1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Realist romanlar banisi Daniel Defo
Daniel Defonun 355 illik yubileyi münasibəti ilə
respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik
vəsait
Bakı – 2015
2
Tərtibçi:
Aynurə Əliyeva
Redaktor və buraxılışa məsul: Şəhla Qəmbərova
İngilislərin sərvəti : Daniel Defonun 355 illik yubileyi
münasibəti ilə respublika uşaq kitabxanaları üçün
hazırlanmış metodiki vəsait /tərt. ed. A. Əliyeva; red. və
burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2015.- 25 s.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası
2015
3
Tərtibçidən
İngilislərin sərvəti
Ta qədim dövrlərdən bu günkü günümüzədək yaşamış
məhşur yazıçıların, şairlərin adlarını çəkəsi olsaq bizə bir
qəzet səhifəsi deyil cild- cild kitablar lazım gələcək. Bəli,
ömürlərini bədii yaradıcılığa, qələmə həsr etmiş söz adamları
çox olmuşdur.Və mən belə deyərdim, xoş o şəxsin halına ki,
belə nəhənglərin kitablarını bacardığı qədər çox oxuya
bilmişdir. Amma onu da etiraf etmək lazımdır ki, dəyərli söz
adamları hər nə qədər olsa da, bəşəriyyət, cəmiyyət bütün
dövrlərdə onların varlığına, insanlarda bədii zövqü
formalaşdıran, mənəviyyatı zənginləşdirən istedad sahiblərinə
həmişə ehtiyac duyub. Həmin ehtiyac elə bu gün də var,
yəqin ki, sabah da olacaq. Çox maraqlıdır, bu istedadlar
sırasında elələri də var ki, onların yaratdıqları obrazlar,
qəhrəmanlar müəllifin öz adından, imzasından daha məşhur
olub, yazıçının qəhrəmanı ilə tanıyıblar. Əminəm ki, Daniel
Defo haqqında da, eşitməyən elə adamlar var ki, Robinzon
Kruzodan daha çox şeylər danışa bilərlər. Ser Defo Robinzon
Kruzo haqqında yazdıqlarını təxminən dörd yüz ilə yaxındır
ki, oxuculara tanıtdırır. Məncə tanıtmağa hələ davam
etdirəcək də.
4
Ön söz
XVIII əsrin Avropa cəmiyyəti sosial-mədəni sfera kimi
daha çox “maarifçilik epoxası” olaraq tanınır. Feodal içtimai-
tarixi
münasibətlərinin
öz
yerini
burjua-kapital
münasibətlərinə verməsi ilə səciyyələnən bu dövr sosial-
iqtisadi həyatda olduğu kimi, içtimai-fəlsəfi fikirdə, o
cümlədən bədii-estetik düşüncədə köklü yeniləşmələrə
meydan açır. Maarifçilik dövrü ədəbiyyatının əsas
istiqamətləri klassisizim, maarifçi realizm, sentimentalizm,
erkən romantizm idi. Hər bir Avropa ölkəsində həmin
istiqamətlərin yerli mühitdən doğan özünəməxsusluğu var.
İngilis ədəbiyyatında bu dövrə Stil və Addisonun jurnalistik
fəaliyyəti, Aleksandr Popun, Conatan Sviftin və Daniel
Defonun yaradıcılığı aiddir. Yeni dövr Avropa realist
romanının banisi Daniel Defo (1660-1731) hesab olunur.
Onun yaradıcılığı ingilis nəsrinin təkamülündə bütöv bir
dövrü əhatə edir. Maarifçilik romanı tarixində ilk pillə
olmaqla bərabər, Defo yaradıcılığı XIX yüzillikdə sosial
mühitin irimiqyaslı mənzərəsini əks etdirən realist romana
yol açmışdır. D.Defo roman janrının macəra, bioqrafiya,
psixoloji, tarixi və tərbiyəvi roman kimi rəngarəng növlərinin
əsasını qoymuşdur. Onun yaradıcılığında bu formaların daxili
strukturu hələ tam mükəmməlliyi ilə açılmasa da, məhz Defo
onları özünəməxsus şəkildə işləmiş, roman janrının ümumi
inkişaf xəttini müəyyənləşdirmişdir.
Ədəbi fəaliyyətə 1697-ci ildə başlayan D.Defo ilk
çalışmalarını jurnalistika istiqamətində aparmış,”Layihələrə
5
dair təcrübə” (1697) əsərində bir sıra iqtisadi və içtimai
islahatlar keçirilməsi ideyasını irəli sürmüş, vətəndaş
azadlıqlarına dair broşüralar yazmışdır. O,1685-ci ildə kral
Yakov əleyhinə hersoq Monmutun başçılıq etdiyi üsyanın
iştirakçısı olmuşdur. 1688-ci ildə III Vilhelm siyasətini
dəstəkləyən Defo kral III Vilhelm
Oranlını “qeyri-ingilis” kimi
gözdən salmağa çalışan zadəganlara qarşı yönəldilmiş “Əsl
ingilis” (1701) adlı satirik şeirini yazıb özünə müsbət siyasi
imic və karyera qazanmağa çalışmışdır. Əsilzadələrə qarşı
olan kin və ironiya Defonun satirasını tez bir zamanda xalq
arasında
məşhurlaşdırmışdır.
Defo
anonim
şəkildə
“Dissenterlərə divan tutmağın kəsə yolu”(1702) pamfletini
yazmışdır. Pamfletdə etiqad azadlığını müdafiə etdiyi üçün
Defo böyük məbləğdə cərimələnməyə, yüksək rüsvayçılıq
sütununa bağlanmağa və həbsə məhkum olunmuşdur.
Hökümətin gizli xəfiyyəsi olmağa razılıq verən Defo bunun
müqabilində həbsdən azad edilmişdir. Bu hadisələrdən sonra
Daniel Defo siyasətdən həmişəlik getməyə qərar vermişdir.
O, həbsxana həyatı ilə vidalaşandan sonra, yaradıcılıq
həyatına qədəm qoymuşdur. Onun qələmə aldığı bədii
əsərlərdə cəmiyyətin daxili mexanizmində hökm sürən
ədalətsizliyə, amansızlığa, antihumanist cəhətlərə açıq və ya
dolayı şəkildə münasibət bidirilirdi. Yazıçı bədii sözün gücü
ilə həyata müdaxilənin bütün mümkün variantlarını
gercəkləşdirməyə cəhd edirdi. Defonun siyasi və ədəbi –
estetik baxışlarını ifadə edən maarifçilik ruhlu əsərləri
həmin meylin təzahürü idi. Bu sıradan, şübhəsiz, onun ən
monumental və uğurlu işi dünya ədəbiyyatı tarixində
özünəməxsus iz qoyan “Robinzon Kruzo” romanıdır . Bu əsər
yazşçının dünyanı fəth edən ən məhşur əsəridir. Əsər işıq üzü
6
görəndən ta indiyədək dünyanın elə bir nöqtəsi yoxdur ki,
orada çap olunmasın. Məhz yüksək bədii keyfiyyətlərinə,
hadisələrin ustalıqla, şirin dillə təsvir edilməsinə, sujet
xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə
alınmasına görədir ki, “Robinzon Kruzo” ən çox tirajla çap
olunan, əsərlərin ön cərgəsində idi. Daniel Defo bu əsəri ilə
Avropada həm də roman janrına yeni keyfiyyətlər gətirdi,
köhnə steriotipləri dağıtdı. Nahaq yerə onu Avropanın yeni
romançılığın banilərindən biri hesab etmirlər. Ustalıqla
yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur
ki, roman dəniz səyahətindən bəhs etsə də, Daniel Defo
yalnız bircə dəfə - gənclik illərində gəmiylə Portuqaliyaya
səfər edib, yerdə qalan bütün ömrünü yalnız öz vətənində
keçirib. Maarifçilərin içtimai-iqtisadi və əxlaqi ideyalarını
əks etdirən “Robinzon Kruzo“ əsərinin birinci hissəsi 1719-
cu ildə nəşr olunan zaman yazıçı əlli doqquz yaşında idi.
Məhz bu əsərlə D. Defo özünə ölməzlik qazanmışdır. Əsərin
ikinci hissəsi 1720-ci, üçüncü hissəsi isə 1721-ci ildə işıq
üzü görmüşdür. Daniel Defo romanını Robinzonun həqiqi
memuarı kimi təqdim etmiş və əsər yazıçının müasirləri
tərəfindən də məhz bu şəkildə qəbul edilmişdir. Romanın
yaranmasına təkan verən və əsasını təşkil edən isə Riçard
Stilin 1713- cü ildə nəşr olunmuş “Aleksandr Selkirkin
tarixçəsi” oçerki olmuşdur. “Robinzon Kruzo” XVIII əsr
ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadına da təsir göstərmişdir.
Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik-bütün bunlar
Daniel Defo romanını uzun illərdən bəri oxuculara sevdirən
keyfiyyətlərdəndir. Qəhrəmanın tənha həyatının təsvir
olunduğu birinci hissə daha çox ideya-bədii dəyərə malikdir.
D. Defo ilk dəfə ekzotik planda olsa da, ədəbiyyatda yaradıcı
7
əmək və fədakarlıq mövsümünü işləmişdir. Məhz əmək
Robinzona tənha adada insanlıq sifətini itirməməyə yardım
etmişdir. Təbiətlə üz-üzə yalqız qalan Daniel Defonun
qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları
hazırlayır, qayıq düzəldir, əkin əkir və ilk məhsulunu yığır.
Bir sıra çətinliklərə sinə gərən Robinzon müxtəlif sənətlərə
yiyələnir. Onun düzəltdiyi hər şey ən xırda detallaradək təsvir
olunur. Daniel Defo öz oxucusunu Robinzonun gərgin
zəhmət və düşüncələrini bütün xırdalıqlarına, incəliklərinə
qədər incələməyə vadar edir. Yazıçı bu bədii manera ilə
oxucunu psixoloji cəhətdən həmin mühitin ovqatına
uyğunlaşdırmaq məqsədi güdürdü. Daniel Defo özü
romanını alleqorik səpkidə yazdığını qeyd edir. Həqiqətən
də, Robinzonun macəralarının təsviri böyük ümumiləşdirici
məna kəsb edir, burada simvollarla çatdırılan sətiraltı mənalar
kifayət qədər çoxdur. Romanda Defonun insan həyatını və
bəşəriyyətin tarixini əks etdirən görüşləri yer almışdır.
I bölmə
Daniel Defonun şəxsiyyətini və qələmini oxuculara
çatdırmaq məqsədi ilə kitabxanada müxtəlif tədbirlər
keçirilir.
Təbdirlər
yazıçının
əsərlərini
oxuculara
mənimsətmək və sevdirmək üçün nəzərdə tutulur. Bu
tədbirlərdən biri də, məhz kitab sərgisidir. Sərgidə sözü
gedən yazıçının müxtəlif adda kitabları və seçilmiş əsərləri
geniş yer alır. Daniel Defonun öz əsərləri ilə yanaşı, onun
özü və əsərlərindən bəhs edən müxtəlif ədib və tanınmış
şəxslərin kitabları və sitatları da sərgidə yer tutur. Sərgi
müxtəlif başlıqlarla “Realist romanlar banisi Daniel Defo”,
8
“Romançılığın banisi Daniel Defo”, “Dünya ədəbiyyatı
tarixində özünə məxsusluğu ilə seçilən Daniel Defo”,
“Yazıçını ölməzliyə aparan roman”RobinKruzo””,”Həmişə
yaşar yazıçı Daniel Defo” və digərləri ilıə bəzədilir.
Sitatlardan bir necəsini sizin nəz\ərinizə çatdırırıq.
Sitatlar
İnsanı ölümdən ağlı, zəhməti və mənəvi aləmi xilas edir.
İngilis yazıçısı Daniel Defo
Əgər, işdi-şayəd, birdən bir insan ayağı dəyməmiş adaya
getməli olsam özümlə “Bibliya” və “Robinzon Kruzo”
kitabını götürərdim. Doğrudan da, “Bibliya” kimi “Robinzon
Kruzo” kitabı da əxlaqi cəhətdən saf, mənəvi baxımdan
şəffafdır və hər bir insanın həyatda qarşılaşdığı müxtəlif
səpkili suallara bu əsərdə cavab tapmaq mümkündür.
Rus şairi A. Blok
J.J.Russo ”Emil və onun tərbiyəsi” əsərində deyir:
Yeniyetmələrin və gənclərin əxlaqının pozulmaması üçün
onlara D. Defonun əsərlərini oxumağı tövsiyə edirəm.
Daniel Defonun Robinzon Kruzo əsərində hekayətin sadəliyi
və təbiiliyi onun inandırıcılığını artırır.
Professor Cəlil Nağıyev
10
Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də
müsabiqələrdir. Bildiyimiz kimi Daniel Defo bir-birindən
gözəl romanların müəllifidir. Müsabiqə zamanı xeyli sayda
məktəblilər müsabiqəyə cəlb
olunur və
bu haqda
məlumatlandırılırlar. Oxucular əsərləri oxuyaraq tanış olur və
həmin hekayələrə uyğun rəsmlər çəkirlər. Şəkillərin
hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt
ərzində oxucular həm Daniel Defonun əsərlərini oxuyur,
həm də oxuduqları və çox bəyəndikləri əsərlərə uyğun
şəkillər çəkirlər. Ən gözəl məna kəsb edən rəsm işləri
mükafatlandırılır. Uşaqlar dahi yazıçı Daniel Defonon
əsərlərinə, xüsusi ilə də “Robinzon Kruzo” romanına üz
tuturlar. Ən çox diqqəti çəkən motivlər, Robinzon Kruzonun
özü, onun şücaətini göstərən bir neçə xüsusiyyət ağ vərəqlərə
həkk olunur. Həmçinin Cümə, gəmi, dəniz, sahil, habelə
adadakı heyvanlar, hətta Robinzonun sahildə nəhəng ayaq
izi ilə ilk tanışlıq anı tez- tez müraciət olunan rəsmlərdəndir.
Müsabiqənin qaliblərini müəyyən etmək üçün münsiflər
heyəti təyin olunur. Sözü gedən heyət fərqlənən rəsmləri
diqqətli bir şəkildə nəzərdən keçirərək, qalibləri müəyyən
edirlər. Qaliblər təyin edildikdən sonra, xüsusi diplom və
fəxri fərmanlarla mükafatlandırılır, müxtəlif yazıçı və
şairləin kitabları ilə təltif olunurlar.
11
Məqsədyönlü tədbirlərdən biri də sual-cavab gecəsidir.
Kitabxanaçı: Deyə bilərsinizmi, Daniel Defo neçənci ildə
anadan olmuşdur və kim idi?
Oxucu: Daniel Defo Dünya şöhrətli yazıçı idi. O, 1660-cı
ildə (bəzi mənbələrdə bu rəqəm 1661-ci il göstərilir)
İngiltərədə-Kripleytdə bir tacir ailəsində anadan olmuşdur. ...
Kitabxanaçı: Yazıçının hansı əsərlərini sadalaya bilərsiniz?
I Oxucu: “Britaniya kommersiyasının xüsusiyyıətləri
içərisində ümumi ticarət tarixi” (1713), “Dünyanın hər
yerində kommersiyanın böyük sahələrinin, gəmiçilik elminin
və əkinçiliyin kəşfi və təkmilləşdirilməsinin ümumi tarixi”
(1725), ”Nümunəvi ingilis taciri” (1727), ”Mətbuatın
müdafiəsi, yaxud “Ədəbiyyatın xeyirliliyi haqqında təcrübə”
(1718) əsərini qeyd etmək olar.
II Oxucu D. Defonu məşhurlaşdıran isə daha çox bədii
əsərləri, romanları olmuşdur. Bundan sonra o, bir-birinin
ardınca “Məşhur kapitan Sinqltonun həyatı, macəraları və
pirat yürüşləri” (1720), ”Kavalerin xatirələri” (1720),
“Məşhur Mol Flendersin sevincləri və kədərləri” (1722),
“Polkovnik Cekin tat rixi” (1722) və “Uğurlu məhəbbət və
yaxud, Ledi Roksana adı ilə tanınan madmazel de Belonun
həyatının və başına gələnlərin tarixi” (1724), “Roksana”
romanlarını yazmışdır.
Kitabxanaçı: Daniel Defonun ən məhşur əsəri hansıdı?
Oxucu: Daniel Defo bədii yaradıcılığa çox geç başlamışdır.
Buna baxmayaraq, o, “Robinzon Kruzo” əsəri ilə dünya
12
ədəbiyyatına öz adını qızıl hərflərlə yazdırmağa nail
olmuşdur. Xüsusilə də, o, 58 yaşında yazdığı özünün ilk və
ən yaxşı romanı olan “Robinzon Kruzo”nun həyatı və qəribə
macəraları (1719) əsəri ilə dünyanın hər yerində tanınmış və
çox böyük şöhrət qazanmışdır. Ustalıqla yazılmış bu əsərlə
bağlı ən maraqlı cəhətlərdən biri də budur ki, roman dəniz
səyahətindən bəhs etsə də, Daniel Defo Yalnız bircə dəfə -
gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, yerdə
qalan bütün ömrünü yalnız öz vətənində keçirib.
Kitab müzakirəsi: Daniel Defo yaradıcılığı yetərincə
imkan verir ki, ondan dönə-dönə söhbət açılsın.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri kitab
müzakirəsidir. Daniel Defonun 355 illik yubileyi münasibəti
ilə yazıçının kitablarının müzakirəsi keçirilməsi oxucular
olduqca maraqlıdır. Daniel Defo bir neçə əsərin müəllifi olsa
da, onu bütün dünyaya sevdirən, ona ölməzlik bəxş edən əsəri
məhz “Robinzon Kruzo”dur. Kitab müzakirəsində
kitabxanaçı oxuculara bu əsər haqqında geniş məlumat verir.
Hörmətli oxucular! Dünya şöhrətli yazıçının bu əsərini
böyükdən –kiçiyə, hamı sevərək oxuyur. Bu əsəri həyəcansız
oxumaq mümkün deyil. Əsərdə qəhrəmanın başına gələn
macəralar olduqca maraqlı qələmə alınmışdır. Məlum olduğu
kimi, bu roman anonim formada əsərin baş qəhrəmanı
Robinzon Kruzonun adından qələmə alınmışdır. İlk dövrdə
müəllif bu romanın böyük uğur qazanacağına ümid etmirdi.
Hətta dostları və tanışları, ədəbi içtimaiyyət tərəfindən qınağa
məruz qalacağından ehtiyat edirdi. Ancaq bu belə olmadı.
Əsər çap olunan kimi, sürətlə yayıldı, böyük şöhrət qazandı
və hətta müəllif sonralar özünün yeni əsərini ”Robinzon
13
Kruzo” nu yazan adam tərəfindən qələmə alındığını
yazmışdır. “Robinzon Kruzo romanının bədii xüsusiyyətləri,
ilk növbədə, əsərdə təsvir olunan hadisələrin, qəhrəmanın
başına gələn macəraların inandırıcı verilməsində və
təbiiliyindədir. Əyləncə və təhkiyə sadəliyi, bədii gözəllik-
bütün bunlar Daniel Defo romanını uzun illərdən bəri
oxuculara sevdirən keyfiyyətlərdir. Əsər fəlakət zamanı
gəminin bütün heyəti məhv olandan sonra kənara atılıb
Böyük Orinoko çayının mənsəbinə yaxın bir yerdə Amerika
sahilləri yanında kimsəsiz bir adada iyirmi səkkiz il tək-
tənha yaşamış dənizçi Robinzon Kruzonun həyatı, qeyri-adi
və qəribə macəraları və gözlənilmədiyi halda quldurlar
tərəfindən xilas edilməsi haqqında özünün yazdığı şəhrdir.
Kitabxanaçı: Əziz oxucular, deyə bilərsinizmi, Daniel
Defonu sizə tanıdan hansı əsəri oldu?
Oxucu: Daniel Defo bir sıra roman müəllifi olsa da, biz
şagirdlərin beyninə həkk olan onun məhz ”Robinzon
Kruzo”əsəri idi. Ustalıqla yazılmış bu əsərdə istedadlı
yazıçı məharətlə bu hadisələri bədiiləşdirərək oxucunu
Robinzon Kruzo ilə adada günbəgün, saatbasaat yaşamağa,
onunla birgə çətinlikləri aşmağa məcbur edib. Romanı
oxuyan hər kəs sanki Robinzonla birgə həmin həyatı yaşamış
olur ki, bu da müəllifin inkar edilməz istedadı sayəsində idi.
Kitabxanaçı: Bu əsərin uğuru , işığı özündən sonra bir neçə
əsərin doğulmasına təkan verdi. Deyə bilərsinizmi o əsərlər
hansılar idi?
14
Oxucu: Daniel Defo qazandığı böyük uğurdan sonra yazıçı
həvəslənir və səyahətdən bəhs edən bir neçə əsər
yazır.”Polkovnik Cek”, “Dünya ətrafında səyahət”, “Dəniz
qulduru”,”Şeytanın siyasi tarixi” əsərləri çap olunsa da,
”Robinzon Kruzo”nun kölgəsindən çıxa bilmədilər.
Kitabxanaçı: Yazıçı Robinzonu hansı xarakterdə yaratmışdı?
Yəni əsərin qəhrəmanının hansı xüsusiyyəti diqqətinizi cəlb
etdi?
I Oxucu: “Atam hüquqşunas olmağımı istəyirdi. Mən isə
ancaq dəniz səyahəti xəyalı ilə yaşayırdım. Atam və anam
fikrimdən keçənlərdən xəbərdar idi. Məni bu xəyallarımdan
çəkindirməyə çalışırdılar. Atam deyirdi ki, mənim seçdiyim
yolu ancaq işsiz-gücsüz adamlar, bir də idealistlər seçər, odur
ki, əgər öz ağılsız niyyətimdən əl çəkməsəm, Allah mənim
cəzamı verəcək. Mən isə qərarlı idim, atamla üz-üzə
gəlməmək üçün evdən gizlicə qaçmaq qərarına gəldim”.
Məncə, bu sözlər onun nə qədər əzmli, iradəli və qətiyyətli
insan olduğunun bariz göstəricisidi.
II Oxucu: Mənim diqqətimi cəlb edən xüsusiyyət isə, adada
tək qalmasına baxmayaraq, Robinzon kədərlənmir, düşdüyü
vəziyyətlə barışır və meşədə mümkün qədər özünə şərait
yaradır. Belə ki, o, məişət əşyaları düzəldir, ev heyvanları,
keçi saxlayaraq onun südündən və ətindən qidalanır. Onun ən
böyük kəşflərindən biri də buğda cücərdib, taxıl əldə
etməsidir. . Siçanlar yeməsin deyə o, buğdanı rütubətli bir
yerdə saxlamaq məcburiyyətində qalır və müəyyən
müddətdən sonra görür ki, buğdalar cücərmiş vəziyyətdədir.
Beləliklə Robinzon çörək bişirmək fürsəti əldə edir.
15
III Oxucu: Məni isə, təəccübləndirən qəhrəmanın Cüməyə
ingilis dili öyrətmək qərarına gəlməsidir. Müəyyən vaxtdan
sonra Robinzon Cümə ilə ingilis dilində danışmağa başlayır.
IV Oxucu: Mənim fikrimcə isə, Robinzon Kruzonun ən
səciyyəvi xüsusiyyətlərindən biri, ondakı azadlıq əzmi idi.
Yəni o bu halla, qula çevrilmək halı ilə heç cür barışa bilmir.
Çətinliklə də olsa, gəmidən qaçır. Özünə qul kimi yaşamağı
rəva bilməyən, azad yaşamaga can atan Robinzon adada
Cümə, Cümənin atası və digərlərinə da tam şəkildə azadlıq
vermişdi. O nəinki, adadakılara vicdan azadlığı, hətta din
azadlığı da vermişdi. Cümə-protestant, atası-bütpərəst, ispan
isə-katolik idi.
Kitabxanaçı: Qəhrəmanımız adada olarkən hansı təbii
fəlakətlə üzləşir və o bunu necə təsvir edir?
Oxucu: “Mağaranın girəcəyində işlədiyim yerdə bir gurultu
eşitdim. Başıma Torpaq töküldü. Mağaranın tavanındaki
dirəklər dəhşətli bir cırıltı ilə yerə tökülüb sındı. Ayağımı
yerə basan kimi hər şey mənə aydın oldu. Zəlzələ baş
vermişdi. Səkkiz dəqiqənin ərzində yer üç dəfə elə bərk
silkələndi ki, dənizdəki qayanın baş hissəsi gurultu ilə uçub
suya düşdü. Mən belə bir şeyi əvvəllər görməmişdim, odur
ki, qorxdum. Üçüncü təkandan sonra hər şey sakitləşdi.Yarım
saat sonra dəhşətli bir qasırğa qopdu.
Kitabxanaçı: Robinzonun adada tez- tez oxuduğu kitab
hansı idi? Ümumiyyətlə onun dinə münasibəti necə idi?
Oxucu: O, hər gün Incil oxuyardı və gəmidə baş vermiş
qəzada yeganə tək sağ qaldığı üçün tanrıya hər an dualar
edərdi. Sonralar Cümə də bu adanın sakininə çevrilir və o da,
Robinzondan təəsirlənərək allahın müqəddəs kitabını
oxumağa başlayır. Qeyd etməliyəm ki, Robinzon Kruzonun
16
Dinə inamı da özünəməxsus səciyyə daşıyır. Düşdüyü adada
təsadüfən buğda və düyü sünbüllərinə rast gəldiyi zaman,
əvvəlcə elə bilir ki, bu, Allahın işidir. Sonra isə yadına düşür
ki, axı həmin bu yerdə o, bir vaxt quş yemi üçün nəzərdə
tutulmuş torbanı silkələmişdir. Və yaxud da, adada
yaşamasının on səkkizinci ilində Robinzon qum üzərində
insan ayaqlarının izlərinə rast gəlir. İlkin olaraq bir puritan
kimi onun ağlına gəlir ki, bu yəqin şeytan ayağının izidir,
həmin şeytan, çox güman ki, onu yoldan çıxarmağa gəlib.
Kitabxanaçı: Əsərdən də göründüyü kimi Robinzon Kruzo
olduqca cəsarətli insan idi və heç nə onu qorxutmurdu. O,
sanki qorxunun üzərinə atılırdı. Buna baxmayaraq, gördüyü
ayaq izləri ona necə təsir bağışlayır?
Oxucu: Bu hadisə Robinzon Kruzonu çox qorxutdu . Əsərin
bu parçasına diqqət edək: “Bir dəfə günortaya yaxın dənizin
kənarı ilə qayığı saxladığım sahilə tərəf gedirdim. Birdən
qumun üzərində yalın insan ayağının aydın izlərini gördüm.
Mən yerimdə donub qaldım, elə bil, məni qara basmışdı. B
u
insan ləpiri idi. Buraya insan necə gəlib çıxa bilərdi? Təşviş
içində öz qalaqma tərəf götürüldüm. Hər iki- üç addımdan
bir dönüb dala tərəf baxırdım. Hər bir kötük mənə adam kimi
görünürdü. Ətrafımdakı hər şeyin necə qorxunc şəkillərə
düşdüyünü, ağlıma necə dəhşətli fikirlərin gəldiyini
təsəvvür edə bilməzsiniz. Özümü evimin həyətinə necə
saldığımı bilməzsiniz. Dəhşət içində düşunürdüm ki, indiyə
qədər məni bu boş və kimsəsiz adada himayə edən boyük
Yaradan da mənə kömək ola bilməz. Bu vəhşilərin ayaq izi
idi. Mən o gündən vəhşiləri güdməyə başladım”.
17
Kitabxanaçı: Cümə Robinzon Kruzo üçün kim idi?
I Oxucu: Cümə qəhrəmanımz üçün səmimi dost, bacarıqlı
tələbə, sadiq qul, (baxmayaraq ki, Robinzon nə Cüməyə, nə
də digərlərinə qul kimi baxmır və onları o gözlə görmürdü)
və çevik döyüşçü idi. Onlar saatlarla söhbət edər, birgə əkin
əkər, ov edər, yemək və məişət əşyaları hazırlayar, birgə
kitab oxuyardılar.
II Oxucu: Robinzona sözəbaxan köməkçi lazımdır, o,
Cümənin “sadiqliyindən və itaətkarlığından” sevinir. Cümə
isə nəinki sadiq xidmətçi, həm də ağıllı və zəkalıdır. Cüməni
yaxından tanıyan Robinzon anlayır ki, dərin zəkası və
“mənəvi qabiliyyətinə” görə bu gənc heç də onun özündən
geri qalmır. Cümə ona öyrədilən hər şeyi qavrayır. Məhz
Cümənin sayəsində tənha adadakı məşəqqətli həyat
Robinzona “xoş və asan” görünür.
Kitabxanaçı: Robinzon Kruzo neçə ildən sonra vətəninə,
İngiltərəyə gəlir və o, nələrlə qarşılaşır?
I Oxucu: Robinzon Kruzo otuz beş ildən sonra vətəninə
qayıdır və qarşılaşdığı mənzərə heç də onun ürəyincə olmur.
Əsərin bu hissəsinə diqqət yetirək: “Uzun sürən dəniz
səyahətindən sonra mən 1687-ci il iyulun 11-də İngiltərəyə
gəlib çıxdım. Mənhim buradan çıxdığım düz otuzbeş il idi.
Burada hər şey mənə yad idi. Sanki mən heç buralarda
olmamışam. Sonra mən Yorkşirə getdim. Atam və anam
çoxdan vəfat etmişdi. Qohum -əqrabalarımdan yalnız iki
bacım və qardaşlarımdan birinin iki uşağı qalmışdı. Hamı
məni ölmüş hesab edirdi, ona görə də ata malından mənə heç
bir irs ayırmamışdılar. Bir müddət ərzində İngiltərədə
yaşayıb mənim üçün təzə olan bu mühitə alışdım və
evləndim. Üç uşağım- iki oğlum, bir qızım oldu. Artıq
18
həyatımın sakit və şad mərhələsini yaşayırdım. Amma mənə
çox böyük fəlakət üz verdi. Arvadım öldü. Özümü yenə də
yalqız hiss edirdim. Sonralar məndə dəniz səyahətinə qızğın
meyl oyanmışdı. Artıq on beş ildən çox idi ki, mən həyatımı
səyahətlərdə keçirirdim. İndi artıq mənim 72 yaşım var.
Həyatın keşməkeşlərini görmüşəm, bir yerdə məskən salıb
ömrünün son günlərini sakitlik içində keçirməyin nə qədər
böyük səadət olduğunu yaxşıca anlamışam.”
Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də
ədəbi bədii gecədir. Çünki ədəbi - bədii gecə yazıçını
oxuculara daha da sevdirmək məqsədi daşıyır. Bunun üçün
səhnə yazıçının şəkilləri ilə bəzədilir. Onun əsərlərindən
müxtəlif obrazların şəkilləri zalın divarından asılır. Çoxlu
qonaqlar, uşaq şairi və yazıçıları, müəllim və şagird heyəti
dəvət olunur. Daniel Defonun kitablarından ibarət kitab
sərgisi səhnəyə rəngarənglik verir.
İlk öncə aparıcı qismində iki şagird səhnəyə daxil olur.
Ədəbi- bədii gecəni açıq elan edərək, qonaqları
salamlayırlar.
I Aparıcı: Salam, əziz qonaqlar, dəyərli tədbir iştirakçıları,
hamınızı 355 yaşlı həmişə yaşar, dünya ədəbiyyatımızın
sönməz ulduzu sayılan dahi yazıçı Daniel Defonun ədəbi-
bədii yaradıcılıq gecəsində xoş gördük.
II Aparıcı: Bu soyuq qış günündə bizləri buraya toplayan
məhz Daniel Defo yaradıcılığının hərarətidir. Onun kövrək
qəlbindən qopub gələn o nəhəng əsərlər yazıçının qeyri-adi
istedadından xəbər verməkdədir. Onun əsərlərinə nəzər
saldıqda, cansız bir qələmin lal vərəqlərə nə qədər can
verdiyini, həyat verdiyini və necə böyük gözəlliklər
yaratdığının şahidi oluruq. Bir qələm həyatı, yaşamı bu
19
qədər gözəl, incə əks etdiə bilərmi?.. Belə bir dahi haqqında
söz açmaq üçün sözü qonaqlarımıza verək. Onların yazıçı
haqqında dəyərli məlumatlarını dinləmək əminəm ki,
hamımızın qəlbincədı. Dəyərli qonaqlarımız bir-bir səhnəyə
yaxınlaşır.
I Aparıcı:”Böyük ingilis maarifçisi, görkəmli roman ustası,
mütəfəkkir yazıçı Daniel Defonun “Robinzon Kruzo” əsəri
dünya ədəbiyyatının nadir incilərindən biridir. Daniel
Defonun bu romanı qeyri- adi bir əsərdir. Üç yüz il bundan
əvvəl yazılmasına baxmayararaq, bu roman da dünya
ədəbiyyatının çox saylı nadir nümunələri kimi hələ bu gün
də öz ilkin təravətini, bədii dəyərini itirməyib və dünyanın
bütün guşələrində müxtəlif yaşlı oxucular tərəfindən sevilə-
sevilə oxunur.
II Aparıcı: Məlum olduğu kimi, bu əsərin yazılmasına
həmin dövrlərdə İngiltərədə baş vermiş bir hadisə səbəb
olmuşdur. Robinzon Kruzonun, həqiqətən də, proto tipi
olmuşdur və bu dörd il bir adada yalqız yaşamağa məhkum
edilmiş Aleksandr Selkirk idi. 1709-cu ilin yanvar ayının 31-
də İngiltərə mətbuatında Vuds Rocers adlı bir kapitanın
maraqlı qeydləri çap olunur. Bu qeydlərdə deyilirdi ki, onun
idarə etdiyi gəmi su götürmək üçün Xuan Fernandes
adalarından birinə-Mass-a Tyerra adasına yan alır. Komanda
üzvləri gəmiyə qayıdarkən qəribə bir insanla rastlaşırlar.
Həmin insan əyninə keçi dərisindən paltar geyinmiş, vəhşi
heyvan kimi bir varlıq idi. Bu adam həmin adada dörd il altı
ay yalqız yaşamışdır.
I Aparıcı: Onunn bu adaya düşməsinin tarixçəsi isə belə
olmuşdur: O,”Beş liman” adlı gəminin kapitanı məşhur
admiral Dampyerin köməkçisi imiş. Günlərin bir günü
20
onların üzdüyü gəmi deşilir və su buraxmağa başlayır. Bu
səbəbdən kapitanla köməkçininn sözü çəp gəlir. Buna görə də
bu cəncəl kapitan köməkçisini tək-tənha bu adada qoymaq
qərarına gəlir. Bu məlumatı mətbuatda oxuduqdan sonra
Daniel Defo özünün məşhur “Robinzon Kruzo“ romanını
yazmaq fikrinə düşür və əsl adı Aleksandr Selkirk olan bu
adamın prototipi olaraq bu məhşur qəhrəmanın obrazını
yaradır.
II Aparıcı: Robinzon Kruzo ziddiyyətli mənəviyyata
malikdir. O, həm cəsurdur, həm də xeyirxahdır. Bu qəhrəman
həyatını təhlükə qarşısında qoyaraq , əvvəlcə Cüməni, sonra
isə onun atasını və gəmi kapitanını xilas edir. Uzun müddət
keçirdiyi tənha həyat onu nəinki vəhşiləşdirməmiş, hətta
insani hisslərini belə itirməmişdir. R. Kruzo elə ilk andaca
düşünüb- daşınmadan dara düşmüş vəhşi uşağa yardım əlini
uzadır
.
O, Cüməyə nökəri, qulu kimi baxmır, onunla əsl dost
olur. Robinzon Kruzo şüurlu insan (homo sapiens) olduğu
üçün ilk növbədə, yaşadığı aləmi öyrənməyə çalışır. O,
düşdüyü, ona məlum olmayan bu ada ilə tanış olur. Sonra
yemək, sığınacaq, geyim haqqında düşünür. Nəhayət, ilk
insanlar kimi, yaşamaq üçün o, əvvəlcə ovçuluq edir, vəhşi
keçini əhilləşdirir-maldarlıqla məşğul olur, təsadüfən tapdığı
buğdanı əkərək taxıl əldə edir, yəni əkinçilik edir, get-gedə
öz təsərrüfatını genişləndirir. Ölümdən xilas etdiyi Cüməyə
öz dilini (ingilis dilini) öyrədir, yazı yazdırır.
I Aparıcı: Əlbəttə, Robinzonun həyatını istehsalın ilkin
inkişaf mərhələsi kimi təsdiqləmək yanlıış olardı. Təbiətlə
mübarizədə Robinzon heç də göründüyü kimi tək deyil. O,
dağılmış gəmidən alətlər, silah, barıt, kağız və mürəkkəb
götürmək imkanı əldə edir. Adıçəkilən bütün bu əşyalarda isə
21
minlərlə insan əməyi vardır. Beləliklə, insan cəmiyyətinin
məhsulu Robinzonun daxmasında gözəgörünməz şəkildə
mövcuddur və onun həyatının nizama düşməsində
əhəmiyyətli təsirə malikdir. Robinzon məhz bu vasitələrin
köməyi ilə çevrəsindəki təbiəti ram etməyə, ondan
faydalanmağa müvəffəq olur. Onların köməyi olmadan bütün
enerjisini sərf etsə belə, həyat üçün mühüm olan nisbi “sivil”
şəraiti o özü üçün yarada bilməzdi.
II Aparıcı : Robinzon Kruzonun qeyri-adi hekayətini bədii
boyalar, üslubu səlisliklə nəql edən Daniel Defo yazıçı
təhkiyəsini, əsasən, canlı və vasitəsiz formada aparır. Bu isə
gerçəkliklə bağlı informasiyaların obrazlaşdırılıb realistcəsinə
verilməsi sayəsində əldə olunmuşdur. D.Defo qəhrəmanının
həyatını xırdalıqlarınadək qeyri-adi incəliklə təsvir edir ki,
onların da hər biri ayrıldıqda dərin məna və işarəvi məzmun
kəsb edir. D.Defo istər hadisələrin epik plandakı təqvimində,
istərsə də peyzajlar, təbiət lövhələri yaratmaq baxımından
mahir təsvirlər ustasıdır. O, cənub təbiətinin parlaq
mənzərəsini rəssam tablosu kimi yaradır, ilin hər bir fəslinin
rəngarəngliyini özünəməxsus peyzajlarla, təbiət lövhələri ilə
verə bilir. Bu sıradan dəniz təsvirləri daha diqqətçəkicidir.
Hiss ovqatını təlqin etmək üçün yazıçı çox zaman məqsədli
şəkildə epik təsvirin təmkinli təqdimatına üstünlük verir. Bu
bir qədər quru, yorucu görünsə də, adadakı tənha insanın
müşahidələrini və daxili psixoloji durumunu çatdırmaq üçün
ən uyğun bədii maneradır.
II.Aparıcı: 1719-cu ildə bu romanın ikinci hissəsi çap
olunmuşdur. Öz vətəni İngiltərədə məskunlaşdıqdan sonra
o, rahat həyat tərzi keçirməyə başlayır, ailə qurur, uşaqları
olur. Buna baxmayaraq o, yenə də səyahət etmək qərarına
22
gəlir. Artıq ahıl yaşlarında olmasına baxmayaq, Robinzon
Kruzo Sibirdən keçərək Çinə gedir. O, hətta ilk səyahəti
zamanı düşdüyü adaya da baş çəkir, oradakı vəziyyətlə tanış
olur, orada qanun-qayda yaradır.
II. Aparıcı: 1720 - ci ildə isə Daniel Defo bu romanın
üçüncü hissəsini çap etdirmişdir. Bu roman “Robinzon
Krunzonun bütün ömrü boyu keçirdiyi ciddi düşüncələr”
adlanır. Bu roman əvvəlki əsərdən zəifdir. Təsadi deyil ki,
Defonun rəqiblərindən biri bu romana pamflet də həsr
etmişdir. “Robinzon Krunzo”nun ikinci və üçüncü hissəsi
həm məzmun dərinliyinə, həm də bədii səviyyəsinə görə
birinci hissədən əsaslı şəkildə fərqlənir. Bu hissələrdə
Robinzonun adanı tərk edəndən sonrakı həyat və
fəaliyyətindən, Hindistan, Çin və Sibirə ticarət məqsədi
daşıyan səyahətlərindən, yaşadığı adanın müstəmləkəyə
çevrilməsindən danışılır. Robinzon Krunzo bir çox maneələri
dəf edir, lakin bu dəfə artıq söhbət macəradan deyil, işgüzar
avantüra və alverdən gedir. Belə ki, qəhrəman özü burada
burjua işbazı kimi təsvir olunmuşdur. Romanın üçüncü
hissəsi
Robinzonun
həyat
haqqındakı
didaktik
mühakimələrindən ibarətdir. Görünür, yazıçı ekzotik
yaradıcılıq məharətini o qədər də ifadə edə bilməmişdir.
I Aparıcı: Daniel Defonun “Robinzon Kruzo”dan sonra
yazdığı əsərləri bir neçə qrupa ayırmaq olar. Avropa
kələkbazlıq romanlarından götürülən macəra romanları –
“Moll Flandes” (1722); “Polkovnik Cek” (1722); “Roksana”
(1724); dəniz macəraları romanı-“Kapitan Sinqlton” (1720);
tarixi romanlar – “Taun ilinin gündəliyi” (1722),
“Kavalerlərin memuarları“ (1720) kimi əsərlərdir. Klassik
romanlar müəllifinin əksər əsərləri memuar və ya
23
avtobioqrafik səpkidə yazılmışdır. Bu əsərlərdə qəhrəmanın
həyatından və şəxsiyyət kimi formalaşmasından bəhs olunur.
II Aparıcı: Daniel Defo sərgüzəşt və macəra səhnələrinin
təsviri və təqdiminə xüsusi maraq göstərdiyindən sözügedən
əsərlərdə bu cəhət tez-tez qabarıq görüntülərlə nəzərə
çarpmaqdadır. Daniel Defo həyat şərtlərinin və şəraitin
insan şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətini öz
əsərlərində inandırıcı təsvir və qənaətlərlə açıqlayır. O,
qəhrəmanlarının qəddar və amansız dünya ilə toqquşmasını
sərt həyat səhnələri ilə göstərir. Bir qayda olaraq, bu
insanlar yaşamaq haqqından məhrum olan yetimlər,
atılmışlar, quldurlardır. Ya burjua dünyasının qeyri –insani
qanunları çərçivəsində hərəkət etməli, ya da onun qurbanına
çevrilməlidir. Onların hər biri mübarizədə təkdir və yalnız öz
güclərinə arxalanır. D.Defo bununla özünün fəlsəfi
baxışlarını obrazlaşdırmışdır; onun qənaitinə görə, cəmiyyət
öz amansız qanunları ilə daim insanı əzir, tənhalaşdırır.
Bundan qurtulmağın yolu isə sərt xarakterə malik olmaq və
özünə inamdır. İnsanı qoruyan, onun mənəvi dünyasını xilas
edən həmin keyfiyyətləri yaratdığı obrazlarda təcəssüm
etdirən görkəmli yazıçı məhz bu seçimi ilə əbədi ölməzlik
qazanmışdır.
I Aparıcı: Bu istedadlı, məhşur yazıçı həm də İngiltərə
siyasətində qısa da olsa, öz sözünü deyən adam böyük maddi
sıxıntılar içərisində yaşadı, pulsuzluqlar içərisində də 70
yaşında bu dünyayla vidalaşdı. Ən acınacaqlı fakt isə budur
ki, əsərləri ilə dünyanı fəth edən yazıçının qəbrində üç-dörd
kəlmə yazısı olan başdaşı yalnız 18-ci əsrlərin axırlarında
qoyulub. Çox sadə qəbir lövhəsində isə bunlar yazılıb: Daniel
24
Defo, “Robinzon Kruzo”nun müəllifi. Doğumundan 70 il
sonra 1731-ci il 24 apreldə vəfat etmişdir.”
II Aparıcı: Göründüyü kimi, onun özündən də məşhur olan
qəhrəmanın adı Daniel Defonun qəbir daşında da özünə yer
tapıb. Amma tanıyanlar tanıyır, bilir ki, Daniel Defo nəhəng
yazıçıdır və qəhrəman Robinzon Kruzo da o böyük istedadın
məhsuludur və o, nə qədər populyar olsa belə, yenə öz
müəllifinə, qəbir daşında adı qoşa çəkilən Daniel Defoya
“borcludur.”
Ədəbi bədii gecənin sonunda müdriyyətə söz verilir.
Müdriyyətin çıxışı.
Dəyərli qonaqlar, bəşəriyyətin mənəvi dəyərlərindən biri də
mütaliyə alışqanlığıdır. Bu insana xas olan ən gözəl
keyfiyyətlərdəndir. Hər kəsin kitaba ehtiyacı var. Məncə,
mütailə mənəvi dünyamızın qidasıdır. Biz mənəvi dünyamızı
zənginləşdirmək üçün Dünya ədəbiyyatımızın incilərindən
bəhrələnməliyik. O incilər ki, öz silinməz əsərləri ilə onlar
yaddaşlarda həkk olub O incilər ki, biz onları dönə-dönə
oxuyuruq. Əsərləri əsirlər, qərinələr boyu böyük bir maraqla
oxunan dünya şöhrətli ədiblərimizdən biri də Daniel
Defodur. Bu gün görkəmli yazıçı Daniel Defo 355
yaşındadır. Onun əsərləri hələ də öz aktuallığını
qorumaqdadır. Böyük istedada sahib olan bu yazıçı elə bir
əsər yaratdı, dünya ədəbiyyatına elə bir nəhəng obraz bəxş
etdi ki, dünyamız bu əsəri hələ də oxuyur, mənimsəyir. Lap
ilk günkü kimi. Bu əsər yeddisindən, yetmiş yeddisinə hər
kəsin sevərək oxuyub, rəğbətlə söhbət açdığı “Robinzon
Kruzo” dur. Bu əsərin dili, dini, irqi, milliyyəti yoxdur. Sözü
gedən bu əsər hər ölkənin, hər dövlətin ortaq dilində yazılıb.
Heç də nahaq deyil ki, İngilislər uzun illər Daniel Defonu
25
İngiltərənin sərvəti adlandırıblar, onun istedadı ilə fəxr
ediblər.
Daniel Defo bəşəriyyət var olduqca oxunacaq, yazılacaq və
seviləcək, bir sözlə, yaşayacaq şəxsiyyətdir.
Ədəbiyyat siyahısı
1. Daniel D. Robinzon Kruzo : Roman. - Bakı : Çaşıoğlu,
2005. - 408 s.
2. Daniel D. Robinzon Kruzo: Roman. - Bakı : Altun kitab,
2007. - 112 s.
3. Daniel D. Robinzon Kruzo : Roman. - Bakı : Şərq – Qərb,
2009. - 476 s.
4. Yusifoğlu B. Qəhrəmanı özündən məşhur yazıçı yaxud,
yoxsulluq içərisində ölən “varlı”... // Ədalət. - 2010. - 5
oktyabr. - S. 5.
Dostları ilə paylaş: |