Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə60/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   56   57   58   59   60   61   62   63   ...   172

www.vivo-book.com 

 

344 



dil açmadı. Yalnız fortepianoda ifa etməklə özünə gələ bildi. 

Hə,  əlbəttə,  bir  də  Mianın  peyda  olması  ilə.  –  Karrikin 

dodaqları incə təbəssümdən dartılıb uzanır. 

– О, gözəl fortepiano çalır, peĢəkarcasına. Onunla fəxr 

edə  bilərsiniz,  –  deyirəm,  amma  heç  cür  özümə  gələ 

bilmirəm: dəhĢətə bax, iki il kəlmə kəsməyib… 

–  Bəli,  biz  fəxr  edirik.  О,  məqsədyönlü,  fərasətli  və 

ağıllı  oğlandı.  Sizə  bir  sirr  açım,  AnasteyĢa,  anasıyla  birgə 

onu  bugünkü  kimi  görməyə  çox  Ģadıq,  gənc,  qayğısız. 

Onunla  təəssüratlarımızı  artıq  bölüĢmüĢük.  Buna  görə  sizə 

minnətdar olmalıyıq. 

 

Deyəsən, baĢdan-ayağadək qızardım. Ġndi nə deyim? 



–  O  həmiĢə  yalqız  olub.  Biz  artıq  onun  kimisə  özünə 

həmdəm  tapacağına  inanmırdıq.  XahiĢ  edirəm  dayanmayın, 

nə edirsinizsə edin. Onu bu cür xoĢbəxt görmək çox xoĢdur. 

–  Qəfildən  Karrik  susur,  sanki  qadağan  olunmuĢ  əraziyə 

ayaq basıb. – BağıĢlayın sizi utandırmaq istəmirdim. 

BaĢımı yelləyirəm. 




www.vivo-book.com 

 

345 



–  Mən də  onu xoĢbəxt  görmək  istəyirəm,  –  baĢqa  söz 

tapmayaraq donquldanıram. 

–  Çox  Ģadam  ki,  bu  gün  bizə  gəldiniz.  Sizi  bir  yerdə 

görmək çox xoĢdur. 

Melodiyanın  son  notları  bitdikdə  Karrik  ədəblə  təzim 

eləyir və mən də cavab olaraq qarĢılıq verdim. 

–  Bəsdi  qocalarla  rəqs  elədin.  –  Kristian  yenidən 

yanımdadır. Karrik Ģən halda gülür. 

– Mənə hansı cəsarətlə ―qoca‖ deyirsən, oğlum. Mənim 

də  unudulmaz  anlarım  olub,  –  Karrik  zarafatla  mənə  göz 

vurub tünlüyə qarıĢdı. 

–  Deyəsən,  atamın  xoĢuna  gəlmisən,  –  Karriki 

baxıĢlarımızla ötürərkən Kristian mızıldanır. 

–  Niyə  də  xoĢuna  gəlməyim?  –  ədabazlıqla  soruĢur, 

kirpiklərim arasından ona baxıram. 

– Doğru sualdı, miss Stil, – o məni qucaqlayır və bu an 

orkestr ―It Had to Be You‖ mahnısını ifa eləyir. 

– Mənimlə rəqs elə, – Kristian ehtirasla pıçıldayır. 

–  Məmnuniyyətlə,  mister  Qrey,  –  gülümsəyirəm  və  o 

yenidən məni rəqs meydançasında fırladır. 




www.vivo-book.com 

 

346 



 

Gecə  yarısı  biz  çadırla  qayıq  sarayı  arasındakı  sahilə 

gedirik. Bütün qonaqlar ora toplaĢıb ki, atəĢfəĢanlığa tamaĢa 

eləsinlər.  TəĢkilatçı  yenə  vəzifə  baĢındadır,  maskaları 

çıxarmağa  icazə  verib  ki,  Ģouya  yaxĢıca  tamaĢa  edə  bilək. 

Kristian  əlini  çiynimə  atıb,  amma  bilirəm  ki,  Teylor  və 

Soyer  hardasa  yaxınlıqdadır,  güman  ki,  qələbəliyin  içində. 

Onlar  ətrafa  göz  gəzdirir,  sahil  körpüsünə,  orda  iki  qara 

paltarlı  texnik  atəĢfəĢanlığa  hazırlıq  görür.  Teyloru 

gördükdə  Leylanı  xatırlayıram.  Bəlkə  də  o,  hardasa 

buralardadır. Lənət olsun! Leyla haqda düĢünərkən bədənim 

ürpəĢir  və  mən  Kristiana  qısılıram.  O,  təəccüblə  çininin 

üstündən mənə baxır və məni daha möhkəm qucaqlayır. 

– Hər Ģey qaydasındadı, balaca? Donmusan? 

– Yox, donmamıĢam. 

 

Cəld  ətrafa  boylanıram  və  yanımızda  dayanmıĢ, 



adlarını  unutduğum  iki  cangüdəni  görürəm.  Kristian  məni 

qarĢısında dayandırır və əllərini çiyinlərimə qoyur. 




www.vivo-book.com 

 

347 



Qəfildən  tərsanə  üzərində  klassik,  saundtrekdəki  kimi 

gurultu  qopur  –  bammm!  Ġki  raket  göyə  uçur  və  körfəz 

üzərində  qulaqbatırıcı  gurultuyla  partlayır,  narıncı  və  ağ 

qığılcımlarla  ətrafı  iĢıqlandırırlar,  qığılcımlar  körfəzin  sakit 

sularında  əks  olunur,  sanki  parlayan  leysandır.  Ağzı  açıla 

halda havaya qalxan daha bir neçə raketə tamaĢa eləyirəm. 

Bu  cür  möhtəĢəm  bir  Ģounu  sonuncu  dəfə  harda 

gördüyümü xatırlaya bilmirəm, bəlkə də televizorda, amma 

bu hesaba alınmır. Və bütün bunlar musiqi sədaları, ―ah‖lar, 

―oh‖lar  altında  baĢ  verir.  Bir  partlayıĢın,  uçuĢun  ardınca 

ikincisi, yenə və bir daha. Doğrudan da möhtəĢəmdir! 

Körfəzdə quraĢdırılmıĢ fontanda bir neçə gümüĢü iĢıqlı 

fəvvarə on iki funt hündürlüyə havaya qalxır, mavi, qırmızı, 

narıncı  rənglər  alır  və  yenidən  gümüĢü  çalara  bürünür.  Bu 

anda yeni –yeni raketlər partlayır və musiqi zilə qalxır. 

Heyranlıq  təbəssümündən  artıq  üzümün  əzələləri 

ağrıyır. Kristiana baxıram, o da uĢaq kimi bu misilsiz Ģouya 

heyran  qalıb.  Nəhayət,  altı  raketdən  ibarət  qatar  zülmət 

səmaya qalxır və eyni vaxtda partlayır, körfəzin üstünü qızılı 



www.vivo-book.com 

 

348 



rəngə boyayırlar. Qələbəlik cuĢa gəlib, alqıĢlar uzun müddət 

dayanmır. 

– Ledi və centlemenlər, – təĢkilatçı qıĢqırır, səs-küy və 

fit  səsləri  bitir.  –  Bu  füsunkar  gecənin  sonunda  sizə  bunu 

bildirmək  istəyirəm:  bu  gün  sizin  səxavətiniz  ―Birlikdə 

öhdəsindən gələrik‖ proqramına ümumən bir milyon səkkiz 

yüz əlli üç min dollar gəlir gətirdi! 

Yenidən  alqıĢlar  səslənir,  fontanda  isə  qığılcım 

axınından bir cümlə yaranır: ――Birlikdə öhdəsindən gələrik‖ 

adından  çox  sağ  olun‖.  Hərflər  uzun  müddət  sayrıĢır  və  su 

üzərində əks olunur. 

–  Аh,  Kristian…  bu  çox  gözəl  tamaĢa  idi.  –  Mən 

heyranlıqla gülümsəyirəm, o əyilir və məni öpür. 

– Getmək vaxtıdı, – deyir və onun sözlərindən çoxsaylı 

vədlər oxunur. 

Birdən hiss etdim ki, dəhĢətli dərəcədə yorulmuĢam. 

Ətrafımızı  sarmıĢ  qələbəlik  tədricən  seyrəlir.  Kristian 

və Teylor heç nə danıĢmır, amma onların arasında nəsə baĢ 

verir. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə