Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə62/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   58   59   60   61   62   63   64   65   ...   172

www.vivo-book.com 

 

355 



Kristian  yanımda  oturur  və  açılmamıĢ  zərfi  mənə  uzadır. 

Teylor və Soyer ön oturacaqlara əyləĢir. 

–  Məktub  sənədi.  Qulluqçulardan  kimsə  onu  Soyerə 

verib.  Ola  bilsin  ki,  hansısa  pərəstiĢkarındandı,  –  Kristian 

narazı halda ağzını əyir. Əlbəttə, bu fikir ona xoĢ gəlmir. 

Key  halda  zərfə  baxıram.  Görən  kimdəndir?  Zərfi 

açıram və solğun iĢıq altında ismarıĢı cəld oxuyuram. Lənət 

Ģeytana,  məktub  missis  Robinsondandır!  Niyə  məni  rahat 

buraxmır? 

Ola  bilsin  ki,  sizinlə  bağlı  yanılmışam.  Siz  də  mənim 

haqqımda  yanlış  fikirdə  olmusunuz.  Boşluqları  doldurmaq 

lazım gələrsə, mənə zəng edin, bir yerdə yemək yeyə bilərik. 

Kristian  istəmir  ki,  sizinlə  danışım,  amma  mən  sizə  kömək 

etməklə  xoşbəxt  olardım.  Məni  düzgün  başa  düşün.  Sizin 

birliyinizi  təqdir  edirəm,  inanın,  amma  onun  xətrinə 

dəysəniz…  Оnsuz  da  o  qədər  incidilib  ki.  Mənə  zəng  edin: 

(206) 279-6261. 

Missis Robinson 

Lənət  Ģeytana,  məktubun  altında  ―missis  Robinson‖ 

imzasını qoyub! Kristian ona deyib … Düdəmə! 



www.vivo-book.com 

 

356 



– Ona demisən? 

– Nə demiĢəm? Kimə? 

–  Ona  ―missis  Robinson‖  dediyimi,  –  burunaltı 

mızıldanıram. 

– Məktub Yelenadandı? – Kristian dəhĢətə gəlir. – Bu, 

artıq  gülməlidi,  –  o  deyinir,  ovcunu  saçlarında  gəzdirir. 

Görürəm ki, o qıcıqlanıb. – Sabah onunla danıĢaram. Ya da 

bazar ertəsi. 

Bunu  etiraf  eləməyə  utansam  da,  bir  qədər  xoĢhalam. 

TəhtəlĢüurum  müdrik  görkəmlə  baĢını  tərpədir.  Yelena  onu 

hirsləndirir, bu yaxĢı əlamətdir, sözsüz ki. Ümumən, hələlik 

ona  heç  nə  deməyəcəm,  amma  zərfi  çantama  qoyuram. 

Əhval-ruhiyyəni  yaxĢılaĢdırmaq  üçünsə  Ģarları  ona 

qaytarıram. 

– Gələn dəfədəyək, – mızıldanıram. 

О,  yarıqaranlıqdan  mənə  sarı  baxır  və  yəqin  ki, 

gülümsəyir,  halbuki  sifəti  heç  görünmür.  Sonra  əlimi  tutur 

və möhkəm sıxır. 

Qaranlığa  boylanıram  və  bu  uzun  günü  xatırlayıram. 

Kristian  haqda  çoxlu  fakt  öyrənmiĢəm:  salonlar,  ―yol 




www.vivo-book.com 

 

357 



xəritəsi‖,  uĢaqlıq,  –  amma  daha  çox  öyrənməliyəm.  Bəs 

missis  R.  necə  olsun?  Hə,  ondan  ötrü  narahatlıq  keçirir, 

deyəsən,  çox.  Bunu  görürəm.  О  da  qadına  çox  yaxĢı 

münasibət  bəsləyir,  amma  R.  kimi  deyil.  Bilmirəm  nə 

düĢünüm. Bütün bu informasiyadan baĢım ağrıyır. 

Kristian məni oyadır, ―Eskala‖ya çatmıĢıq. 

– Səni əlimdə aparım? – nəvaziĢlə soruĢdu. 

Yuxulu halda baĢımı bulayıram. Lazım deyil. 

Liftin  yanında  dayandıqda,  ona  söykənirəm  və  baĢımı 

çiyninə  qoyuram.  Soyer  qarĢımızda  dayanıb  və  naqolay 

tərzdə bir ayağını götürüb o birini qoyur. 

– Uzun bir gün oldu, hə, АnasteyĢa? 

BaĢımın hərəkətiylə təsdiqləyirəm. 

– Yorulmusan? 

BaĢımın hərəkətiylə təsdiqləyirəm. 

– Heç söhbətcil deyilsən. 

BaĢımın  hərəkətiylə  təsdiqləyirəm  və  Kristian 

gülümsəyir. 

– Gedək. Səni yatağına qoyum. 



www.vivo-book.com 

 

358 



Kristian  əlimdən  tutur  və  biz  liftdən  çıxırıq,  amma 

foyedə ayaq saxlayırıq. Və bu an Soyer əlini yuxarı qaldırır. 

Həmin  andaca  yuxum  qaçır.  Soyer  əlinin  içindəki  cihaza 

nəsə deyir. Heç bilmirdim ki, üstündə danıĢıq cihazı var. 

– YaxĢı, Ti, – deyir və bizə sarı çevrilir. – Mister Qrey, 

miss  Stilin  ―Audi‖sini  təkərlərinə  ĢiĢ  batırılıb,  maĢının  da 

üstünə rəng atılıb. 

Lənət  Ģeytana!  Mənim  maĢınım!..  Bunu  kim  edə 

bilərdi?  Bu  məsələni  beynimdə  çözən  kimi  cavab  hazırdır. 

Leyla. Kristiana baxıram. Оnun rəngi ağarıb. 

–  Teylor  cinayətkarın  mənzilə  girə  bilməsindən 

narahatdır. О hər Ģeyi yoxlamaq istəyir. 

– Aydındı, – Kristian pıçıldayır. – Teylor nə edir? 

–  О,  Rayan  və  Reynoldsla  birgə  xidməti  liftlə  yuxarı 

qalxır.  Оnlar  mənzilə  baxıĢ  keçirib  sonra  bizə  məlumat 

verəcəklər. Mən sizinlə qalıram, ser. 

–  Minnətdaram,  Soyer.  –  Kristian  məni  möhkəm 

qucaqlayır.  –  Hə,  gün  yaman  uzanır,  – kədərlə  köks  ötürür 

və  burnunu  saçlarıma  dayayır.  –  Bura  baxın,  mən  burda 

dayanıb gözləyə bilmərəm. Soyer, miss Stilin qayğısına qal. 




www.vivo-book.com 

 

359 



Onu  mənzilə  buraxma,  Teylor  izn  verənədək.  Ola  bilsin  ki, 

Teylor təhlükəni ĢiĢirir. Leyla mənzilimə girə bilməzdi. 

Nə? 

– Yox, Kristian, mənimlə qal, – yalvarıram. 



– Sənə deyiləni elə, АnasteyĢa. Burda gözlə. 

Yox! 


– Soyer! – Kristian deyir. 

Soyer  foyenin  qapısını  açır,  Kristianı  mənzilə  buraxır, 

arxasınca qapını bağlayır və qarĢısında durur, laqeyd nəzərə 

mənə baxır. 

Lənət  Ģeytana!  Kristian!  BaĢımda  min  cür  dəhĢətli  Ģey 

dolaĢır,  amma  mənə  bir  Ģey  qalır:  gözləmək,  gözləmək, 

gözləmək. 

 

 



 

 

 



 

 



www.vivo-book.com 

 

360 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə