  ağ  lövhə  cəlb  edir: 

onun  üzərində  çoxlu  foto,  idman  mükafatları  və  kəsik 

biletlər  var.  Bu,  yeniyetmə  Kristianın  ömrünün  bir  hissəsi 

idi.  Yenidən  bu  yaraĢıqlı  kiĢiyə  göz  zilləmiĢəm,  o,  otağın 




www.vivo-book.com 

 

316 



ortasında dayanıb.  Mənə baxır, baxıĢları  adamı  dəli keçirdi 

və həyəcanlandırırdı. 

– Mən heç vaxt bura qız gətirməmiĢəm, – mızıldanır. 

– Heç vaxt? – pıçıldayıram. 

О, baĢını yelləyir. 

Ġxtiyarsız halda udqunuram, məni artıq bir neçə saatdır 

ki,  narahat  edən  ağrı  indi  cövlan  edir  və  yanğımın 

söndürülməsini tələb edir. Və budur, sevimli kiĢi burda, göy 

xalının  üzərində  dayanıb,  maskada…  həddindən  artıq 

erotikdir.  Onu  istəyirəm.  Dərhal.  Özümü  güclə  ələ  alıram, 

üstünə atılmaq və əynini soyundurmaqdan güclə saxlanıram. 

О, asta-asta mənə yaxınlaĢır, rəqs edərək. 

–  Vaxtımız  çox  deyil,  АnasteyĢa.  Amma  aclığımızı 

nəzərə alaraq bizə çox Ģey lazım da deyil. Çevril. Ġcazə ver, 

səni bu paltardan xilas edim. 

Çevrilirəm  və  qapıya  baxıram,  bağlı  olmasına 

sevinirəm. Kristian əyilir və qulağıma pıçıldayır: 

– Maskanı çıxarma. 

Bədənim  ürpənir.  Ġçimdən  inilti  çıxır.  Halbuki  o  mənə 

hələ mənə heç toxunmayıb da. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə