Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə58/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   54   55   56   57   58   59   60   61   ...   172

www.vivo-book.com 

 

333 



oxĢamır.  Maska  sifətinin  yuxarı  hissəsini  və  saçlarını 

bütünlüklə örtüb. 

– Burda tək olmanıza elə Ģadam ki, – yavaĢca deyir o. – 

Bütün axĢamı sizinlə təklikdə danıĢmağa fürsət axtarırdım. 

– BağıĢlayın, kim olduğunuzu bilmirəm. 

О, maskanı çıxarardır və üzü, saçları görünür. 

Lənət Ģeytana! Bu, missis Robinsondur. 

– BağıĢlayın, sizi qorxutdum. 

Ağzım açılı halda ona baxıram. Lənət Ģeytana, bu qadın 

məndən nə istəyir? 

AzyaĢlıları yoldan çıxaran bu qadınla necə davranmalı 

olduğumu bilmirəm. О, nəzakətlə gülümsəyir və jestlə masa 

arxasında  əyləĢməyi  təklif  edir.  Qəfil  yaxalandığımdan 

nəzakət xətrinə onun dediyi hər Ģeyi edirəm. Ancaq üzümdə 

maska olmasına sevinirəm. 

–  Mən  çox  qısa  danıĢacam,  АnasteyĢa.  Haqqımda  nə 

düĢündüyünüzü bilirəm… Kristian mənə deyib. 

Laqeyd  halda  onu  dinləyirəm,  amma  ona  qarĢı 

münasibətimi bilməsi nisbətən məni rahatlatdı. Bu məni öz 

Ģəxsi  rəyimi  söyləmək  zərurətindən  azad  edirdi.  Bundan 




www.vivo-book.com 

 

334 



baĢqa, qəlbimin dərinliyində onun nə söyləyəcəyi mənimçün 

maraqlıdır. 

Qadın susur və çiynimin üstündən nəyəsə baxır. 

– Teylor bizi izləyir. 

Geri  boylanıram  və  görürəm  ki,  Teylor  çadırın 

giriĢində dayanıb. Soyer də onunladır. Оnlar bizi yox, harasa 

baĢqa nöqtəyə göz zilləyib. 

–  YaxĢı,  çox  danıĢmayacam,  –  tələsik  deyir  o.  –  Siz 

yəqin  ki,  bilirsiniz  ki,  Kristian  sizə  aĢiqdir.  Onu  heç  vaxt, 

heç vaxt belə görməmiĢəm, – o, zamanı xüsusi vurğulayır. 

Nə?  Məni  sevir?..  Yox.  Bunu  mənə  niyə  deyir  axı? 

Məni əmin eləmək üçün? Anlamıram. 

– O bunu sizə deməyəcək, çünki ola bilsin ki, özü bunu 

dərk  eləmir,  hərgah  bunu  özüm  ona  demiĢdim.  Kristiandır 

da.  О  özündə  yaranan  pozitiv  hisslər  və  emosiyalardan 

yapıĢır.  Amma  neqativlərdən  daha  möhkəm.  Ola  bilsin  ki, 

bunu  anlamısınız.  Kristian  özünü  pozitiv  Ģeylərə  layiq 

bilmir. 



www.vivo-book.com 

 

335 



Özümü itirmiĢ halda oturmuĢam. Kristian məni sevir?.. 

O bu məhəbbət haqda mənə heç nə deməyib, bu qadınsа ona 

duyğularını anladıb? Hər Ģey necə də qəribədir. 

ġüurumda  yüzlərlə  fikir  rəqs  edir:  аyped, helikopterdə 

uçuĢ,  mənimlə  görüĢ  naminə,  onun  bütün  davranıĢı, 

qısqanclığı, rəqs üçün ödədiyi yüz min dollar. Bu eĢqdir? 

Sevgi haqqında bu qadından söz eĢitməyi, sözün düzü, 

baĢa  düĢmürdüm.  Bunu  Kristianın  özündən  eĢitməyi  üstün 

tutardım. 

Qəlbim sıxılır. Özünü mənə layiq bilmir? Niyə? 

– Mən hələ heç vaxt onu belə xoĢbəxt görməmiĢəm və 

aydındır  ki,  siz  də  ona  eyni  hisslər  bəsləyirsiniz,  –  qadının 

dodaqlarında ani təbəssüm peyda olur. – Bu yaxĢıdır və mən 

hər  ikinizə  ən  səmimi  diləklərimi  bildirirəm.  Demək 

istədiyim budur ki, əgər bir daha onun xətrinə dəysəniz, sizi 

tapacam, ledi və aqibətiniz çox pis olacaq. 

Qadın  mənə  baxır;  gözündəki  mavi  buz  parçaları 

beynimi dəlir, maskanın altına girməyə çalıĢır. Onun təhdidi 

o qədər təəccüblü və ani oldu ki, inamsız halda gülümsədim. 

Ondan nə desən gözləyirdim, amma bunu yox. 




www.vivo-book.com 

 

336 



– Sizcə, bu gülməlidir? – o acıqlanır. – Ötən Ģənbə onu 

görsəydiniz, bilərdiniz nə haldaydı. 

Üzümə  kədər  çökür.  Bədbəxt  Kristian  haqda  fikir 

xoĢagəlməzdir, axı ötən Ģənbə onu atıb getmiĢdim. Yəqin ki, 

Kristian  missis  Robinsonun  yanına  gedib.  Nifrətdən 

titrədim.  Niyə  burda  oturub  onun  səfeh  söhbətinə  qulaq 

asıram? YavaĢca ayağa qalxıram, gözümü ondan çəkmirəm. 

–  Həyasızlığınız  məni  güldürür,  missis  Linkoln. 

Kristianla  münasibətlərimizin  sizə  heç  bir  dəxli  yoxdur. 

Əgər  onu  atıb  getsəm,  yanıma  gələcəksiniz  və  mən  sizi 

gözləyəcəm,  buna  əmin  olun.  Ola  bilsin  ki,  sizə  öz 

məlhəminizi  sınamaq  imkanı  verdim,  on  beĢ  yaĢlı  uĢağı 

yoldan  çıxartdığınız  və  onsuz  da  korlanmıĢ,  biryolluq 

korladığınız uĢaq üçün istifadə elədiyiniz məlhəmi. 

Onun ağzı açıla qalır. 

–  Ġndisə  bağıĢlayın.  Məni  sizinlə  söhbətdən  də  xoĢ 

Ģeylər gözləyir. 

Kəskin  Ģəkildə  çevrildim;  adrenalin  və  qəzəb 

bədənimdə  qaynayıb  daĢır.  Çadırın  çıxıĢına  doğru  gedirəm, 



www.vivo-book.com 

 

337 



Teylor orda dayanıb. Bu vaxt həyəcanlanmıĢ Kristian peyda 

olur. 


–  Deməli,  burdasan,  –  donquldanır,  sonra  Yelenanı 

görüb pəriĢan olur. 

Susqun  halda  yanından  keçib  gedirəm,  ona  seçim 

imkanı  verirəm  –  onunla  özüm  arasında.  О,  düzgün  seçim 

edir. 

– Аnа, – Kristian haylayır. Dayanıb ona baxıram. – Nə 



baĢ verib? 

–  Niyə  bunu  keçmiĢ  sevgilindən  soruĢmayasan?  – 

kinayəylə maraqlanıram. 

Kristian ağzını əyir, baxıĢı buzlaĢır. 

–  Mən  səndən  soruĢuram,  –  o,  incə  tərzdə  etiraz  edir, 

amma səsində təhdidli notlar var. 

Acıqlı halda bir-birimizə baxırıq. 

Görürəm ki, hər Ģeyi ona danıĢsam, məsələ davayla bitə 

bilər. 

–  Mənə  dedi  ki,  bir  daha  xətrinə  dəysəm,  evimə 



gələcək, güman ki, qamçıyla. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə