Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə53/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   49   50   51   52   53   54   55   56   ...   172

www.vivo-book.com 

 

307 



– Pullar xeyir bir iĢə sərf olunacaq, – Mia narahatlığımı 

hiss  edərək  qulağıma  pıçıldayır.  –  Həm  də  Kristian  hamıya 

qalib  gələcək.  –  О  gülümsəyir.  –  Təsəvvürümə  də  gətirə 

bilmərəm  ki,  o  bu  yarıĢda  kiməsə  uduzmağı  özünə  rəva 

bilsin. Axı bütün gecəni gözünü səndən çəkməyib. 

Hə,  mən  fikrimi  xeyirxah  iĢə  cəmləĢdirəcəyəm, 

Kristiansa mütləq hamıya qalib gələcək. Axı pulu itətökdür. 

―Yenə  də  sənə  görə  sağa-sola  pul  səpməli  olacaq!‖  – 

təhtəlĢüurum  mızıldadı.  Axı  mən  ondan  baĢqa  heç  kimlə 

rəqs eləmək istəmirəm, istəmirəm və bacarmaram: o, pulunu 

mənə xərcləmir, xeyriyyə iĢlərinə sərf edir. ―Elə ianə elədiyi 

o iyirmi dörd min dollar kimi?‖ – təhtəlĢüur xatırladır. 

Lənət  Ģeytana!  Deyəsən,  axı  öz  impulsiv  davranıĢımla 

barıĢmıĢam. Niyə özüm özümlə mübahisə eləyirəm? 

–  Beləliklə,  centlemenlər,  mükafatlar  sizi  gözləyir.  Ġlk 

rəqsə  dəvət  edəcəyiniz  xanımı  seçin.  QarĢınızda  on  iki 

füsunkar və itaətkar qız dayanıb. 

DəhĢət!  Özümü  bazarda  satılan  kölə  qız  kimi  hiss 

eləyirəm. Ġçində Kristian da olmaqla on iki kiĢinin bizə sarı 

gəlməsinə  dəhĢətlə  baxırdım.  O,  masaların  arasından  səlis 




www.vivo-book.com 

 

308 



hərəkətlərlə  keçir,  əlüstü  tanıĢ  adamlarla  salamlaĢır. 

ĠĢtirakçılar bir araya gəlib və təĢkilatçı sözünə davam eləyir: 

–  Ledi  və  centlemenlər,  maskarad  ənənəsinə  uyğun 

olaraq, biz yalnız adları elan edir, qızların maskalarıyla birgə 

sirrini  faĢ  eləmirik.  Ġlk  olaraq  qarĢınıza  füsunkar  Ceyda 

çıxır. 


О,  baĢdan  ayağa  dəniz  dalğası  rəngində  tafta  libas 

geyinib,  maska  da  paltarına  uyğundur.  Ceyda  da  məktəbli 

qız  kimi  hırıldayır,  məndən  nə  yaxĢı,  nə  də  pisdir.  Bəlkə 

mən burda nə doğma, nə də yad cücəyəm. KiĢilər arasından 

iki nəfər gənc irəli çıxır. Bəxtəvər Ceyda. 

–  Ceyda  yaponca  səlis  danıĢır,  bundan  baĢqa,  o, 

gimnastika  üzrə  olimpiya  çempionudur  və  qırıcı  təyyarə 

pilotudur… hmm. – TəĢkilatçı əlini yelləyir. – Centlemenlər, 

hərraca baĢlayırıq! 

Ceyda  təĢkilatçının  sözlərindən  təəccüblənib  ağzını 

açdı:  o,  nəsə  artıq-əskik  danıĢıb.  Qız  xəcalətlə  öz 

pərəstiĢkarlarına baxaraq gülümsəyir. 

– Min dollar! – gənc adamlardan biri qıĢqırır. Az sonra 

dəyər beĢ min dolara qalxır. 




www.vivo-book.com 

 

309 



– BeĢ min bir… beĢ min iki… satıldı! – aparıcı ucadan 

elan eləyir. – Maskalı centlmenə! 

 

Burda  bütün  kiĢilər  maska  taxıb.  GülüĢ,  alqıĢlar  və 



Ģadyanalıq.  Ceyda  öz  ―alıcısı‖na  baxaraq  füsunkar  tərzdə 

gülümsəyir və tələsik səhnədən aĢağı enir. 

–  Görürsən  ki,  heç  maraqlı  deyil!  –  Mia  qulağıma 

pıçıldayır.  –  Ümid  edirəm  ki,  Kristian  səni  udacaq,  amma 

əgər… Bircə dava düĢməyə, – o əlavə eləyir. 

– Dava? – dəhĢətə gəlirəm. 

– Hə də. Yeniyetmə vaxtı yaman tez qıcıqlanırdı, – Mia 

diksinir. 

Kristian  dava-dalaĢ  salıb?  Qədim  xoralların  zərif 

aludəçisi?  Heç  cür  təsəvvürümə  gətirə  bilmirəm.  Aparıcı 

məni  düĢüncələrdən  ayırır,  növbəti  qızı  təqdim  eləyir: 

qırmızı libaslı, kürəyilə süzülən qır kimi zil qara saçlı. 

–  Centlemenlər,  icazə  verin,  sizə  gözəl  Mariyanı 

təqdim  eləyim.  Onun  barəsində  sizə  nə  deyim?  Təcrübəli 

matadordur, violonçeldə peĢəkarcasına çalır və konsertlərdə 

çıxıĢ edir, həm də dirəklə tullanmada çempionudur. Bu cür 




www.vivo-book.com 

 

310 



istedad  toplusu  barədə  nə  fikirdəsiniz?  Füsunkar  Mariya  ilə 

rəqs üçün hansı qiyməti təyin edim? 

Mariya  təĢkilatçıya  tərəf  baxaraq  gözlərini  parıldatdı, 

kimsə  ucadan,  çox  ucadan  bağırdı:  ―Üç  min  dollar!‖  Bu, 

sarıĢın, saqqalı kiĢidir. 

Daha  bir  qiymət  elanından  sonra  Mariya  dörd  min 

dollara ―satıldı‖. 

Kristian  qırğı  kimi  mənə  baxır.  Sən  demə,  o 

davakardır: bu kimin ağlına gələ bilərdi? 

– Bu çoxdan olub? – soruĢuram. 

Mia heç nə anlamayaraq gözlərini döyür. 

– Kristian çoxdan dalaĢıb? 

– 

Yeniyetmə 



vaxtlarında. 

О, 


valideynlərini 

bezdirmiĢdi, evə  partlamıĢ dodaqla və gözünün altında göy 

ĢiĢlə qayıdırdı. Onu iki məktəbdən qovublar. Rəqiblərindən 

kiməsə ciddi xəsarət yetirmiĢdi. 

Təəccüblə Miaya qulaq kəsdirmiĢəm. 

–  О  sənə  heç  nə  deməyib?  –  Mia  ah  çəkir.  – 

Rəfiqələrim  arasında  o,  pis  ad  çıxarıb.  Bir  neçə  il 



www.vivo-book.com 

 

311 



müddətində o əsl baĢ bəlası olmuĢdu. Amma on beĢ-on altı 

yaĢına çatanda hər Ģey bitdi. – Mia çiyinlərini çəkir. 

Bax ha! Daha bir həqiqət ortaya çıxdı. 

–  Beləliklə,  ecazkar  Cil  üçün  hansı  qiyməti  təyin 

eləyim? 

–  Dörd  min  dollar,  –  sol  tərəfdən  bas  səs  eĢidilir.  Cil 

sevincindən ciyildəyir. 

Hərracı  daha  izləmirəm.  Deməli,  Kristian  dalaĢqan 

olub  və  məktəbdə  problemləri  varmıĢ.  Maraqlıdır,  niyə? 

Kristiana baxıram. Lili diqqətlə bizi izləyir. 

–  Ġndisə  izn  verin,  sizə  gözəl-göyçək  Ananı  təqdim 

edim. 


Ġlahi, mənim növbəmdir! Həyəcanla Miaya baxıram, o 

isə  məni  səhnənin  ortasına  sarı  itələyir.  XoĢbəxtlikdən 

ayağım büdrəmədi. Utandığımdan özümə yer tapa bilmirəm, 

hamının  gözü  önündəyəm.  BaxĢımı  Kristiana  sarı 

yönəldirəm və onun gülümsədiyini görürəm. Əclaf! 

– Gözəl Ana altı musiqi aləti çala bilir, Çin dilində səlis 

danıĢır,  yoqanı  sevir…  Hə,  centlmenlər…  –  О,  cümləsini 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə