Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə57/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   53   54   55   56   57   58   59   60   ...   172

www.vivo-book.com 

 

327 



–  Mister  Qrey,  heç  mən  də  bilmirdim.  Məncə,  bunun 

günahı son təcrübədədir. О mənə çox Ģey öyrətdi. 

– Hər ikimizə. 

 

Kristian yenə də ciddiləĢib. Ġndi mənə elə gəlir ki, rəqs 



meydançasında yalnız ikimiz varıq və orkestr. Biz öz ayrıca 

hava Ģarımızdayıq. 

Mahnı  bitir  və  biz  əl  çalırıq.  Müğənni  Sem  ehtiramla 

təzim edərək öz orkestrini təqdim eləyir. 

– Ledini rəqsə dəvət edə bilərəm? 

Ucaboy  kiĢini  tanıyıram,  hərracda  Kristianla  rəqabət 

aparmıĢ adam idi. Kristian həvəssiz əlimi buraxır, amma özü 

də heyrət içindədir. 

–  Bəli,  buyurun.  АnasteyĢa,  bu  Con  Flinndir.  Con, bu 

AnasteyĢadır. 

Lənət Ģeytana! 

Kristian  gülümsəyir  və  rəqs  meydançasının  kənarına 

çəkilir. 

– AxĢamınız xeyir, АnasteyĢa, – doktor Flinnn deyir və 

mən Ģivəsindən onun ingilis olduğunu anlayıram. 



www.vivo-book.com 

 

328 



– Salam, – cavab verirəm. 

Orkestr  baĢqa  bir  mahnını  ifa  eləməyə  baĢlayanda 

doktor  Flinn  də  rəqs etməyə  baĢladı. О, yetərincə  cavandır, 

düĢündüyümün əksinə olaraq, hərgah üzünü görə bilmirəm. 

Maskası  Kristianın  maskasına  oxĢayır.  Ucaboydur,  amma 

Kristian  qədər  yox  və  onun  kimi  ahəngdar  hərəkətlərə  də 

malik deyil. 

Daha nə deyim? SoruĢum ki, niyə Kristianın qeyri-sabit 

xarakteri var? Üstəlik, niyə Flinn mənə üstünlük verib? Bu 

ondan öyrənmək istədiyim yeganə Ģeydir, amma nədənsə bu 

sual mənə kobud görünür. 

–  Sizinlə  nəhayət  Ģəxsən  tanıĢ  olmağıma  çox  Ģadam, 

АnasteyĢa. Bura xoĢunuza gəlir? 

– XoĢuma gəlirdi, – pıçıldayıram. 

–  Оо,  ümid  edirəm,  əhval-ruhiyyənizin  dəyiĢməyində 

mən  təqsirkar  deyiləm.  –  О,  hərarətlə  gülümsəyir  və  mən 

daxilən sərbəstləĢməyə çalıĢdım. 

–  Doktor  Flinn,  psixiatrsınız.  Və  mənə  görün  nə 

deyirsiniz. 

О gülümsəyir. 




www.vivo-book.com 

 

329 



–  Problem  də  elə  bundadır,  deyilmi?  Məni  psixiatr 

olmağımda? 

Hırıldayıram. 

–  Məndə  nəsə  xoĢagəlməz  bir  Ģey  tapmağınızdan 

narahatam,  ona  görə  də  bir  azca  xəcalət  çəkirəm. 

Ümumiyyətlə, sizdən Kristian haqda soruĢmaq istərdim. 

–  Birincisi,  mən  iĢ  baĢında  yox,  xeyriyyə 

tədbirindəyəm, – o, təbəssümlə pıçıldayır. – Ġkincisi, sizinlə, 

həqiqətən, Kristian haqda danıĢa bilmərəm. Bundan baĢqa, – 

məni cırnadır, – hələ ay var, gün var.... 

Təəccüblə ona baxıram. 

– Bu, peĢə zarafatımızdır, АnasteyĢa. 

Utanıram və rəng verib-rəng alıram, sonra azacıq qərəz 

duymağa baĢladım. О, Kristianla bağlı zarafatlar edir. 

– 

Siz 


yalnız 

mənim 


Kristiana 

dediklərimi 

təkrarladınız… sizin bahalı Ģarlatan olmağınızı. 

Doktor Flinn qəhqəhə çəkir. 

– Təxminən siz deyən kimidir. 

– Ġngilissiniz? 

– Bəli. Londonda doğulmuĢam. 



www.vivo-book.com 

 

330 



– Bura necə gəlib çıxmısınız? 

– Bəxtim belə gətirib. 

– Özünüz haqda danıĢmağa xəsislik edirsiniz, düzdür? 

– DanıĢılası xüsusi bir Ģey yoxdur. Mən adi və sadə bir 

adamam. 

– Təvazökarlığa bax ha! 

–  Bu,  Britaniya  cəhətidir.  Xüsusən,  milli  səciyyəmizə 

uyğun. 


– Аа. 

–  Mən  də  sizi  eyni  Ģeydə  ittiham  edə  bilərəm, 

АnasteyĢa. 

– Elə mən də adi bir qadınam, doktor Flinn. 

О fınxırır. 

– Yox, АnasteyĢa. Siz qapalı olmağa meyillisiniz. 

–  Özüm  haqda  danıĢılası  heç  nə  yoxdur,  – 

gülümsəyirəm. 

–  Buna  böyük  Ģübhəm  var,  –  qəfildən  o,  üzünü 

turĢudur. 

Qızardım.  Musiqi  bitən  kimi  Kristian  yanımda  peyda 

olur. Doktor Flinn məni sərbəst buraxır. 




www.vivo-book.com 

 

331 



– Sizinlə tanıĢlığa Ģad oldum, АnasteyĢa. 

 

О, yenə də hərarətlə gülümsəyir və duyuram ki, qapalı 



testdən keçmiĢəm. 

– Con, – Kristian ona təzim eləyir. 

–  Kristian, –  Doktor  Flinn təzimə  cavab verir,  çevrilir 

və qələbəlikdə yox olur. 

Kristian  çiyinlərimi  qucaqlayır  və  növbəti  rəqsə 

hazırlaĢır. 

– O, düĢündüyümdən də cavanmıĢ, – donquldanıram. – 

Həm də dəhĢətli dərəcədə hövsələsizdir. 

Kristian təəccüblə baĢını yana əyir. 

– Hövsələsiz? 

– Hə, mənə hər Ģeyi danıĢdı, – zarafat eləyirəm. 

Kristian gərilir. 

– Belə olan halda Ģələ-küləni toplaya bilərsən. Əminəm 

ki,  mənimlə  bir  daha  üz-üzə  gəlmək  istəməzsən,  –  sakitcə 

deyir o. 

Yerimdə donub qalıram. 




www.vivo-book.com 

 

332 



–  Narahat  olma  heç  nə  deməyib!  –  Səsimdəki  təlaĢ 

duyulur. 

Kristian  özünü itirmiĢ halda gözlərini  döyür, sonradan 

sifəti açılır. О, yenidən məni qolları arasına alır. 

–  Onda  rəqsdən  həzz  alaq,  –  sevinclə  gülümsəyərək 

məni fırladır. 

Niyə  elə  düĢündü  ki,  onu  ata  bilərəm?  BaĢa 

düĢmürdüm. 

Biz  bir  az  da  rəqs  meydançasında  qalırıq  və  qəfildən 

duyuram ki, ayaqyoluna ehtiyacım var. 

– Ġndi dönürəm. 

Yolda  xatırlayıram  ki,  çantamı  banket  masasında 

unutmuĢam,  çadıra  doğru  gedirəm.  Ġçəridəki  qəndillər  hələ 

də yanmaqdadır, amma çadırda heç kim yoxdur, yalnız uzaq 

küncdə bir cütlük oturub. Çantamı götürürəm. 

– АnasteyĢa? 

Zərif  səsdən  diksinirəm.  Ətrafa  boylanıram  və  qara 

məxmərdən  olan  uzun,  dar  paltarlı  qadını  görürəm.  Onun 

zövqlü,  qızılı  saplı  maskası  baĢqalarının  maskalarına 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə